Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Məmmədov Səməd Əhməd oğlu 19***@mail.ru ID: 5547
Mən "X" şirkətinin təsisçiyəm. Şəxsi istifadəmdə olan bazar qiyməti ilə 15000 manat dəyərində əsas vəsaitim var. Həmin əsas vəsaiti şirkətimə nizamnamə kapitalına mədaxil edib, elektron qaimə əsasında digər şirkətə satmaq istəyirəm. Bu halda hansı sənədləşmə aparılmalı və mənfəət vergisi bəyannaməsində öz əksini necə tapmalıdır? Verəcəyiniz cavab üçün çox sağ olun.
22/11/2021 Read: 284 Average count: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur.  Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər.

Eyni zamanda Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə) aktivlərin verilməsi vergiyə cəlb olunan təqdim etmə sayılmır.

Qeyd olunanlara əsasən hüquqi şəxsin təsisçisi tərəfindən əmlakın həmin hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyuluşu vergitutma məqsədləri üçün vergiyə cəlb olunan təqdimetmə sayılmır. Həmin aktivin digər şəxsə təqdim edilməsi hüquqi şəxsin gəlirlərinə, dəyəri isə gəlirdən çıxılan xərclərə aid edilir. 

Eyni zamanda bildiririk ki, Mülki Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 104-cü və 146-cı maddələri və Mülki Məcəllənin 90-cı maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Muradov Xəyal İlqar oqlu gu***@gmail.com ID: 5546
Xahiş edirəm ki, VÖEN-i dondurmağa köməklik edəsiniz.
21/11/2021 Read: 78 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Samir Malik oğlu ag***@gmail.com ID: 5544
Salam, xahiş edirəm mənə bir məsələdə aydınlıq gətirilməsində köməklik edin. Mən ƏDV ödəyicisi deyiləm, gəlir vergisi ödəyicisiyəm, xidmət göstərirəm. Belə olan halda ƏDV ödəyicisinə dəqiqləşdirilmiş e-qaimə təqdim edə bilərəm?
21/11/2021 Read: 137 Average count: 5

Bildiririk ki,  ƏDV ödəyicisi kimi qeydiyyatda olub-olmamasından asılı olmayaraq, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura təqdim etməlidir.  

Elektron qaimə-fakturanın dəqiqləşdirilməsi o zaman həyata keçirilir ki, o təqdim edildikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallar üzə çıxsın.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rəsulov Rüstəm Kamal Ka***@mail.ru ID: 5541
Salam, VÖEN-i necə aktivləşdirə bilərəm?
21/11/2021 Read: 107 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" kanalında yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Abbaslı Nəzrin Rəşad ab***@gmail.com ID: 5539
Salam. Vergi könüllülüyü proqramı hələ də aktivdirmi? Yoxsa ilin müxtəlif zamanlarında aktiv olur? Aktivdirsə necə cv yaza bilərəm? Vergi Könüllüləri proqramı birdəfəlik bitməyibsə, sualıma cavab göndərməyinizi rica edirəm.
20/11/2021 Read: 90 Average count: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün onlayn müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

5/5 (2 Average count)
Qiymət ver:
Telman 0.***@mail.ru ID: 5531
İşə qəbul üçün hara müraciət etmək lazımdır?
18/11/2021 Read: 46 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hacnəbiyev Səməd Əsəd oğlu ha***@bk.ru ID: 5525
Salam. Mən ƏDV ödəyicisiyəm. Obyektimin enerji təminatı ilə çətinliklərim yaranıb. Enerji xəttinin zəif olması ilə əlaqədar "Azərişiğ"a müraciət etmişəm yeni transfarmator ve yeni xəttin çəkməsi ilə əlaqədar onların bank hesablarına öz hesabımdan ödəniş edəcəm və onlar tərəfdən mənə elektron qaimə-faktura göndəriləcək. Bilmək istərdim, həmin ödənişdəki məbləği gəlir vergisində xərcə sala bilərəmmi?
17/11/2021 Read: 98 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 

Eyni zamanda, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlərə aid edilmişdir. Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Dəyəri 500 manatdan az olan maddi aktivlər isə amortizasiya olunmur və onların dəyəri birbaşa gəlirdən çıxılır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 108-ci, 109-cu və 114-cü maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov hacıalı ibrahim oğlu Pe***@gmail.com ID: 5520
Vergi idarəsində oxunmamış 5 ədəd mesajla baglı müraciət edirəm.
16/11/2021 Read: 61 Average count: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elgün Mehdiyev Muxtar oğlu el***@gmail.com ID: 5518
Salam. 70 min manatlıq ev alğı-satqısında nə qədər vergi tutulur?
16/11/2021 Read: 67 Average count: 0

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.  Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. 

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elman Mustafayev Seyfulla em***@mail.ru ID: 5512
Qərardan yuxarı orqana şikayəti necə göndərim? Xahiş edirəm addım-addım mənim hərəkətlərimi (nə etməli olduğumu) göstərin.
16/11/2021 Read: 90 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 15.1.9-cu və 62-ci maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 5509
Salam. A MMC ölkədaxili yük daşıma ilə məşğuldur. Fərqlənmə nişanı alıb fəaliyyət göstərir. Bu zaman heç bir bəyannamə təqdim etmirsə, aktivlərini, öhdəliklərini, kapitalını hansı bəyannamədə vergi orqanlarına bildirməlidir? Dividend elan edəndə hansı bəyamnamədə göstərməlidir? Zəhmət olmasa cavablandırardınız.
15/11/2021 Read: 204 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Əlavə olaraq bildiririk ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun həmin Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. 

Bununla yanaşı, hüquqi şəxs tərəfindən öz təsisçilərinin (payçılarının) xeyrinə xalis mənfəətinin bölüşdürülməsi zamanı onlara ödənilən pul və ya digər ödəmələrdən (dividenddən) Vergi Məcəlləsinin 122-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu haqda vergi orqanına "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Şərifova Tünzalə Nəbi qızı tu***@gmail.com ID: 5497
"Qayğı" MTK, VÖEN 1001781101 tərəfindən 2011-ci ildə Xətai rayonu ərazisində 17 mərtəbəli 160 mənzilli yaşayış binasının tikintisinə başlanılmış və qanunvericiliyə uyğun olaraq hər 1 m2 üçün zonalar üzrə hesablanmış (sadələşdirilmiş vergi ödəyicisi olmaqla) yaşayış və qeyri-yaşayış sahəsinə görə vergi tam həcmdə ödənilmişdir. Hazırda binanın yaşayış və qeyri-yaşayış sahəsi satılır. Bu halda satışdan hər hansı vergi (ƏDV və ya mənfəət vergisi) verilməlidirmi, xahiş edirik bu məsələni araşdıraraq bizə ətraflı məlumat verəsiniz. Çox xahiş edirik bu sualımıza tez bir zamanda cavab verərdiniz, əvvəlcədən minnətdarlığımızı bildiririk.
12/11/2021 Read: 110 Average count: 5

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalar üzrə sadələşdirilmiş vergitutma metodunun tətbiqi ləğv edilmiş və bu şəxslərin vergi öhdəliklərini ƏDV və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirməsi nəzərdə tutulmuşdur. 

Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasinin Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. 

5/5 (3 Average count)
Qiymət ver:
İbrahimova Salatin Allahverən qızı ib***@gmail.com ID: 5495
Bildiririk ki, Azərbaycan Respublikasının rezidenti olan müəssisəmiz A şirkətinin mallarını Çin Xalq respublikasından Azərbaycan Respublikasının ərazisinə daşıyır. Daşınmanı həyata keçirən zaman müxtəlif xarici nəqliyyat şirkətləri ilə müqavilə bağlayır və həmin şirkətlər vasitəsilə daşınmanı həyata keçırır. Yəni daşınma şırkətə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmir. Belə olan halda müəssisəmizin hansı vergi öhdəlikləri yaranır? Xahiş edirik ətraflı məlumat verin.
12/11/2021 Read: 199 Average count: 3

Bildiririk ki, mülki qanunvericiliyə əsasən üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs ekspeditordur. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən sorğuda göstərilən halda mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə ona ödənilən xidmət haqları (komisyon haqları) cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilməklə mənfəət vergisinə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Beynəlxalq daşıma xidmətinin dəyəri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 158-ci, 159-cu, 165-ci və Mülki Məcəllənin 852-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Eldəniz Səfərəliyev İbrahim oğlu sa***@gmail.com ID: 5493
Əsas vəsait olan, kənd təsərrüfatı texnikaları müəyyən dövr istifadə olunduqdan sonra satılarkən amortizasiya ayırmaları hesablanması məsələsinə aydınlıq gətirməyinizi xahiş edirəm.
12/11/2021 Read: 101 Average count: 0

Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir.

Həmçinin, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır..

 

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılov Elvin Namiq is***@gmail.com ID: 5492
Vergi borcu olan şəxs ölkədən çıxa bilərmi?
12/11/2021 Read: 98 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Hətəmov Xəyal Ələmşah oğlu He***@mail.ru ID: 5489
Kartın istifadə müddəti bitdikdə, kartda olan ƏDV məbləğləri yeni karta köçürülürmü və ya kartın istifadə müddətinin bitməsinə az qalmış dövr ərzində ƏDV geri al müddəti kartın istifadə müddətindən (30 gün) azdırsa, belə olan halda ƏDV məbləği yeni sifariş verilən karta köçürüləcəkmi?
11/11/2021 Read: 69 Average count: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Eyvazova Fəxriyyə Əlövsət fa***@mail.ru ID: 5488
Mən VÖEN-lə bağlı debet kartını necə ala bilərəm?
11/11/2021 Read: 77 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yunis Səmədov Əlif me***@gmail.com ID: 5487
Salam, VÖEN aça bilərəm? Fərdi sahibkar kimi VÖEN açmaq istərdim. Buna görə pul ödəyəcəm? Şəhadətnamə almaq istəyirəm.
11/11/2021 Read: 71 Average count: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda, əlavə olaraq kağız daşıyıcıda verilir).

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Fərəcova Günay Yüzbaşı gu***@socar.az ID: 5481
Salam. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 30 000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balans üzrə qalıq dəyəri 18 000 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləğ hansıdır? Zəhmət olmasa, cavablandırardınız.
11/11/2021 Read: 235 Average count: 3

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Eyni zamanda 106.1.6-ci maddəsinə əsasən alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa) mənfəət vergisindən azaddır.

Sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa sığortalının sığortaçıdan aldığı sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 106.1.6-cı maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
İlqar Vəliyev Əhmədağa va***@gmail.com ID: 5477
Salam, mən "Wolt"-da kuriyer kimi işə başlamaq istəyirəm, bunun üçün VÖEN lazımdır. Bugün ASAN xidmətə getdim, amma ala bilmədim. Çünki qeydiyyatım rayondur, mən rayondan VÖEN alsam Bakıda işləyə bilərəm?
10/11/2021 Read: 100 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. 

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər. Həmçinin, qeydiyyatda olduğunuz ərazidə vergi uçotuna alındığınız halda, Bakı şəhərində də fəaliyyət göstərə bilərsiniz

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver: