Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şəfiqə Cabbarova Nurəddin el***@gmail.com ID: 5678
Yoldaşım Cabbarov Zilfəli oğlunun adına özü olmadan şəxsi məlumatlarini götürüb VÖEN açıblar. Yoldaşım 2021-ci ilin may ayının birindən insult yataq xəstəsidir və danışmır. 1000 manat bizə cərimə gəlib. Guya Azmed MMC-yə 15 870 manat dəyərində dəmir satıb. Xahiş edirəm bizim adımızdan açılan VÖEN-i (6402897671) ləğv edin. Vətəndaş olmadan onun adına necə VÖEN açıla bilər?
17/12/2021 Read: 120 Average count: 4

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün, müraciətinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

4/5 (3 Average count)
Qiymət ver:
Rüfət Müslümzadə ru***@gmail.com ID: 5676
A şirkəti B şirkətindən 10 000 manat dəyərində xidmət alıb. Xidmətin təhvil təslimi 05.11.2020 də olmuşdur. Lakin B şirkəti xidmətin elektron qaiməsini 25.01.2021 tarixində göndərib. Sual. A şirkəti xidməti üçün ödədiyi 10 000 manat xidmət haqqını mənfəət vergisi baxımından 2020-ci il yoxsa 2021-ci ilin xərcinə qeyd etməlidir?
17/12/2021 Read: 150 Average count: 3

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Eyni zamanda, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Qeyd edilənlərə əsasən, noyabr ayında təhvil alınmış xidmətlər üzrə çəkilən məsrəflər və ya təhvil verilmiş xidmətər üzrə gəlirlər, müvafiq olaraq noyabr ayının gəlir və  xərclərinə aid edilir və 2020-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 134-cü, 135-ci və 136-cı maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Elnur Kazımov Nəcəf el***@rambler.ru ID: 5673
Yerli təşkilat Almaniyadan proqram təminatı ilə bağlı aylıq dəstək xidməti alır. Bu xidmətin dəyərini hər ay Almaniyadakı şirkətin hesabına ödəyir. Bu halda Azərbaycanda ödəmə mənbəyində hansı vergilər mövcud olacaq? Almaniya ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin maddələri bu halda hansı rol oynaya bilər?
17/12/2021 Read: 252 Average count: 5

Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Baxışov Əziz İbrahim oğlu az***@mail.ru ID: 5672
Salam. Vətəndaş əmək müqaviləsi ilə təşkilatda 0.5 ştat çalışır və əmək haqqından icbari tibbi sığorta haqqı tutulur. Eyni zamanda sərbəst qəbzlə bərbərlik fəaliyyəti ilə məşğuldur. Telefona gələn mesjla icbari tibbi sığortaya borcu olduğu bildirilib. Bir vətəndaşdan iki icbari tibbi sığorta haqqı tutula bilər? Xahiş edirəm aydınlıq verərdiniz.
17/12/2021 Read: 98 Average count: 4

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (1 Average count)
Qiymət ver:
Anar Əliyev an***@internet.ru ID: 5671
Salam. Mən bilmək istəyirdim ki, hal-hazırda mənim 300 kv.m. obyektim. Həmin obyekti söküb yerinə 2000 kv.m. obyekt tikib satdıqda hansı vergilər yaranacaqdır. Sökdüyüm sahə nəzərə alınacaqmı vergilər hesablanarkən? Öncədən təşəkkürlər.
17/12/2021 Read: 108 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.9-cu və 218.4.3-cü maddələrinin müddəalarına əsasən fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. 

Bununla yanaşı, fiziki şəxsin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manata müvafiq ərazilər üzrə zona əmsalları və əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Qeyd olunanlara əsasən, tərəfinizdən qeyri-yaşayış sahəsi təqdim olunarkən, müqaviləni təsdiq edən notarius tərəfindən qeyri-yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manata müvafiq ərazilər üzrə zona əmsalı və əlavə 1,5 əmsal tətbiq edilməklə sadələşdirilmiş vergi hesablanaraq tutulmalıdır. 

Qeyri-yaşayış sahəsinin mülkiyyət sənədlərində dəyişikliyin edilməsi ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (Çağrı Mərkəzi 193, emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-220-ci maddələri. 

3/5 (2 Average count)
Qiymət ver:
Şahin Quliyev İsa oğlu sh***@gmail.com ID: 5670
Salam. VM-nin 175.6 maddəsində Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir və möhtərizədə subsidiya istisna olmaqla qeyd olunur. Xahiş edirəm aydınlıq gətirərdiniz Dövlət vəsaiti ilə subsidiya arasında fərqi? Belə ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına əvəzsiz verilən maliyyə vəsaitidir.
17/12/2021 Read: 219 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. 

Qeyd olunan maddəyə əsasən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.17-ci maddəsində nəzərdə tutulmuş subsidiyalar istisna olmaqla, dövlət büdcəsindən müxtəlif mənbələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir. 

5/5 (1 Average count)
Qiymət ver:
Yalçın Məğrub oğlu Balaoğlanov ya***@mail.ru ID: 5664
Salam! Taksi fəaliyyəti ilə məşğul oluram. Bilmək istədiklərim var; 1. Sosial ödənişlər üzrə hansı təsnifat koduna köçürmə etməliyəm? 2. Köçürmə məbləği nə qədər olmalıdır və müharibə veteranı kimi güzəştlər nəzərdə tutulubmu? 3. Fərqlənmə nişanı üzrə ödəniş hansı kod üzrə edilməli və burada da veteranlara güzəşt varmı?
16/12/2021 Read: 189 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.  Bu fəaliyyət üzrə sosial sığorta haqqını "Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar 121380" təsnifat kodu ilə ödəyə bilərsiniz.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Həmçinin bildiririk ki, qeyd olunan sahibkarlıq fəaliyyətilə bağlı ödəmələrdə hər hansı güzəşt və azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Leqayeva Mədinə Zeynalabid qızı xe***@mail.ru ID: 5659
Salam. Mən hüquqi xidmətləri göstərən MMC yaratmaq istəyirəm. Bunun üçün mən hansı Nizamnamə formasını nümumə kimi istifadə edə bilərəm? Təsisçi bir nəfər olacaq. Əlavə olaraq sualım ondan ibarətdir ki, nizamnamə və təsisçinin qərarından sonra mən hansı addımlar atmalıyam.
15/12/2021 Read: 144 Average count: 5

Bildiririk ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını, o cümlədən nizamnamə, əsasnamə və qərar nümunələrini saytımızın “Bir pəncərə” bölməsinin "Qeydiyyat" altbölməsindən əldə edə bilərsiniz. 

5/5 (2 Average count)
Qiymət ver:
Pərvin Musayev pe***@gmail.com ID: 5658
Salam. Hüquqi şəxs vergi ödəyicisi olmayan vətandaşdan mülki hüquqi xarakterli müqavilə əsasında nəqliyyat xidməti alır. Bilmək istəyirəm ki, ödəmə mənbəyindən fiziki şəxsə ödəniş edilən zaman vergi və DSMF məbləgi nə qədər təşkil edir? Ödəmə mənbəyindən ödənilən vergi və DSMF məbləgi hüquqi şəxs tərəfindən xərcə salına bilərmi?
15/12/2021 Read: 138 Average count: 0

Bildiririk ki, hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır. 

Hüquqi şəxs qeyd olunan şəxsə ödənişi edərkən, ödəmə mənbəyində yuxarıda sadalanan ödənişləri tutmalı və qalan məbləği xidmət göstərən şəxsə ödəməlidir. Göründüyü kimi, ödəmə mənbəyində tutulan vergi və sığorta haqları fiziki şəxsə ödənilməli olan xidmət haqqının tərkibinə daxildir və alınan xidmət gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

 

 

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəmli Nurlan Rafət oğlu ru***@gmail.com ID: 5657
Bildirirəm ki, ƏDV ödəyicisiyəm. Pərakəndə ticarətlə məşğulam. Həmçinin daşınma xidməti göstərirəm. Daşınma xidməti göstərdiyim nəqiliyyat vasitələrinə fərqlənmə nişanı alıram. Göstərdiyim daşınma xidmətinə görə qarşı tərəfə elektron qaimə təqdim edirəm. Təqdim etdiyim qaiməyə əsasən xidmətin haqqı bank hesabına daxil olur. Bilmək istəyirəm, göstərdiyi daşınma xidməti ƏDV-yə cəlb olunurmu? Yoxsa fərqlənmə nişanı almağım kifayət edir?
15/12/2021 Read: 211 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Vergi Məcəlləsinin 221.6-cı maddəsinə əsasən bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. 

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarından əldə olunan gəlirlər ƏDV-yə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 221-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Kərimov Gündüz Saleh gu***@yahoo.com ID: 5656
Salam. Bir müəssisə istehsal etdiyi, eləcə də satışını həyata keçirdiyi məhsulların satış həcmini daha da artırmaq niyyətindədir. Bu məqsədlə, müxtəlif növ reklam xarakterli promosyon materialları alır, müştərilərə və ya istehlakçılara pulsuz və hədiyyə şəklində verir. Bu əməliyyat zamanı pulsuz verilən materiallar üçün çəkilən xərc normal xərc hesab olunurmu? Yoxsa mənfəət hesabına çəkilməlidir? Sualın birinci hissəsinin davamı olaraq həmin materialların alışı üçün ödənilən ƏDV əvəzləşdirilirmi?
15/12/2021 Read: 223 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən şirkət tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri şirkətin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Həmin məhsulların alınması zamanı ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl etməklə mümkündür.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 159-cu və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
İsmət Məmmədli is***@mail.ru ID: 5655
Salam. Mən geyim mağazası işlədirəm. Sadələşmiş vergi ödəyicisiyəm. İllik hesabatı necə verəcəm? Kassadan hansı hesabatları çıxarmalıyam? Zəhmət olmasa, ardıcıl şəkildə hesabatın hazırlanmasında mənə köməklik göstərəsiniz. Təşəkkürlər.
14/12/2021 Read: 112 Average count: 3

Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi rüb ərzində əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir. 

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim etməlidirlər.

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Bəyannamələrin formaları və doldurulma qaydaları ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola, əlavə suallar yarandıqda isə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas:  Vergi Məcəlləsinin 218-ci, 219-cu və 220-ci maddələri.

  

3/5 (1 Average count)
Qiymət ver:
A. Məmmədov ax***@gmail.com ID: 5653
Hörmətli Cənablar, Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs (bundan sonra “Yerli şirkət”) və xarici ölkədə təsis olunmuş və Azərbaycan Respublikasında vergi məqsədləri üçün qeyri-rezident olan xarici hüquqi şəxs (bunda sonra “Xarici şirkət”) arasında xidmət müqaviləsinin (bundan sonra “Müqavilə”) bağlanılması nəzərdə tutulmuşdur. Xarici şirkət istehlak mallarının və müxtlif əczaçılıq məhsullarının (bundan sonra “Məhsullar”) istehsalçısıdır. Müqavilənin şərtlərinə görə Yerli şirkət Məhsulların Azərbaycan bazarında reklam edilməsi, tanıdılması, marketing məsləhəti və məlumatların işlənilməsi üzrə və s. sahədə xidmətlər göstərəcəkdir. Aşağıda Müqavilə çərçivəsində Yerli şirkət tərəfindən Xarici şirkətə göstərilməsi nəzərdə tutulan xidmətlərin təsviri və bununla əlaqəli bəndləri nəzərinizə çatdırıram: "1. Xarici şirkət Məhsulların Azərbaycan bazarında reklamını Yerli şirkətə həvalə edir. Bu xidmətlərə aşağıdakılar aid olacaqdır: A. Marketinq sahəsində məsləhət və məlumatların işlənməsi xidmətləri a. Bazar və məhsullar barədə məlumatların toplanması və işlənməsi; b. Məhsullar üçün marketinq planının hazırlanmasına dair məsləhətlərin verilməsi; c. Strateji planın hazırlanmasına dair məsləhət verilməsi; d. Hər hansı tədbir və mütəxəssislərdən (xüsusilə, konfranslar, dəyirmi masalar, həkim və əczaçılarla fərdi görüşlər) toplanmış məlumatlar əsasında analitik bazar və məhsul tədqiqatlarının aparılması və buna dair marketinq məsləhətlərinin verilməsi/hesabatların hazırlanması. B. Reklam xidmətlərinin göstərilməsi (xüsusilə, hər hansı tədbirlər, məsələn konfranslar, dəyirmi masalar, həkim və əczaçılarla fərdi görüşlər və sərgilər zamanı), bu xidmətləri aşağıdakılar barədə və istənilən media vasitəsi ilə (televiziya, radio, qəzet, jurnal, internet və s.), şəxsən və ya digər üsulla göstərməklə: a. Xarici şirkət barədə ümumi məlumat xarakterli reklam; b. Həkim resepti tələb etməyən Məhsulların reklamı. C. Dövlət tənzimlənməsi sahəsində məsləhət xidmətlərinin göstərilməsi a. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarında (Səhiyyə Nazirliyi və s.) Məhsulların qeydiyyatı və qeydiyyatın yenilənməsi qaydaları ilə bağlı məsləhət verilməsi; b. Əczaçılıq sahəsində qaydalar barədə məsləhət verilməsi; c. Hər hansı potensial və ya mövcud məhkəmə mübahisəsi və hər hansı şəxslə digər mübahisələr üzrə məsləhətlərin verilməsi, hüquqi məsləhətlər istisna olmaqla. 2. Məhsulların Azərbaycan bazarında reklamına kömək məqsədilə Xarici şirkət Yerli şirkətə maliyyə və digər dəstək verməlidir. 3. Məhsullar Yerli şirkətin bütün vasitələri ilə, Xarici şirkət ilə hər maliyyə ilinin başlanğıcında razılaşdırılmış proqrama və illik büdcəyə uyğun olaraq reklam olunmalıdır." Məlumdur ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərə əlavə dəyər vergisi sıfır (0) dərəcə ilə tətbiq edilir. Eyni zamanda Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində sadalanan xidmətlər arasında o cümlədən “məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi” yer almışdır. Yuxarıda qeyd olunanlardan irəli gələrək Yerli şirkət tərəfindən Xarici şirkətə Müqavilə çərçivəsində göstərilən xidmətlərə (yuxarıda A, B və C bəndlərində sadalanmışdır) münasibətdə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tətbiq edilməsini təsdiq etməyinizi xahiş edirəm. Öncədən təşəkkür edirəm.
14/12/2021 Read: 312 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət və reklam xidmətlərinin və digər analoji xidmətlərin göstərilməsi, habelə kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Buna əsasən, sorğunuzda qeyd olunan və Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində sadalanana xidmətlərin təqdim olunması tərəflər arasında bağlanmış müqavilə və xidmətlərinin göstərilməsinə dair təhvil-təslim aktları ilə rəsmiləşdirildiyi halda Cəmiyyət tərəfindən göstərilən həmin xidmətlər ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilə bilər.

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək, yaranan vergi öhdəlikləri haqda məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165-ci və 168-ci maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
İmanov Taleh Zahidoviç im***@gmail.com ID: 5651
Salam. Mən hal hazırda Bakıda kuriyer kimi fəaliyyət göstərirəm, VÖEN-im var. Rayon qeydiyyatındayam. Bilmək istərdim ki, aylıq DSMF məbləği nə qədərdir?
14/12/2021 Read: 74 Average count: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Sorğunuzda qeyd edilən sahibkarlıq fəaliyyətinin Bakı şəhərində həyata keçirildiyini nəzərə alaraq, bir yanvar 2022-ci il tarixindən etibarən, aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 75 manat (minimum aylıq əməkhaqqı 300 * 25% * Bakı şəhəri üzrə 100%) olacaqdır.

Əsas:  “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Aslanov Ənvər Mətləb oğlu as***@gmail.com ID: 5649
Təmsil etdiyim Hüquqi şəxsin kommersiya mübahisəsi ilə əlaqədar məcburi mediasiya üçün mediasiya şurasına müracət edikdən sonra, mediasiya xidmətlərinin göstərilməsi üçün tələb edilən rüsumu ödəmək zərurəti yarandı. Mediasiya şurasına rüsumu ödəmək üçün tərəflər arasında müqavilə imzalanmalı olduğunu (təmsil etdiyim hüquqi şəxs və Mediator arasında) və bunun əsasında nağdsız ödəniş edilməsi mümkünlüyü bildirildi. Həmçinin mediasiya şurasına mediasiya haqqında qanunun maddələri" mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə – mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi üçün imzalanan yazılı müqavilə;" :mediasiya prosesinin tətbiqi barədə müqavilə – mübahisənin (mövcud və ya gələcəkdə yarana biləcək) mediasiya prosesi vasitəsilə həlli üçün tərəflər arasında bağlanan yazılı razılaşma;Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında (bu Qanunun 21.1-ci maddəsi nəzərə alınmaqla) həyata keçirilir.Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. 21.2. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər. əlavə olaraq digər normativ aktlar Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat"ın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI 19/1 Bakı şəhəri 17 sentyabr 2013-cü il Mülki dövriyyənin subyektləri tərəfindən nağdsız hesablaşmaların forması tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Vergilər məcəlləsi 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; mediatorun diqqətinə çatdırılsa da müqavilə bağlanmadan birbaşa təqdim edilmiş rekvizitlər üzrə rüsumun ödənilməsi zəruriliyi bildirilmişdir həmçinin aşağıdakı məzmunda cavab ümvanlanmışdır. "Mediasiya xidmətlərinin göstəriləməsinə görə müvafiq müqavilənin bağlanmaması və mediasiya prosesinə dair xərclərin ödənilməsi qaydası barədə məlumatın verilməsi ilə bağlı müradiətinizə Mediasiya Şurasında baxılmışdır. Bildiririk ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (bunda sonra – Qanun) əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir. Qanunun 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflərin qarşılıqlı razılığı ilə bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Qeyd edilməlidir ki, Qanunun tələbinə uyğun olaraq, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. Qanunun 29-cü maddəsinə əsasən tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər ilkin mediasiya sessiyasında iştirak etdikdə lakin tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və mediasiya prosesi həyata keçirilir. Müraciətinizdə də qeyd etdiyiniz kimi, Qanunun 36-cı maddəsinə əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Sonraki mediasiya sessiyası ilə bağlı xərclər isə tərəflərlə mediator və ya mediasiya təşkilatı arasında “mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə” ilə müəyyən olunur. Qanunun 36.4-cü maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak edilidiyi hallarda “mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə” tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə, sonrakı mediasiya sessiyası başlanana qədər imzalanmalıdır. Göründüyü kimi, Qanununda “mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə”nin yalnız “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında mediasiya xidmətlərinin göstərilməsinə görə bağlanılması nəzərdə tutulmuşdur. Mediasiya xərclərinin ödənilməsi qaydasına gəldikdə isə bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşma hesab olunur. Bununla belə qeyd edilməlidir ki, mediasiya xərcləri ilə bağlı ödənişlər adıçəkilən Qanunun 3.4-cü maddəsində yalnız nağdsız qaydada həyata keçirilən ödənişlər sırasında göstərilməmişdir. Xahiş edirik nəzərə alasınız." Hazırkı vəziyyətdə qeyd edilən məsələyə münasibət bildirmənizi xahiş edirəm.
14/12/2021 Read: 273 Average count: 3

Bildiririk ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir.

Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

“İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə tənzimlənir.

Bununla yanaşı Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda kommersiya mübahisəsi ilə əlaqədar hüquqi şəxsə göstərilən mediasiya xidmətlərinə görə ödənilən haqq və digər xərclər icbari ödənişlər hesab edilməklə gəlirdən çıxılır.

Əlavə olaraq bildiririk ki, nağd hesablaşmalara tətbiq olunan məhdudiyyətlər, yalnız nağdsız qaydada aparılmalı olan hesablaşmalar, habelə nağd qaydada həyata keçirilə bilən hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, Qanunun 3.3-cü maddəsi ilə müəyyən edilən məhdudlaşmalar (15 000 manat və 30 000 manat) təqvim ayı ərzində vergi ödəyicilərinin məxaric əməliyyatları üzrə ödənişlərinə, yəni nağd xərcləmələrinə münasibətdə tətbiq olunur.

Buna əsasən mediasiya xidmətlərinin göstərilməsi üzrə ödənilən xərclərin Qanunda nəzərdə tutulan limitlər gözlənilməklə nağd qaydada ödənilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı.

3/5 (2 Average count)
Qiymət ver:
Elşad Hümmətov el***@mail.ru ID: 5647
Salam. İctimai iaşə obyekti olan hüquqi şəxs bazardan mal aldıqda həmin mala görə ödənişi müəssisənin adına olan bank kartından qarşı tərəfin (sadə vətəndaş) bank kartına edə bilərmi? Çünki, bankın mobil tətbiqində qeyd yeri yoxdur.
13/12/2021 Read: 117 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qeyd olunan hədd daxilində hesablaşmalarla bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

0/5 (0 Average count)
Qiymət ver:
Bağırov Faiq Ehtiram oğlu az***@gmail.com ID: 5643
Mən işçi işlədirəm və hər ay vaxtında məcburi sığorta haqqı və vergini ödəyirəm, bilmək istəyirəm ki, prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin yanvar ayında minimum əmək haqqının 300 manat olması ilə əlaqədar olaraq mən növbəti 2022-ci ilin yanvar ayında nə qədər vergi və məcburi sığorta haqqı ödəyəcəm?
11/12/2021 Read: 98 Average count: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Qeyd olunan ödəmələrlə bağlı 2022-ci ildə hər hansı dəyişiklik nəzərdə tutulmamışdır.

Bununla yanaşı məlumat üçün bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə 1 yanvar 2021-ci il tarixdən etibarən minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Zeynalov Əşrəf Arif es***@gmail.com ID: 5642
Salam. İşdən xaric edilmişəm. Amma müqaviləmə xitam verilmir. Səbəb olaraq maaşın gecikməsi və müqaviləyə xitam verilməməsidir. Və bununla da yeni işə düzələ bilmirəm. Bu hal müqaviləyə xitam verilməməsinə səbəbdirmi?
11/12/2021 Read: 135 Average count: 5

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin proseduru ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

5/5 (1 Average count)
Qiymət ver:
Şaxməmmədov Rüfət İsgəndər oğlu ru***@bk.ru ID: 5640
Salam. Adıma olan VÖEN-in bağlanmasını istəyirəm. Bunun üçün nə etməliyəm? Xahiş edirəm bununla əlaqədar mənə kömək edəsiniz.
10/12/2021 Read: 114 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Gültac Əhmədova Təvəkgül gu***@gmail.com ID: 5639
Şabran və Sabirabad rayonu üzrə məktublar hansı Ərazi Vergilər İdarəsinə göndəriləcək?
10/12/2021 Read: 72 Average count: 5

Sorğunuzda qeyd olunan Şabran rayonu 3 saylı Ərazi Vergilər İdarəsinin, Sabirabad rayonu isə 5 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə aid edilir.

Ərazi vergilər idarələri və baş idarələrinin əlaqə məlumatları ilə buradan tanış ola bilrəsiniz.

5/5 (2 Average count)
Qiymət ver: