Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Bilal Osmanov Azər bi***@mail.ru ID: 5618
Salam, dövlət sektorunda və qeyri-dövlət sektorunda ayrı-ayrılıqda məzuniyyət kompensasiyası ödənildikdə konkret olaraq gəlir vergisinə necə cəlb olunur? O gəlirə ayrıca gəlir kimimi baxılır yoxsa ödənildiyi ayda olan qazancla bərabərmi hesablanılır? Bu nüansı həm gəlir vergisi tətbiq olunan təşkilat nəzərdən, həm də gəlir vergisi olmayan yalnız 200 manat güzəşt MDSS haqlarında istifadə olunan qeyri-dövlət sektoru təşkilatı tərəfdən cavablandrılmağınızı xahiş edirəm. Zəhmət olmasa qanuni əsas da qeyd edərək cavablandırın.
06/12/2021 Read: 212 Average count: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta haqqına cəlb edilir.

Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda isə məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu. 

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəm Qa***@gmail.com ID: 5617
Salam. Mən xaricdən 2 ədəd "iphone" gətirmişəm, gömrükdə məndən vergi alıblar. Mən sizə telefonların markası və qiymətlərini aşağıda bildirəcəm, mənə neçə manat vergi ödəyəcəyimi bildirə bilərsiniz?
06/12/2021 Read: 113 Average count: 3

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

3/5 (2 Average count)
Qiymət ver:
Gülnar Ağayeva Vüqar qızı gu***@gmail.com ID: 5635
Salam, mənim yoldaşım Ağayev Tural Teymur oğlu "3 chef" və "Köz plus" restoranında anbardar vəzifəsində çalışır. Amma maaşını vermirlər və xəbərsiz onun yerinə işçi götürüblər. Biz bununla bağlı nə etməliyik?
04/12/2021 Read: 84 Average count: 3

Bildiririk ki, işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən, sorğunuzda qeyd olunan məsələ ilə bağlı qeyd olunan quruma müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Mürsəl Həmzəyev he***@mail.ru ID: 5614
Bilirik ki, müəsissələr yol vergisindən azad olunur. Ancaq "SOCAR petrolium QSC" yanacaq alınan zaman hər 1 litr yanacaq üçün 0.02 azn pul ödəyirik. Həmin vəsait ilin yekununda mənfəət vergisi bəyannaməsi tərtib edilən zaman vəsait hansı sətirdə qeyd olunmalıdı.
04/12/2021 Read: 224 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalarının “Ehtiyatlar” bölməsinin 22.29-cu bəndinə görə ehtiyatlar əldə edilən zaman ilkin dəyəri ilə qiymətləndirilir. Ehtiyatların ilkin dəyərinə alış qiyməti, gömrük idxal rüsumları və digər vergilər (vergi orqanları tərəfindən müəssisəyə sonradan əvəzləşdirilən vergilər istisna olmaqla), daşınma, boşaldılma və hazır məhsulların, xammal-materialların və xidmətlərin əldə edilməsi ilə birbaşa bağlı olan digər məsrəflər daxildir.

Göründüyü kimi, alınmış malların dəyəri əvəzləşdirilən vergilər istisna olmaqla bütün vergi və rüsumlar daxil olmaqla müəyyən edilir. Bu səbəbdən alınmış yanacağa görə ödənilən yol vergisi həmin malın dəyərinə daxil edilir və gəlirin əldə olunması ilə bağlı olduqda gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 143-cü və 209-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Mahirə qu***@gmail.com ID: 5443
Salam. Qızım xaricdə təhsil alır və mən kirayə ev və yaxud yataqxanada yer tuturam. Bir çox banklardan kartla pul ödəmişəm, heç vaxt ƏDV 18% tutulmayib. Çünki Vergi Məcələsində də nəzərdə tutulmayıb. Amma Premiumbank 20.10.2021 ci ildə 449 Avro kirayə ev pulundan 161.96 qəpik 18% ƏDV tutmuşdur. Xahiş edirəm, köməklik göstərəsiniz.
03/12/2021 Read: 206 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda ev kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Samir Mirzəyev Əkbər oglu sa***@gmail.com ID: 5609
Salam. Mən VÖEN-in şifrə və parolunu öyrənmək istəyirəm.
03/12/2021 Read: 79 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Mustafayev İlkin ea***@gmail.com ID: 5608
Salam. Müəssisə 2021-ci ilin iyul ayında 100 000 azn dəyərində əsas vəsait (avtomobil) almışdır. Və 2021-ci ilin dekabr ayında 500 azn təmir xərci çəkmişdir. Bu təmir xərci gəlirdən çıxılmalı, yoxsa əsas vəsaitin dəyərinə əlavə olunmalıdır? Ümumi olaraq bu əsas vəsaitin keçən ilin sonu olmadiğina görə qalıq dəyəri 0 olubsa, bu cur hallarda təmir xərcinin gəlirdən çıxılan norması necə muəyyən olmalıdır?
02/12/2021 Read: 156 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 115.7-ci maddəsinə əsasən əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Tural Musayev Fazil t_***@yahoo.com ID: 5606
Salam. İşçi 3 Avqust 2021 tarixində işə qəbul olubdu və 13 Sentyabr 2021 tarixində ödənişli məzuniyyətə çıxa bilərmi? Əvvəlcədən təşəkkürlər.
02/12/2021 Read: 80 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşidov Tural Mahmud tu***@gmail.com ID: 5604
Mən VÖEN-imin bağlı və ya açıq olmasını necə bilərəm?
01/12/2021 Read: 66 Average count: 5

Bildiririk ki, Rəşidov Tural Mahmud oğlu (VÖEN 3003060752) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

5/5 (1 Average count)
Qiymət ver:
Ajax Narmina Rufat na***@gmail.com ID: 5603
Salam. Müqaviləyə əsasən bina uzunmüddətli (10 illik) icarəyə götürülüb. Bu halda binanı balansa salmaq olar?
01/12/2021 Read: 117 Average count: 0

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin hansı qaydada balansda uçota alınması haqda məlumatın verilməsi Dövlət Verg Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə bununla bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Farid un***@gmail.com ID: 5601
Bələdiyyə tərəfindən Tədiyyə bildirişi əsasında olan ödənişi ödəmək məcburiyyətindəyəmmi? Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında A.R. Qanununun 3-cü maddəsinə əsasən bu könüllü ödənişdir. 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir.
01/12/2021 Read: 88 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Eyni zamanda Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

 

5/5 (1 Average count)
Qiymət ver:
Şükürov Elnur Bahadir oğlu el***@yandex.ru ID: 5600
Salam. Müəssəmizin 12 aylıq dövriyyəsi 200 000 manatı keçmir. Təsisçilərə dividend verilməsi üçün vergi qanunverciliyinə uyğun olaraq hansı vergi ödənişləri tətbiq edilməlidir? MMC ilə ASC hər ikisinin 12 aylıq dövriyyəsi 200 000 manatı keçmədiyi halda dividend ödənilməsində və vergi ödənişlərində hansı fərqlər var? İlk dəfə olduğu üçün dividendin verilməsi qaydasına misal gətirməyinizi xahiş edirəm.
01/12/2021 Read: 135 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Əlavə olaraq bildiririk ki, 01.01.2019-cu il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 122-ci maddələri ilə tənzimlənir. 
 

5/5 (1 Average count)
Qiymət ver:
Mirmətin Mirkazımlı Miryusif me***@hotmail.com ID: 5599
Daşınmaz əmlak alqı-satqı şəklində özgəninkiləşdirilərkən, özgəninkiləşdirilənə qədər yaranmış əmlak vergisi satıcı yoxsa alıcı tərəfindən ödənilməlidir ?
01/12/2021 Read: 78 Average count: 0

Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 200-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Mustafayev İlkin ea***@gmail.com ID: 5595
Salam. A MMC 2020 ci il ərzində 300.000 AZN-lik qaimə göndərmişdir. Və gəlir xərclərinin uçotunu kassa metoduna əsasən aparır. Lakin, həmin qaimələrə əsasən 100.000 azn il ərzində pul gəlmişdir. Bu zaman A MMC mikro sahibkarliq subyektinə aid edilirmi və 75 faiz güzəşt əldə edirmi?
01/12/2021 Read: 141 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın Qeydlər hissəsinin müddəalarına əsasən illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan müəssisə tərəfindən təqdim edilmiş malların dəyəri 200 min manatdan artıq olduğu üçün kiçik sahibkarlıq subyekti hesab olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Elvin Yusifov yo***@yahoo.com ID: 5592
Salam. Mən Çin, Türkiyə kimi xarici ölkələrdən sifariş əsasında əsasən elektronika avadanlıqları gətirib, qurduğum sayt üzərindən onlayn satışını həyata keçirmək istəyirəm və bunun üçün lazımi vergiləndirmə prosedurları haqqında məlumat almaq istərdim sizdən.
30/11/2021 Read: 192 Average count: 4

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Samir el***@gmail.com ID: 5591
Müqavilə ilə şirkətdə avtobus işlətmək üçün Vergi Məcəlləsinin hansı qanunu əsasında hərəkət etməliyəm və hansı məbləğdə vergi ödəməliyəm?
30/11/2021 Read: 126 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Sorğunuzda qeyd olunan fəaliyyət haqda ətraflı məlumat verməklə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək vergi öhdəlikləriniz haqda əlavə məlumat əldə edə bilərsiniz

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Elnur Kazımov Nəcəf el***@embafinans.az ID: 5589
Salam. Sualım ezamiyyət xərclərinin gəlirdən çıxılması ilə bağlıdır: Hər hansı bir müəssisənin işçisinə rayona ezam olunması üçün normaya uyğun olaraq 65 AZN avans ödənilmişdir. İşçi ezamiyyətdən döndükdə, ezamiyyət vəsiqəsindən başqa heç bir sənəd təqdim etməmişdir (hotel və digər xərclər üzrə). 65 AZN-in gəlirdən çıxılması hansı şəkildə olacaqdır?
30/11/2021 Read: 157 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 

Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Anar Məcidov Sərdar an***@gmail.com ID: 5587
Mənim mobil nömrəmdə başqa bir şəxsin VÖEN-i var. Çox güman nömrənin əvvəlki sahibinindir. Bunu necə çıxaram bilərəm?
30/11/2021 Read: 80 Average count: 5

Telefon nömrəsinə mesaj səhvən gəldikdə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədova Ruqiyyə Vəli r.***@whitetowers.az ID: 5586
Salam. Mən adıma olan şəhadətnaməmi itirmişəm. Hara və necə müraciət edə bilərəm?
30/11/2021 Read: 63 Average count: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Average count)
Qiymət ver:
Quliyev Orxan Məhərrəm q.***@yahoo.com ID: 5396
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisində çalışan işçinin əmək məzuniyyətinin günləri müxtəlif təqvim aylarına təsadüf etdiyi təqdirdə, məzuniyyət haqqı əmək haqqının ödənildiyi ayın gəliri ilə cəmlənərək 8000 manat vergi azadolması birdəfə həmin ay üzrə tətbiq edilir, yoxsa ayrı-ayrı təqvim aylarına təsadüf edən məzuniyyət günləri üçün ayrılıqda hər ay üzrə 8000 manat vergi azadolması tətbiq edilir?
29/11/2021 Read: 200 Average count: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə,  8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Average count)
Qiymət ver: