Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nigar Aslanova Yusif qızı ni***@gmail.com ID: 3135
Salam. Mənim öz adıma olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməm itib. Onun yenisini əldə etmək üçün hara müraciət etməliyəm. Müraciət zamanı hansı sənədlər tələb olunur. Xatırladim ki, istifadəçi məlumatlarını xatırlayıram. Yalnız şəhadətnamənin özü lazımdır.
24/09/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına kağız və ya elektron qaydada təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 8 oktyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Təbriz Vəlizadə te***@mail.ru ID: 3133
Salam Onlayn karguzarlıq və e-VHF bölməsində, e qaime axtar verib qaimeleri secdikden sonra təsdiq üçün paket hazırla və endir edə bilirəm, ancaq göndərilən qaimələrdə Ləğv üçün paket hazırla və endir düyməsini sıxdıqda "Bu əməliyyatı etmək üçün zəhmət olmasa yeni e-qaimə sisteminə daxil olun" bildirişi verir. Yeni e qaimə sistemində isə bu şəkildə toplu qaimə endirməyə bölüm tapa bilmədim. Bunu edə bilməyimiz üçün başqa bölüm varmı? Qaimələrin yalnızca məbləğlərini deyildə, məhsul sətrinə kimi görə biləcəyimiz hesabat.
24/09/2020 Прочитано: 86 Средняя стоимость: 0

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

Eyni zamanda, elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1)  və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 2961
Salam! Bilmək istərdim, apteklərdən dərman alanda, ƏDV geri al qəbzini tələb etmək olar?
24/09/2020 Прочитано: 165 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (5 Средняя стоимость)
Оцените:
Abbasova Zülfiyyə İslam qızı zu***@mail.ru ID: 2955
Salam bəzi mühasiblər deyirlərki pandemiya dövründə gəlir vergisi 1faizle hesablanir.menim sualim beledirki, bu düzdürmu???kimə şamil edilir?bütun fiziki şəxslər gəlir vergisini 1 faizle ödəməlidirlər?
24/09/2020 Прочитано: 157 Средняя стоимость: 5

Bildiririk ki, sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi həcmində vergidən azad edilmişlər. Qeyd olunan şəxslərə cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Həmçinin, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Mikro sahibkarlıq subyektləri gəlir vergisinin bəyannaməsinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılmış və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 220-ci, 222-ci və 224-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Laçınova Səbinə Mahac la***@gmail.com ID: 2958
Mən sorğu yaratmışam, göndərə bilmirəm.
24/09/2020 Прочитано: 69 Средняя стоимость: 5

Dövlət Vergi Xidmətinə müraciət etmək üçün saytımızın (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rüstəm Atacanov Qlamanoviç ru***@gmail.com ID: 3132
Salam, mən 23.09.2020 ci il tarixində, təxminən saat 20:50 - 21:10 radələrində, Prezident Kitabxanasının yanında yerləşən Araz marketdən alış-veriş etdim, sonda kassirdən Fiksal İD kodu olan qəbzi tələb etdim və bunu ƏDV-ni geri almaq üçün istədiyimi izah etdim. Kassir isə mənə cavan olaraq onlarda belə bir sistemin mövcud olmadığını bildirdi. Sizdən xahişim bundan ibarətdir ki, əgər bu mağaza həqiqətəndə müştəriləri aldadaraq, vergidən yayınırsa, bu araşdırılaraq cəzalandırılsın.
24/09/2020 Прочитано: 43 Средняя стоимость: 0

 Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayeva Gülşən Yusif qızı g.***@gaghay.com ID: 2937
Mən, 27 avqust 2020-ci ildə yerli bank kartı vasitəsilə https://www.livieandluca.com/ saytından iki ədəd uşaq ayaqqabısı almışam. Malların ümumi dəyəri 75.95 ABŞ dolları təşkil edir. Göründüyü kimi, sayt sırf malların satışı üçün nəzərdə tutulub. Lakin buna baxmayaraq, bank malların ümumi dəyərinə əlavə olaraq 13.67 ABŞ dolları məbləğində vergi tutdu. Azərbaycan Respublikasını Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən ...qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Yəni qanun açıq-aydın qeyd edir ki, əlavə dəyər vergisi elektron ticarət vasitəsilə nağdsız şəkildə alınan mallara görə yox, yalnız iş və xidmətlərə görə tutulur. Bu birinci dəfə deyil ki, yerli bank kobud şəkildə qanunvericiliyin bu tələblərini pozur və elektron ticarət vasitəsilə alınmış malların dəyərinə əlavə dəyər hesablayaraq vergi tutur. Xahiş edirəm, artıq tutulmuş verginin qaytarılması mexanizminə aydınlıq gətirəsiniz.
23/09/2020 Прочитано: 152 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

5/5 (5 Средняя стоимость)
Оцените:
Əmirxanov Orxan Firudin em***@gmail.com ID: 3131
Elə marketler var ki, edvgerial cekİ verirdi. Amma indi vermir. Şikayət edəcəyimizi deyəndə deyir onsuz da heç nə edə bilən deyillər. birdefe yazdim cavab gəlmədi. Əlaqə saxlasaz tam məlumat verərəm.
23/09/2020 Прочитано: 45 Средняя стоимость: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cabbarov Fuad Natiq ca***@gmail.com ID: 3130
09.24.2020 ci ildə VÖEN açdımaq istəyirəm onlayn növbəyə durmaq istyrem sabah üçün necə edim?
23/09/2020 Прочитано: 32 Средняя стоимость: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Ramil Ramiz ra***@mail.ru ID: 3128
Salam Vergi əməkdaşları. Mən 2-ci qrup əliləm. Bərbər işləyirəm. Sabit vergi ödəyicisi oldugum üçün vergilər idarəsinə bəyəmnamə təqdim etmirəm. Son zamanlar DSMF üzrə də sabit vergi ödəyicisi olmuşam. Bildiyiniz kimi 01 Aprel 2020-ci il tarixindən bərbrələrə DSMF üzrə aylıq vergi məbləgi 15 azn təyin olunmuşdur. 1 rüb 2020-ci il üçün DSMF-na bəyəmnamə təqdim etmişəm. Sizə sualim belədir: 1 ) II rub 2020-ci il üçün DSMF-na bəyəmnamə təqdim etdikdə hesabatda aylıq vergi məbləgi 37,50 azn göstərilir. Halbuki vergi məbləgi 15 azn dir. Belə olan halda DSMF-na bəyəmnamə təqdim etməliyəm ya yox? 2 ) Ailəm 4 nəfərdən ibarətdir. Dövlət tərəfindən Pandemiya ilə əlaqədar 2 aya yaxın fəaliyyət göstərməyimə icazə verilməyib. Cəmi bir dəfə 230 azn yardım almışam. İşləmədiyim aylar üçün yəqin ki vergi ödəməli olmaram. Xahiş edirəm izah edəsiniz.
23/09/2020 Прочитано: 241 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, Vergi Məcəlləsinə əsasən sabit qəbz almaqla fərdi qaydada məşğul olan fiziki şəxslər fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq hesablanmış aylıq sabit məbləği tam ödədikdən sonra növbəti ay, rüb, yarımil və ya il üçün yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində sadələşdirilmiş verginin ödənilməsi haqqında sabit qəbz alırlar.

Qeyd edilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi sabit qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Lakin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədə olma müddətinə daxil edilmir və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunmuşdur (Qeyd: dəyişiklikdən əvvəl sabit qəbz almalı olan bütün fəaliyyət növləri üzrə dövlət sosial sığorta dərəcəsi minimim aylıq əməkhaqqının 25 faizi, yəni 62,5 manat təşkil edirdi): 

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında.

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5;

- Digər şəhər və rayonlarda - 1,0.

Əsas: Vergi Məcəlləsinin  58.12-ci, 222.1-222.3-cü, 222.5.9-cu, 224.1.1-ci, 224.6-224.7-ci, 224.10-cu və 224.11-ci maddələri , “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri və keçid müddəaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mahir Məmmədov ad***@yahoo.com ID: 3127
Mənfəət vergisi ödəyicisi olan vergi ödəyicis balans dəyəri 100.000 manat olan torpaq sahəsini 150.000 manata satdıqda, yaranan 50.000 manat müsbət fərq mənfəət vergisinin bazasını təşkil edən gəlirlərdən çıxılırmı? Əgər çıxılırsa, onda hansı qaydada və bu hal məfəət vergisinin bəyənnaməsində necə əks olunur.
23/09/2020 Прочитано: 91 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda, hüquqi şəxs tərəfindən təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cabbarov Nadir Adil na***@gmail.com ID: 3126
Salam. Bilmək istərdim, əgər şirkət hesabında olan bank kartı ilə restoran və ya mağazada ödəniş edilərsə, bu zaman nağdsız hesablaşma sayılırmı? Yoxsa qarşı tərəf e qaimə yazmalıdır?
23/09/2020 Прочитано: 90 Средняя стоимость: 3

Bildiririk ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız həmin Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Samir Ismayilov Rafiq sa***@mail.ru ID: 3124
Salam. Tutaq ki, fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118 min manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcı tərəfindən 5 fevral 2020-ci il tarixdə alınmış malın əsas dəyərinin 50 min manatı satıcının bank hesabına, 9 min manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcı tərəfindən malın ƏDV daxil olmaqla tam dəyərinin satıcıya ödənilmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci il tarixdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?
23/09/2020 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Eyni zamanda, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə əvəzləşdirilən ƏDV-nin vaxtı - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 175.1-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəid Mehdiyev Firudin re***@mail.ru ID: 3121
16.09.2020 tarixində saat 12.15-də Nəsimi rn Nəsibbəy Yusibəyli ev 72 ünvanında Aptekdən alnmış çek edvgerial portalında oxunmur, çekin şriftləri kicik və demək olar görünmür.
23/09/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Ətraflı məlumatla edvgerial.az portalında "FAQ"  və ya "İstifadə qaydaları" bölmələrində tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səməndər Əsədullayev İskəndər se***@gmail.com ID: 3119
Salam mənim adımda karantin qaydalarının pozulması haqqda cərimə var yoxsa yox bunu öyrənmək istəyirəm zəhmət olmasa kömək edin.
23/09/2020 Прочитано: 45 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunanlarla barədə məlumat üçün qabaqcadan onlayn növblə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 3118
Salam. 1. Bilmək istəyirik ki, hər hansı bir istehsal müəssisəsi, istehsal zamanı baş verən itkiləri xərcə silmək üçün, faktiki itkilər hesabına etməlidir yoxsa bu itkilərə vergi tərəfindən normativlər mövcuddurmu? 2. Müəssisə tərəfindən alınmış mallar sonradan özünə yaramırsa. a) istehsal zərurəti yoxdursa və mal tam yararlıdırsa b) mal zay olubsa və yaramırsa Malların silinməsi və əsas fəaliyyətdən əlavə kimi satışı necə həyata keçirilməlidir.
23/09/2020 Прочитано: 127 Средняя стоимость: 3

Cavab 1-2. Bildiririk ki, yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. 

Eyni zamanda, vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsinə zərurət yarandıqda Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (3 Средняя стоимость)
Оцените:
Asif İbadov Akif oğlu as***@hotmail.com ID: 3117
Salam. Zəhmət olmasa Məlumatlandırın. Fevral ayından Adıma Olan Əlif-114tour şirkətini bağlamaq haqqında müraciət etdim və birinci mərhələ başa çatdı şirkətə məxsus olan möhür alındı və şirkətin adına olan bank hesabı silindi. Amma mənim adıma olan şirkət hələ də mövcuddur. Hər ay girib baxıram, qeyd olunub ki, ləğv prosesindədir. Sizdən Xahiş edirəm, bu şirkəti birdəfəlik bağlayın. VÖEN-i, hər bir işi bağlayın qurtarsın bu proses
23/09/2020 Прочитано: 59 Средняя стоимость: 0

Hüquqi şəxsin ləğvi proseduru haqqında ətraflı məlumatla saytımızın müvafiq bölməsində tanış ola bilərsiniz.  

Əlavə suallarınız yarandıqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayeva Gülşən Yusif qızı g.***@gaghay.com ID: 2938
21 avqust 2020-ci ildə Mustafa Kamal Atatürk prospekti, ev 21 ünvanında yerləşən Mothercare mağazasından 531 manat məbləğində mal alınmışdır. Çekın fiskal İD - ************ Çek üzərində ödənilmiş ƏDV-nin məbləği göstərildiyinə baxmayaraq EDV Geri Al sistemi çek üzrə ƏDV-nin ödənilmədiyini qeyd edir. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
23/09/2020 Прочитано: 116 Средняя стоимость: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Aida İsaqova ai***@mail.ru ID: 3114
Salam. Bilmək istəyiridm vətəndaş əgər mədaxil orderi yəni kassa çeki ala bilməyəndə hara müraciət etməlidir? Necə həllini tapır bu problem?
23/09/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Onlayn müraciətlər" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şahverdiyev Elşən Əlveyis oğlu sh***@gmail.com ID: 2956
Salam, mən 2005-ci il tarixindən etibarən Bank sektorunda o cümlədən 2009-cu il tarixindən hal-hazırki tarixədək filial direktoru vəzifəsində çalışıram. 19 Sentyabr 2019-cu il tarixdə 37 yaşım tamam olacaq. Yaş həddinin 35-i keçməsinə baxmayaraq 15 illik iş təcrübəsi nəzərə alaraq Dövlət Vergi Xidmətinə işə qəbul olunmağım mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm.
23/09/2020 Прочитано: 105 Средняя стоимость: 5

Bildiririk ki, yaşı 35-i keçmiş vətəndaşlar bir qayda olaraq vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Bununla belə, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Средняя стоимость)
Оцените: