Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Rizvan sh***@gmail.com ID: 3021
Tesla parkla üzbəüz nənəmin təndiri aldığlm məhsula çek verməkdən imtina edir. ƏDV ödəyicisi olaraq xahiş və tələb edirəm ki, mənim iştirakımla Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq maddəsi ilə həmin obyekt cərimələnsin və mənim aldığım məhsulun çeki mənə təqdin olunsun. Vergilər Nazirliyinin qaynar xətti ilə də əlaqə saxlayacam
07/09/2020 Прочитано: 39 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İlham Məmmədov Vəli oğlu i.***@canub.az ID: 3018
Salam, Rezident hüquqi şəxs təhsil müəssisəsi, ümumi orta təhsil fəaliyyət növü ilə məşğuldur və qeyri rezident fiziki şəxslərlə Dövlət Miqrasiya Xidmətinə müraciət olunaraq 1 il müddətinə iş icazəsi alınmaqla əmək müqaviləsi bağlanılaraq müəllimə kimi əmək fəaliyyəti göstərməkdərilər və əmək müqaviləsi əsasında fəaliyyət göstərən bəzi əcnəbi müəllimlər müəssisəmizlə vergi orqanından qeydiyyatdan keçərək hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi bağladıqları xidmət müqaviləsi-nə əsasən, iş saatlarından əlavə olaraq da xidmət göstərməkdədirlər. Məlum vəziyyətlə bağlı Corona virusuna görə dünyada fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar ölkəmizdə Nazirlər Kabinetinin təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılmasına səbəb olmuşdur. Bununla bağlı olaraq müəssisəmizdə çalışab bir çox xarici ölkə vətəndaşları olan müəllimlərimiz bu vəziyyətlə bağlı öz ölkələrinə getmək məcburiyyətində qlmışdır. Bu səbəbdən bir çox müəllimlərin əmək müqavilələrinə xitam verilmişdir. Bildiriəm ki, həmən müəllimlər vergi ödəyicisi kimi ölkədən kənardan müəssisəmiz üçün xidmət göstərə bilərlərlərmi və bu zaman hansı vergi öhtəliyi yaranacaq. Qeyd etmək istəyirəm ki, həmən müəllimlərin iş icazəsi artı bitmişdir. Bu halda Dövlət Miqrasiya Xidmətinə kim müraciət etməlidir, Rezident hüquqi şəxs və ya qeyri rezident fiziki şəxslərlə. Xahiş edirəm bu barədə ətraflı məlukat verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
07/09/2020 Прочитано: 113 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır. Həmçinin, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Sorğunuzda qeyd olunan əcnəbi şəxslər qeyri-rezident şəxs hesab olunduğu təqdirdə, rezident hüquqi şəxs tərəfindən həmin şəxslərə ödənilən məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə vergi tutulmalı və Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən xidmətin dəyərinə ƏDV tətbiq edilməlidir. 

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 13.2.6-cı, 13.2.16-cı, 125-ci və 169-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zahir Rusifov Nazim za***@mail.ru ID: 3017
Salam! Mən dövlət idarəsində çalışıram. Anam isə yaşa görə əmək pensiyasındadır. Anamın mərhum atası Böyük Vətən müharibəsi iştirakçısı olub. Mənə və anama qanunvericiliyə əsasən hər hansısa güzəştlər nəzərdə tutulub? Əvvəlcədən minnətdarlığımı bildirirəm!
07/09/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rafael Əliyeviç Süleymanov ra***@gmail.com ID: 3016
Salam. Mən hərbi təqaüdçüyəm, eyni zamanda 2009-cu ildən hal-hazırda LPO "Amrahbank" ASC-də departament direktoru işləyirəm. Mənim Pensiya təminat vərəqəmdə maddələr üzrə cəmi 1576 manat hesablanır lakin kartıma oturan və aldığım məbləğ 1352 m. təşkil edir. Bildiyəm qədər, pensiyalardan gəlir vergisi və s. ödənişlərin tutulması olmur, belə olan halda sualım bundan ibarətdir ki, fərq edən 224 manat hansı səbədən tutulur? Əvvəlcədən təşəkkür edirəm.
07/09/2020 Прочитано: 40 Средняя стоимость: 3

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

3/5 (2 Средняя стоимость)
Оцените:
İbrahimov Fərid fa***@gmail.com ID: 3015
Salam. Hansı xüsusiyyətlərə görə vergi odəyiciləri bölünür?
07/09/2020 Прочитано: 44 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərini bir sıra xüsusiyyətlərinə (dövlət və ya özəl sektora aid olmasına, təşkilati hüquqi formasına, fəaliyyət göstərdiyi sahəyə, mükəlləfiyyətinə və s.) görə təsnifləşdirmək mümkündür. 

Bundan savayı, sahibkarlıq subyektlərənin ölçülərinə görə kateqoriyalarının müəyyən edilməsi üçün Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə  “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
ORXAN BAĞIROV XALİD o.***@hotmail.com ID: 3014
Salam. Yazıb diqqətinizə çatdırmaq istərdimki, 25.08.2020-ci ildə Bakı şəhəri Nəsimi rayonu, Xətai PR. ev.36 ünvanında yerləşən (VÖEN: 1400278021) "NURGÜN MOTORS" MMC-də özümə məxsus FORD FUSİON markalı maşının karobkasının təmirinə 1,850.00 (bir min səkkiz yüz əlli) Azərbaycan manatı məbləğində nağdsız ödəniş olunmuşdur. Bildiyimiz kimi Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması gözəl bir sistem yaradılmışdır. Vətəndaş olaraq haqqımdan istifadə edərkən, çek satıcı tərəfdən ləğv olunub əks olundu sistemdə. Bununla bağlı Vergilər Nazirliyinin çağrı mərkəzinə telefon danışığımız zamanıda bildirdim daha sonra sizin əməkdaşlar məni servislə daha sonra "Kapital Bank" müraciət etməyimi tövsiyə gördülər lakin heç bir uğurlu nəticə əldə etmək olmadı. Zəhmət olmasa bununla bağlı köməklik göstərərdiniz. (FİSKAL İD: DcwXXwYCiYJc)
07/09/2020 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İlgar İsmayılov İsmayıl il***@gmail.com ID: 2692
Əgər şirkət və ya sahibkar, xarici dövlətin auksionundan Azərbaycan vətəndaşının sifarişi ilə avtomobil nəqliyyatı alıb Gürcüstana çatdırırsa – və bu əməliyyatlara (xidmətə) görə hər bir avtomobil nəqliyyatına qörə xidmət haqqı əldə edirsə, bu zaman, şirkətin və ya sahibkarın dövriyyəsi hansı məbləğ hesab edilir? Azərbaycan vətəndaşından alınan tam məbləğ və yaxud əldə edilən xidmət haqqı? Məsələn, şirkət və ya sahibkar tərəfindən - ABŞ auksionundan 5000 ABŞ dollarına avtomobil nəqliyyatı alınıb və ABŞ-dan Gürcüstana avtomobil nəqliyyatı çatdırılmasına görə əlavə 1000 ABŞ dollarında vəsait ödənilib. Azərbaycan vətandaşı avtomobil nəgliyyatının alınması və çatdırlmasına qörə şirkət və ya sahibkar 6200 ABŞ dolları ödəyib. Bu halda şirkət və ya sahibkarın dövriyəsi 6200 ABŞ ve ya 200 ABŞ dolları təşkil edəcək?
07/09/2020 Прочитано: 138 Средняя стоимость: 4

Bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə (sahibkar) tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, vasitəçilik xidmətlərinə görə əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur. Müvafiq təsdiqedici sənədlər olmadığı halda, ümumi dövriyyə vergi ödəyicisinin gəliri hesab olunaraq ümumi qaydada vergiyə cəlb olunur.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

4/5 (11 Средняя стоимость)
Оцените:
İsmayılov Tərlan Aslan oğlu ul***@mail.ru ID: 3013
Mən İsmayılov Tərlan Aslan oğlu (VÖEN 3001773642 ) mikro sahibkarlıq subyekti ilə məşğul olan fiziki şəxsəm. 2019-cu ilin müxtəlif zamanlarında yerli və xarici ödənişlərin həyata keçirilməsi üçün bank hesabımda pul vəsaitin çatışmadığından və həmin ərəfələrdə Bakı şəhərindən kənarda olduğumdan tərəfimdən başqa şəxslər bank hesabıma mənim pul vəsaitimi mədaxil ediblər. Lakin bankda vəsaitin mədaxili zamanı təyinatda "hesabın möhkəmləndirilməsi" əvəzinə "hesaba mədaxil" yazılmışdır. Və hal-hazırda 2019-cu ilin gəlir vergisi bəyannaməsində yaranan kameral vergi yoxlaması zamanı vergi orqanı həmin məbləğlərin mənim dövriyyəm kimi qəbul edir. Qeyd etmək istərdim ki, bank çıxarışı zamanı aydın görünür ki, vəsaitlər mədaxil olduqdan sonra nəzərdə tutulmuş yerli və xarici ödənişlər həyata keçib. Sualım ondan ibarətdir ki, hesaba ödənişlər üçün mədaxil olan vəsaitin dövriyyə məbləği kimi qəbul edilməsi nə dərəcədə düzgündür. Və vergi məcəlləsinin hansı maddəsi ilə əsaslandırıla bilər,?
06/09/2020 Прочитано: 54 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Müraciətinizdə qeyd olunan halın ətraflı araşdırılması üçün bank hesabınıza daxil olan vəsaitlərin mənbəyini, təyinatını göstərən müvafiq təsdiqedici sənədləri qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Süleymanov Haxverdi Süleyman s.***@gmail.com ID: 3012
Salam mən 05.09.2020 ci il tarixdə Kontakt home mağazalar şəbəkəsindən 891.90 AZN məbləğində məişət texnikası almışam. Mənə təqdim edilən çek üzərindəki Fiksal İD ni və ya QR kodu oxutduqda Bu Çek üzrə ƏDV-nin qaytarılmasına dair müraciət artıq mövcuddur. Bildirişi göstərilir. Mən həmin çekin hansı şəxs tərəfindən elektron kabinetə daxil edildiyini öyrənə bilərəmmi? Çünki, o çeki məndən və həmin mağazanın 3 üzvündən başqa heç kim görməyib. Məlumat üçün Fiksal İD: HbkKda6fN7ab
06/09/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Bilalov El***@gmail.ru ID: 3011
Salam, o vaxti pay torpaq verilib. Ailədə 4 nəfərik, 4 nəfərə də düşüb. Lakin, 2008-ci ildə torpaq başqa bir şəxsə natural qaydada satılıb, amma mən satmamışam, yəni qol çəkməmişəm. İndi torpağı geri istəyirəm vermirlər. Başqa torpaq da yoxdur ki, əkinçiliklə məşğul olum. Bunun üçün nə edim? Qaynar xəttə müraciət etdim, dedilər baxılacaq. Lakin, heç nə yoxdur 2 aydır.
05/09/2020 Прочитано: 50 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rasim Salayev Ramiz ra***@list.ru ID: 3010
Ədv gerial yüklənməyib, çek var sadəcə deyilirki ƏDV ödənilməyib, bu nə deməkdir? Bu məsələyə görə başqa nə cür müraciət edə bilərəm?
05/09/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılova Ülviyyə Elbrus ul***@mail.ru ID: 3009
Salam. Qr kodu 2 -3 gün sonra oxutmaq mümkün deyilmi? Mümkündürsə zəhmət olmasa, izah edərdiniz.
05/09/2020 Прочитано: 28 Средняя стоимость: 0

Bildiririk ki, "BirBank" mobil tətbiqi vasitəsilə çekin çap olunduğu vaxtdan 90 dəqiqə keçdiyi andan etibarən, çekin üzərində əks olunan 'QR kodu' oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə "edvgerial.az" portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Suleymanov sy***@mail.ru ID: 3008
Что нужно регистрировать и какие налоги платить (ип, самозанятость, или другие варианты) если планирую начать получать денежную прибыль на фрилансе и получать доход от монетизации на youtube?
04/09/2020 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “Youtube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədov Hacı Azər oğlu ma***@gmail.com ID: 3007
Bolt taksi xidmətlərindən istifadə zamanı bank kartı vasitəsi ilə ödəniş edəndə, gediş haqqından əlavə verqi də tutulur, nağd ödəniş ediləndə isə bu əlavə verqi tutulmur. Banka müraciət zamanı (Unibank, debet kartı) bank bildiribki bu əlavə verqini Verqilər Nazirliyinin göstərişiylə tətbiq olunub. Bu bizim hökümətdə bank kartların qeniş istifadəsinin qarşlsını alır, çünki nağd ödəniş bank kartı ilə ödənişdən daha ucuz başa qəlir. Xahiş edirəm bunun səbəbini, hansı qanunəa və göstərişə əsasən bu verqi bolt taksi xidmətlərinə və onların bank kartı ilə ödənişinə tətbiq edilib.
04/09/2020 Прочитано: 104 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Buna əsasən qeyri-rezident şəxslər tərəfindən göstərilən taksi xidmətləri elektron ticarət qaydasında göstərilən xidmətlərə aid edilir və həmin xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 169.3-cü maddəsi

0/5 (0 Средняя стоимость)
Оцените:
Məlahət Əliyeva Adil qızı el***@bk.ru ID: 2838
Hansı sahibkara pandemiya dövründə 250 manat yardım verilib?
04/09/2020 Прочитано: 126 Средняя стоимость: 2

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

2/5 (3 Средняя стоимость)
Оцените:
Əliyev Vüqar Gülasəf a.***@mail.ru ID: 3004
Ölkədaxili ezamiyyə zamanı otel ceki təqdim edən otel çeklə bərabər elektron qaimə faktura təqdim edilməlidir?
04/09/2020 Прочитано: 94 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. 

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahmud Babayev İldrım ma***@vbc.az ID: 3003
Hörmətli vergi xidməti əməkdaşları, 1) Vergi ödəyicisi 2017-ci ilin mənfəət vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş vergi hesabatını ən son hansı tarixədək təqdim edə bilər: 31.12.2020-ci il yoxsa 31.03.2021-ci il? 2) 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması ən son hansı tarixədək açıla bilər? 3) Vergi ödəyicisi 2015-ci ilin mənfəət vergisi bəyannaməsi təqdim olunduqdan sonra şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini ən son hansı tarixədək tələb edə bilər: 31.12.2020-ci il yoxsa 31.03.2021-ci il ? Xahiş edirəm ki, yuxarıda qeyd edilən suallara qanunvericiliyin tələblərinə uyğun olaraq cavab verəsiniz.
04/09/2020 Прочитано: 138 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.

Mənfəət vergisinin hesabat dövrü təqvim ili olduğu üçün, müraciətinizdə qeyd olunan halda dəqiqləşdirilmiş vergi bəyannaməsi 31 dekabr 2020-ci il tarixədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72.5-ci maddəsi.

Cavab 2. Bildiririk ki, səyyar vergi yoxlaması aşağıdakı fəaliyyət dövrlərini əhatə etməlidir:

-mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini;

-digər vergilər, habelə işsizlikdən sığorta haqları üzrə səyyar vergi yoxlamasının keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini;

-cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar vergi yoxlamasının keçirilməsi barədə müvafiq qərarında göstərilən dövr üzrə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyətini.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin 2017-ci lil üzrə mənfəət vergisi üzrə fəaliyyəti 2020-ci il ərzində səyyar vergi yoxlaması ilə əhatə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 36.3-cü maddəsi,  Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”

Cavab 3.  Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 

Əsas:  Vergi Məcəlləsinin 85.5-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nicat Qabulov pa***@mail.ru ID: 2835
Salam! Koronavirus (COVİD-19) pandemiyasından zərərə görə maliyyə dəstəyi almaq barədə bundan əvvəl də müraciətimiz olmuşdu və bir neçə ay öncə həmin dəstəyi almışdıq. Hazırki durumda həmin malıyyə dəstəyini almaq üçün yenidən müraicət etməyə ehtiyac varmı?
04/09/2020 Прочитано: 80 Средняя стоимость: 3

Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir. 

Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. Maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. 

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir. 

3/5 (4 Средняя стоимость)
Оцените:
Vüqar Hüseynov Çərkəz oğlu vu***@gmail.com ID: 3002
Salam, mənim müraciətim yardımla bağlıdır. 250 manat haqda mənim xəbərim olmayıb ki, yardım verirlər 01 09 2020-ci ildə bilmişəm ki, VÖEN-lə işləyənlərə yardım verirlər. Mən də 2 il işləmişəm. Xahiş edirəm köməklik görsədin.
04/09/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ziya İbrahimov Məmmədhəsən o zi***@mail.ru ID: 2834
Salam. İnternet vasitəsi ilə fərdi istifadə üçün nə isə alanda kartdan 18% ədv tutulmalıdırmı?
04/09/2020 Прочитано: 172 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.

3/5 (8 Средняя стоимость)
Оцените: