Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vahid Bağıyev Yusif te***@gmail.com ID: 2040
Salam adıma olan VÖEN-i bağlamaq istəyirəm. 22.04.2020 tarixinden muraciət etmişəm. VÖEN-i bağlanması haqda da rəy gelib. Vergi orqanından mənə sabaha bağlanacaq deyilrər, amma 2 həftəyə yaxındır ki, bağlanmir. Sualım odur ki, VÖEN nə vaxt tam fəaliyyətini dəyandiracaq və hara müraciət edə bilərəm?
21/05/2020 Read: 36 Average count: 5

Bildririk ki, hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Vahid Bağıyev Yusif oğlu adına VÖEN müəyyən edilməmişdir.

5/5 (2 Average count)
Qiymət ver:
Zeynalova Nəzrin Afiq qızı ze***@mail.ru ID: 2039
Salam. Mən 21 may 2020-ci il saat 00:31 də Rahat market Zabrat qəsəbəsində 19 manat 9 qəpiklik alış veriş etmişəm. Edvgerial.az da edv-ni geri qaytarmaq istəyirəm. Lakin ''Gözlənilməyən xəta baş verdi, yenidən cəhd edin'' deyə bildiriş gəlir. Çek də mövcuddur. Zəhmət olmasa xətanı aradan qaldırardız. Təşəkkürlər.
21/05/2020 Read: 42 Average count: 4

Çekin fiskal ID-nin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbəblərindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

4/5 (3 Average count)
Qiymət ver:
Qurbanova Zeynəb Rəsul qızı ze***@gmail.com ID: 2038
Salam. Yazıb sizinlə dəqiqləşdirmək istəyirəm ki, dövlətin Turizm sahəsində fəaliyyət göstərən şirkətlər üçün yeni malliyyə dəstəyi varmı? Qeyd: Koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu içilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi proqramından başqa nəzərdə tuturam. Öncədən Təşəkkürlər.
21/05/2020 Read: 37 Average count: 0

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.

0/5 (0 Average count)
Qiymət ver:
Kərimli Təranə Kərim ul***@mail.ru ID: 2037
Xammal almaq istəyirəm kimdənsə. Onun sənədləşməsi necə olmalıdır?
21/05/2020 Read: 56 Average count: 0

Bildiririk ki, istehsal fəaliyyəti üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na uyğun aparılmalıdır. 

İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-fakturanı malgöndərən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron sistem vasitəsilə hazırlayır və avtomatik olaraq alıcının elektron kabinetinə ötürür.

Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

0/5 (0 Average count)
Qiymət ver:
Ariz Abbasov Pənah oğlu Di***@mail.ru ID: 2036
Salam müraciətim fiziki şəxlərə yardımı verilir, mən də sənədlərimi yerli vergi idarəsinə təqdim etmişəm, adıma hesab (kart) açdırmışam. Lakin heç bir xəbər yoxdur. Xahiş edirəm müraciətimi nəzərə alasınız.
21/05/2020 Read: 29 Average count: 0

Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunacaqdır.

0/5 (0 Average count)
Qiymət ver:
Rövşən ro***@mail.ru ID: 2035
Salam. VÖEN-i bağlamaq istəyirəm, amma şifrə-parolum yoxdur. Necə edə bilərəm? Elektron imzam var, onunla ləğv edə bilərəm? Təşəkkür.
21/05/2020 Read: 33 Average count: 0

Bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Əbilov Xəzair oğlu ra***@mail.ru ID: 2034
Salam, tək təsisçisi olan MMC direktorun öz razılığı ilə işdən necə azad edilir? Və yeni direktor necə təyin edilir? Mümkünsə nümunə blankı göndərəsiniz.
21/05/2020 Read: 69 Average count: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəmov Azad Ağabala oğlu el***@rambler.ru ID: 2033
Yazıb sizdən xahiş edirəm ki, mənim sahibkarlıq uçotumu ləğv edəsiniz. Bunun üçün nə etməliyəm?
20/05/2020 Read: 36 Average count: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Average count)
Qiymət ver:
Əliqəmərli Namazov Manafəddin al***@gmail.com ID: 2032
Salam hər vaxtınız xeyir, Vergi məcəlləsində sub icarə haqda heç bir qanun yoxdur. Fİziki şəxs icarəyə götürdüyü sahəni sub arenda və ya saatlıq icarəyə verilirsə bunun vergisi hansı ödəmə mənbəyinə görə tutulan vergi ilə hesablanacaq. 1224.6-cı sətrində təkrar vergi tutmamaq üçün bir maddə var. Dünyada bir çox yerlərdə Co-working yəni iş masasını icarəyə vermək kimi bir praktika vardır. Sahibkarlıqa məşqulmaq üçün bu işin qanunla necə təmzimlənir?
20/05/2020 Read: 115 Average count: 0

Bildiririk ki, icarə münasibətləri Vergi Məcəlləsi ilə deyil, İcarə Haqqında Azərbaycan Respublikasinin Qanunu, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

Əmlak icarəsindən əldə olunan gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olduğu halda ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu haqda vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi qeydiyyatda olmadığı halda əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. İcarə haqqından gəlir  əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Qəhrəman Vəli mr***@mail.ru ID: 2030
Marketlərdə nağdsız alış veriş zamanı ƏDV-nin 15 faizinin geri qaytarılması üçün kassa çekindəki hansı məlumatları hara köçürmək lazımdır? Bu barədə təlimat verin zəhmət olmasa.
20/05/2020 Read: 25 Average count: 0

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Afaq a.***@mail.ru ID: 2029
Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən bizə bildiriş-xəbərdarlıq göndərilib. Orada bildirilir ki, tərəfimizdən təsərrüfat subyektimizin (obyektimizin) qeydiyyata alınması barədə vergi orqanına müraciət edilməmişdir. Məktubda "vergi orqanına müvafiq ərizə forması ilə müraciət edilməsi tövsiyə edilir (https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari): " yazılıb. zəhmət olmasa həmin bölmədə hansi ərizə formasından istifadə etməyimiz barədə bizə koməklik edin.
20/05/2020 Read: 42 Average count: 0

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
KAMAL SÜLEYMANOV NADİR ka***@mail.ru ID: 2028
Salam. Mən Türkiyə Respublikası Anadolu Universitetinin məzunuyam. 5 Saylı Ərazi Vergilər İdarəsinin mühasibatlıq bölməsində işləmək üçün nə etməliyəm? Sağ olun.
20/05/2020 Read: 44 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Məlumat üçün bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə bu haqda əlavə məlumat veriləcək.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Yusif Xanlar yy***@gmail.com ID: 2025
Salam. Fiziki şəxs olaraq xaricdə təsis etdiyim müəssisə mənə xaricdə divident ödəyir. Bu halda Azərbaycan Respublikasında hansı vergiləri ödəyirəm?
19/05/2020 Read: 161 Average count: 0

Bildiririk ki, rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Sorğunuzda qeyd olunan dividendlər sözügedən dövlətdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq Sizə ödənilərkən ödəmə mənbəyində vergiyə cəlb oluna bilər. Bu halda xaricdə ödənilmiş verginin məbləği Azərbaycanda vergi ödənilərkən nəzərə alınır, bir şərtlə ki, dividendlər vergiyə 10 faizdən artıq dərəcə ilə cəlb olunmasın. Xarici dövlətdə tətbiq olunan verginin dərəcəsi daha yüksək olduqda, Azərbaycanda həmin dividenddən yalnız 10 faizlə hesablanaraq ödənilmiş vergi məbləği nəzərə alınacaqdır. Xarici ölkədə ödənilmiş verginin nəzərə alınması üçün Azərbaycan Respublikasının vergi orqanlarına həmin ölkənin vergi orqanından verginin ödənilməsini təsdiq edən sənədlər təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13..2.5-ci, 122-ci və 127-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Vahabov Mirəli oğlu or***@asco.az ID: 2023
Koronavirus pandemiya ilə bağlı maliyə dəstəyi almağımla əlaqədar müraciətimə müsbət cavab verilmişdir. Vəsaitin qeyd olunan ərizədə hesabıma ödənilməsi qeyd olunsada vəsait hesabıma köçürülməmişdir. Xahiş edirəm ödənilmiş məbləğin nə qədər olduğu və hansı hesaba ödənildiyi haqqında bank çıxarışını elektron ünvanıma göndərəsiniz.
19/05/2020 Read: 29 Average count: 0

Bildiririk ki, elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyest məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin edir. Bu səbəbdəbn bəzi hallarda ödəmənin bank hesabına köçürülməsi prosesi təsdiq haqda SMS bildirişdən bir-iki gün müddətində həyata keçirilə bilər. Bununla bağlı müştərisi olduğunuz banka və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Rəşidli Ceyhun te***@gmail.com ID: 2022
Salam 1. Fiziki şəxslərdən ( vergi uçotunda qeydiyyatda olmayan ) mal alındıqda rəsmiləşmə necə olmalıdır ? 2. Ciddi uçot blanklarından yanlız malların alış aktı ilə rəsmiləşdirmə mümkündü, ya əlavə malların təhvil qəbul aktı da yazımalıdırmı, ya online alış aktı təqdim olunsa kifayət edirmi ? 3. Online alış aktı yazılırsa fiziki şəxsin hansı vergi öhdəliyi yaranır ? 4. Əgər online alış atkı ilə və ya ciddi uçot blankı ilə alınıbsa mal onun qaytarılması necə olmalıdır ? 5. Ciddi uçot blankı ilə və ya online alış aktı ilə alınan mallara görə fiziki şəxslərə ödəniş necə olmalıdır ? 6. Həmin fiziki şəxsə qaytarma olsa hansı sənədə görə fiziki şəxsdən qaytarılan malın ödənişi alınmalıdır ? 7. Hansı malları ciddi uçot blankı ilə və ya online alış aktı ilə fiziki şəxsdən almaq olar (VÖEN olmayan ) ? 8. Hansı mallar kənd təsərrüfatı malı hesab olunur ? Və hansı mallar metal qırıntıları hesab olunur ?
19/05/2020 Read: 153 Average count: 5

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu qeyd olunmuşdur. Digər malların alınması zamanı ödəmə mənbəyində verginin tutulması tələb olunmur.

Azərbaycn Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir.  

Həmçinin, ciddi hesabat formalarının tətbiqi ilə bağlı daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində  tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci, 101.6-cı, 150.1.14-cü, 150.3-4-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Vüsalə Kərimova Abdulla qızı vu***@hotmail.com ID: 2021
Salam. Rezident müəssisə mal idxalı ilə məşğuldur. İdxal olunan malların ölkəyə çatdırılması üçün daşıma xidməti göstərən başqa bir qeyri-rezidentlə müqavilə bağlayır və ödəniş etdikdə 6% ÖMV hesablayıb ödəyir. Amma bəzən belə də olur ki, malların daşınması ayrıca bu xidməti göstərən qeyri-rezident tərəfindən yox, elə malsatan tərəfindən həyata keçirilir. Bu zaman daşıma haqqı malların təqdim olunduğu haqda invoysda sonda göstərilir. Sualım belədir ki, belə olan halda həmin məbləğə yenə də 6% hesablanıb ödənilməlidirmi?
19/05/2020 Read: 173 Average count: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir.

Müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri ayrıca qeyd olunduğu üçün həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü və 125.1.4-cü maddələri. 

5/5 (2 Average count)
Qiymət ver:
Orxan Əlizadə Mehman na***@bk.ru ID: 2020
Salam. Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman akademiyasını bitirmişəm. 2016-cı ildə əsgərliyimi bitirb gəlmişəm. Hal-hazırda işsizəm. Mən vergi orqanlraının mühafizəsinə qəbul olmaq istəyirəm. Çox xahiş edirəm, mənə ora daxil olmaqda köməklik edəsiniz.
19/05/2020 Read: 32 Average count: 0

Müraciətinizdə qeyd olunan dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Zeynalova Gülnar Bayram gu***@gmail.com ID: 2019
Salam. ƏDV-nin geri alınması ilə bağlı Birbank tətbiqindən QR vasitəsilə çekləri əlavə eləməyin mümkünlüyü qeyd edilib. Lakin dəfələrlə fərgli fərqli mağazaların çeklərini oxutmaq istədiyim halda hər dəfə invalid QR kimi qeyd edir. Banka müraciət etdim Vergilər Nazirliyinə müraciət edin dedilər.
19/05/2020 Read: 30 Average count: 0

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər Birbank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni geri qaytara bilərlər. Həmçinin, edvgerial.az portalı və  Birbank tətbiqində qeydiyyatdan keçirilən mobil telefon nömrələri eyni olmalıdır. Bununla belə, təkrar xəta baş verdikdə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Arzu Əliyeva Vaqif al***@outlook.com ID: 2018
Salam, bank öz balansına girov şəklində daşınmaz əmlak qəbul edir. Bu daşınmaz əmlak 2020-ci ildə satılır. Satış zamanı bu əməliyyat ədv-yə cəlb olunurmu? Daşınmaz əmlakın biri 2019-cu ildə balansa qəbul edilib, digəri 2020-ci ildə. Hər 2 halda girovların satışı ƏDV-yə cəlb olunacaqmı?
19/05/2020 Read: 79 Average count: 0

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi hesab olunduğu üçün müraciətinizdə qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Poladov Namiq qu***@mail.ru ID: 2017
Pensiya vaxtı çatmıs adamın qeyydiyata alınması necə olur? Sayt üzrə necə olunmalıdır, qeydiyyatdan keçmək istəyirəm. Ətraflı məlumat verməyinizi xahiş edirəm.
19/05/2020 Read: 23 Average count: 0

Pensiya təyinatı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver: