Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Nuralı Nuriyev nu***@royaldevelopment.az ID: 5285
Belə ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanuna əsasən, təsisçi xarici hüquqi şəxs olduqda ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və sairə sənədlər tələb olunur. Qeyd etmək istərdim ki, C şirkəti Azərbaycanda yerli hüquqi şəxslə MMC yaratmaq istəyir. Belə ki, C şirkətinin nizamnaməsinə əsasən onun 100 % paya malik səhmdarı xarici hüquqi şəxs olan B şirkətidir. Həmçinin B şirkətinin nizamnaməsinə əsasən onun təsisçisi 100 % paya malik olan A şirkətidir. A şirkəti B şirkətinin təsisçisi, B şirkəti isə C şirkətinin təsisçisidir. 1. Sualım ondan ibarətdir ki, belə olan halda C şirkətinin Azərbaycanda yerli hüquqi şəxslə birlikdə hüquqi şəxs yaratdığı zamanı yalnız C şirkətinin təsis sənədləri tələb oluncaq, yoxsa həmçinin A və B şirkətinin təsis sənədlərinə də mi ehtiyac vardır? 2. Həmçinin yuxarıda qeyd etdiyim kimi Qanuna əsasən təsisçi xarici hüquqi şəxs olduğu zaman leqallaşdırılmış ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və sairə sənədlər tələb olunur. Burada və sairə sənədlər dedikdə daha hansı sənədlər qanunverici tərəfindən nəzərdə tutulur? 3. Həmçinin qanunvericiliyə əsasən yuxarıda qeyd etdiyim situasiya zamanı hansı sənədlərin tərəfimizdən təqdim edilməsini qeyd etməyinizi Sizdən xahiş edirəm. Hörmətlə, Nuralı Nuriyev.
29/11/2021 Read: 186 Average count: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici və yerli hüquqi şəxslərin birgə təsisçiliyi ilə məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması üçün təsisçilər, qanuni təmsilçi və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanmış və notariat qaydasında təsdiqlənmiş ərizə, qurumun təsisçiləri və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə, qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır), nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (nizamnamədə nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa), dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti, təsisçi yerli investisiyalı hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti, təsisçi xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır), səlahiyyətli şəxsin etibarnaməsi, şəxsiyyətini təsdiq edən sənədin surəti qeydiyyat orqanına (Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) təqdim olunmalıdır.

Həmçinin bildiririk ki, müxtəlif ölkələrdə hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlər fərqləndiyi üçün qanunvericilikdə “və sair” anlayışından istifadə olunur.

Eyni zamanda bildiririk ki, qanunvericilikdə yalnız təsisçi hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin qeydiyyat orqanına təqdim edilməsi nəzərdə tutulmuşdur.

Ölkədə mövcud olan pandemiya şəraiti ilə əlaqədar yuxarıda qeyd olunan sənədləri poçt vasitəsilə qeydiyyat orqanına təqdim edilməsi tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Ramil Elman oğlu ra***@mail.ru ID: 5260
“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na 2 nömrəli əlavəsində yoxlamanın keçirilməsi qərarı nümunəsi verilib. Lakin müəssisəmizdəki qərarda nümunədəki tədiyyələr göstərilməyib. Yoxlama 2019-cu il oktyabr- 2020 yanvar aylarını əhatə edir. 2019-cu ilin yanvar-sentyabr ayları daha əvvəlki yoxlama ilə əhatə olunmuşdur. İndi bilmək istəyirik ki, hazırki yoxlama nəticəsində 2020-ci ilin oktyabr-dekabr ayları yoxlanmasına baxmayaraq mənfəət vergisi də yoxlama aktında əksini tapacağmı? Xahiş edirik cavablandırasız.
29/11/2021 Read: 114 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət vergisi üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər. Müəssisənizdə əvvəlki yoxlama ilə 2019-cu ilin yanvar-sentyabr ayları əhatə edildiyindən və həmin dövrdə 2019-cu təqvim ili tam başa çatmadığından yoxlama ilə əhatə edilməmişdir. Hazırki, yoxlama ilə 2019-cu ilin oktyabr-2020-ci il yanvar dövrünü əhatə edildiyini, həmçinin 2019-cu təqvim ilinin tamamlandığını nəzərə alsaq yoxlama aktında 2019-cu ilin mənfəət vergisi əhatə ediləcəkdir.

5/5 (2 Average count)
Qiymət ver:
Əliyev Ramil Ələsgər oğlu ra***@gmail.com ID: 5259
Salam. Mənim belə bir sualım var. Müəssisədə səyyar vergi yoxlaması aparılıb amma sonra 3 ay sonra yoxlamanın keçirilməsi qərarı ləğv olunub. Müəssisə özü həmin yoxlamanın açıldığı dövrə könüllü açıqlama şəklində vergiləri bəyan eliyə bilər? Məni çaşdıran odur ki, 13.2.49-2-ci maddədə könüllü açıqlama dedikdə "səyyar vergi yoxlaması başa çatdıqdan sonra" deyir, amma yoxlamanın keçirilməsi qərarı ləğv olub, bu halda da yoxlama başa çatmış sayılırmı açıqlama vermək hüququmuz olsun? Ətraflı cavabınız üçün təşəkkürlər
29/11/2021 Read: 169 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsində göstərilmiş könüllü açıqlama anlayışı səyyar vergi yoxlaması keçirilmiş vergi ödəyicilərinin yoxlama zamanı aşkar edilməyən vergi öhdəliklərini könüllü olaraq vergi orqanlarına bəyan etməsidir. Bildiririk ki, səyyar vergi yoxlaması qərarının ləğv edilməsi müəssisənizdə həmin dövr üzrə səyyar vergi yoxlamasının əhatə edilmədiyini göstərir. Odur ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququnuz vardır.

5/5 (1 Average count)
Qiymət ver:
Nubar Fərəcova (Vəliyeva) Eldar ne***@gmail.com ID: 5584
2018-ci il dekabr ayında verilmiş prezident fərmanına əsasən, böyük vətən müharibəsi iştirakçılarının işləyən övladlarının əmək haqqından gəlir vergisi tutulmamalıdır. Mən bunu yalnız 2021-ci ilin noyabr ayında bilmişəm. Keçən 2 il 10 ay ərzində mənim maaşimdan tutulan gəlir vergisini geri ala bilərəmmi?
28/11/2021 Read: 95 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

3/5 (2 Average count)
Qiymət ver:
Həsənli Firuz Yaşar fa***@gmail.com ID: 5582
Salam, mən ərizə təqdim etmişəm, cavabımın haçan gələcəi barədə məlumat almaq istərdim.
28/11/2021 Read: 59 Average count: 0

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayeva Tahirə İsax ta***@gmail.com ID: 5577
Salam. Bakı şəh., Səbail r., Hökümət evinin arxasında yerləşən ümumi sahəsi 84.56, yaşayış sahəsi isə 45.8 kv.m olan mənzil üçün illik əmlak vergisi necə hesablanmalıdır?
28/11/2021 Read: 103 Average count: 0

Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi üzrə əmlak vergisi həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq etməklə hesablanır.

Yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci və 198.1.1-cimaddələri, Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”.

0/5 (0 Average count)
Qiymət ver:
Seid Əkbərli se***@gmail.com ID: 5574
Biz, hüquqi şəxs olaraq onlayn satış platforması yaratmışıq. Dəfələrlə, VÖEN-i olmayan vətəndaşlardan satış məqsədi ilə platformamıza məhsul yerləşdirmək istəkləri ilə bağlı müxtəlif sorğular alırıq. Sual: VÖEN sahibi olmayan vətəndaş üçün istifadə olunmuş və ya yeni məhsulu satmaq üçün hansı şəraitlər var? Qeyd: FİN kod əsasında (VÖEN sahibi olmayan vətəndaş), platoformamızda öz aldığı, lakin istifadə etmədiyi (şəraitindən asılı olmayaraq) məhsulu satdıqda ödəniş əldə edə bilir mi?
27/11/2021 Read: 163 Average count: 0

Bildiririk ki, qanunvericiliyə əsasən malların komissiya qaydasında satışının həyata keçirilməsi zamanı satıcı ilə komitent arasında komissiya müqaviləsi bağlanılır, komitent tərəfindən malların agentə verilməsi “malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilir.

Vergi Məcəlləsinin 172.4.1-ci maddəsinin müddəalarına əsasən digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.
Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən mallar komissiya qaydasında satıldığı zaman əldə edilən komissiya haqları mənfəət vergisinə və ƏDV-yə cəlb edilir.

Bunlarla yanaşı malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyiciləri tərəfindən malların komissiya qaydasında satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməli və malların alıcısına qanunla müəyyən edilmiş sənədlər təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 71-1-ci, 101-ci, 104-cü, 157-ci, 159-cu və 172-ci maddələri ilə tənzimlənir.

0/5 (0 Average count)
Qiymət ver:
Eyvaz ey***@gmail.com ID: 5573
10.08.2004-19.01.2021-ci il tarixlərdə Vergi orqalarında xüsusi rütbədə qulluq keçmişəm. Hal hazırda zabit qismində xidmət edirəm. Uzun müddətli fasiləsiz xidmət illərinə görə əlavə faiz hesablanarkən vergi orqanlarında qulluq keçdiyim dövrlər xidmət illərimə daxil edilməlidirmi?
26/11/2021 Read: 61 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə hazırda hərbi xidmətdə olduğunuz quruma müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Əli Mikayılov Elçin al***@gmail.com ID: 5571
Mənim şəxsiyyət vəsiqəm ilə tanımadığım nömrədən qeydiyyatdan keçilib. Onu necə düzəltmək olar xahiş edirəm bu barədə mənə köməklik göstərəsiniz.
26/11/2021 Read: 54 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ araşdırma tələb etdiyi üçün, müraciətinizin araşdırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Asif as***@mail.ru ID: 5567
Şirkət satış məqsədi kimi aldığı mallara görə gömük məntəqəsində sənədləşdirmə apardığı vaxt malların kimyəvi tərkibinin yoxlanılması məqsədi ilə Qida təhlukəsizliyi agentliyi tərəfindən akta əsasən sınaq numunəsi kimi göturulən mallar, vergitutma və gəlirlərin (xəclərin) uçotunun aparılması baxımından necə sənədləşdirilir? (Məsələn.mal maya dəyəri ilə xərcə silinir,mal bazar qiyməti ilə satış kimi sənədləşdirilir və maya dəyəri mənfətdən çixılır,mal məbləgi vergiyə çəlb olunur ya yox.)
26/11/2021 Read: 96 Average count: 0

Bildiririk ki, məcburi qüvvədə olan normativ sənədlərə müvafiq olaraq məhsulların (işlərin və xidmətlərin) standartların tələblərinə uyğunluğunu təyin etmək üçün seçilərək götürülmüş sınaq nümunələrinin haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdırsa müvafiq icra hakimiyyətinə təqdim edilən malların dəyərinin şirkət tərəfindən gəlirdən çıxılmasına yol verilir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci və 109-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Zöhrə İbrahimova Mövlan zo***@gmail.com ID: 5566
Mən 28 ildən çoxdur ki ümumtəhsil məktəbində Müəllim kimi fəaliyyət göstərirəm. 18 saat dərs yükü ilə 595 manat yazılır, vergidən sonra 495 manat alıram. Bilmək istərdim, 2-ci qrup əlil övladi olan müəllimə vergilərə görə güzəşt varmı? Xahiş edirəm, bu məsələ ilə bağlı doğru məlumatı çatdırasınız.
26/11/2021 Read: 112 Average count: 5

Bildiririk ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

- uşağın doğulması haqqında şəhadətnamənin surəti;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (2 Average count)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5565
Hörmətli dostlar. İlk öncə sizə təşəkkür etmək istərdim. Sualları operativ cavablandırırsınız. Sual: mən əməliyyatı ƏDV-yə cəlb edirdim və qarşı müəssisəyə e-qaimə verib, onun həm əsas məbləği, həm də ƏDV-ni alırdım. Oktyabr ayında məlum oldu ki, bu əməliyyat ƏDV-dən azad olunan əməliyyatdır. Bu halda, mən ƏDV bəyannamələrə düzəliş etdim. Lakin qərar verdim ki, e-qaimələri dəyişməyim (3 minə yaxın qaimə mövcuddur). Əgər ƏDV-ni alıcıya geri qaytarmasam, məndə qalmış ƏDV hansısa vergiyə cəlb olunacaq?
25/11/2021 Read: 99 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

Buna əsasən ƏDV-dən azad edilən, lakin ƏDV tətbiq edilməklə aparılan əməliyyatlar ƏDV tutulan əməliyyat hesab edilir. 

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Azər Əliyev Emin az***@gmail.com ID: 5563
Salam. Salam mən xaricə ödəmə etmişəm 2-3 gün öncə, məndən 15 AZN vergi tutuldu. İndi mən aldığım məhsulu geri qaytardım. 3-5 gün içində kartıma qayıdacaq ödədiyim məbləğ. Bəs məndən tutulan vergini geri qaytarmaq mümkündürmü?
24/11/2021 Read: 118 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Ruslan Ismayilov zz***@gmail.com ID: 5562
1) На основании какой статьи Капитал Банк забирает НДС 18% при покупке программы в интернете? 2) Я отказываюсь от использования этой программы - делаю возврат, продавец возвращает мне потраченную сумму. Кто возвратит мне НДС? 3) Как реализована "ƏDV geri al" при автоматическом списании НДС Капитал Банком?
24/11/2021 Read: 114 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

 

0/5 (0 Average count)
Qiymət ver:
Elnur ea***@inbox.ru ID: 5559
Salam. Ev alğı-satqısı (ASAN xidmətdə) zamanı satan adam mənzilə görə nə qədər vergi ödəməlidir (məsələn,mənzilin kvadratı 100kv.m.,yeni tikili, çıxarışı var)? Necə hesablanır? 2021-ci ildə çıxarış alınıb. Çox sag olun
23/11/2021 Read: 77 Average count: 0

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Həmçinin bildiririk ki, yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. 

Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır.

Bunlarla yanaşı, təqdim edilən daşınmaz əmlak Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq əmsallar tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Tərlan Səfərov Tahir az***@gmail.com ID: 5558
Salam. Mən "Electrolux" mağazasından televizor almışam. Zəmanətdə olduğu halda nasazlıq baş verib. Filialına baxış keçirib təhvil alıblar və deyiblər ki, tez bir zamanda nasazlıq aradan qaldırılıb sizə təhvil veriləcək. 16 gündür ki, məhsul təmir edilib, nə göndəriblər, nə də ki, yenisi ilə əvəz olunub. Mən məhsulun yenisi ilə əvəz olunmasını istəyirəm. Mənə kömək etməyinizi xahiş edirəm.
23/11/2021 Read: 93 Average count: 5

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (http://www.consumer.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Average count)
Qiymət ver:
Şirməmmədova Rəvanə Gülhüseyn qızı re***@mail.ru ID: 5557
Salam. Mənim illər öncə adıma VÖEN olub lakin aktiv deyil, bağlamışam. Sadəcə bununla bağlı əlimdə heç bir sənəd yoxdur deyə VÖEN nömrəmi tapa bilmirəm. Zəhmət olmasa mənə bu məsələdə köməklik edədiniz. Öncədən təşəkkür.
23/11/2021 Read: 51 Average count: 0

Bildiririk ki, Şirməmmədova Rəvanə Gülhüseyn qızı adına VÖEN müəyyən edilməmişdir. 

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və ya “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsrafilova Aytən Telman ay***@hotmail.com ID: 5556
Ezamiyyət müddəti bitməmiş əməkdaşa digər bölgəyə (respublika daxili) ezam olunması üçün əmr hazırlamaq olar?
23/11/2021 Read: 92 Average count: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Harun,Ramazanov,Həhəfi, ha***@mail.ru ID: 5553
Vergi ödəyicisi hüquqi şəxs sadələşmiş vergi neçə faiz vergi ödəməlidir və müqavilə ilə hər bir işçiyə neçə faiz vergi ödəməlidir?
23/11/2021 Read: 73 Average count: 0

Bildiririk ki, vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Gülməmmədov Dadaş Müstəcəb oğlu da***@rambler.ru ID: 5552
Salam! Bizim restoranda işləyən aşbazlar, ofisiantlar və digər işçilər Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial siğorta haqqını ödədikdən sonra qəbz almaq üçün qabaqcadan onlayn növbə götürərək xidmət mərkəzindən bu qəbzi əldə edirlər. Bilmək istəyirəm ki, vaxt itkisinin qarşısını almaq üçün, bu əməliyyat yerinə yetirildikdən sonra qəbz-in alınması elektron poçt vasitəsi ilə vergi ödəyicisinin poçtuna ötürülürmü? Təşəkkür edirəm.
22/11/2021 Read: 115 Average count: 5

Bildiririk ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi vergi ödəyicisinin ərizəsi əsasında xidmət mərkəzində dərhal təqdim edilir və eyni zamanda, elektron formada vergi ödəyicisinin “Onlayn kargüzarlıq” bölməsinin “Gələnlər” qovluğuna göndərilir.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 12 iyul 2018-ci il tarixli 1817050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi” elektron xidməti üzrə inzibati reqlament

5/5 (2 Average count)
Qiymət ver: