Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tahir Alıyev Alı ta***@mail.ru ID: 3745
Mən fərdi sahibkar kimi (VÖEN 2001136142) xidmət müqaviləsi əsasında VÖEN-siz fiziki şəxslərə mühasibatlıq üzrə məsləhət xidməti və maliyyə-mühasibatlıq üzrə təlimlər keçirəm. Sonuncu müqaviləm də bu tipli müqavilədəndir. Lakin müqaviləni hüquqi şəxlə bağlamışam və mənə ödənişi hüquqi şəxs həyata keşirib. Mənim təlim keçdiyim şəxslər isə Sudan İstifadəçilər birliklərinin mühasibləri (yəni fiziki şəxslər) olub. Bu halda mən hansı vergini ödəməliyəm?
29/12/2020 Прочитано: 125 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu halda həmin şəxs vergi ödəyicisi kimi uçota alınaraq əldə olunan gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərclərini çıxmaqla gəlir vergisi ödəməlidir.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu və 218.6-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsrafilova Nargiz Na***@gmail.com ID: 3744
Salam. Mən noyabr ayının 25-i fiskal İD daxil etmişəm portala. 30 gündən çox küçməsinə baxmayaraq, çekin statusu dəyişmir. Görünən odur ki, məbləğ yüksəkdir deyə təsdiq olunmur. Axı bu qanunvericiliyə ziddir. 30ügun müddəti hökümət özü təyin edib. Əgər məbləğə görə limit varsa, niyə bunu cəmiyyətə açıqlamırsınız? 1 qəpik 5 qəpik vaxtından da əvvəl qaytarılır, lakin 20 manatdan yüksək ƏDV-si olan çeklər gözləmə statusunda qalmaqda davam edir.
29/12/2020 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şakir Sarvanov s.***@mail.ru ID: 3743
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Misal üçün: Müəssisə ay ərzində əldə etdiyi e -qaimə faktura əsasında sərf edilən elektrik enerjisinin əsas məbləğini elektron bank vasitəsilə, ƏDV məbləğini isə ƏDV depozit hesabından ödəyir. İllik mənfəət vergisinin hesabatında ödədiyi elektrik enerjisinə görə pul vəsaitini xərc olaraq göstərdiyi vaxt həmən xərc sənədlərlə təsdiq olunmayan xərc kimi qeydiyyata alınır və müəssisəyə uyğunsuzluq məktubu gəlir. Misalım təkcə elektrik enerjisinə görə ödənilən pul vəsaiti ilə bağlı deyil, digər xərclərədə şamil edilir. Maraqlıdır, elektron bank vasitəsilə əsas məbləğləri, ƏDV depozit vasitəsilə ƏDV məbləğləri ödənildiyi halda nəyə görə gəlir və mənfəət vergisi hesabatında həmən xərclər xərc olaraq göstərildiyi vaxt "sənədlərlə təsdiq edilməyən" xərclər kimi qeydiyyatan keçir və müəssisəyə uyğunsuzluq məktubu göndərilir? Misalım 2019 -ci ilin mənfəət və gəlir vergisi bəyannamələrində öz təsdiqini tapır. Çox güman ki, 2020 -ci ilin cari gəlir və mənfəət vergisi bəyannamələrindədə həmən uyğunsuzluq yenədə təkrarlanacaq. Yazıb sizdən xahiş edirəm ki, məsələnin təfərrüatlarını araşdıraraq mövcud problemin aradan qaldırılmasına köməklik göstərəsiniz
29/12/2020 Прочитано: 110 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Eyni zamanda, bəyannamə formalarına dair təkliflərin verilməsi ilə bağlı saytımızda müraciət etmək imkanı yaradılmışdır. Bununla bağlı müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fəxri fa***@gmail.com ID: 3741
Salam, mən qeydiyyat ünvanım dəyişib əvvəl Sumqayıt olub, ha- hazırda Bakıdır və fəaliyyət sahəm dəyişib. Nə etməliyəm, hansı ərizə ilə muracit edə bilərəm?
29/12/2020 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağəli Ələkbərov a_***@mail.ru ID: 3469
Salam. Mən SGS Azeri ltd (VÖEN 9900042751) şirkətindən 2017-ci ildə işdən azad edilmişəm. Fərdi şəxsi hesabı yoxlayarkən məlum oldu ki, 2015-ci il üzrə 9596.69 AZN hesablanmış, lakin 8880.64 AZN ödənilmişdir. Dəfələrlə şirkətə müraciət etməyimə baxmayaraq bu problemi həll edə bilmirəm. Bunun həlli yolunu izah etmənizi sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.
29/12/2020 Прочитано: 50 Средняя стоимость: 5

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sosial və işsizlikdən sığorta haqlarının yğılmasına və hesabatların təqdim olunmasına nəzarət vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir.

Müraciətinizdə qeyd olunan dövrlər üzrə məcburi dövlət edilməsi ilə bağlı vəsaitlərin ödənilməsi, bölüşdürülməsi, hesabatların təqdim olunması və pensiya təminatı ilə bağlı digər məsələlər üzrə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Ramil Əliyev Faiq ne***@mail.ru ID: 3489
Salam. Mən bilmək isterdim ki, VÖEN məndə aktivdir ya yox?
29/12/2020 Прочитано: 148 Средняя стоимость: 5

Bildiririk ki, 29 dekabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Əliyev Ramil Faiq oğlunun (VÖEN 3401328592) fəaliyyəti aktivdir. 

5/5 (2 Средняя стоимость)
Оцените:
Firat Bağırlı Akif fi***@gmail.com ID: 3497
Salam newegg.com sayti üzərindən onlayn alış veriş edərkən (komüter hissələri) məndən 18% əlavə vergi tutuldu. Bu nə dərəcədə düzgündür? Və mən əlavə olaraq komüter hissələri üçün gömrük vergisi ödəməliyəmmi?
29/12/2020 Прочитано: 184 Средняя стоимость: 5

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur. Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
Rüfət Sahibsoy er***@gmail.com ID: 3492
Dövlət qurumu vergi ödəyicisi olan fiziki şəxsdən ofis və ya anbar sahəsi icarəyə götürmüşdür. İcarə haqqının ödənişi də qarşı tərəfdən alınmış elektron qaimə və digər müvafiq sənədlərə uyğun aparılır. Bu halda dövlət qurumu müqavilə üzrə olan icarə haqqından ödəmə mənbəyində vergi tutmalıdırmı? Yoxsa vergi ödəyicisi öz gəlir vergisi bəyannaməsində bu məbləği göstərərək gəlir vergisi ödəməlidir?Məlumat üçün bildirirəm ki, icarə müqaviləsi müvafiq satınalma prosedurunun (açıq tender) nəticəsində bağlanıb və təklif edilən qiymətə bütün vergi və rüsumların daxil edildiyi göstərilib.
29/12/2020 Прочитано: 170 Средняя стоимость: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs (dövlət qurumu) tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Həmçinin bildiririk ki, fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş icarə haqqı gəlirləri həmin şəxsin ümumi gəlirlərindən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 100-cü, 124-cü və 150.1.6-cı  maddələri.

 

5/5 (3 Средняя стоимость)
Оцените:
Əiyeva Tərlan Əli qızı te***@gmail.com ID: 3737
Sabit vergi ödəyicisiyəm. Pandemiya ilə əlaqədar fəaliyyətim dayandırılıb. Mənə Sosial Müdafiə Fondu yardım etməlidirmi?
29/12/2020 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Ceyhun Oktay oğlu af***@gmail.com ID: 3761
Salam, mənim etibarımdan sui-istifadə edərək, adıma Şirkətlər açıblar, həmin Şirkətlərin qanunsuz əməllərinə görə onlar barəsində məhkəmə qərraı ilə külli miqdarda cərimə təyin edilib, vergi orqanının qərarı ilə külli miqdarda vergi hesablanıb. İndi həmin cərimələr icra məmuru tərəfindən məndən tələb edilir. Şirkətlərin qanuni təmsilçisi kimi mənim həmin Şirkətlərin fəaliyyətini dayandırmaq və Şirkətlər barəsində qəbul edilmiş cərimə qərarlarından şikayət vermək hüququm vardır. Lakin təsis sənədləri məndə olmadığına görə bunları edə bilmirəm. Mən təsisçi olduğum həmin Şirkətlərin təsis sənədlərini, ASAN imza sertifikatını və möhürünü necə əldə edə bilərəm?
29/12/2020 Прочитано: 104 Средняя стоимость: 3

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Eyni zamanda, bildiririk ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə”, yeni rəhbərin təyin olunması barədə təsisçinin qərarı və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni ASAN imza sertifikatı əldə edilməlidir.

Əsas: Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9.1-ci və 9.2-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Əliyeva Ruhiyye Əzizağa qu***@mail.ru ID: 3501
1803852312 bu VÖENi mən ləğv etdirmişdim, bilmək istəyirəm aktivdir bu VÖEN yoxsa yox?
29/12/2020 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, 29 dekabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Əliyeva Ruhiyyə Əzizağa qızının  (VÖEN 1803852312) fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (2 Средняя стоимость)
Оцените:
Həsən Salayev Ədalət he***@gmile.com ID: 3732
Salam. Mən 15.07.2016 cı il tarixindən etibarən özümə məxsus olan vöenimi 5 il muddətinə bağlatdırmışam. 25.12.2020 ci il tarixində məlumatım olub ki, vöenim əsasında 17.02.2017 və 30.03.2017 ci il tarixində Azərtürk bankda adıma mənim xəbərim olmadan hesab açılıb. Bu necə ola bilər? Zəhmət olmasa, bu barədə məni məlumatlandırmanızı xahiş edirəm.
28/12/2020 Прочитано: 62 Средняя стоимость: 0

Bildiririk ki, şəhadətnamə-dublikatın alınması üçün “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” forması kağız və ya elektron qaydada vergi orqanına göndərilir. 

Dövlət Vergi Xidməti ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə-dublikatın məlumatlarının banka ötürülməsi və onun bildiriş hissəsinin məlumatlarının bankdan qəbul edilməsi elektron informasiya ötürücülərindən istifadə etməklə aparılır. Bu zaman vergi ödəyicisinə şəhadətnamə-dublikat kağız daşıyıcısında təqdim olunmur.

Bankda hesabın açılması proseduru isə Dövlət Vergi Xidməti tərəfindən tənzimlənmədiyi üçün aidiyyəti üzrə qeyd etdiyiniz banka və ya Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldar Bədirli Elxan el***@ceprovider.az ID: 3731
ƏDV geri qaytarılması haqda müraciətdə bu qeyd olunub. Təqdim edilən çek risk qrupuna aid edildiyindən xüsusi nəzarətə götürülərək təqdim olunma günündən 30 gün müddətində yoxlanıla bilər. Amma 30 gün keçməsinə baxmayaraq geri bildiriş yoxdur.
28/12/2020 Прочитано: 75 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Aliyev Vaqif o. na***@gmail.com ID: 3730
Salam. edvgerial.az saytında qeydiyyatdan keçib müəyyyən alacağım məbləğ toplamışdım. Lakin, bu yaxınlarda dedilər, portal artıq işlək deyil və yalnız mobil tətbiq üzərindən işləyir. Mən mobil tətbiqini yüklədim (IBA). Məlum oldu ki, əvvəlki toplanmış balans tətbiqdə əks olunmur və geri alınması mümkün deyil. Xahiş edirəm əvvəlki portalda toplanmış balansın geri alması yolunu izah edəsiniz. Çox sağ olun!
28/12/2020 Прочитано: 60 Средняя стоимость: 0

Bildiririk ki, edvgerial.az portalından https://edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elçin Quliyev el***@mail.ru ID: 3729
Salam, mənim sualım budur ki, mədən vergisi gəlirdən çıxılan xərclərə aid edilirmi? 119-cu maddədə məhdudlaşdırılmayan gəlirlərdən çıxılmalara aid edilir?
28/12/2020 Прочитано: 92 Средняя стоимость: 5

Bildiririk ki, hesablanmış mədən vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir və bəyannamənin müvafiq xərclər bölməsində qeyd olunur.

Əsas: Vergi Məcəlləsinin 119-cu, 217.4-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ruslan ru***@list.ru ID: 3728
Salam, mən VÖEN almag istəyirəm. Düz 15 gündür onlayn müraciət edirəm və sistemdə rezerv sözü yazılıb. Mən kimə müraciət edim? Xahiş edirəm, mənə kömək edəsiniz.
28/12/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Atakişiyev At***@gmail.com ID: 3727
Mən öz yasayış yerimdə, ikinci mərtəbədə fiziki şəxs kimi qeydiyyatdan keçib, uşaq bağçası açmaq istəyirəm. Bu zaman hansı fəaliyyət kodu ile qeydiyyatdan keçməliyəm və hansı vergi ödəyicisi olmalıyam?
28/12/2020 Прочитано: 102 Средняя стоимость: 0

Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab olunur.

Göründüyü kimi. qeyd olunan fəaliyyətin fiziki şəxslər tərəfindən həyata keçirilməsi qanunvericikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

Bu barədə ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə və lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə (195 nömrəsini yığdıqdan sonra 2 düyməsini sıxmaqla) müraciət etməyinizi tövsiyə edirik.

Əsas: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 14 aprel 2017-ci il 585-VQ saylı və “Lisenziyalar və icazələr haqqında”Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüsniyyə Ağasıyeva hu***@gmail.com ID: 3726
Salam. Geyim məhsullarına ƏDV təyin olunubmu? Olunubsa, niyə Sumqayıtda heç bir geyim mağazasında ƏDV verilmir?
27/12/2020 Прочитано: 72 Средняя стоимость: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyev Sərxan se***@gmail.com ID: 3724
Noyabrın 25-ində mağazaların birindən 2067 azn elektron avadanlıqlar aldım və mənə çek verildi. Müvəkkil bankın proqramı vasitəsi ilə qr kod vasitəsi ilə həmin çek sistemə vuruldu. Lakin, 1 aydan çox vaxt keçməsinə baxmayaraq qaytarılacaq 47.30 azn ƏDV hələ də gözləmə mövqeyindədir. Bu ƏDV nə vaxt qaytarılanlar siyahısına düşəcək? Fiskal ID: 5zuEYmBaiokJ
27/12/2020 Прочитано: 91 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Emil Xuduzadə em***@gmail.com ID: 3723
Amerikadan 500 dollar dəyərində gətirilən elektron avadanlıq, misal üçün kompüter üçün nə qədər vergi tutulur?
27/12/2020 Прочитано: 82 Средняя стоимость: 0

Bildiriri ki, idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените: