Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Джамиля Джабировна Нагиева la***@inbox.ru ID: 2016
Компания А закупает импортный товар, который освобожден от НДС при растаможке на основании постановления Кабинета Министров. Компания Б (платильщик НДС) покупает оптом этот товар у компании А и продает этот же товар. Вопрос; Должна ли компания Б начислять на этот товар при продаже НДС? Какие документы должна предоставлять в случае налоговой проверки компания Б, как обоснование того, что на товар не начислен НДС при продаже?
19/05/2020 Read: 49 Average count: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan malların həm idxalı, həm də satışı ƏDV-dən azad olduğu halda həmin malların satışı ƏDV-yə cəlb olunmur. Azadolma yalnız malların idxalına aid olduğu halda isə, həmin malların təqdim olunması ümumi qaydada ƏDV-yə cəlb olunur.

Həmçinin,  Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq vergi ödəməkdən azad edilən əməliyyatlar aparıldıqda “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 5№-li Əlavəsi vergi ödəyicisi tərəfindən tərtib edilərək təqdim edilməlidir.

Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri gömrük orqanları həyata keçirirlər. Bu baxımdan idxal zamanı gömrük rüsumunun və ƏDV-nin ödənilməsi, o cümlədən idxalda ƏDV-dən azadolma ilə bağlı ətraflı məlumatı almaq üçün  bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 20-ci, 25-ci və 164-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsi”nə 5 №-li Əlavənin tərtib edilməsi Qaydası.

5/5 (2 Average count)
Qiymət ver:
Asiman Həsənov İsgəndər fa***@hotmail.com ID: 2015
Salam, mən bugün vergiyə borcum olduğu üçün ödəniş etdim. 4 saat keçib borc silinməyib, ola bilər ki, borc silinməsi 1 iş günü çəkə?
18/05/2020 Read: 54 Average count: 5

Bildiririk ki, ödənilmiş vəsaitlər vəsaitlərin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından alınmış ödəniş sənədlərinin surətləri əsasında vergi orqanları tərəfindən xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması" Qaydaları.

5/5 (1 Average count)
Qiymət ver:
İbrahimova Nərgiz Mehman ne***@gmail.com ID: 2014
Salam, Zəhmət olmasa məlumat vere bilərsinizmi 25 aprel 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, Covid-19 ilə əlaqədar olaraq qeyri-müəyyən tarixə təxirə salınan imtahanın keçirilməsi nə vaxta nəzərdə tutulub? Karantin qaydalarının yumuşaldıması ilə əlaqədər bir sıra imtahanların eləcə də DİM in təşkil etdiyi dövlət qulluğu imtahanlarının avqust ayında keçirilməsi nəzərdə tutulduğu açıqlanıb. Vergiyə işə qəbulla bağlı imtahanın tarixinin nə vaxta nəzərdə tutulduğunu və qeydiyyatın yenidən açılıb açılmacağı barədə məlumat verməyinizi xahiş edirəm.
18/05/2020 Read: 36 Average count: 0

Bildiririk ki,  Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınıb. Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sabuhi Agayev Sa***@yahoo.com ID: 2013
Her vaxtiniz xeyir. Menim sualim Fiziki shexsin vergi odenishi ile baglidir. Anam Fiziki shex kimi kicik sahibkarliqla meshguldur. Erzaq magazasi ishledir. (120kv) Amma ayliq vergi odenishinin ne qeder oldugunu deqiq bilmir. Ayliq verginin 120 azn oldugu bildirilir. Amma ferqli reqemler de soylenilir. Bes bunu deqiq nece bilmek olar? http://old.taxes.gov.az/ sayti vasitesile ise vergi borcu barədə məlumatın verilməsi ancaq vergi borcu olanda VOEN uzre baxmaq olur. Borc olmayanda baxmaq olmur. Onceden teshekkurler.
18/05/2020 Read: 51 Average count: 5

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

Müraciətinizdə qeyd olunan pərakəndə ticarət fəaliyyəi ilə məşğul olan şəxslər ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olduqda sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. Sadələşdirilmiş vergi üçün hesabat dövri rübdür.Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslə isə 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu halda onların sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmur və həmin fiziki şəxslər gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Əsas: Vergi Məcəlləsinin 95-ci, 101-ci, 155-ci, 218-ci, 221-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Xalid Asif oğlu Kazımlı xa***@gmail.com ID: 2012
7 il öncə bir yazı müsabiqəsində iştirak etmək üçün VÖEN açdırmaq lazım gəldi və ondan 2 il sonra heç bir əməliiyat aparılmadığı üçün hesabı 5 illiyə dondurduq. İndi hesab aktivləşib. Yenidən dondurmaq və ya ləğv etmək lazımdır. Ancaq VÖEN hesabımın pin kodu tapılmır. Kodu tapmaq üçün köməyiniz lazımdır. Hesabım belədir: 7500321572 Xalid Asif oğlu Kazımlı
18/05/2020 Read: 46 Average count: 5

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver:
Ədilov Nurlan Bəyəli Ad***@mail.ru ID: 1742
Men VÖEN-imi dondurmaq istəyirəm, amma bacarmıram. Onu necə edə bilərəm? Köməklik göstərərdiniz, zəhmət olmasa.
18/05/2020 Read: 153 Average count: 5

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə Buradan , vergi orqanlarının ünvanları ilə isə Buradan tanış ola bilərsiniz. 

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi Youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür. 

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver:
imanov Heydər Mütalib oğlu im***@mail.ru ID: 2011
Salam! Bildirmək istəyirəm ki, mən 09-11-12.05.2020-ci il tarixdə bir neçə ticarət obyektlərindən alınmış kassa çeklərinin fiskal nömrəsini ədv-nin qaytarılması üçün daxil etmişəm. Lakin bu günə kimi hələ də hesaba ədv qayıtmayıb! Çek yarandığı andan 7 gün ərzində tapılmadığı halda Dövlət Vergi Xidmətinə müraciət etməyin tövsüyyə olunduğunu nəzərə alaraq Sizə bununla bağlı mənə kömək etməyinizi və bu problemin nəyə görə yarandığını və indidən bu kimi halların baş verməsinə nəyin səbəb olması barədə məlumat verməyiniz xahiş edirəm! Çox sağ olun!!
18/05/2020 Read: 28 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. 

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Iqbal Baxşılı ba***@mail.ru ID: 2010
VÖEN (Şəhadətnamə) itib. Sənədin yenidən alınması üçün mənə köməklik edəsiniz.
18/05/2020 Read: 40 Average count: 0

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Carçıyev Zaur Qəfər oğlu Z.***@gmail.com ID: 2009
Salam mən 04 may 2020 ci il tarixindən etibarən aldığım qida məhsullarına görə marketlərin verdiyi çeklərin Fiscal kodunu qeydiyyatdan keçdiyim edvgerial.az saytına əlavə edirəm ancaq, balansım sıfır göstərir. Bilmək istəyirəm nə vaxt balansıma qayıtma olacaq.
18/05/2020 Read: 28 Average count: 0

Bildiririk ki, çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır. 

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Fuad Faiq oğlu fu***@mail.ru ID: 2008
Pandemiyadan zərərcəkənlərə əmak haqqinin 2 ci hissəsi nə vaxt ödəniləcək. Bayramlardan qabaq verilə bilərmi?
18/05/2020 Read: 26 Average count: 0

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının ikinci hissəsinin ödənilməsinə başlanılmışdır və proses davam etdirilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Pərvin Əliyev İsrail pe***@gmail.com ID: 2007
Salam. Mənim hüquqi kiçik müəssisəm var, mən onu fiziki şəxsə çevirmək istəyirəm, onun üçün nə sənədlər lazımdır və nə etməliyəm?
18/05/2020 Read: 40 Average count: 0

Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.  Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Qeyd olunanlara əsasən hüquqi şəxsin fiziki şəxsə çevrilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Hüquqi şəxsin fəaliyyətinə xitam verməklə, fəaliyyətini dayandırmaqla və ya eyni zamanda fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini həyata keçirə bilərsiniz. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. 
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Mülki Məcəllənin 4-cü fəsli.

0/5 (0 Average count)
Qiymət ver:
Zahid Səttarov Həsən oğlu s_***@mail.ru ID: 1764
Mən fiziki şəxs kimi vergi orqanında uçota alınmışam. Eyni zamanda tikinti təşkilatı ilə müqavilə bağlayaraq tikilən obyektlərdə elektrik xətlərinin çəkilməsi ilə məşğul olacağam. Bundan əlavə müqavilə ilə 2-3 nəfər də işçi işə götürmək istəyirəm. Bilmək istəyirəm, mən hansı hesabatları verməliyəm və bir də bilmək istəyirəm, işçilərə əmək haqqı necə hesablamalıyam?
18/05/2020 Read: 166 Average count: 5

Bildiririk ki, muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanmalı, qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsinin bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməli, bu şəxslərlə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı hesablanmalı, həmin əmək haqqından ödəmə mənbəyində vergi, sosial və işsizlikdə sığorta haqları tutulmalı və vergi orqanına bu barədə hesabat təqdim edilməlidir. 

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (2 Average count)
Qiymət ver:
Şəfahət Qabulov pa***@mail.ru ID: 2005
Pandemiya ilə əlaqədar kiçik və mikro sahibkarlara Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən edilən yardım neçə (ay) dəfə verilir?
18/05/2020 Read: 31 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu maliyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@bk.ru ID: 1733
Salam, zəhmət olmasa Vergi Məcəlləsinin 156.1-1.3. maddəsi ( göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən) haqqında ətraflı məlumat verərdiz, yəni ki, burada vahid mərkəzləşdirilmiş elektron sistem dedikdə nə nəzərdə tutulur ?
18/05/2020 Read: 167 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir. Həmin maddə ilə müəyyən olunmuş tələblərdən biri də qeyd olunan fəaliyyətlə məşğul olan və  ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə vermək niyyətində olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların uçotunun vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparılması və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanının təmin edilməsidir.

Bu məqsədlə qeyd olunan fəaliyyətlə məşğul olan və göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan vergi ödəyicisi tərəfindən özünün elektron informasiya sisteminə vergi orqanının çıxış imkanı əldə etməsi üçün müvafiq texniki baza yaradılmaqla ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

3/5 (5 Average count)
Qiymət ver:
İsmayılov QulamRza Hüseyn Qu***@mail.ru ID: 1795
VÖEN şifrəsini itirmişəm necə əldə edim? Asan sertifikasiyanı necə əldə edim? Təşəkkür.
18/05/2020 Read: 99 Average count: 5

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (AzercellBakcellNar) ASAN İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (2 Average count)
Qiymət ver:
Xeyal Mehdiyev Xe***@gmail.com ID: 2003
Marketdən etdiyim alış-verişin fiskal kodunu daxil etdim, ƏDV-nin geri qaytarilması üçün 16.05.2020-ci ildə alış-veriş etməyimə baxmayaraq, sistemdə çıxmadı, alış-verişin məbləği 140 manat idi.
17/05/2020 Read: 34 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Asurova Hecer ha***@gmail.com ID: 2001
Salam. Men Vergiler Nazirlyine qebul olmayla bagli yaziram. Bilmek isteyirdim, Iqdisad Universtitetinin Qida Mehsularinin muhendisliyi Fakultesi sened vere biler? Yəni imtahan olanda imtahanda iştirak eləyə bilər?
17/05/2020 Read: 33 Average count: 0

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Semedov Vekil Nagi bs***@bk.ru ID: 2000
Salam menim adima voen var ama onu dondurmuwdum o vaxt. İndi bilmirəm vaxtı bitib ya yox. Zəhmət olmasa, mənə yazardınız əgər vaxtı bitməyibsə, vaxtı nə vaxt bitəcək? VÖEN 7800022052
17/05/2020 Read: 27 Average count: 0

Bildiririk ki, Səmədov Vəkil Nağı oğlunun (VÖEN 7800022052)  vergi uçotu ləğv edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Səidə Quliyeva Fərhad se***@gmail.com ID: 1999
Salam, mən makler işi ilə online məşğul olmaq istəyirəm, bunun üçün nə etməliyəm? İllik vergi faizi nə qədər olacaq? Əmlak ofisi götürsəm əlavə xərc ödəyəcəmmi?
17/05/2020 Read: 61 Average count: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan halda sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, təsərrüfat subyekti olduğu halda vergi orqanında uçota qoymalısınız. Təsərrüfat subyekti fiziki şəxsdən icarəyə götürüldüyü halda, həmin şəxsə ödənilən icarə haqqından 14 faiz dərəcə ilə vergi tutmalı və vergi orqanına hesabat təqdim etməlisiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
ƏDV qeydiyyatına durmaq öhdəliyi isə, sahibkarlıq fəaliyyətindən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda yaranır.
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 124-cü, 218.5.10-cu, 218.6.2-ci və 220-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Atilla Əmiri Alanaq Məhəmməd oğlu at***@gmail.com ID: 1998
Mən Al market mağazasından məhsul almışam və verilən çeki ədv geri al portalında qeydiyyat edirəm çek tapılmr bunu necə həll etmək olar?
17/05/2020 Read: 46 Average count: 3

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver: