Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vügar İsgəndərov Real ge***@gmail.com ID: 1976
Mənim sualım belədir: 2016-cı ilin fevral ayından müqavilə əsasında mən Gəncə Qaz istismar idarəsində çalışıram. Məni fərdi sahibkar kimi qeydiyyata alıblar, VÖEN açılıb, Asan imza sertifikatı verilib. 2016-cı ildən müqavilədə 277 manat, müqaviləyə əlavədən sonra 282,5 manat, 2019-cu ildən 294,7 manat göstərilib və mən indi vergi və məcburi dövlət sosial sıgorta ödənişləri, elektron imza sertifikatı ilə bağlı mobil nömrənin ödənilməsindən,"Kapital Bank"ın hər ay maaş cıxarılmasına görə məbləğin tutulmasından sonra doğranılmış maaş əlimə alıram - yəni 213 manat. Bu nə qədər, nəinki bu Pandemiya dövründə elə adi vaxtda da qanunvericilikdə düzgündür. Xahiş edirəm mənə 2016-2020-il ücün hesablamayla cavab yazın.
14/05/2020 Read: 41 Average count: 0

Bildiriririk ki, mülki müqavilə ilə xidmət göstərən şəxslər üçün xidmət haqqının minimum həddi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin bildiririk ki, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə şəxslər muzdli işçi hesab olunmaqla həmin şəxslərdən verginin tutulması və büdcəyə ödənilməsi onlarla əmək müqviləsini bağlamış işəgötürən şəxslər tərəfindən həyata keçirilməlidir.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, əmək qanunvericiliyinin tətbiqi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Sərxan İsmayılov İlham sa***@gmail.com ID: 1975
Salam. Mən bir neçə gün əvvəl Beynəlxalq sertifikat imtahanında (CİA) iştirak etmək üçün bank kartımla ödəniş etdim və bu zaman məndən ƏDV tutuldu. Bildiyim qədəri ilə Beynəlxalq sertifikat imtahanları olan ACCA, CFA və s. kimi imtahanlara ödəniş etdikdə ƏDV tutulmur. Amma CİA imatahanı ödəniş edənlərdən isə hər dəfə tutularaq sonra geri qaytarılır. Sizdən ilkin xahişim artıq CİA imtahanlarını da nəzərə alasınız ki, biz bu əlavə prosedurlardan qurtulaq. İkincisi xahişim isə ƏDV-nin geri qaytarılması məqsədi ilə banka müraciət etdim və bildirdilər ki, Vergilər Nazirliyinə müarciət edim. Zəhmət olmasa bu məsələ ilə bağlı kimə müraciət etməliyəm bildirəsiniz. Təşəkkürlər!
14/05/2020 Read: 158 Average count: 3

Bildiririk ki, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər, imtahanlar və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Sorğunuzda qeyd olunan imtahan Azərbaycan Respublikasının ərazisində keçirildiyinə görə ƏDV üzrə vergitutma obyekti yaranır.

Əsas: Vergi Məcəlləsinin 168.1.3-cü və 169.3-cü maddələri.

3/5 (6 Average count)
Qiymət ver:
Nahid Mustafayev Rafiq na***@inbox.ru ID: 1974
Salam men hal hazırda taksi faliyyəti kimi VÖEN açdırmışam, amma heç vaxt isdifadə etməmişəm. Onun fəaliyyətinə xitam verə bilərəmmi və necə?
14/05/2020 Read: 37 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Daşdəmir Oruc oğlu a.***@gmail.com ID: 1973
Vergi bəyannəməsini tərtib etmək üçün 14.05.2020-ci il tarixinə saat 11:30 növbəyə qeydiyyata almağınınzı xahiş edirəm.
14/05/2020 Read: 29 Average count: 0

Bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sadıqov Qədir İslam sq***@gmail.com ID: 1972
Voen 1004076642 mənimdir 13.01.2016-cı ildən 17.04.2018-ci ilədək VÖEN-lə işləmişəm. 17.04.2018-ci ildən bağlanmışdır və bağlanması ilə bağlı arayış verməyinizi istəyirəm. Arayışı əmək və məşğulluq idarəsinə verməliyəm.
13/05/2020 Read: 28 Average count: 5

Bildiririk ki, Sadıqov Qədir İslam oğlu (VÖEN 1004076642) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır. Qeyd etdiyiniz arayışı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edərək əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Quluzadə Abbas Cəsarət ab***@list.ru ID: 1971
Salam. Sualım muzdlu işçilərə yardım ilə bağlıdır. Mən yuxarıda qeyd elədiyim ünvanda ofisiant vəzifəsində işləyirəm. Bildiyiniz kimi karantinlə bağlı fəaliyyət dayandırılıb. Ancaq onlayn işləyir. Keçənn ay sağ olun, var olun bir yardım göstərdiniz. 150 manat pul aldım. Bilirsiniz ki, kirayədə yaşayan bir insançün bu pulla nəinki yaşamaq, heş ölmək mümkün deyil. Bu gun iş yerimlə əlaqə saxladım rədd cavabı aldım. Bildirdilər ki, day dövlət yardım göstərməyəcək. Sizdən artıq dərəcədə xahiş edirəm bu məktuba nəzər yetirəsiniz. Ya bir yardım ya da gündəlik gəliri olan bir işlə təmin edəsiz. Fəhlə də işləməyə hazıram.
13/05/2020 Read: 45 Average count: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir. Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu ta***@mail.ru ID: 1970
Salam Xahiş edirəm aşağıdakı suallarımı cavablandırasınız. 1. Müəsisənin və ya sahibkalıq fəaliyyətinin ləğvi. 2. Müəsisənin və ya sahibkalıq fəaliyyətinin müvəqqəti dayandırılması. 3. Və hər hansı bir qanun varmı kimi bunlar arasındakı fərqi aydınlıq gətirsin.
13/05/2020 Read: 73 Average count: 0

Kommersiya hüquqi şəxslərin (bundan sonra - hüquqi şəxs) ləğv edilməsi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Vergi Məcəlləsinin müddəaları, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları" ilə tənzimlənir. 

Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:

Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə;

Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;

Müflis elan olunduqda. 

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi isə “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nisə Ələkbərova Fərman ni***@gmail.com ID: 1969
Satıcı işləyirəm. 250man əməkhaqqı alıram. Karantin vaxtı işləmədiyimiz üçün muzdlu iscilere verilən yardımdan biz işçilərə 2 aylig 250 man əmək haqqı veriləcək. Yoxsa necə hesablanacaq?
13/05/2020 Read: 26 Average count: 5

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində əmək müqaviləsində qeyd olunan məbləğ və ona uyğun sosial sığorta haqqı iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

5/5 (1 Average count)
Qiymət ver:
Baxşaliyev Vəliyəddin Elşad oğlu va***@gmail.com ID: 1967
Mən Baxşaliyev Vəliyəddin Elşad oğlu müraciətimdə sizdən xaiş edib bildirirəmki 2014-2018ci illərdə Universitet oxuyub bitimişəm. İxtisasım-kompyuter elmləri mühəndisliyi.Ön cəbhədə hərbi xidmət etmişəm. Hal hazırda işsizəm. Bir Azərbaycanlı gənci olaraq sizfən xahiş edirəm, məni müəyyən bir işlə təmin edəsiniz.
13/05/2020 Read: 37 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən, Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Qalib Camalov Nəbi oğlu ca***@mail.ru ID: 1966
Salam . Mən vergi xidmətinə onlayn müraciət etmək istəyirəm . Şəxsiyyət vəsiqəm yeni nəsil biometrik vəsiqədir . Amma qeyd olunan bolmədə AA seriyası yoxdur deyə müraciət edə bilmirəm . Zəhmət olmasa kömək edərsiz mənə .
13/05/2020 Read: 27 Average count: 0

Dövlət Vergi Xidmətinə onlayn müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin seriyası qrafasında "AZE" və nömrəsi qrafasında isə "AA....." formatında qeyd edərək müraciətinizi qeydə ala bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
ELVIN BUNYAD el***@gmail.com ID: 1965
Vergilər Nazirliyinin şərhindən (https://vergiler.az/news/taxes/5983.html) belə başa düşülür ki, sadələşdirilmiş vergi ödəyicisi olan şəxsin ƏDV qeydiyyatına alındıqda qeydiyyat tarixinə olan mal qalığının ƏDV qeydiyyatından sonrakı tarixdə təqdim olunması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bu nə dərəcədə doğru yanaşmadır? Qeyd olunan mallar əldə olunarkən ƏDV ödənilmişdir və əvəzləşmə hüququ olmadığından birbaşa malın maya dəyərinə əlavə olunmuşdur. Qanunun bu formada şərhi vergi ödəyicisini əlavə öhdəlik altına salır. Vergi Məcəllənin 3.1-ci bəndində deyilir: Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Burada ədalətlilik prinsipi pozulur. Nazirliyin qeyd olunan məsələyə ilə bağlı şərhinə əsaslandırılmış cavab verməyinizi xahiş edirəm.
13/05/2020 Read: 176 Average count: 5

Bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilənlər Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən halda vergi ödəyicisi tərəfindən ƏDV qeydiyyatına alındığı tarixdən əvvəlki (sadələşdirilmiş vergi ödəyicisi olduğu) dövrdə əldə etdiyi mallar digər şəxsə təqdim edilərkən  159.7-ci maddə tətbiq olunmayaraq, ümumi qaydada ƏDV-yə cəlb olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Ələkbərova Samirə Eytibar sy***@list.ru ID: 1964
Salam. Mən ləğv etmək üçün ərizə göndərmişəm. Amma ləğv bəyannaməsi də lazım olduğunu dedilər. Ləğv bəyannaməsinin formasını necə və haradan əldə etmək olar?
13/05/2020 Read: 69 Average count: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Bəyannamələr təqdim edilərkən bəyannamənin növü "ləğv" seçilməlidir. Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin Bəyannamə bölməsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  149-cu,  və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şerqiyye Məmmədzadə Afet le***@gmail.com ID: 1963
2019-cu ildə VÖEN açmışam və istifadə etmişəm. 2020-ci ilin yanvar ayında 6 saylı dairəyə yaxınlaşıb VÖEN-i dayandırmağı və nə qədər borcum varsa ödənilməsi üçün mənə deyilməsinə xahiş etmişəm. Həmin vaxt əməkdaş tərəfindən mənə borcun miqdarı deyildi və hamısını ödəyib borcu 0-ladım. Həmin müddətdən sonra da VÖEN-i istifadə etməmişəm. 11.05.2020 tarixdə mənə zəng edilib 71 AZN borcumun olduğu bildirilir və idarəyə yaxınlaşıram 108 Azn borcun var deyirlər. Hesabım bağlı olduğu halda və istifadə etmədiyim , borclarımı yanvar ayında ödədiyim halda bu borc niyə və nə səbəbə yazılıb ? Zəhmət olmasa bu barədə mənə tam açıq məlumat verəsiniz.
13/05/2020 Read: 158 Average count: 4

Müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə rəsmi  qaydada müraciət etməyiniz xahiş olunur.

4/5 (6 Average count)
Qiymət ver:
Nəriman İmanov İsa na***@tut.by ID: 1962
Salam. Mən ƏDV-nin bir hissəsinin geri qaytarilmasi barəsində suallar vermək istəyirəm.1.Alınan malın dəyəri hissə-hissə ödənilərsə ƏDV neçə geri qaytarılır? 2. ƏDV nin geri qaytarilmasi komunal ödənişlərə ,mobil operator ödənişlərinə və sair ödənişlərə tətbiq olunurmu? Sizdən bunlar barəsində geniş məlumat vermənizi xahiş edirəm.
13/05/2020 Read: 40 Average count: 0

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar (o cümlədən qeyd etdiyiniz suallar) və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Şirin Qafarova Azər gh***@gmail.com ID: 1961
Salam. Mikrosahibkarlara yardım kompaniyası çərçivəsində ödənişlər birdəfəlik ödənişlər formasında həyata keçirilir dedikdə sadəcə 1 dəfə veriləcək bütün karantin müddətində, yoxsa hər ay üçün nəzərdə tutulub? Aprel ayında 250 manat alınıb, bəs may ayı üçün də nəzərdə tutulub mu?
13/05/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Cəfərquliyev el***@mail.ru ID: 1960
Salam. Mənim 17.01.2020 ci ilde övladim dünyaya gəlib. Mən Asan xidmətdən uşagın sənədini aldım. Sosiala getdim, oradan mənə vergi ödəyicisi olduğuma görə Dost-a yönləndirdilər. Orada da mənə sənədləri asan elektron göndərmək lazım olduğunu və təxmini 1 ay sonra Asan xidmətin verdiyi kağızla Vergilərə yaxınlaşmalı oldugumu dedilər. Artıg 4 aydır ki, mən vergi ödəyicisi olduğuma görə süd pulunu ala bilmirəm. Çox xahiş edirəm mənə kömək edin.
13/05/2020 Read: 29 Average count: 0

 "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş kateqoriyadan olan uşağın anadan olmasına görə birdəfəlik müavinətin ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid edildiyi üçün aidiyyəti üzrə qeyd olunan nazirliyə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Məmmədli Aslan fe***@bk.ru ID: 1959
Asan imza sertifikatı almaq istəyirdim.
12/05/2020 Read: 29 Average count: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Cavad Hüseynbəyli Tofiq ja***@gmail.com ID: 1957
Hər vaxtınız xeyir. 11.05.2020 tarixində 9yT6kvPJistU fiskal IDli çek əldə etmişəm və bu gün (12.05.2020) tarixində edvgerial.az saytında kabinetimdə həmən fiskal ID-ni daxil etmişəm, amma qaytarılmalı olan ƏDV 0.90 AZN kimi göstərilir (halbuki, saytın "Kalkulyator" bölməsində "Bu çek üzrə qaytarılmalı ƏDV 0.01 AZN-dən azdır" yazısı çıxır). Xahiş edirəm, ƏDV-nin mənə qaytarılmalı olan hissəsi qanunvericiliyə uyğun olaraq ədalətli şəkildə qeyd edilsin (0.01-dən az olduğu təqdirdə informasiya düzgün şəkildə əks olunsun). Diqqətinizə görə təşəkkür edirəm.
12/05/2020 Read: 81 Average count: 0

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, çek üzrə qaytarılmalı ƏDV məbləği 0.01 AZN-dən aşağı olduqda  və ya malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda və başqa hallarda müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mirzəyeva Süsənbər Şakir su***@mail.ru ID: 1956
Salam. Mənim Daimi yaşamaq üçün icazə vəsiqəm var lakin ƏDV-nin qaytarılması üçün qeydiyyatdan keçə bilmirəm. Bu əməliyyatı ancaq Azərbaycan Respublikası vətəndaşları edə bilər?
12/05/2020 Read: 32 Average count: 5

Bildiririk ki, istehlakçı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə, ƏDV "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası"na əsasən yalnız həmin şəxslərin milli valyutada bank kartı (və ya hesabı) olduqda qaytarılır.

5/5 (1 Average count)
Qiymət ver:
SƏRXAN ƏFƏNDİYEV HÜSAMƏDDİN se***@mail.ru ID: 1955
Salam, mən VÖEN 1803966792 üzrə vergiyə tam borcumu ödəmişəm, lakin mənə əlavə olaraq 34 manar borc yazılır, mən hesab edirəm ki həmin borc DSMF borcudur, həmin borcuda yanlışılıqla vergi borcu kimi ödəmişəm, həmin ödənişi dsmf-yə köçürməyinizi xahiş edirəm.
12/05/2020 Read: 45 Average count: 0

Bildiririk ki, səhv təsnifat kodu üzrə həyata keçirilmiş ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver: