Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tofiq Sadıqzadə Bağır to***@gmail.com ID: 3828
Kurs mərkəzi açdırmaq istəyirəm. Bunun üçün hüquqi ad almaq istəyirəm. Buna görə hansı sənədlər lazımdır? Və bir də bu barədə Təhsil Nazirliyindən icazə almaq lazımdır?
08/01/2021 Прочитано: 102 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik. 
"Hazırlıq kurslarının fəaliyyəti" xüsusi razılıq tələb edən fəaliyyət növlərinə aid edilmədiyi üçün, lisenziya tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayıl Xələfzadə Bəxtiyar ca***@gmail.com ID: 3827
Salam. Mən vergi idarəsinə onlayn növbə tutmaq istəyirəm. Xananı düzgün doldururam, amma mənə gəlir ki, guya FİN kod nömrəyə uyğun deyil. Mənə kömək edin, necə edim?
08/01/2021 Прочитано: 43 Средняя стоимость: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Onlayn növbəyə yazılmaq üçün qeyd olunan mobil nömrə müraciət edən şəxsin adına qeydiyyatda olmalıdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ibrahimov Ayaz Yəhya oqlu sa***@gmail.com ID: 3825
Salam, mobil taksi tətbiqi üçün qeydiyyatdan necə keçmək lazım və VÖEN necə əldə etmək olar?
08/01/2021 Прочитано: 92 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Şahin sa***@mail.ru ID: 3823
Salam. Fərdi sahibkar (mikro sahibkar) olaraq əldə etdiyim gəlir məbləğinin vergisini ödədikdən sonra yerdə qalan hissə mənim xalis gəlirim sayılır. Xalis gəlirimi sahibkar (VÖEN) hesabımdan şəxsi hesabıma nağdsız şəkildə transfer edəndə 1% sadələşdirilmiş vergi tətbiq edilirmi? Xahiş edirəm, cavab Vergi Məcəlləsinin müvafiq maddələri ilə cavablandırılsın. Əvvəlcədən təşəkkürlər
08/01/2021 Прочитано: 138 Средняя стоимость: 3

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Maddədə qeyd olunduğu kimi, müvafiq vergi yalnız pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması zamanı tətbiq olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Nərgiz israfilova Tarel Na***@gmail.com ID: 3822
Salam. Mənim şikayətim ədv qaytarılması ilə bağlıdır. Bir neçə çekim məbləği yüksək olduğuna görə qanunvericilikdə göstərilmiş müddəti keçməyinə baxmayaraq geri qaytarılmır. Xahiş edirəm,məbləğlərin hesaba oturmasını təmin edəsiniz.
08/01/2021 Прочитано: 72 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nüslət sh***@mail.ru ID: 3821
Salam. Mən 05.01.2021 ci ildə Abşeron rayon Xırdalan şəhərində yerləşən Kontakt Home mağazalar şəbəkəsindən dəyəri 1460 azn olan Huavey D 14 makbook almışam . Ədv geri qaytar portalında çekin məlumatın yazdım . Məndən qabaq istifadə olunmuşdu. Şirkətə müraciət etdim dedilər siz yalan deyirsiz. Mən bunu onlara necə sübut edim ki, onlar bizi aldadırlar. Əvvəlcədən təşəkkür edirəm.
08/01/2021 Прочитано: 70 Средняя стоимость: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hasanoğlu Ali Hasan oğlu al***@mail.ru ID: 3819
Mən özümə məxsus ofisi müqavilə əsasında icarətə vermişəm. İcarəyə götürən şəxs deyir ki, mən onlara kod verməliyəm. Xahiş edirəm mənə izah edin, mən necə etməliyəm?
08/01/2021 Прочитано: 57 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Həmçinin bildiririk ki, fiziki şəxslər yaşadıqları ərazi üzrə vergi uçotuna alınır. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü və 124-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Mədinə xudayar qızı El***@gmail.com ID: 3817
Sual: 1 VÖEN açdırmaq üçün nə qədər xərc tutulur? Sual: 2 Yaşadığım kənddə həyat yoldaşımın pay torpağına gedən bütün yollar bağlanıb və neçə illərdiki həmin pay torpağından istifadə edə bilmirik və bu rayonda həllini tapa bilmirik, hara müraciət edək? Təşəkkür edirəm.
08/01/2021 Прочитано: 61 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Cavab 2. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına müraciət edərək məlumat ala bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Samirə Məmmədova Vahid qızı ba***@gmail.com ID: 3816
Mən 10 il öncə çay evi arendaya işlədirdim, VÖEN açdırmaq lazım oldu. Çox çəkmədi ki, çay evini sahibinə qaytardım və savadsizlığım üzündən adıma olan VÖEN açıq qaldı. Onun bağlanmasını xahiş edirəm. Pandemiya ilə əlaqədar 190 manat almaq istədim, müraciət rədd edildi və mənə o zaman bildirildi ki, VÖEN-im bağlanmalı imiş. Mən 4 oğul anası, xahiş edirəm köməklik edəsiniz.
08/01/2021 Прочитано: 53 Средняя стоимость: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müraciətinizlə bağlı vergi ödəyicilərinə xidmət mərkəzlərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin  34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (2 Средняя стоимость)
Оцените:
Tünzalə tu***@gmail.com ID: 3815
Salam, bilmək istərdim mart ayında oğluma sms icazəsi götürə bilmədiyi üçün cərimə yazmışdılar. Oğlumun hələ 15 yaşı tamam olmamış bu cəriməni haqq edirmi? Bu cərimə ödənilməlidir? Bu haqda bilmək istəyirəm.
07/01/2021 Прочитано: 59 Средняя стоимость: 5

Bildiririk ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (2 Средняя стоимость)
Оцените:
İldırım Kərimli Tahir il***@gmail.com ID: 3813
Salam. Aptekdə aliş-veriş etdikdən sonra ƏDV əldə etmək istədikdə, QR kod və Fiscal İD oxunmurlar. Zəhmət deyilsə, köməklik göstərərdiz.
07/01/2021 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Oruc Abbasov IsmayI or***@gmail.com ID: 3811
Salam. Mən 25.11.2020-ci il tarixində Saloğlu şirkətindən mebel almışam və aldığım malın əlavə dəyər vergisinin qaytarılması ilə bağlı olaraq edvgerial.az saytı vasitəsiylə çeki əlavə etmişəm. Artıq üzərindən 43 gün keçməsinə baxmayaraq, hələdə pul balansa əlavə olunmayıb. (gözləmə rejimindədir) Zəhmət olmasa bu məsələdə mənə yardımçı olardınız.
07/01/2021 Прочитано: 59 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəşad Məmmədov ra***@gmail.com ID: 3810
Salam. Vərəsəlik yolu ilə mənim adıma keçmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq istədikdə, hər hansi vergi tutumu varmı, varsa məbləği nə qədərdir? Təşəkkürlər.
07/01/2021 Прочитано: 90 Средняя стоимость: 4

Bildiririk ki, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. 

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 218.4.5-ci maddələri.

4/5 (2 Средняя стоимость)
Оцените:
Məmmədova Sənubər ma***@yahoo.com ID: 3809
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin İşçilərin Ezamiyyə Qaydaları ilə bağlı Qərarına əsasən 5-ci bəndinə əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir. Qeyd olunan xərclərə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri, biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir. Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür. Sualım belədir: Əgər Maliyyə Nazirliyinin İşçilərin Ezamiyyə Qaydaları ilə bağlı Qərarına əsasən aviabiletin dəyərinin şirkət və ya işçi tərəfindən birbaşa ödənilməsində və hər iki halda xərc kimi tanınmasında məhdudiyyət yoxdursa, şirkətin işçisi xidməti ezamiyyəyə ilə əlaqədar aviabiletin dəyərini öz əmək haqqı kartı ilə onlayn qaydada qeyri-rezident turizm şirkətinə ödəyi halda və sonradan həmin xərc işçiyə şirkət tərəfindən avans hesabatına əsasən geri ödənildiyi halda, həmin aviabiletin dəyərini şirkətimiz mənfəət vergisi bəyannaməsində ezamiyyə xərclərinə aid edə bilərmi? Bundan əlavə qeyri-rezidentdən alınan aviabiletin dəyəri ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırmı? Nəzərinizə çatdırırıq ki, belə olan halda, turizm şirkəti tərəfindən şirkətin adına heç bir faktura kəsilmir. Yalnız işçinin ödənişini təsdiq etdiyi sənəd (işçinin əmək haqqı kartından çıxarış, onlayn ödəşi təsdiq edən qəbz), xidməti ezamiyyə haqqında Əmr, elektron aviabiletin surəti, pasport və ya onu əvəz edən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti avans hesabatına əlavə olunur.
07/01/2021 Прочитано: 208 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Həmin Qərara əsasən nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Qeyd olunanlara əsasən şirkət tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin ezam olunma yerinə getmək və qayıtmaq xərclərini təsdiq edən sənədlər əsasında işçiyə ödənilən nəqliyyat xərcləri gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq ölkədaxili və xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir.

Qeyri-rezidentə ödənilən aviabiletlərin dəyəri Azərbaycan mənbəyində gəlir olmadığı üçün ödəmə mənbəyində vergiyə cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar 2012-ci il tarixli 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sara Umudova Eliverdi sa***@gmail.com ID: 3808
Menm adimla bagli sizde melumat varmi.
07/01/2021 Прочитано: 47 Средняя стоимость: 5

Bildiririk ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətimizdən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Fərid Hüseynov Zakir oğlu f.***@outlook.com ID: 3807
Salam. Bilmək istərdim, ƏDV ödəyicisinin İdxaldan yaranmış Şəxsi Hesab Vərəqəsində yığılmış artıq vergi ödənişlərini ƏDV depozitinə yönəltmək olarmı?
06/01/2021 Прочитано: 89 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili və məxarici Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” ilə tənzimlənir. Adıçəkilən Qaydalara əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqində olab artıq ödəməsindən ƏDV-nin depozit hesabına vəsaitlərin köçürülməsi qanunvericilikdə nəzərdə tutulmur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfər Seyidzadə ja***@gmail.com ID: 3805
Salam. Fərdi sahibkar kimi qeydə alınmışam. 1. Hüquqi şəxs, ƏDV ödəyicisinə İT xidməti göstərildikdə hansı vergi öhdəliyim yaranır ? 2. Vergi uçotuna alınarkən təqdim etdiyim ərizədə seçdiyim vergitutma metodunun sadələşdirilmiş vergi, gəlir vergisinin və ya əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alındığımı necə dəqiqləşdirə bilərəm ? 3. Vergitutma metodunu dəyişdirə bilərəm, bilərəmsə, hansı ünvana bununla bağlı yaxınlaşıb və ya hansı elektron ərizə ilə müraciət edə bilərəm?
06/01/2021 Прочитано: 100 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Müraciətinizdə qeyd olunanlara əsasən, tərəfinizdən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxs (hüquqi şəxs) olduğu üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda vergi ödəyicisi tərəfindən təqdim etdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə əlavə dəyər vergisi hesablanmalı və müvafiq qaydada bəyan edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 155-ci, 159-cu, 218.5.10-cu və 218.6-cı maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Alatorceva Yulya Vasilevna yu***@mail.ru ID: 3804
Mənə hər ay vergidən mesaj gəlir, bu VÖEN-ə 1504068051. Amma məndə nə VÖEN var, nə də vergilərə borcum. Çox xahiş edirəm, aydınlaşdırın bu nə məsələdir?
06/01/2021 Прочитано: 61 Средняя стоимость: 5

Bildiririk ki, telefon nömrəsinə mesaj səhvən gəldikdə sorğunuzda qeyd edilənlərlə bağlı araşdırmanın aparılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Denis Beznosov db***@gmail.com ID: 3519
Здравствуйте! Хотел бы узнать активный ли у меня воен? Я без работный уже больше 2 месяцев. Положена ли мне компенсация в размере 190 азн?
06/01/2021 Прочитано: 171 Средняя стоимость: 0

Bildiririk ki, 6 yanvar 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Beznosov Denis Aleksandroviçin (VÖEN 1002626212) fəaliyyəti dayandırılmışdır. 

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eşqin es***@gmail.com ID: 3803
ƏDV ilə bağlı problemim var, xahiş edirəm yardım edəsiniz.
06/01/2021 Прочитано: 61 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: