Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Xəyal xe***@gmail.com ID: 2085
Çek edvgerial.az portalında tapılmır.
30/05/2020 Read: 47 Average count: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Şəhriyar Qarayev Yaqub Ha***@bk.ru ID: 2084
Salam. Mən lombard açmaq üçün necə müraciyət edim?
29/05/2020 Read: 123 Average count: 0

Bildiririk ki, lombard fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, bu fəaliyyət üzrə təsərrüfat subyektini (obyekti) vergi uçotuna qoymalıdır.

Əlavə olaraq bildiririk ki, lombardların sadələşdirilmiş vergi sistemini tətbiq etmək hüququ olmadığından gəlir vergisinin ödəyicisi hesab olunurlar.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218.5.2-ci maddəələri.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Nadir Sabir oğlu na***@mail.ru ID: 2083
21.05.2020-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən marketdən alış-veriş etmişəm. Marketdən verilən ƏDV-nin geri qaytarılması barədə çeki www.edvgerial.az saytında yaradılmış şəxsi kabinetimdə qeydiyyatdan keçirməyə cəhd etmişəm, lakin "Çek tapılmadı. Fiskal ID yanlışdır və ya çek məlumatları bazaya hələ əlavə edilməyib" yazılır. Bu barədə nə etməli olduğumuz haqqında ətraflı məlumat verməyinizi sizdən xahiş edirəm.
29/05/2020 Read: 55 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
samir tağıyev sadik sa***@mail.ru ID: 2082
Salam. Müəssənin təsisçisi əvvəllər fiziki şəxs kimi vergi ödəyicisi olub, sonra vöen fəaliyyətini dayandırıb. Hal-hazırda MMC-nin təsisçisidir, sualım ondan ibarətdir ki, təsisçisi olduğu müəssisəyə nağd şəkildə borc pul verə bilərmi?
29/05/2020 Read: 114 Average count: 0

Bildiririk ki, müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi və borcun alındığı müddət nəzərə alınmaqla faizlər borcun qüvvədə olduğu günlər üçün hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas:  Vergi Məcəlləsinin 14.3-cü, 18-ci,  110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Abbasov Hüseynəli el***@gmail.com ID: 2081
Salam. Mən bilmək istəyirəm fiziki şəxs olaraq özüm üçün VÖEN aça bilərəm?
28/05/2020 Read: 48 Average count: 0

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədyar Mayılov Namiq ma***@mail.ru ID: 2080
Salam, Vergi ödəyicisinin fəaliyyət kodu "95220-MƏİŞƏT TEXNİKASININ VƏ BAĞ TƏSƏRRÜFATI AVADANLIQLARININ TƏMİRİ"-dir. Bu fəaliyyət kodu üzrə aparılan əməliyyatlar necə tənzimlənir? Mükələfiyyətlər siyahısında sadələşdirilmiş vergi ödəyicisi olduğu göstərilib. Kassa aparatı qoyulmalıdırmı?
28/05/2020 Read: 99 Average count: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-9-cu, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Samirə Əbişzadə Rəhman sa***@mail.ru ID: 2079
ƏDV-nin geri qaytarılması üçün bütün satış obyektləri (məs. Baku Electronics) müasir kassa aparatları ilə nə zaman təmin olunacaq?
27/05/2020 Read: 63 Average count: 5

Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Tağı Tağı-zadə Kamal t.***@gmail.com ID: 2078
Salam. Sual icarəyə götürülən obyektin təmiri və onun əvəzləşdirilməsi ilə bağlıdır. Belə ki, hüquqi şəxslə (ƏDV ödəyicisi) fiziki şəxs (vergi ödəyicisi OLMAYAN) arasında icarə müqaviləsi bağlanır. Müqaviləyənin məbləği şərti 100 azn-dir. İcarə müqaviləsinə əsasən obyekt təmirsiz olaraq verilir. Təmir icarəyəgötürənin öhdəliyindədir, lakin icarə haqqı ilə əvəzləşdiriləcəkdir. Bütün bu deyilənlər icarə müqaviləsində öz əksini tapmışdır və obyekt sonda icarəyəgötürənə qalmayacaqdır. Belə ki, İcarəyə götürülmüş və uçota alınmamış əsas vəsaitlər icarəçi tərəfindən təmir olunduqda, faktiki təmir xərclərini təsdiqləyən bütün sənədlər icarəyə verənə təqdim edilir. SUAL. Əgər ki, müqavilədə göstərilməsinə baxmayaq icarəyəgötürən faktiki təmir xərclərini təsdiqləyən sənədləri təqdim edə bilmədiyi halda onu hansı cərimə və məsuliyyət gözləyir.
27/05/2020 Read: 111 Average count: 0

Bildiririk ki,  balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır,  yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda — alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 58.8.3-cü və 115-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Asəm Eyvazov an***@gmail.com ID: 2077
Sumqayıt şəhəri Birləşmiş məhəllə (7-8-12 ev 17 A) Fəxri market dən 28,48 AZN məbləğində alış veriş etmişəm mənə təqdim edilmiş kassa çekində ƏDV ödənişi göstərilməmiş və EDVGERİAL portalında həmin çek ƏDV ödənilməmiş kimi göstərilib.
27/05/2020 Read: 57 Average count: 0

Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur. Həmçinin ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

Əlavə olaraq bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

0/5 (0 Average count)
Qiymət ver:
Elçin İsrafilov Şakir oglu el***@gmail.com ID: 2075
Salam. Pandemiya ilə əlaqədar sahibkarlara dəstək məqsədilə nəzərdə tutulmuş yardım vesaitinin ikinci ay üçün olan hissəsi bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ kocurulmeyib. Bu gecikmə nə ilə əlaqədardir? Səbəb nədir?
27/05/2020 Read: 48 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cahangirov Tural Oktay tu***@yahoo.com ID: 2073
Müəssisə ictimai iaşə fəaliyyət kodu üzrə fəaliyyət göstərir. Belə ki, isti içkilərin satışını həyata keçirir. Satış həyata keçirərkən daimi müştərilərə hər isti içki satışı zamanı kart təqdim olunur. Müştəri hər dəfə içki aldığı zaman xüsusi möhürlə kartın üzərinə işarə vurulur. İşarələrin sayı 10-a çatdıqda isə 1 ədəd içki müştəriyə pulsuz təqdim edilir. Sual ondan ibarətdir ki, bu halda pulsuz təqdim edilmiş içkiyə bazar qiyməti tətbiq edilməlidirmi? Xahiş edirik ki, onu da nəzərə alın ki, 100 faiz endirim 11 -ci içkiyə verilmir, 10 ədəd içki alındığı təqdirdə verilir. Ikinci sual isə odur ki, VM-nin 14.3.3 və 14.6.1.1-ci maddələrini bu hala tətbiq etmək mümkündürmü?
27/05/2020 Read: 172 Average count: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən dövriyyənin artırılması məqsədilə müəyyən edilmiş sayda (məbləğdə) edilmiş alış-veriş zamanı müştərilərə müəyyən məbləğlərin qaytarılmasına, o cümlədən müştərilərə yığılmış bonuslar müqabilində müəyyən endirimlərin edilməsinə və ya hədiyyələrin verilməsinə görə şəxsin vergi öhdəliyi yaranmır.

4/5 (4 Average count)
Qiymət ver:
Cəfərli Nərgiz Yunus q. na***@hotmail.com ID: 2072
Salam, soruşmaq istəyirdim ki, bu çeklərdəki fiskal İD bəziləri keçmir. 4 gündür yazıram deyir ya səhfdir, ya da sistemə vurulmayıb. Nə etmək lazımdır?
27/05/2020 Read: 40 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Tural tu***@mail.ru ID: 2071
Edvgerial.az-da çekləri yükləmişəm, 1 ay olar gözləmədədir. Niyə belə olur?
27/05/2020 Read: 49 Average count: 0

Bildiririk ki, çekin yaranma tarixindən 30 təqvim günü keçmədiyi halda, çekin fiskal ID-si portalada daxil edilərkən ƏDV-nin qaytarılmasına dair sorğu “gözləmə” status ilə “Tarixçə” bölməsində saxlanılır. 

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Gülər Fətullayeva gu***@gmail.com ID: 2091
Salam, mən ilk sosial yardımı veriləndən sms göndərdim, yalnış cavab gəldi. Mən heç bir yerdə işləmirəm, mülküm, torpaq sahəm yoxdur və bir körpə uşağım var. Bəs mən nə edə bilərəm bu barədə?Xahiş edirəm düzgün araşdırılsın.
26/05/2020 Read: 48 Average count: 0

Bildiririk ki, sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Aysel Xəlilova Şahin ay***@gmail.com ID: 2070
Salam. Sizə yazıb bildirmək istəyirəm ki, "RANA MƏHDUDİYYƏT CƏMİYYƏT QRUUPU" Turist vizası ilə, iş yaradıb və vergi ödemirlər, bunu özləri bildirib sizə bildiyim məlumat verəcəm, onlar hostel açıb, tərlan eliberliyev 4, mənzil 10, mərkəzi ambulator klinika ilə üzbəüz. Pakistan vətəndaşları Və vergi ödemiler bunu özləri bildirib, ki onlara Vaqif adlı şəxs kömək edir ödəmək üçün, mən o şəxsləri hostel da qonaq kimi tanıdım. Sizə məlumat vermək özümə özümə borc bildim, Rana MAZHAR adlı şəxs işlədir, Hostel adı "Al Ramada hostel".
25/05/2020 Read: 67 Average count: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Əli Məmmədov Allahverdi al***@gmail.com ID: 2069
Salam. Mən bir il öncə VÖEN açdırmışdım. Lakin ehtiyac olmadığıı üçün e-taxes.gov.az vasitəsi ilə bağlanmaq üçün müraciət etmişdim. 1 həftə qabaq zəng gəlib ki, bağlanmağım haqda DSMF hesabatı və gəlir vergisi 2019 hesabatları göndərməliyəm. Mənim hec bir fəaliyyətim olmayıb, xahiş edirəm köməklik edəsiniz.
25/05/2020 Read: 51 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Arayışın forması və doldurulması qaydası ilə buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Irada Huseynova al***@gmail.com ID: 2068
Здравствуйте, скажите пожалуйста облагается ли налогом оплата обучения несовершеннолетних детей? Оплата была произведена картой бейналхалг банка (IBA) в школу в России.
25/05/2020 Read: 75 Average count: 0

Bildiririk ki, qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin168.1.5-ci və 169-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Günay Əkbərova Tofiq ms***@mail.ru ID: 2067
May ayının əvvəlində Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət etmişəm aşağıdakı məzmunda məktub (eyni zamanda sms) almışam: Hörmətli vergi ödəyicisi! Sizin Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyinizlə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraicətinizə baxılmış və Sizə ayrılmış vəsait ərizənizdə qeyd etdiyiniz bankdakı hesabınıza köçürülmüşdür. Amma indiyə kimi (25.05.2020) vəsait bank hesabına köçməyib. Qey edimki hesab USD hesabıdır. Bankın AZN-lə daxil olacaq vəsaiti konvertasiya edib hesaba köçürmək səlahiyyəti vardır. Bu halda vəsaiti necə əldə edə bilərəm?
25/05/2020 Read: 55 Average count: 5

Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin edir. Bu səbəbdəbn bəzi hallarda ödəmənin bank hesabına köçürülməsi prosesi təsdiq haqda SMS bildirişdən bir neçə gün müddətində həyata keçirilə bilər. Bununla bağlı müştərisi olduğunuz banka və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Denziyev Pervin Memmedqasim pe***@mail.ru ID: 2066
Salam. Pandemiyaya görə sahibkarlara göstərilən yardımı keçən ayın 24-ü bank hesabıma köçürülmüşdür. Bu vəsaitin ikinci hissəsi avtomatik olaraq balansa köçürüləcəkmi? Hesaba heç bir mədaxil olmayıb.
25/05/2020 Read: 31 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu maliyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynli Aqil hu***@gmail.com ID: 2065
Salam. Vebinar və ya onlayn kursda iştirak etmək üçün sahibkar tərəfindən qeyri-rezidentə ödənilən məbləğ ödəmə mənbəyində vergiyə cəlb edilməlidirmi?
24/05/2020 Read: 112 Average count: 5

Bildiririk ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur, əks halda ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmamışdır.
Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən bank alıcının vəsaiti hesabına ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver: