Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Fazil Cəfərov Səlim fa***@mail.ru ID: 3797
Salam. Mənim 4 gözdən ibarət avtomobil təmir sexim var. Onları ayrı-ayrılıqda icarəyə vermişəm və həmin şəxslər icarədardırlar. Vergiyə və pensiya fonduna pul ödəyirlər. Sualım bundan ibarətdir ki, mən də sahibkar kimi əlavə vergiyə pul ödəməliyəm? Xahiş edirəm, zəhmət olmasa sualımı cavablandırasınız və sadə vergi üsulunu mənə izah edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
26/01/2021 Прочитано: 279 Средняя стоимость: 4

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Əsas: Vergi Məcəlləsinin  99.3.3-cü və 124-cü maddələri,  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu. 

4/5 (5 Средняя стоимость)
Оцените:
Orxan Çerpanov Bahadir or***@mail.ru ID: 3785
Mövcud vakansiyalar barəsində məlumatı haradan ala bilərəm?
26/01/2021 Прочитано: 165 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014‑cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır. 

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir. Müsabiqəyə sənəd qəbulu Dövlət Vergi Xidmətinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 25.01.2021-ci il saat 10:00-dan 08.02.2021-ci il saat 24:00-dək davam etdirilir. Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Bu səbəbdən, vakant vəzifələrin siyahısı haqda məlumatın "Sual-Cavab" bölməsində təqdim olunması imkan xaricindədir.
 

5/5 (1 Средняя стоимость)
Оцените:
Humay Məmmədli Niyazi hu***@gmail.com ID: 3783
Salam. Mən məlumat almaq istəyirdim. Atam ölkə xaricində yaşadığı üçün mənə maddi yardım etmək naminə, adıma açılmış kart hesabıma pul köçürmək istəyir. Bu məqsədlə köçürülən pul vəsaiti vergiyə cəlb olunur mu? Bunu dəqiqləşdirmək istəyirdim. Öncədən təşəkkürlər!
26/01/2021 Прочитано: 238 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır.

Həmçinin məlumat üçün bildiririk ki, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Azərbaycanın rezidenti olan fiziki şəxs Rusiya Federasiyasında gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq Azərbaycan Respublikasında vergi orqanına müraciət edərək uçota alınmalı, əldə etdiyi gəlirlərdən müvafiq təsdiqedici sənədlər əsasında gəlirin əldə edilməsi ilə bağlı xərcləri çıxdıqdan sonra 20 faiz dərəcəsi ilə gəlir vergisini hesablamalıdır.

Bu zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə həmin ölkənin səlahiyyətli dövlət orqanı tərəfindən vergilərin ödənildiyini təsdiq edən sənədin əsasında Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101-ci, 102-ci və 127-ci maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Elnur Cabarov Nəriman el***@gmail.com ID: 3778
Sumqayıtda Heydər Əliyev prospektində yerləşən "Ordubad" marketdən alış-veriş etmişəm, lakin çekin üzərində fiskal məlumatlar yoxdur. Bu bir neçə dəfə təkrarlanıb, amma bəzi kassalardan aldığım çeklərdə fiskal məlumatlar əks olunub. Son dəfə aldığım çeki saxlamamışam, axırıncı kassadan aldığım yadımdadır. Xahiş edirəm tədbir görüb məlumat verəsiniz.
26/01/2021 Прочитано: 164 Средняя стоимость: 5

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Eyni zamanda bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

5/5 (2 Средняя стоимость)
Оцените:
Tərlan Əmrahlı Bəxtəvər em***@gmail.com ID: 3794
Salam, mən gəlir vergi ödəyicisi (fiziki şəxs) kimi fəaliyyət göstərirəm. Bildiyimiz kimi, bu ildən icbari tibbi sığortaya min əmək haqqının 4% ödənilməlidir. Bilmək istərdim bu vergi gəlir vergi ödəyicilərinə aiddirmi?
26/01/2021 Прочитано: 205 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) tərəfindən hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq minimum aylıq əməkhaqqının 4 faizi həcmində(Hazırda ölkə üzrə minimum əməkhaqqı 250 manat olduğu üçün ayda 10 manat ) icbari tibbi sığorta haqqı ödənilməlidir. 

Əsas: Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci, 15-10-cu, 16-4-cü  maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Rauf Ibrahimov ma***@list.ru ID: 3459
Salam! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.7.-ci maddəsinə əsasən, “102.1.27. vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;” məbləğində gəlir vergisinin ödənilməsindən azaddır. Yerl rezident hüquqi şəxsin, tamamilə özəl səhmdar cəmiyyətinin səhmlərinin bir zərfi vətəndaşların- rəsmi nigahları olan ər arvadın 3 (üç) ildən artıq bir müddətində mülkiyyətindədir. Bu yaxın vaxtlarda vətəndaşlardan biri-ər vəfat etmişdir, ona məxsus səhmlərin zərfi bütövlükdə vərəsəlik qaydasında onun arvadının adına keçmişdir. Sual : Yuxarıda qeyd olunmuş, vərəsəlik qaydasında vəfat etmiş ərindən onun arvadının adına vərəsəlik qaydasında keçmiş səhmlərin arvadın mülkiyyətdə olduğu dövrə onun vəfat etmiş ərinin (vərəsənin) mülkiyyətində olduğu dövr daxil edilirmi?
26/01/2021 Прочитано: 153 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır.

Müraciətinizdə qeyd olunan halda, azadolmanın tətbiq olunması üçün nəzərdə tutulmuş 3 (üç) illik müddət səhmlərin vəfat etmiş şəxsin arvadının mülkiyyərinə keçdiyi vaxtdan hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 145-ci maddələri, Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

5/5 (2 Средняя стоимость)
Оцените:
Quliyev İsrafil Həsənağa sh***@gmail.com ID: 3777
Salam. Mənim adıma aktiv VÖEN var? Əgər varsa, necə ləğv edə bilərəm? Yaranmış borcum varmı?
26/01/2021 Прочитано: 136 Средняя стоимость: 5

Bildiririk ki, 26 yanvar 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Quliyev İsrafil Həsənağa oğlunun (VÖEN 5500188022) fəaliyyəti aktivdir və ödənilməmiş vergi borcu yoxdur. 

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Средняя стоимость)
Оцените:
Rauf Ibrahimov ma***@list.ru ID: 3791
Salam! Xeyli vaxtdır ki, ev stolüstü (deskcomp) kompüterimdən brauzer proqram vasitəsi ilə edvgerial saytındakı şəxsi kabinetimə daxil olma imkanı xaricindəyəm. edvgerial saytın baş səhifəsindəki "keçidlər" adlı bölməsindən görünür ki, bunun üçün (yəni şəxsi kabinetimə daxil olmaqdan ötrü) birbank, yaxud beynəlxalq bankın tətbiqi proqramı mobil cihaza yüklənməlidir. Lakin mənim nə Kapital bankda, nə də ki Beynəlxalq Bankında cash back opsiyası olan plastik kart hesabım yoxdur. Edvgerial saytından istifadəni davam etməkdən ötrü mən nə etməliyəm?
26/01/2021 Прочитано: 86 Средняя стоимость: 5

Bildiririk ki, edvgerial.az portalından mobil tətbiqləri yükləmədən də edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz. Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

5/5 (2 Средняя стоимость)
Оцените:
Səbinə Məmmədzadə Razim qızı sa***@mail.ru ID: 3788
Salam. Şirkətimiz tərəfindən xaricə pul ödənişi edilmiş, lakin ödəniş hackerler tərəfindən öz hesablarına yönləndirilmişdir. Bu zərər gəlirdən çııxılan xərclərə aid edilirmi?
26/01/2021 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, eyniməzmunlu müraciətiniz tərəfimizdən cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Bədəlov Allahqulu Bədəl oğlu al***@gmail.com ID: 3776
Mən VÖEN-İ bağlatdırmışam. Amma mənə 12 ədəd mesaj gəlib ki, oxunmamış sənədiniz var. Bilmək istəyirəm ki, bu sənədlər nədən ibarətdir? VÖEN-im belədir: 1600294522
26/01/2021 Прочитано: 131 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bəyannamələrin elektron qaydada hazırlanması və göndərilməsi, o cümlədən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq barədə ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Məlumat üçün bildiririk ki, Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Bədəlov Allahqulu Bədəl oğlunun (VÖEN 1600294522) fəaliyyəti aktivdir və şəxsi-hesab vərəqəsində 87,40 manat məbləğində ödənilməmiş vergi borcu var. 

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
Səmədova Maisə Maisovna ms***@gmail.com ID: 4028
Bir həftədir ƏDV pullar geri qayitmir. Bilmək istəyirdim səbəbini.
26/01/2021 Прочитано: 37 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Yusifov Natiq el***@gmail.com ID: 4026
Salam. Mən yerli investisiyalı məhdud cəmiyyəti elektron qeydiyyatdan keçirmək istəyirəm. Lakin qeydiyyat prosesində 2 problem yaranır 1. məşğulluq təsnifatının kodu tapılmır 2. vəzifəli şəxsin vəzifə kodu tapılmır. Əvvəlcədən təşəkkür edirəm.
25/01/2021 Прочитано: 41 Средняя стоимость: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəndəliyev Şəhriyar Bayram oğlu be***@mail.ru ID: 4025
İcbari tibbi sığortanin ödənilməsi üçün büdcə təsnifat kodu və büdcə səviyyə kodu haqqında məlumat
25/01/2021 Прочитано: 53 Средняя стоимость: 0

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nigar İsayeva İbrahim tu***@gmail.com ID: 4024
Salam. Mən Ləğv olunan Ədv-lərlə bağlı sizi narahat edirem. 22.09.2020 tarixli FİSKAL İD: 5oXDbfw3azJI olan çeki 24.09.2020 tarixinde, 26.09.2020 tarixli FİSKAL İD:atrdmRnnLgzu olan çeki 26.09.2020 tarixində əlavə etmişem. Bu çeklerin hər ikisi gözləmədə olub. Daha sonra isə ləğv olunub. Amma Ləğv olunma səbəbi qeyd olunmayıb. Zəhmət olmasa bunu aydınlaşdırardınız.
25/01/2021 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mikayıl Qasımov Əliş oğlu mi***@mail.ru ID: 4022
Salam ! Hörmətli vergi əməkdaşları, Müəssisədə çalışıram və iş saatıma uyğun olaraq aylıq əmək haqqı alıram. Məlumat üçün bildirirəm ki, atam 1941-45-ci illər Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur.Hal-hazırda yaşamır, vəfat etmişdir.Vergi Məcəlləsinə 2019-cu il tarixdə edilmiş dəyişikliyə əsasən Mənə hesablanmış aylıq əmək haqqının 400 manatına güzəşt tətbiq edilməlidir. Lakin, həmin dövrdən bu günədək Vergi Məcəlləsindəki dəyişiklikdən məlumatsız olduğum üçün həmin güzəşt hüququndan istifadə etməmişəm. İndi bu barədə müəssisənin mühasibatlığına sənəd təqdim etmişəm.Bununla bağlı aşağıdakı sualı cavablandırmağınızı Sizdən xahiş edirəm. Mənim güzəşt hüququmun yarandığı tarixdən hal-hazırkı dövrədək olan dövr üçün müəssisə tərəfindən əmək haqqımdan tutulmuş gəlir vergisinin mənim hesabıma qaytarılması mümkündürmü? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
25/01/2021 Прочитано: 66 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dadaşov Şıxalı Təvəkgül oğlu d.***@mail.ru ID: 4019
Salam. Bildiyimiz kimi icbari tibbi sığorta Bakı şəhərində tətbiqinə 2021-ci ilin aprel ayından etibarən başlanacaqdır. Bilmək istərdim işçinin əmək haqqından icbari tibbi sığorta haqqı 2021-ci ilin aprel ayından yoxsa yanvar ayından tutulmalıdır. Təşəkkür edirəm
25/01/2021 Прочитано: 51 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli 502 nömrəli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilmişdir. İcbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərova Günay ca***@gmail.com ID: 4018
Salam. Mən, hazırda çalışdığım müəssisədə 29.03.2020-ci il tarixdə işə qəbul olunmuşam. Məzuniyyət hüququmdan istifadə etməmişəm. May ayında əmək haqqımın 50% qədərində peşə bayramı və Respublika günü ilə əlaqədar, dekabr ayında isə qiymətləndirmə ilə əlaqədar 100% məbləğində mükafat verilib. Qeyd edim ki, 5 günlük iş həftəsi üzrə çalışıram və əmək haqqım 855 AZN-dir. 25.02.2021-ci il tarixdə ştatımın ləğv edilməsi ilə əlaqədar iş yeri tərəfindən bildiriş verilmişdir. Çox xahiş edirəm ki, ştatım ixtisar olunduğu zaman çalışdığım müəssisə tərəfindən mənə hansı ödənişlər olunmalı olduğunu (məs., kompensasiya , çalışdığım günlərin əmək haqqısı, məzuniyyətdə olmadığım dövr üçün və s.) və hesablanma qaydası barədə kömək edəsiniz. Sizə çox minnətdar olaram.
25/01/2021 Прочитано: 184 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əlavə olaraq bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kazımov Əzim Mirzakir oğlu az***@yahoo.com ID: 3738
Məlum olduğu kimi, Vergi Məcəlləsinin (VM) 102.1.8-ci bəndinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənildikdə gəlir vergisindən azaddır. Şirkət dövlət sektoruna aiddir. Yəni dövlət şirkətidir. İşçi VM-in 102.4-cü maddəsinə əsasən 100 manat, VM-in 102.1.6 maddəsinə görə əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə 200 manat güzəştə sahibdir. İşçinin gəlir vergisi üzrə güzəşti varsa, (Məs.: VM-in 102.4-cü maddəsinə əsasən 100 manat və 102.1.6-cı maddəsinə əsasən 200 manat) həmin məbləğ çıxılandan sonra, qalan məbləğin 50 faizi həyat yığım sığortasına göndərilir? Sualımız misal üzərindədir. İşçinin həyat yığım sığortasına göndəriləcək məbləğ müəyyən ediləndə, bütün güzəştlər çıxıldıqdan sonra qalan məbləğin 50%-i həyat yığım sığortaya yönəldilir, yoxsa güzəştlər əmək haqqından çıxılmadan 50% əmək haqqı məbləğini həyat yığım sığortaya köçürə bilərik? Misal - İşçi 2000 manat əmək haqqı alır. VM-in 102.4 madəsinə əsasən əməkdaş 100 manat və VM-nin 102.1.6 madəsinə əsasən 200 manat (əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə ) güzəşt məbləğinə sahibdir. Sual 1. 2000 manatdan çıxılır 300 manat (200 manat +100manat) və qalan 1700 manat məbləğin 850 manat hisssəsi (yəni 50%) həyat yığım sığortasına köçürülür? Qalan 850 manat gəlir vergisinə cəlb edilir? Sual 2. 2000 manatın 50 faizi olan 1000 manat həyat yığım sığortasına köçürülür. Qalan 1000 manat məbləğdən VM-nin 102.4-cü və VM-nin 102.1.6-cı maddələrinə əsasən 300 (200 manat+100 manat) çıxılır. Qalan 700 manat məbləğ gəlir vergisinə cəlb edilir? Xahiş edirəm sualımı ətraflı cavablandırasınız.
25/01/2021 Прочитано: 239 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Müraciətinizdə qeyd olunanlara əsasən, qeyd olunan işçinin vergiyə cəlb olunan gəliri 1700 manat hesab olunur. 

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.  

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Tanrıverdiyev Məhəmmədəli Akif oğlu St***@gmail.com ID: 4016
Salam. Mən hazırda Daxili işlər nazirliyində işləyirəm. Vergi xidmətinə işə qəbul olmaq üçün sizin elanda göstərdiyiniz sənədlərin bəzilərini təqdim edə bilmirəm. xahiş edirəm izah ederdiniz.
25/01/2021 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul olan şəxslərin yaşayış yeri və digər təminatları haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abasova Xədicə Ramiz mi***@mail.ru ID: 4012
Mənim ƏDV -lərim niyə təsdiq olunmur?
24/01/2021 Прочитано: 50 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: