Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Cəfər Seyidzadə ja***@gmail.com ID: 3805
Salam. Fərdi sahibkar kimi qeydə alınmışam. 1. Hüquqi şəxs, ƏDV ödəyicisinə İT xidməti göstərildikdə hansı vergi öhdəliyim yaranır ? 2. Vergi uçotuna alınarkən təqdim etdiyim ərizədə seçdiyim vergitutma metodunun sadələşdirilmiş vergi, gəlir vergisinin və ya əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alındığımı necə dəqiqləşdirə bilərəm ? 3. Vergitutma metodunu dəyişdirə bilərəm, bilərəmsə, hansı ünvana bununla bağlı yaxınlaşıb və ya hansı elektron ərizə ilə müraciət edə bilərəm?
06/01/2021 Прочитано: 95 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Müraciətinizdə qeyd olunanlara əsasən, tərəfinizdən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxs (hüquqi şəxs) olduğu üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda vergi ödəyicisi tərəfindən təqdim etdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə əlavə dəyər vergisi hesablanmalı və müvafiq qaydada bəyan edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 155-ci, 159-cu, 218.5.10-cu və 218.6-cı maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Alatorceva Yulya Vasilevna yu***@mail.ru ID: 3804
Mənə hər ay vergidən mesaj gəlir, bu VÖEN-ə 1504068051. Amma məndə nə VÖEN var, nə də vergilərə borcum. Çox xahiş edirəm, aydınlaşdırın bu nə məsələdir?
06/01/2021 Прочитано: 60 Средняя стоимость: 5

Bildiririk ki, telefon nömrəsinə mesaj səhvən gəldikdə sorğunuzda qeyd edilənlərlə bağlı araşdırmanın aparılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Denis Beznosov db***@gmail.com ID: 3519
Здравствуйте! Хотел бы узнать активный ли у меня воен? Я без работный уже больше 2 месяцев. Положена ли мне компенсация в размере 190 азн?
06/01/2021 Прочитано: 171 Средняя стоимость: 0

Bildiririk ki, 6 yanvar 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Beznosov Denis Aleksandroviçin (VÖEN 1002626212) fəaliyyəti dayandırılmışdır. 

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eşqin es***@gmail.com ID: 3803
ƏDV ilə bağlı problemim var, xahiş edirəm yardım edəsiniz.
06/01/2021 Прочитано: 61 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Valeh Əkbərli Sadiq Va***@gmail.com ID: 3802
Salam, bizə maliyyə dəstəyi nə vaxt köçürəcəksiniz 250 manatı?
06/01/2021 Прочитано: 63 Средняя стоимость: 3

Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. 

Maliyyə Nazirliyi və agent banklar tərəfindən maliyyə dəstəyinin bank hesablarına köçürülməsi təmin edilir. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Tağıyev Xəyal Musa oğlu BE***@YAHOO.COM ID: 3801
Salam. Sualım Vergi Məcəlləsinin 102.5-ci maddəsi üzrədə (Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.) Bilmək istiyərdim həmin azadolma yalnız əməkhaqınan tutulan gəlirə aiddir, yoxsa sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən həmin azadolmanı çıxmaq olarmı?
06/01/2021 Прочитано: 62 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Qeyd olunan vegi güzəşti yalnız muzdlu işlə əlaqədar olan gəlirə aid edilir.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən  ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Средняя стоимость)
Оцените:
Mehman Məcidov Me***@gmail.com ID: 3800
Salam,men 2020-ci ilin sonunda( ya noyabr ve ya dekabr ayında) edvgerial.az saytında qeydiyyatdan keçmişəm və təxminən 1000 manata yaxın kassa çekini qeyd etmişəm, 20 manata yaxın pul ödənməlidir. Lakin hal-hazırda mən bu sayta girə bilmirəm. Bu saytda ancaq Beynəlxalq və Kapital bankın linkləri işləyir. Mənim Beynəlxalq banka aid maaş kartım var. Mən bu saytda İBA linkine girdikde ise mənim alacağım 20 manat görsənmir. Onda belə çıxır ki, mənim köhnə çeklərim batdı. Xahiş edirəm köhnə cekləri bərpa etməyə mənə kömək edəsiniz.
06/01/2021 Прочитано: 45 Средняя стоимость: 0

Bildiririk ki, edvgerial.az portalından mobil tətbiqləri yükləmədən də edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz. Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Perviz Yusubov ad***@sim.az ID: 3799
Salam, mən Türkiyəyə getməliyəm və iş üçün kompüter almalı olacam. Həmin kompüteri orada istifadə etdikdən sonra onu Azərbaycana gətirə bilərəm? Və buna görə məndən hər hansı vergi tutulacaq?
06/01/2021 Прочитано: 56 Средняя стоимость: 0

Bildiriri ki, idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad ra***@mail.ru ID: 3798
Salam. Azərbaycanda bəzi internet ödəniş saytlar mövcuddur. Həmin saytların xəttilə fərqli-fərqli ödənişlər - kommunal, internet, telefon, istehlak kreditləri ödənilir. Ödəniş zamanında belə internet saytların vasitəsi ilə sadə bir çek gəlir. Fiskal İD olmadan və bar kod olmadan bir çek verilir. Məsələn, mənim üzərimdə, Bakının bir mağazasında bir telefonu kreditə aldın. Onun ödənişini hissə-hissə edərkən həmin mağaza, mənə, kreditin hissəsini ödənişini edərkən çeki QR kodla və fiskal İD ilə verir. Amma həmin istehlakçı krediti üçüncü tərəfin köməyilə (yəni internet ödəniş saytın köməyilə edərkən) heç bir e-kassa çek, fiskal İD və barkodla verilmir. Zəhmət olmasa, izah edin belə ödəniş saytları ödənişləri həyata keçirərkən niyə fiskal İD və QR kodlu olan e-kassa çeki vermirlər? Qanun buna icazə verir? Və verirsə hansı maddəyə görə?
05/01/2021 Прочитано: 95 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada -  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən satıcının hesabına ödənilən vəsaitə görə fiziki şəxsə satıcı tərəfindən nəzarət kassa-aparatının çeki təqdim edilir. Nağdsız hesablaşmalar zamanı isə, ödənişə görə ödəniş terminalları vasitəsilə nəzarət kassa-aparatının çekinin təqdim olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Rüstəm oğlu rr***@gmail.com ID: 3796
Salam. Mənin Vöen im 1200228242. Peniyanın təsnifat kodunu öyrənmək istərdim.
05/01/2021 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, qeyd etdiyiniz halda, onlayn və ya nağdsız qaydada 123420 - Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar kodu ilə ödənişi həyata keçirə bilərsiniz.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sadıxov Səməd Zakir oğlu sa***@mail.ru ID: 3795
Mən dekabr ayının sonu iri məbləğdə alış atmişdim və EDV-nin geri qayıtması üçün müraciət etdim. Həmin ceklərin məndə olduğu halda bəzi ceklərdə EDV-nin geri qaytarılması üçün müraciətin olduğu bildirilmişdir. Həmin cekləri təqdim etməklə ƏDV-nin qaytarılması barədə sorğunun ləgv edilərək mən tərəfdən müraciətimə baxılması mümkündürmü?
05/01/2021 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ələsgər Məmmədli Əhməd el***@yahoo.com ID: 3793
ASAN İmza sertifikatının daha 3 il müddətinin uzadılması zəruridir. Mən 0502256564 nömrəli telefonla son 3 ildə asan imzadan istifadə etmişəm. Dekabrın sonu müddət bitib. 1 yanvar 2021-də əlavə 18 manat ödəniş etsəm də sertifikat aktivləşməyib. Onu aktivləşdirməliyəm. Nə edim? (Asan xidmətə müraciət etsəm də orda son 10 gün üçün növbə yoxdur) Sizə hara müraciət edə bilərəm? Nə zaman?
05/01/2021 Прочитано: 71 Средняя стоимость: 3

“Asan İmza” xidmətinin müddəti bitdikdən sonra aid olduğunuz mobil operatora fiziki olaraq müraciət edilir. “Asan İmza” nömrəsinin dublikatı əldə edilir və xidmət
növbəti 3 il müddətinə aktivləşdirilir. Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat müraciət zamanı çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Süleyman Zeynalov ze***@mail.ru ID: 3792
Mən bilmək istəyirəm ki, bir VÖEN-lə birdən artıq iaşə obyekti işlətmək olarmı? Yəni tutaq ki, bir mağazam var, ikincisini açmaq istəyirəm. Həmin VÖEN-lə mümkündürmü bu?
05/01/2021 Прочитано: 82 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. 

Vergi ödəyicisinin təsərrüfat subyektlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə bir neçə iki və daha çox təsərrüfat subyektinin (obyekti) olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Xalid Zalov Cavad oğlu xa***@gmail.com ID: 3790
Zavodun əsas fəaliyyəti emal sənayesidir. Bu fəaliyyətin göstərilməsi üçün zavodun əsas və köməkçi sahələri mövcuddur. Bu sahələrlə yanaşı zavodun “Tibb xidməti” sahəsi də mövcuddur. “Tibb xidməti” sahənin əsasnaməsinə əsasən tərkibi rəis, həkim və tibb bacısından (qardaşı) ibarətdir. Funksiyası isə müəssisə daxilində müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək və s. ibarətdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Tibb xidməti sahəsinə çəkilən (əmək haqqı, işıq, su, əsas vəsaitlərin amortizasiyası, tibbi ləvazimatların alınmasına çəkilən məsrəflər və digər) xərclərin gəlirdən çıxılan (və ya çıxılmayan) xərc kimi nəzərə alınması barədə şərh verməyinizi Sizdən xahiş edirəm.
05/01/2021 Прочитано: 92 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan "Tibb xidməti" sahəsinin gəlirdən çıxılan xərclərə aid edilib-edilməməsinin müəyyən edilməsi üçün, müəssisəsin və nəzdində olan tibb xidməti sahəsinin fəaliyyət xarakteri haqda ətraflı məlumatları qeyd etməklə, rəsmi qaydada Dövlət Vergi Xidmətinə və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nigar Abbasova ni***@inbox.ru ID: 3789
Vahid bəyannaməni tərtib etmişəm. Yoxla düyməsini basdıqdan sonra onun vəziyyəti «emal gözləyir». Əməliyyat xanası isə boşdur. Ona görə bəyannaməni imzalıyıb göndərə bilmirəm, bəyannamə qaralamalar bölməsində qalır. Nə etməliyəm?
05/01/2021 Прочитано: 91 Средняя стоимость: 3

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elçin Seyidov Səbuhi se***@list.ru ID: 3540
Mən 3-cü qrup əliləm. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, hansı vergi güzəştləri nəzərdə tutulur?
05/01/2021 Прочитано: 223 Средняя стоимость: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslər üçün vergi qanunvericiliyində hər hansı xüsusi güzəşt və ya azadolma nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 220-ci maddələri, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

 

5/5 (4 Средняя стоимость)
Оцените:
Nihad Bağırzadə Aydın oğlu ni***@gmail.com ID: 3503
Salam, mənim VÖEN-im dondurulub. Bilmək istərdim, VÖEN aktivdir ya dondurulub. Bir də VÖEN şəhadətnaməni itirmişəm, onu necə əldə edə bilərəm?
05/01/2021 Прочитано: 159 Средняя стоимость: 5

Bildiririk ki, 5 yanvar 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Bağırzadə Nihad Aydın oğlunun (VÖEN 6401249552) fəaliyyəti aktivdir. 

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (4 Средняя стоимость)
Оцените:
Orxan Həmidov Ədalət Or***@mail.com ID: 3787
Salam. Birinci karantində 250 manat yardımı almışdım. Bu dəfə ödəniş olmayıb, mənim hesab kartıma bütün iş yoldaşlarım alıb, məndən başqa xahiş edirəm mənə kömək göstərin.
05/01/2021 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, pandemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq istiqamətində sahibkarlara göstərilən 4-cü maliyyə dəstəyi iki istiqamət üzrə aparılır: 
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.
məkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. 
Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 
İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Maliyyə Nazirliyi və agent banklar tərəfindən maliyyə dəstəyinin bank hesablarına köçürülməsi təmin edilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əlizadə Muxtar Əlibaba al***@gmail.com ID: 3534
Sərt karantin rejimi ilə əlaqədar onlayn satış, malların çatdırılmasını həyata keçirmək istəyirəm. Mağazanı açmadan internet və ya telefonla sifariş qəbul ediləcək. Bunun üçün vergi uçotunda nə isə dəyişiklik edilməlidirmi?
05/01/2021 Прочитано: 171 Средняя стоимость: 4

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament

4/5 (4 Средняя стоимость)
Оцените:
Rima Hacıyeva es***@gmail.com ID: 3523
Salam. 08.12.2020 tarixində Yasamal rayonu ərazisində yerləşən Green Price adlı getim dükanından 56.97 AZN dəyərində alış-veriş etdim. Kassirdən ƏDV çeki tələb etdim. Mənə "onsuz da yüklənməyəcək" dedi. Mən yenə də çeki götürdüm. Göstərilən müddət dolduqdan sonra təxminən 3 saat sonra qəbzi ƏDV herial portalında yüklədim (BirBank sistemi vasitəsi ilə). Lakin vergi yüklənmədi .qeyd olundu ki, ədv ödəyicisi deyil. Qəbzin üzərində ƏDV 2 faiz göstərilib-1.14 AZN. Bu vəziyyətin izah olunmasını xahiş edirəm. Əgər vergidən yayınma halı varsa pozulmuş hüquqlarımın bərpa olunmasını xahiş edirəm. Fiscal İD: 9QAPyTL157g5
05/01/2021 Прочитано: 199 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. Belə ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

 

4/5 (8 Средняя стоимость)
Оцените: