Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Şirinova Elnarə Miryusif qızı ek***@inbox.ru ID: 3039
Salam. Sualım icarə ilə bağlıdır. Fərdi sahibkar obyektini qeydiyyata qoyub və obyekt kodu almışdır. Qeyd edim ki, gəlir yalnız obyektin icarəyə verilməsindəndir. (qeyri sahibkarlıq) İcarəçilərlə icarə müqaviləsi bağlanıb. Bu halda fərdi sahibkarın hansı vergi öhdəlikləri yaranır?
09/09/2020 Прочитано: 81 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələrii

0/5 (0 Средняя стоимость)
Оцените:
Anar Kazımov Tofiq oğlu an***@aol.com ID: 2820
Mənzil 1996-cı ildən şəxsə müxsusdur və eləcədə 2012-ci ildən hal-hazıradək həmin ünvanda qeydiyyatdadır. Bina pilot layihəyə düşməsi səbəbindən bina 2018-ci ildə sökülür və yerində yeni bina inşa edilir, qeyd etdiyim sakinə/şəxsə bu binadan mənzil verilir. Bu mənzil gələcəkdə satıldıqda vergiyə cəlb edilməməsi üçün hansı tədbirləri görmək lazımdır? Hansı sənədləri və haradan əldə etmək lazımdır?
09/09/2020 Прочитано: 137 Средняя стоимость: 3

Bildiririk ki, fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Sorğuda qeyd olunan halda yeni mənzildə 3 (üç) ildən az müddətə qeydiyyatda olan fiziki şəxsin həmin mənzili təqdim etməsi ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1.1.5-ci və 220.8-ci maddələri.

3/5 (7 Средняя стоимость)
Оцените:
Vasif Cəfərov Yusif oğlu va***@mail.ru ID: 3037
Salam! Suallarım beledir: 1. Yanacaq satışı ilə məşğul olan fiziki şəxs Socar Petroleum QSC-dan aldığı yanacağı topdan satış olaraq 0,86 qəpikdən sata bilərmi? Sual 2. Fəaliyyətini 24.08.2020-ci il tarixindən dayandıran hüquqi şəxs ƏDV hesabatından başqa hansı hesabatları və nə vaxta qədər təqdim etməlidir?
09/09/2020 Прочитано: 101 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri vergi qanunvericiliyi ilə deyil, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. 

Həmin Qərarın 2.7-ci bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə həyata keçirirlər.

Cavab 2. Bildiririk ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər  Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, həmin şəxslər hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 149.3-cü maddəsi, Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Tahirov Nicat Ehtibar ni***@bk.ru ID: 3036
Salam. Bilmək olar, Saat 17:00 dan sonra ƏDV depozit hesabından digər sahibkarın hesabına köçürülən məbləğ həmən gün köçürülənin hesabında görsənərmi?
09/09/2020 Прочитано: 70 Средняя стоимость: 0

Verginin büdcəyə ödənildiyi tarix, həmin məbləğlərin xəzinə hesabına mədaxil edilməsi barədə ödəniş sənədlərində xəzinə orqanı tərəfindən qeyd edilən tarix götürülür. Vergi orqanı xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində, elektron məlumatları əsasında alındıqda isə sonrakı 1 iş günü ərzində həmin məlumatları vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlər həmin gün saat 13:00-dək, saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə isə növbəti iş günündə Dövlət Xəzinadarlıq Agentliyinə (DXA-yə) təqdim edilir və sənədlərin bir nüsxəsi DXA tərəfindən təsdiq edilərək növbəti iş günündə Dövlət Vergi Xidmətinə qaytarılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Agamirova Nadejda Nikolayevna ho***@mail.ru ID: 3035
Добрый день. Я не могу взять онлайн очередь чтобы закрыть voen, почему? Я все правильно заполняю сиф код имя фамилия отчество, если я не закрою у меня будут идти проценеты а я не хочу платить лишнее я и так работаю на государственной работе, у меня заберают подоходные налоги!
09/09/2020 Прочитано: 35 Средняя стоимость: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
İbrahimov Rövşən Kamal oğlu Be***@mail.ru ID: 3034
Salam, mənim 64,5 yaşım olduğu üçün Xətai rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fonduna yaşa görə müavinat almaq üçün müraciet etdim və mənə məktub gəldi ki, VÖEN var və ona görə mənə müavinət düşmür. Bildirirəm ki, mənim nə VÖEN-im var, nə də ki, nə vaxtsa VÖEN açdırmışam. Bu barədə hara müraciət edə bilərəm?
08/09/2020 Прочитано: 39 Средняя стоимость: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Asəf Əliyev LO***@mail.ru ID: 3032
Salam, mən marketdən bazarlıq elədim, ƏDV çeki birbankda oxutdum, yazdı ki, bu mallara ƏDV ödənilməyib. Bu necə olur? Qabaqca olurdu, indi yox. Xahiş edirəm kömək edəsiniz.
08/09/2020 Прочитано: 51 Средняя стоимость: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
Alıyev Aslan as***@gmail.com ID: 2862
Salam tələbələrə sahibkarlıq üçün VÖEN verilir?
08/09/2020 Прочитано: 159 Средняя стоимость: 3

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.

18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarını vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Əsas: Vergi Məcəlləsinin  33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

3/5 (5 Средняя стоимость)
Оцените:
İbrahimov Rövşən Arif oğlu ro***@ziraatbank.az ID: 3031
Salam. A MMC otel fəaliyyətinin idarə edilməsi fəaliyyəti ilə məşğuldur. Dövlət hərbi hissəsi qeyd olunan otel ilə hərbçilərin qonaqlaması ilə əlaqədar müqavilə imzalamışdır. Müqavilə məbləği 5000 AZN məbləğindən çoxdur. Hərbi hissədən göstərilmiş xidmətlərin müqabilində A MMC-nin hesabına vəsait daxil olduqdan sonra, A MMC tərəfindən Nağdsız Hesablaşmalar haqqında qanun çərçivəsində (aylıq misal üçün məxaric limiti 30.000 AZNdir) ay ərzində qeyd olunan vəsaitin 30.000 AZN hissəsini təsərrüfat və digər biznes xərclərinin nağd ödənilməsi üçün bank hesabından məxaric edilə bilinərmi?
08/09/2020 Прочитано: 119 Средняя стоимость: 0

Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət satınlamaları məfhumu Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlarla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən satınalma müqaviləsi əsasında malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasını əhatə edir.

Bu baxımdan da müvafiq dövlət qurumuna xidmətlərin göstərilməsi zamanı əldə olunan vəsaitin sahibkarlıq çərçivəsində xərclərnməsi nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 245-IIQ tarixli Qanunu, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kənan Qırxiyev Arif ke***@list.ru ID: 3030
Salam. Sualım misal üzərindəndir. Misal: "A" müəssisəsi öz işçilərinə görə "B" müəssisəsinədən yemək alır. "A" müəssisəsi öz işçilərinin razılığı ilə əmək haqqılarının 5 faizini işçilərə ödəməyərək həmən məbləği onların adından"B" müəssisəsinə ödəyir. Bu zaman əmək haqqılarından tutulan 5% məbləğ gəlirdən çıxılan xərc hesab edilirmi?
08/09/2020 Прочитано: 82 Средняя стоимость: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyəti çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 109.3-cü maddəsi

0/5 (0 Средняя стоимость)
Оцените:
Kənan Qırxiyev Arif ke***@list.ru ID: 3029
Müəssisə ƏDV ödəyicisi deyil. Xidmət göstərir və illik mənfəət vergisi bəyannaməsi təqdim edir. Həmin müəssisə ƏDV ödəyicisi olan müəssisədən sifariş alır, müqavilə bağlayır. Müqavilənin şərtində göstərilir ki, müqavilə üzrə görüləcək işin dəyəri ƏDV ilə birlikdə 118000 manatdır. Sifarişçi müəssisə icraçı müəssisəyə 100000 manat bank hesaba 18000 manat isə depozit hesaba ödəyir. İcraçı müəssisənin depozit hesabı aktiv olmadığı üçün, 18000 manat şəxsi vərəqəyə işlənilir. İcraçı müəssisənin hesabına 118000 manat daxil olduqdan sonra, artan yekunla illik dövriyyəsi 150000 manatı keçmir. Belə olan halda müəssisə ƏDV ödəyicisi olmaq üçün qeydiyyata durmalıdırmı?
08/09/2020 Прочитано: 93 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları ƏDV-nin vergitutma obyektidir.

Qeyd olunanlara əsasən, müəssisənin ƏDV ödəyicisi olmadığı halda, ƏDV tətbiq etməklə apardığı əməliyyatlar ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 159.8-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüsal Xankişiyev İlyas mk***@mail.ru ID: 3027
May ayında olan 1 neçə çeklər varkı fiscal İD oxunmur. e- kassa.gov.az oxuduram çekləri " Çek yarandığı andan 7 gün ərzində tapılmadığı halda çeki əlavə etməklə onlayn qaydada Dövlət Vergi Xidmətinə müraciət edin" yazilir və həmin müraciətdə çeki neçə əlavə edib ? çekin şəklini çəkilib, sadəcə saytda ele yer yoxduki sözugedən çekləri yükləyim.
08/09/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
NƏTAVAN ƏFƏNDİYEVA OQTAY na***@gmail.com ID: 3026
19.05.2020-ci il tarixdə OPTİMAL ELECTRONİCS mağazasından 2194 AZN məbləğə kombi və radiator məhsulu almışam.Lakin mən həmin məbləğin ədv sini geri qaytara bilmirəm və edvgerial saytında həmin məbləğ ləğv olunmuş kimi görsənir.Bu məsələ ilə bağlı OPTİMAL ELECTRONİCS və KAPİTAL BANKA müraciət etmişəm. Lakin onlar da məsələnin Vergi orqanı ilə əlaqəli olduğunu qətiyyətlə mənə deyirlər.Xahiş edirəm ki,bu məsələ ilə bağlı mənə dəqiq məlumat verəsiniz.
08/09/2020 Прочитано: 45 Средняя стоимость: 1

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (2 Средняя стоимость)
Оцените:
Əliyev Camal Qurban oğlu qa***@gmail.com ID: 3025
Salam. Müəssisənin biznes kart hesabından xarici ölkədə qeyri-kommersiya fəaliyyəti ilə bağlı ödəniş edilmişdirsə (misal üçün, yemək xərci və digər şəxsi ödənişlər), bu zaman edilmiş ödənişlərə görə, müəssisə ÖMV və ƏDV ödəməlidir mi?
08/09/2020 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Eyni zamanda, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyat sayılır. Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 159.2-ci, 167-ci və 168-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rasim Tukanov Bəhman ra***@gmail.com ID: 2866
Salam. 28.07.2020 tarixində "BAKU MEDİCAL PLAZA" -da ödəniş əsasında aldığımız 3 qəbz sistemdə hələ də tapılmayıb. artıq 20 gün keçib.bunun səbəbini necə aydınlaşdırmaq olar?
08/09/2020 Прочитано: 147 Средняя стоимость: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

3/5 (8 Средняя стоимость)
Оцените:
Semur Mədətov Dilqəm oğlu. se***@gmail.com ID: 2852
Pandemiyayla bağlı mənə vergilər tərəfindən zəng gəldi ki sizə 250 azn düşür bankdan hesab acdırın. Mən də hesab açdırdım, pul köçmədi. Onlayn da göndərdim imtina gəldi. İndiyə qədər də ala bilmirəm. 2019-cu ildən 2020 ci ilin mart ayının 1 nə qədərdə dayanmayıb, sizdən xahiş edirəm mənə köməklik edəsiniz. Mənlə eyni gündə vergi ödəyən iş yoldaşım iki dəfədir alır, mən heç ala bilmədim. Yenə sizdən artıq dərəcədə xahiş edirəm, köməklik edəsiniz.
08/09/2020 Прочитано: 119 Средняя стоимость: 3

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən, Sizin (vergi ödəyicisi Mədətov Semur Dilqəm oğlu VÖEN 2302507432) tərəfinizdən 2019-cu il ərzində vergi ödənişi olmadığı üçün maliyyə dəstəyinin göstərilməsindən imtina olunmuşdur.

3/5 (5 Средняя стоимость)
Оцените:
Elmir Bayramov Yusif o]lu el***@mail.ru ID: 3024
Salam. Mən sual yazmışdım amma, bugünədək cavablandırılmayıb. Xahiş edirəm cavablandırardınız.
08/09/2020 Прочитано: 33 Средняя стоимость: 0

Müraciətinizin cavabı səhifəmizdə yerləşdirilmişdir. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Babatov Babək Şirvan oğlu gu***@gmail.com ID: 2848
Salam. Pandemiya ilə əlaqədar olaraq mənə yardımın ayrıldığını bilməmişəm və ala bilməmişəm. Yenidən almaq üçün nə etməliyəm?
08/09/2020 Прочитано: 103 Средняя стоимость: 2

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

2/5 (3 Средняя стоимость)
Оцените:
Ülvi Rüstəmov İntiqam ul***@gmail.com ID: 3023
Mən Ülvi Rüstəmov İntiqam oğlu Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin Elektronika, Telekommunikasiya və Radiotexnika ixtisası üzrə bakalavr təhsili almışam. Bilmək istəyirəmki Dövlət Vergi orqanlarında xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək hüququm var?
08/09/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Sənan Faiq se***@gmail.com ID: 3022
Edvgerial saytınta çek-in üzərində olan fiskal İD-ni dacil etdikdə tapmır, həmçinin bir bank vasitəsi ilə QR kodu axtarışıda nəticə vermir və bu hal bir neçə dəfə təkrarlandığına görə sizə müraciət edirəm.
07/09/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Müraciətinizin araşd ırılması üçün elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: