Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nailə İsgəndərova Rakif qızı na***@azersun.com ID: 3941
Salam, Mən ƏDV geri al səhifəsindən *********** nömrəli ceki qeydiyyatdan kecirmişəm, Bir müddət sonra bu cek ləğv olundu statusuna kecdi. Səbəbini araşdırmaq istəyirəm.
18/01/2021 Прочитано: 49 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qiyas Məmmədov qi***@mail.ru ID: 3940
Salam, mən xəstəxanaların birində 140 manat ödəmişəm. Mənə çek verilib, fiskal edvgerial portalına vururam yüklənmir. Fiskal nömrəsi budur: 9o1eRxBqjGnh . Xahiş edirəm, bunu yoxlayıb mənə xəbər edəsiniz.
18/01/2021 Прочитано: 62 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sevinc Mustafayeva Cümşüd se***@mail.ru ID: 3734
Dekabr 2020-ci ildə şirkətin balansına alınmış yeni nəqliyyat vasitəsinə, minik avtomobilinə amortizasiya hesablana bilərmi 25%?
18/01/2021 Прочитано: 282 Средняя стоимость: 4

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan dekabr ayında alınan əsas vəsait ilin sonuna əsas vəsaitlərin qalıq dəyərinə əlavə olunmaqla amortizasiya olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

4/5 (6 Средняя стоимость)
Оцените:
Niftəliyev Balaş Vaqif oğlu ba***@gmail.com ID: 3707
Salam, Kənd təsərrüfatı ilə məşğul olan müəssisəyə əsas vəsait alışı zamanı ödənilən ƏDV alıcı tərəfindən necə əks olunmalıdır: - Büdcə ilə əvəzləşdirilir - cari dövrün xərci kimi göstərilir - əsas vəsaitin üzərinə gəlir (amortizasiya hesablanır) - və ya digər
18/01/2021 Прочитано: 239 Средняя стоимость: 5

Bildiririk ki, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Bununla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən əvəzləşdirilmir.

Belə ki, vergi qanunvericiliyinə əsasən  Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Qeyd edilənləri nəzərə alaraq, cəmiyyət tərəfindən ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə kapital xarakterli xərclər çəkildiyi halda ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Əvəzləşdirilməyən ƏDV məbləği əsas vəsaitlərin dəyərinə aid edildiyindən ödənilən vergi məbləği amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

5/5 (6 Средняя стоимость)
Оцените:
Niyaz Aslanzadə İlham ni***@mail.ru ID: 3937
Salam, arada bir e-mailinizə baxın zəhmət olmasa, artıq günlərdir yazmışam amma cavab verən yoxdur, iki sualım var. Birincisi, vergi orqanlarına işə qəbul olduqdan sonra əgər rayondakı vergi orqanına qəbul olsam, bu zaman dövlət tərəfindən qalmağa ev verilir? Verilmirsə əgər, başqa necəsə şərait yaradılır dövlət tərəfindən qalmağa? İkinci sualım da budur ki, vergi orqanlarına işə qəbul olduqdan sonra ilk aylar əmək haqqı neçə manat olur? Keçən dəfə demişdiz Nazirlər Kabinetinin qərarında yazılıb, amma baxdım həmin qərara, orda vəzifələr çoxdur, qarışıq yazılıb maaşlar, mənə işə qəbul olduqda ilk aylar alacağım əmək haqqı lazımdır?
18/01/2021 Прочитано: 58 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Eyni zamanda, bildiririk ki, bundan əvvəlki müraciətiniz tərəfimizdən cavablandırılmış və saytda yerləşdirilmişdir.

Həmin cavaba əlavə olaraq bildiririk ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay (vəzifə maaşının 5 faizindən 30 faizinədək aralıqda) məbləğdə əlavə haqq və xüsusi rütbələrindən asılı olaraq xüsusi rütbələr üzrə maaşlar (30 manatdan 60 manata qədər) müəyyən edilir. 

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul olan şəxslərin yaşayış yeri və digər təminatları haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarinda xidmət haqqinda Əsasnamə”

0/5 (0 Средняя стоимость)
Оцените:
Azər Həsənov ga***@yahoo.com ID: 3936
Salam. Əvvəllər iri vergi ödəyicisi olmuş fiziki və hüquqi şəxslər dövriyyəsinin kiçilməsi səbəbindən 2020 ci ildə kiçik vergi ödəyicisinə çevrilirsə bu halda VM-nin 114.3-2 maddəsindən (Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər) istifadə edə bilərlərmi?
17/01/2021 Прочитано: 73 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinə əsasən kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Eyni zamanda, kiçik sahibkarlıq subyektləri əvvəlki hesabat ilində sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsalı tətbiq etmədikdə, bunun nəticəsində yaranan fərq məbləği növbəti vergi illərində əsas vəsaitlərin qalıq dəyərinə tətbiq edilən amortizasiya normasından hesablanmış məbləğlə cəmlənməklə gəlirdən çıxıla bilər.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Cəfərov Fəxrəddin Soltan fe***@gmail.com ID: 3934
Sahibkarlara yenidən maliyyə dəstəyi ilə əlaqədar əvvəlki mərhələdə 1000 (min) manat almış sahibkar bu mərhələdə (1000 (min) manatadək fərdi (mikro) sahibkarlara yenidən maliyyə dəstəyi) də ödəniş olacaqmı?
17/01/2021 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Elmar Eldar oglu mr***@mail.ru ID: 3932
Salam. Mən dekabrın 13 də ƏDV ödəyicisinə etdiyim ödənişi zamanı mənə verilən çəki edvgerial.az saytında qeydiyyatdan keçirdim, gözləmə statusuna düşdü. Yanvarın 13 də təsdiqlənəceyi təqdirdə ləğv statusu aldı. Bunun araşdırılması və mənə məlumat verilməsini istəyirəm xahişim budur sizdən.
17/01/2021 Прочитано: 43 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Məmmədov Xanağa Ra***@mail.ru ID: 3926
Salam. Adıma olan VÖEN noyabr ayında aktivləşib. Mən Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayıram. Necə və harada VÖEN-i ləğv edə bilərəm?
15/01/2021 Прочитано: 43 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin  34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Ədalət Əliyev İslam mr***@bk.ru ID: 3925
15.12.2020 de 3400 AZN ödəyib "VORLD TELEKOM"-dan telefon aldım. Həmin gün çeki skan edib "edvgerial"-da 51 azn qəbul etdim. 13.01.2021 gününə qədər 51 azn gözləmədə idi, qaytarılma günü qırmızı nöqtəyə düşdü (ləğv), bilmək istərdim niyə? Niyə az məbləğləri verirsiniz, amma belə iri məbləğ ləğv edirsiniz. Xahiş edirəm açıqlama verilsin, tez zamanda təşəkkür.
15/01/2021 Прочитано: 57 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Natiq Əliyev na***@gmail.com ID: 3924
Salam. Taxta emalı sexi açmaq istəyirik, hələ ki, bir işci olacaq. Bilmək istədiyimiz bunun üçün nə etməliyik və dövlətə nə qədər vergi ödəməliyəm, əlbəttə ki, sosial sığorta daxil olmaqla. Sahibkar kimi bilmək istəyirəm, bir işçim olacaq hələki.
15/01/2021 Прочитано: 103 Средняя стоимость: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə 1 yanvar 2021-ci il tarixdən etibarən minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Həmçinin tərəfinizdən işçiyə ödənilən əməkhaqqından - məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları tutularaq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.

İşçinin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Nurlan Babaliyev Nazim nu***@gmail.com ID: 3923
Mən 8 Yanvar 2021-ci il tarixində MMC təsis etmişəm. Amma indi gözlənilməz şəkildə problemlərim oldu və MMC-ni müvəqqəti dayandırmaq istəyirəm. Fəaliyyəti dayandırmaq üçün müəyyən məhdudiyyət varmı? Məsələn yeni təsis olunmuş MMC-lər üçün məhdudiyyət varmı? Və digər sualım, əgər fəaliyyəti müvəqqəti olaraq dayandırsam, bu zaman vergi ödənişləri kimi DSMF ödənişləri də dayandırılacaqmı? Qeyd edim ki, şirkət təsis olunandan bugünə qədər hələ ki, heç bir dövriyyə olmayıb. Və daha bir sualım odur ki, mən əmək müqaviləsi bildirişini sistemə daxil edə bilmirəm. Səbəbi isə odur ki, ƏƏSMN xidmətlərindən istifadə edə bilmirəm. Çünki VÖEN-i qeydiyyata almayıblar və SUN (sığortaedənin uçot nömrəsi) verilməyib. Bu zaman mən nə edə bilərəm?
15/01/2021 Прочитано: 72 Средняя стоимость: 5

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Həmçinin bildiririk ki, hüquqi şəxs tərəfindən sosial sığorta haqqı ödənişləri işçilərə ödənilən əməkhaqqının müəyyən olunmuş faizlərindən hesablanır. Qeyd etdiyiniz müəssisə tərəfindən fəaliyyətini dayandırdığı müddətdə işçilərə əməkhaqqı ödənilmədikdə, sosial sığorta,  işsizlikdən sığorta və tibbi sığorta haqları üzrə öhdəlik yaranmır.

Sonuncu sualınızla bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Yusifli Yusif Ilqar oğlu mm***@list.ru ID: 3922
Salam. 13.2.11-ci maddədə "ƏDV-in məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi,həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur" cümləsindəki ƏDV-in məqsədləri üçün dedikdə nə nəzərdə tutulur. Xahiş edirəm bu cümləni izah edərdiniz. Zəhmət olmasa, kiçik bir misalla nümunə verərdiz.
15/01/2021 Прочитано: 61 Средняя стоимость: 0

Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Sorğunuzda qeyd olunan Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olduğu üçün, təqdimolunma sayılmır və ƏDV tutulan əməliyyata aid edilmir.

Misal olaraq, pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi ƏDV məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardımın  verilməsi ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Niyazov Cabir Akif ca***@asco.az ID: 3921
Salam. Xahiş edirəm aşağıdakı suallarımın cavablandırılmasında köməklik göstərin: 1. AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinətdən vergi tutulmalıdırmı? Bu ödənişdə dövlət müəssisəsi (səhmləri dövlətə məxsus müəssisə), özəl müəssisə və ya dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarına münasibətdə fərqli güzəştlər tətbiq olunurmu? 2. Dəfn üçün müavinətdən vergi tutulmalıdırmı? 3. AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində qeyd edilən "dövlət müavinətləri" anlayışı hansı müavinətləri ehtiva edir? Öncədən təşəkkür edirəm.
15/01/2021 Прочитано: 118 Средняя стоимость: 5

Cavab 1-2. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına dəfn üçün ödənilən müavinət gəlir vergisinə cəlb olunmur. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında işəgötürənin qərarı ilə ödənilən müavinətdən ödəmə mənbəyində ümumi qaydada muzdlu işlə əlaqədar gəlir vergisi tutulmalıdır.

Cavab 3. Misal olaraq, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət və qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinətlərinə aid edilərək Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və Əmək Məcəlləsinin 77-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Əlizamin Salmanov Balaxan as***@mail.ru ID: 3919
Salam. Rusiya şirkətindən franşıza almaq istəyirəm və Azərbaycanda onlayn qızıl satışı təşkil etmək fikrim var. Rusiya şirkəti öz məsullarına ST-1 sertifikatı verir və mən bilmək istəyirəm Azərbaycanda hansı vergi ödənişləri məni gözləyir?
15/01/2021 Прочитано: 117 Средняя стоимость: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi uçota alınırlar.

Qeyd olunan fəaliyyət zamanı əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Bunlarla yanaşı vergi orqanında uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezident şəxslərdən mallar alınan zaman onlara ödənilən məbləğdən ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 169-cu və 218.5.11-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qəhrəman Həşimov Nəriman qe***@gmail.com ID: 3918
Salam . Mən bilmək istərdim ki Qəhrəman Həşimov Nəriman oğlu adina VOEN aktivdirmi yoxsa dondurulubmu ? Birdə mən VOEN və kodu itirmişəm necə aktivləşdirə və yeni kod ala bilərəm ? Qəbələ qeydiyyatıyam Bakıdan ala bilərəmmi ?
15/01/2021 Прочитано: 45 Средняя стоимость: 0

Bildiririk ki, Qəhrəman Həşimov Nəriman oğlunun (VÖEN 4401311542) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Fuad Nazim oğlu fu***@gmail.com ID: 3917
Salam. Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi barədə Qərarına əsasən Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin aprel ayından etibarən başlanılacaqdır. Lakin icbari tibbi sığorta haqlarının ödənilməsinə Bakı şəhərində 01 Yanvar 2020 -ci il tariixndən etibarən ödənilməsi başlanmaı nəzərdə tutulub. Xahiş edirik bu ödəmənin 01 Yanvar 2021 -ci il tarixindən etibarən başlanmasının hansı qanun (maddə №) və ya qərarda göstərilməsi barədə məlumat verəsiniz.
15/01/2021 Прочитано: 37 Средняя стоимость: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 16-4.4-cü maddəsinə əsasən icbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Hümmətov Ramis Mürsəl oğlu hu***@mail.ru ID: 3914
Mən Şərifzadə 147 ünvanında Meyvə-Tərəvəz mağazası işlədirəm. İşçilərim də var və sayı çoxdur. Pandemiya ilə bağlı heç bir dəstək və kömək almamışam. Ziyanla işləmişik. İndi mən dəstək proqrqmına uyğun olaraq özümə, yaxud işçilərə yardım ala bilərəmmi? VÖEN-1301069832
15/01/2021 Прочитано: 38 Средняя стоимость: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Средняя стоимость)
Оцените:
Ruslan Hüseynov Bəhruz ru***@gmail.com ID: 3912
Salam. İpoteka krediti ilə alınmış mənzil üçün bələdiyələrə əmlak vergisi ödənilməlidir?
15/01/2021 Прочитано: 60 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir.
Eyni zamanda, fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Cahangir BAYRAM fh***@list.ru ID: 3909
Salam, mən İqtisadiyyat Nazirliyinə onlayn müraciət edirəm, lakin göndərmək istədiyim məlumatlar göndərilmir. Zəhmət olmasa, mənə köməklik edəsiniz.
14/01/2021 Прочитано: 35 Средняя стоимость: 0

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) zəng edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: