Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əhmədov Elvin Məzahir oğlu el***@gmail.com ID: 690
Salam. Mən bilmək istəyirəm vətəndaş alış-veriş edərkən ƏDV məbləği nə qədərdir və hansı formada geri qaytarılır? Prosedur barədə məlumat verməyinizi xahiş edirəm.
16/01/2020 Прочитано: 45 Средняя стоимость: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil nəzarət-kassa aparatları, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

4/5 (2 Средняя стоимость)
Оцените:
Akif Əfəndiyev Ələddin ak***@minenerjy.gov.az ID: 592
Mənim aşağıdakı qeyd edilən iki sualım var. Bunlara aydınlıq gətirilməsini xahiş edirəm. 1. Mənim atam Əfəndiyev Ələddin Abdurəhman oğlu Böyük Vətən Müharibəsində döyüşən orduda iştirak etmiş və müharibə əlili olmuşdur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə uyğun olaraq mənim (dövlət qulluğunda çalışıram) aylıq gəlirimdən cəmi hansı məbləğdə gəlir vergisi tutulmur? 2. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5. yarım bəndinin şamil edilməsi Qanun qüvvəyə minən gündən, yoxsa arayış təqdim olunan gündən icra olunur?
16/01/2020 Прочитано: 138 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Средняя стоимость)
Оцените:
Hümbətov Qadir Bayraməli oğlu ec***@gmail.com ID: 604
Salam. Elektron qaimələrdə vəsaitin köçürüləcəyi hesablar və bank rekvizitlərinin məcburi göstərilməsi üçün yer ayrılması yaxşı olardı.
16/01/2020 Прочитано: 169 Средняя стоимость: 4

Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Müraciətlər” bölməsinə göndərə bilərsiniz.

4/5 (5 Средняя стоимость)
Оцените:
Hikmət Əsgərov Ramiz hi***@gmail.com ID: 689
Sadələşmiş vergidə olan dəyişiklkər?
16/01/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər haqda sual-cavab kitabçası saytımızda yerləşdirilmiş və dəyişikliklərin bütün istiqamətləri izah edilmişdir. Kitabça ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kərimova Vüsalə Abdulla qızı vu***@hotmail.com ID: 586
Salam. Sualım normadan artıq ödənilmiş ezamiyyə xərci ilə bağlıdır. Əgər işçinin ezamiyyə vaxtı normadan artıq xərci yaranıbsa və bu xərcə uyğun olaraq sənəd təqdim edilibsə normadan artıq məbləğ DSMF və gəlir vergisinə cəlb olunurmu? Eynilə sənəd təqdim edilmədiyi halda bu hal necə tənzimlənir? Ətraflı cavab versəniz minnətdar olaram.
16/01/2020 Прочитано: 256 Средняя стоимость: 5

İşçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi və sosial sığorta haqqı tutulan gəlirinə aid edilmir.

Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci və 109.7-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

5/5 (6 Средняя стоимость)
Оцените:
Rüfət Müslümzadə Faiq ru***@gmail.com ID: 610
Salam. Oktyabr ayında alınan əsas vəsait ilin sonunda amortizasiya oluna bilər?
16/01/2020 Прочитано: 243 Средняя стоимость: 5

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan oktyabr ayında alınan əsas vəsait ilin sonuna əsas vəsaitlərin qalıq dəyərinə əlavə olunmaqla amortizasiya olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

5/5 (5 Средняя стоимость)
Оцените:
Seyidova Təranə Telman ba***@mail.ru ID: 607
Hörmətli cənab mənim atamın dövlət aktında seriya nömrəsi 50400108-643, amma sistemdə əlavə 643@2259 seriyada qeyd edilir. Hər iki seriyada torpağın sun nömrəsi aşkar edilir. Odur ki, xahiş edirəm 643@2259 seriyalı uyğunsuzluğu ləğv edəsiniz, bu da mənim atamın VÖENi 8503142072.
16/01/2020 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, “Sual-Cavab” xidmətinin məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı torpağın mülkiyyətçisi tərəfindən Tovuz rayonunda (Ünvan: Tovuz rayonu Abulbəyli kəndi) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməsi tövsiyə olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Emin Əliyev Qərib ec***@gmail.com ID: 609
Salam. Bilmək istərdim III dərəcə əlillər hansı vergilərdən azaddır. Məsələn, əmək haqqından III dərəcəli əlillərə güzəşt varmı? İkinci yeni tətbiq ediləcək Tibbi sığorta III dərəcəli əlil olan şəxsdən əmək haqqından tutulacaqmı?
16/01/2020 Прочитано: 170 Средняя стоимость: 4

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Göründüyü kimi, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulmuşdur.

Cavab 2. Bildiririk ki, əmək müqaviləsinə əsasən işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir  və hər hansı azadolma nəzərdə tutulmamışdır:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən  aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Əsas: “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli Qanunu 

4/5 (5 Средняя стоимость)
Оцените:
Sultanova Səbinə su***@yandex.ru ID: 606
Təşkilat avtomobil fiziki şəxsdən(VOEN olmayan) icarəyə götürubsə, onun əvəzinə 14% vergini büdcəyə köçürübsə və icarə haqqını həmin şəxsə nəğd şəkildə ödəyibsə, bu halda həmin icarə haqqı xərc kimi sayılırmı?
16/01/2020 Прочитано: 209 Средняя стоимость: 4

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. Vergi ödəyicisi olmayan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə həmin şəxslərin elektron qaimə-faktura təqdim etmək hüququ yoxdur.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.7-ci, 71-ci və 108-ci maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Niyaz Kəlbiyev ka***@mail.ru ID: 595
Cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi 1 800 000 manat Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılmasını imkan verir. Sual 100 000 əmlak (torpaq) yonəlirsə nizamnamənin artırlmasına bu halda əmlakın dəyəri ÖMV cəlb olunur?
16/01/2020 Прочитано: 205 Средняя стоимость: 5

Bildiririk ki, nizamnamə kapitalının bölüşdürülməmiş mənfəət hesabına artırılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır və vergi öhdəliyi yaratmır. Maliyyə ilinin yekunlarına görə xalis mənfəət bölüşdürüldüyü halda (dividend şəklində) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Müəssisənin balansında olan torpaq sahəsinin müəssisənin nizamnamə kapitalına əlavə olunması haqda məlumatı aidiyyatı üzrə Maliyyə Nazirliyinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.

5/5 (3 Средняя стоимость)
Оцените:
Bextiyar Qafarov ba***@mail.ru ID: 627
Salam, zəhmət olmasa cavablandırardınız. Əmlak vergisi bələdiyyə hesabına ödənilir və necə hesablanır? Ümumi sahə 110 metr kvadrat qeyd olunub. Yaşayış sahəsi 58 m kv. bunun 30 kv. m. vergidən azaddır? Necə ödənilir aylıq və yaxud illik? Bakı üzrə 1 kv m 40 qəpik nəzərdə tutulub. Bizim ünvana 3 ay üzrə 33 AZN hesab gəlib, bu necə hesablanıb? Diqqətinizə görə minnətdaram.
16/01/2020 Прочитано: 145 Средняя стоимость: 5

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab olunurlar. Mənzil mülkiyyətçilərinin ödəməli olduğu əmlak vergisinin məbləği yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Gəncə şəhəri üzrə 0,3 manat olmaqla müvafiq bələdiyyələr tərəfindən hesablanmalı, hesablanmış məbləğ barədə bildiriş 1 avqustadək mənzilin mülkiyyətçisinə verilməli, mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisini bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə bələdiyyə büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin  8-ci, 197.1.1-ci, 198.1.1-ci 199.1-ci və 200-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nicat Aslanov Rəhim Ni***@mail.ru ID: 617
Salam. Mən Ağdam Rayon İcra Hakimiyyətində İcra Nümayəndəsi vəzifəsində işləyirəm. Ailəmiz 4 nəfərdən ibarətdir. Mən, yoldaşım və 2 az yaşlı uşağım. Yoldaşım işləmir ailədə işləyən tək mənəm. Bilmək istəyirəm ki, himayəmdə 3 nəfərin olması ilə əlaqədar olaraq vergi tutumunda aylıq gəlirdən 50 manat məbləğin azaldılması mənə şamil olunur? Əvvəlcədən təşəkkür edirəm.
16/01/2020 Прочитано: 120 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunan güzəşt hüququnun qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində 3 nəfər olan şəxsə şamil edildiyini nəzərə alaraq bildiririk ki, 2 övladınızın və işləməyən yoldaşınızın himayənizdə olmasını təsdiq edən Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədi əsas iş yerinizə (əmək kitabçasının olduğu yerə) təqdim etməklə Siz də güzəşt hüququndan istifadə edə bilərsiniz.

4/5 (7 Средняя стоимость)
Оцените:
Elxan Əhmədov Bəylər el***@gmail.com ID: 683
Məlumat almaq isteyirdim ki niyə "Astarnet" ve ya "Metronet" internet provayderinin onlayn odeme sistemi uzun muddetdirki işlemir. Bu vergilərdən yayinmaq ücun edilir ve ya bunun başqa izzahi varmi. Bu barədə cənab Nazirə məlumat verilməsini xahiş edirəm. Əlimde qeyri leqal ödeniş edilməsi haqqinda sübutlar var. Beləki artiq uzun muddetdirki bizden pulun hansisa bir sexsin hesabına edilmesi tələb olunur. Xahiş edirəm tədbir görülməsi üçün müvafiq göstəriş verilsin.
15/01/2020 Прочитано: 46 Средняя стоимость: 1

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet

1/5 (1 Средняя стоимость)
Оцените:
Cavad Şirinov Kamil sh***@gmail.com ID: 682
VÖEN-i bağlamaq üçün nə etməliyəm? Amma 127 manat borcum var və hələ ki, imkanım yoxdur ödəməyə, çünki iş tapa bilmirəm
15/01/2020 Прочитано: 81 Средняя стоимость: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Fiziki şəxs fəaliyyətinə xitam vermək istədikdə gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim edə bilər. Bunun üçün İnternet Vergi İdarəsi portalının (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaqla vergi orqanına müvafiq ərizə təqdim edilməlidir.

Hər hansı səbəbdən ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə təqdim edilə bilər.

Vergi uçotundan çıxarılanadək vergi uçotuna alınma barədə vergi şəhadətnaməsi, vergi uçotuna alındıqdan sonra ləğv edilmə tarixinədək sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olduğu halda bu dövr üzrə müvafiq vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta hesabatını, sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda isə “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” vergi orqanına təqdim edilməli, borc olduğu halda borc ödənilməlidir.

Qeyd edilən prosedurlara əməl edildikdən sonra vergi orqanı vergi ödəyicisini vergi uçotundan çıxararaq VÖEN-i vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirir və vergi ödəyicisinə “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 34.5-ci, 34.7.3-cü və 38.3.8-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəli Müslümov İbad oğlu vm***@mail.ru ID: 679
1939021848113200 fəaliyyətin bərpa edilməsi barədə məktub almışam. Mən fəaliyyət göstərmirəm və heç bir vergi də ödəmirəm. Mən fəaliyyətimin dayandırılmasını online yerinə yetirə bilərəmmi? Əgər edə bilərəmsə necə? e-taxes.qov-.az-la alınmır. Xəta baş verir məlumatı gəlir. Xahiş edirəm ətraflı məlumat verəsiniz.
15/01/2020 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, müvafiq arayış vergi orqanına həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq təqdim edilməlidir.

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə əvvəlki ərizəsində qeyd olunan fəaliyyətinin bərpa ediləcəyi tarix ilə növbəti ərizəsində qeyd olunan fəaliyyətinin dayandırılması tarixi arasında müddət fərqi olduqda, fəaliyyətinin aktivləşdiyi dövr üzrə müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü (vergi ödəyicisinin vəzifələri), 30.2-ci, 30.3-cü və 30.8-ci (kommersiya (vergi) sirri), 57.1-ci (hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları), 68-ci (müddətlərin müəyyən edilməsi qaydası) maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dəmirov Ağamurad Rahib oğlu my***@mail.ru ID: 3543
Salam. Biz muzdlu işçi kimi fəaliyyət göstəririk. Bizə deyildi ki, vergini dondurarsınız, bizim 4-cü rüb hesabatı olmadan biz vergini dondura bilərikmi? Əgər borcumuz varsa, vergini dondura bilərikmi? Əgər borc ola-ola vergini dondursaq, gündəllik faizlər üstünə gələcəkmi? Ətraflı cavab verərdiniz, zəhmət deyilsə.
11/01/2020 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vegi Məcəlləsinin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, sizin mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərdiyiniz və vergi ödəyicisi olduğunuz qənaətinə gələrək bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Vergi borcunuzun olması fəaliyyətinizi dayandırmaq üçün hər hansı məhdudiyyət yaratmır. Vergi ödəyicisi fəaliyyətini dayandırdığı hesabat dövrü üçün vergi orqanına hesabatı təqdim etməlidir. 

Eyni zamanda, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Lakin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 59-cu, 149-cu, 220-ci, 222-ci və 224-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Fəxriyyə Musayeva fe***@hotmail.com ID: 640
Salam. Xahiş edirəm məlumat verəsiniz. Marketlərdən alış-veriş elədiyimiz zaman aldığımız çeklərdəki ƏDV vətəndaşa geri veriləcəkmi? Türkiyədə hər ilin başında keçən ildə olan bütün xərcləmələrə aid çeklər siyahı şəklində yazılır: alındığı market, məhsul, tarix və məbləğ. Və vergiyə təqdim olunur. Vergi hesablanmış məbləğləri və çekləri kontrol edib cəmi ƏDV məbləğini vətəndaşın bank hesabına köçürür. Çox sağ olun.
07/01/2020 Прочитано: 55 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Solmaz Məhərrəmova İsrafil qızı so***@mail.ru ID: 637
Salam. Bilmək istəyirəm ki, 1941-1945-ci illərdə arxa cəbhədə döyüşən müharibə iştirakçılarının övladlarına gəlir vergisi güzəştləri şamil olunurmu? (Qeyd edim ki, atam 1941-1945-ci illərdə neft sahəsində çalışıb) .Şamil olunursa hansı sənədlər təqdim olunmalıdır və haradan alınmalıdır?
06/01/2020 Прочитано: 53 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. 

Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Niyaz Əhmədov Salman ah***@mail.ru ID: 632
102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının; 102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.102.4.2. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar. Xahiş edirəm məlumatlandirasınız.Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, yəni Qarabağ döyüşlərində şəhid olmuşların övladlarına hansı maddə şamil edilməlidir. Əvvəlcədən təşəkkür.
05/01/2020 Прочитано: 74 Средняя стоимость: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mirqəfər Xankişiyev Ilqar xa***@bk.ru ID: 3538
Salam. Mənə vergidən məktub gəlib. Onun məzmununu anlamıram və öyrənməyi istəyirəm.
05/01/2020 Прочитано: 30 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: