Bildiririk ki, vergi ödəyicilərini bir sıra xüsusiyyətlərinə (dövlət və ya özəl sektora aid olmasına, təşkilati hüquqi formasına, fəaliyyət göstərdiyi sahəyə, mükəlləfiyyətinə və s.) görə təsnifləşdirmək mümkündür.
Bundan savayı, sahibkarlıq subyektlərənin ölçülərinə görə kateqoriyalarının müəyyən edilməsi üçün Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.
Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə (sahibkar) tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, vasitəçilik xidmətlərinə görə əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur. Müvafiq təsdiqedici sənədlər olmadığı halda, ümumi dövriyyə vergi ödəyicisinin gəliri hesab olunaraq ümumi qaydada vergiyə cəlb olunur.
Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.
Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.
Müraciətinizdə qeyd olunan halın ətraflı araşdırılması üçün bank hesabınıza daxil olan vəsaitlərin mənbəyini, təyinatını göstərən müvafiq təsdiqedici sənədləri qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.
Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Müraciətinizdə qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.
Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".
Bildiririk ki, "BirBank" mobil tətbiqi vasitəsilə çekin çap olunduğu vaxtdan 90 dəqiqə keçdiyi andan etibarən, çekin üzərində əks olunan 'QR kodu' oxutmaqla, açılan pəncərədə ƏDV-nin geri qaytarılmasını təsdiq etmək kifayətdir. Bu zaman ƏDV-nin qaytarılması ilə bağlı sorğu BirBank mobil nömrəsi ilə "edvgerial.az" portalında bu nömrə ilə qeydiyyatı mövcud olan şəxsin elektron kabinetinə ötürüləcəkdir.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Sorğunuza əsasən, gəlirlərinizin yalnız “Youtube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Buna əsasən qeyri-rezident şəxslər tərəfindən göstərilən taksi xidmətləri elektron ticarət qaydasında göstərilən xidmətlərə aid edilir və həmin xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutularaq dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 169.3-cü maddəsi
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.
Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.
Cavab 1. Bildiririk ki, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı halda, vergi ödəyicisi səyyar vergi yoxlamasının başlandığı günədək həmin hesabat dövrləri üçün dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququna malikdir.
Mənfəət vergisinin hesabat dövrü təqvim ili olduğu üçün, müraciətinizdə qeyd olunan halda dəqiqləşdirilmiş vergi bəyannaməsi 31 dekabr 2020-ci il tarixədək təqdim edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 72.5-ci maddəsi.
Cavab 2. Bildiririk ki, səyyar vergi yoxlaması aşağıdakı fəaliyyət dövrlərini əhatə etməlidir:
-mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini;
-digər vergilər, habelə işsizlikdən sığorta haqları üzrə səyyar vergi yoxlamasının keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini;
-cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar vergi yoxlamasının keçirilməsi barədə müvafiq qərarında göstərilən dövr üzrə vergi ödəyicisinin və ya sığortaedənin fəaliyyətini.
Qeyd olunanlara əsasən, vergi ödəyicisinin 2017-ci lil üzrə mənfəət vergisi üzrə fəaliyyəti 2020-ci il ərzində səyyar vergi yoxlaması ilə əhatə oluna bilər.
Əsas: Vergi Məcəlləsinin 36.3-cü maddəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”
Cavab 3. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.
Əsas: Vergi Məcəlləsinin 85.5-ci maddəsi.
Bildiririk ki, birinci mərhələdə həm fərdi (mikro) sahibkarlara, həm də pandemiyadan zərər çəkmiş sahədə fəaliyyət göstərən, muzdlu işçisi olan vergi ödəyicilərinə maliyyə dəstəyi göstərilmişdir. Bu zaman fərdi sahibkarlara maliyyə dəstəyi birdəfəlik ödəmə formasında, muzdlu işçilərin əməkhaqqının ödənilməsi isə iki bərabər hissədə iki ay ərzdinə ödənilmişdir.
Əlavə olaraq, hazrda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilmişdir. Maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur.
Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.
Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da avqust ayında təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstərilmişdir.
Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir.
Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.
Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.
Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.
Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.
Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 31-dən etibarən xüsusi karantin rejimi qaydalarına riayət etməklə, 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.
Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.
Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.
Bildiririk ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.
Buna əsasən sualda göstərilən halda səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisinin idxal əməliyyatları barədə rəsmi məlumatlarına əsasən idxal edilmiş mallar faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə təqdim edilmiş kimi qiymətləndirilərək yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə ƏDV və 2019-cu il üzrə mənfəət vergisi hesablanmalıdır.
Eyni zamanda, vergi ödəyicisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 38-ci, 58.1-ci və 67.15-ci maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”
Bildiririk ki, yaranmış vergi borcu təsisçi tərəfindən hüquqi şəxsin rəhbərinin əvəzlənməsinə məhdudiyyət yaratmır.