Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elmir Nəcəfov Nazim el***@inbox.ru ID: 1926
Salam Bakı şəhər Xətai rayonu Gəncə pr ev 57 F/Ş Kərimov Fəxrəddin L. VÖEN 1804366582-20001 Qarışıq mallar mağazası, kassa çekində Fiksal İD yoxdur, zəhmət olmasa yeniləyin.
09/05/2020 Read: 43 Average count: 4

Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

4/5 (1 Average count)
Qiymət ver:
Qocayev Rahib Əflatun oğlu Ra***@yandex.ru ID: 1924
Müəssisə fəaliyyətıni dayandırdığı dövrlərdə təmir və işıqlandırmayla əlaqədar, həmçinin rabitə xidmətinə görə ödənilən məbləğlərin əsas hissəsini xərcə və ədv-ni hesabdan-hesaba (nağdsız qaydada) ödəyərsə əvəzləşmə apara bilərmi? Əvvəlcədən təşəkkür edirəm.
09/05/2020 Read: 110 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Həmçinin bildiririk ki, dövriyyəsi olmayan, lakin əvəzləşdirmə aparan vergi ödəyicisinin fəaliyətinin araşdırılması ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Əsas: Vergi Məcəllərinin 23-cü, 37-ci və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Ellada Soltanlı Valeh Qızı el***@gmail.com ID: 1923
Salam. Zəhmət olmasa mənə VÖEN bağlanması haqqında məlumat verin.
09/05/2020 Read: 29 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Anar Orucov Rəsul or***@hotmail.com ID: 1922
Salam. Elektron ticarət plarformasında, müştərilərə göstərilən xidmətə görə avtomatik vergi ilə sinxronizasiya edən elektron qəbzin və üzərindəki fiskal ID müştəriyə platforma daxili təqdim olunması xidməti varmı? Varsa necə və harada qeydiyyatdan keçə bilərik? Hörmətlə, Anar.
09/05/2020 Read: 58 Average count: 0

Qanunvericiliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış  elektron kabinetinə ötürülür. Müraciətinizdə qeyd olunan xidmətlər vergi ödəyicisi kimi uçotda olmayan şəxslərə göstərildikdə tərəflər elektron qaimə-fakturanın təqdim olunması nəzərdə tutulmur.

Bundan əlavə, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin nağdsız ödənişlərin aparılması üçün «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) «Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blanklarının tərtib edilməsi və istifadəsi barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16--cı və 71-1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Kənan Rasim ka***@gmail.com ID: 1921
Bildirirəm ki, atam müharibə veteranıdır. Özüm isə dovlət qulluqçusuyam. Atamın veteran olması ilə bağlı hər hansı vergidən azadolma şamil olunur mənə?
09/05/2020 Read: 51 Average count: 5

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən  həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Average count)
Qiymət ver:
Ziya Əliyev Əbülfət zi***@mail.ru ID: 1920
Salam. Mən 2017 ci ildə vöen açdırmışdım, lakin sonra elə həmin il bağlatdırdım. Bu ilin yanvar ayı yenidən açdırdım, kuryer işi ilə əlaqədar. Lakin tez bir zamanda kuryer işini dayandırdım. Sonra başqa bir şirkətə əmək müqaviləsi ilə işə düzəldim. Lakin mənim vöenimin pin kodu şifrəsi itib, ancaq vəsiqəsi var. Onlayn necə bağlaya bilərəm?
08/05/2020 Read: 50 Average count: 0

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Fikret Balaqadasov Oqtay ak***@gmail.com ID: 1919
Salam, bank hesabı açmaq üçün müraciətit etmişdim cavabı nə vaxta gələcək?
08/05/2020 Read: 35 Average count: 0

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. Bankı və filialını seçmək vergi ödəyicisinin hüququ olduğu üçün, vergi orqanları tərəfindən hansısa bankın tövsiyə edilməsi qanunvericilikdə nəzərdə tutulmamşdır.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz:

0/5 (0 Average count)
Qiymət ver:
Elbrus Məmmədov Sabir oglu el***@mail.ru ID: 1916
Salam. Pandemiyaya görə sahibkarlara kömək kimi keçən il ödədiyimiz vergilər geri qaytarilir. Mən keçən il ödədiyim vergini necə geri ala bilərəm ?
08/05/2020 Read: 32 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Tofiq İsmayılov Vaqif to***@mail.ru ID: 1915
Salam. Sualım fərdi sahibkarlara pandemiya ilə bağlı edilən birdəfəlik yardımlar bağlıdır. Bilmək istəyirəm ki sahibkar 2019 cu üçün vergi və məcburi sosial sığorta ödənişlərini tam şəkildə ödəməlidir birdəfəlik yardım almaq üçün? Qeyd edim ki sahibkar 2019 cu ilin 6 ay vergisi və məcburi sosial sığorta haqqlarını ödəyib, digər 6 ay isə fəaliyyət göstərməyib. Bu zaman birdəfəlik yardım düşürmü həmin sahibkara?
08/05/2020 Read: 39 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cümşüdov Rəhman Əliabbas oğlu cu***@gmail.com ID: 1914
Salam. Mən 03.11.2016-cı ildə adıma olan VÖEN-i müvəqqəti bağlamışam, indi birdəfəlik bağlatdırmaq istəyirəm, hara müraciət etməliyəm? Zəhmət olmasa, kömək edərdiniz.
08/05/2020 Read: 24 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Sezayi Hal Dursun se***@gmail.com ID: 1913
Covid 19 dan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstərilməsi proqramında tərəfimə vəsait ödənilib. Hər nə qədər özüm müraciət etmiş olsam da xarici vətəndaş olduğumdan səhvən yazılmışdır. Elektron formada imtina məktubu yazmaqla bir yerdə həmin vəsaiti qaytarmaq istəyirəm. Bu barədə mənə yol göstərməyinizi rica edirəm.
08/05/2020 Read: 36 Average count: 0

Müraciətinizdə bir sıra məqamlar aydın olmadığı üçün ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin el***@gmail.com ID: 1912
Salam. Mənə sms gəldi ki, siz vergi ödəyicisi olduğunuz üçün sizə 190 manat düşmür. İndi deyirlər vergi ödəyicilərinə düşür. Hansi yolu izləməliyəm ki, 250 manat ala biləm, təşəkkür edirəm.
08/05/2020 Read: 33 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Nurəliyev el***@mail.ru ID: 1911
Salam, mənim bank hesabıma 250 manat pul vəsaiti köçürülüb, götürmüşəm və mənə bildirdilər ki, o pul sizə aid deyil. Əks halda maaş ala bilməyəcəksiniz. Xahiş edirəm, mənə bu barədə ətraflı məlumat verəsiniz!
08/05/2020 Read: 45 Average count: 3

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. Fərdi sahibkarlara ödənilən maliyyə dəstəyindən istifadə sərbəstdir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linkdən istifadə etməklə tanış ola bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Əlişanov Ağabala Fuad oğlu ag***@mail.ru ID: 1909
Salam, sualım budur ki, mən bir neçə il əvvəl vöen almışam və fəaliyyəti olmadığı üçün bağlatmışam. İndi mənə 190 azn verilmir, deyirlər vöenim var. Mən bu haqda necə məlumat ala bilərəm? Axı mənim VÖEN-im 5 ildən artıqdır ki, donub heç bir fəaliyyəti yoxdur. Çox xahiş edirəm bu haqda məlumatı mənim e-mail ünvanıma göndərərdiniz, zəhmət olmasa.
08/05/2020 Read: 51 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əlişanov Ağabala Fuad oğlu (VÖEN 7701087822) vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Yedigarova Zoya Semyonovna ya***@mail.ru ID: 1908
У меня к Вам такой вопрос? Мне нужно получить ВОЕН-но в связи с ограничением по онлайн как это можно сделать. Где прочитать соответствующую информацию, и есть ли возможность получить в АСАН хидмате. На номер телефона 195-1 звонила много раз, но там всегда занято видно из-за большой нагрузки.Спасибо.
07/05/2020 Read: 30 Average count: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir. Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 

Məlumat üçün bildiririk ki, elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Muradov Əprayıl pe***@gmail.com ID: 1907
Salam, ezamiyyet vəsiqəsinin gələcəkdə elektron qaydada göndərilməsi ilə bağlı hər hansı bir layihəniz yoxdursa, xahiş edirəm bunu da elektronlaşdırasınız. Karguzarliqdan ya da e-qaimə bölməsində bir modul yaradılsa daha yaxşı olar məncə. Orada gedəcəyi ölkə, şəhər,rayon aldığı avans və ezamiyyə xərcləri. Hətta həmin əməkdaşın ezamiyyətdə olduğu vaxt maaşı da avtomatik hesablasın. Bundan əlavə işçi məzuniyyətə çıxdığı zaman da elektron qaydada bunu vergiyə ya da sosyala göndərə bilsin. Çünki məzuniyyətdə olduğu zaman əmək haqqı az hesablandıqda hər dəfə kənərlaşma gəlir. Elektron olsa vergi də bunu görər və qanuni şəkildə işçinin nə qədər məzuniyyətdə olduğu və alacağı məbləğ hesablansın.
07/05/2020 Read: 75 Average count: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması və ya təkliflərinizi təqdim etməyiniz üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Taleh Süleymanov Ramiz sy***@gmail.com ID: 1906
Pandemiyadan zərər çəkmiş sahələrdə taksi aktiv VÖEN-i olan şəxslərə keçən ilki verginin verilməsi.
07/05/2020 Read: 23 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan fərdi (mikro) sahibkarlara şamil edilir. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elşən Babayev Bəhram ba***@mail.ru ID: 1904
Salam, mən fəaliyyətimi dəyişdirmək istəyirəm, necə edə bilərəm?
07/05/2020 Read: 40 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan fəaliyyət növünü dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Vüqar Bədəlov Şura oğlu Vu***@gmail.com ID: 1903
Mən 2 il bundan qabaq Vergilər Nazirliyinin nümayəndəsindən xahiş edərək VÖEN-imi bağlatdırmışam, amma Mərdəkan məşğulluğu tərəfindən açıq qaldığı bildirilir. Xahiş edirəm VÒEN-imi bağlayın.
07/05/2020 Read: 28 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Bədəlov Vüqar Şura oğlu (VÖEN 1200307442) Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 1902
Mən geyim, elektronika və s. ticarət obyektlərindən onlayn alış-veriş edirəmsə, sayt üzərindən daha sonra yaxınlaşıb ödədiyim məbləğə görə nəzarət kassa çekini gedib tələb edə bilərəmmi pərakəndə satış obyektlərində?
07/05/2020 Read: 74 Average count: 5

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd etdiyiniz malları əldə edərkən malların satıcısı mallar ilə birlikdə NKA çekini də sizə təqdim etməlidir.

Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver: