Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Cavab 1. Bildiririk ki,  qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Cavab 2. Güzəşti təsdiq edən sənədlər aşağıdakılardır:

1. Ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı;

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışları.

Cavab 3. Bildiririk ki, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci və 102.8-ci (gəlir vergisindən azadolmalar və güzəştlər) maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur.

Əmlakı icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci və 149-cu maddələri.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur. 

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır ((294-200)*14%=13,16).

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Sorğunuzdan sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fiziki şəxs kimi həyata keçirmək istədiyiniz qənaətinə gələrək bildiririk ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, təsərrüfat subyektini (obyektini) uçota qoymalı və həmin obyektdə nəzarət-kassa aparatını qeydiyyata qoymalı, seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş, gəlir, ƏDV və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlidir.

Sadələşdirilmiş vergini seçdiyi halda, ümumi hasilatdan 2 faiz həcmində, gəlir vergisini seçdiyi halda isə ümumi gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Uçot qaydaları və vergi öhdəlikləri barədə ətraflı məlumatla səhifəmizdə tanış ola bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.

Sadələşdirilmiş vergi (Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 219-cu, 220-ci, 221-ci maddələri.

Общая цена: 4/53
Оцените:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 1/51
Оцените:

Bildiririk ki, vergi orqanlarına işə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Bu Qaydalar "Dövlət qulluğu haqqında Qanun"a, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması məsələlərini, müsabiqənin keçirilməsini, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunmasını və ehtiyat kadrlar siyahısına daxil edilməsini, ehtiyat kadrların idarə edilməsini və siyahıdan çıxarılmasını tənzimləyir.

Adı qeyd olunan Qaydalar və Əsasnamələrdə hər hansı dəyişiklik qeydə alınmamışdır. Hər hansı dəyişiklik olquğu halda, bu haqda ictimaiyyətə məlumat təqdim olunacaq.

Общая цена: 5/51
Оцените:

Vergi və sosial sığorta haqqı üzrə mükəlləfiyyətləriniz faktiki fəaliyyət növünə uyğun olmadığı halda, bu barədə uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. Eyni zamanda, bir neçə fəaliyyət növü ilə məşğul olduğunuz halda həmin fəaliyyətlərə və qanunvericiliyə uyğun olaraq fərqli mükəlləfiyyətlərə sahib ola bilərsiniz.
Əlavə olaraq qeyd etmək istərdik ki, “Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin mobil telefonuna göndərilməsi nəzərdə tutulmamışdır.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, xəzinədarlıq orqanından ödənilmiş vəsaitin büdcəyə daxil olmasını təsdiqləyən məlumat vergi orqanına kağız daşıyıcısında, sənədin surəti kimi verildiyi halda həmin sənədin surətinin alındığı gündən sonrakı 2 iş günü, elektron şəkildə verildikdə isə 1 iş günü ərzində vergi orqanının əməkdaşı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Ödədiyiniz vəsaitin şəxsi hesab vərəqənizdə nəzərdə tutulmuş müddətdə əks olunmadığı halda, uçotda olduğunuz vergi orqanına müraciət edərək aydınlaşdıra bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, saytımızda yerləşdirilən ədəbiyyat siyahısı dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 test tapşırığından 80-ni əhatə edir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunan 100 test tapşırığının 20-ni məntiqi təfəkkürün müəyyən edilməsi istiqamətində tapşırıqlar təşkil edir.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, dövlət vergi orqanları müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ  vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, qeyri-rezident hüquqi şəxs istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda daimi nümayəndəlik yaratmalıdır. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmalı olmayan bölmələr isə Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.

Vergi orqanında uçota alındıqdan sonra şəhadətnamə- dublikat almaq üçün vergi orqanına müraciət edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.8-ci maddəsi.

Общая цена: 5/51
Оцените:

Müraciətinizin mahiyyəti aydın olmadığı üçün dəqiqləşdirərək yenidən “Sual-cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

ƏDV məqsədləri üçün daxil olan məbləğ isə ödəmə mənbəyində tutulan gəlir vergisinin məbləğini də özündə ehtiva edir.

Xarici dövlətdə əldə olunan gəlirlərin bəyan edilməsi ilə bağlı isə bildiririk ki, rezident hüquqi şəxs digər dövlətdə ödənilən mənfəət vergisini xərc kimi gəlirdən çıxa bilmir, xaricdə vergiyə cəlb olunan gəlirləri də daxil olmaqla, bütün gəlirlərindən bu gəlirdən çıxıla bilən bütün xərcləri çıxır, yaranan fərqdən Azərbaycan Respublikasında qüvvədə olan vergi dərəcəsi ilə mənfəət vergisini hesablayır, hesablanmış vergi məbləğindən xaricdə ödənilən gəlir vergisini və ya gəlirdən hesablanan digər vergini çıxır, yerdə qalan məbləği isə büdcəyə ödəyir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 127.1-ci, 161.1-ci, 165.1.3-cü və 168.1.5-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əmlakın digər əmlakla dəyişdirilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş  əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması” kalkulyatoru yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

Общая цена: 5/53
Оцените: