Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cavadova Sevinc Sabir qızı. se***@mail.ru ID: 1901
Fiziki şəxs Nəbiyev Ehtibar Baxşı oğlu, VÖEN 3100674212 qediyyat tarixi 13.07.2009-cu il. Şəxs pin kodu itirdiyi üçün öz internet kabinetinə daxil ola bilmir. Məlum səbəblərdən vergi orqanına getmək mümkün olmadığı üçün xahiş edirəm pin kodumu mənim ünvanıma göndərəsiniz. Əvvəlcədən təşəkkürümü bldirirəm.
07/05/2020 Read: 26 Average count: 0

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Heydər Səmədov Əlisa se***@mail.ru ID: 1900
Salam. Kod ,parol,şifrəni əldə etmək üçün poçt vasitəsilə göndərilən müraciət formasını necə əldə edə bilərəm?
07/05/2020 Read: 33 Average count: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə) ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz vasitəsilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlisiniz.

İstifadəçi kodu, parol və şifrəni itirildikdə isə təkrarən əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlisiniz. Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Qeyd edilən sənədlər təqdim edildikdən sonra emal müddəti nəzərə alınmaqla müraciət zamanı vergi ödəyicisinə qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim edilir.

Əsas: Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”, Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli və 26.04.2016-cı il tarixli 1617040100604700 nömrəli əmrləri

0/5 (0 Average count)
Qiymət ver:
Adilə İbrahimli Rüstəm ad***@yahoo.com ID: 1899
Asan imza almaq üçün etibarnamə formasını necə əldə eləməliyəm?
07/05/2020 Read: 23 Average count: 0

Sertifikat xidmətlərinin göstərilməsi üzrə sənəd formaları, o cümlədən nümunəvi etibarnamə formaları ilə saytımızın Asan imza bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Balaylı Nazim au***@gmail.com ID: 1898
Salam. Mən özəl bir şirkətdə satış meneceri vəzifəsində çalışıram. İşim mebel istehsalına aid əl alətlərinin satışını, tanıtımını təşkil edib, treyninqlər etməkdir. Bu sektorda müəyyən alətlərin ölkəmizdə istehsalı mümkündür. Buna görə də bəzi hissələri rəsmi olaraq Rusiyadan almağa ehtiyac vardır. Həmin hissələri ölkəyə gətirdikdən sonra dəzgahın prototipinə uyğun olaraq aparatı istehsal etmək mümkündür. Dəzgah yüksək dəqiqlik tələb etmədiyinə görə dəzgahı istənilən mühəndislik bilgisi olan tokar düzəldə bilər. Yuxarıda yazdıqlarımı sizə anlatmaq səbəbi mənə bu işi rəsmiləşdirməyimə ən münasib üsulu izah edə bilməyiniz üçündür. Hazırda bu iş üçün ayıra biləcəyim o qədər məbləğ yoxdur ki həm istehsal obyekti, işçilər, şirkət və s. üçün yatırım edim. Suallarım: 1. İstehsal üçün alınan VÖEN fərqlidirmi? 2. İstehsal üçün mütləq obyekt, işçi olmalıdırmı? 3. Xaricdən rəsmi alış etmək üçün nə etməliyəm?
07/05/2020 Read: 88 Average count: 5

Cavab 1. Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.  "Fiziki şəxsin uçotu haqqında Ərizə""ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü və 220-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

Cavab 2. Təsərrüfat subyekti (obyekti) - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yer hesab olunur. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Müraciətinizdə qeyd olunan məhsulun hazırlanmasını digər şəxslərə sifariş etdiyiniz halda, muzdlu işçiniz olmadan da qeyd olunan fəaliyyəti həyata keçirə bilərsiiz.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”

Cavab 3. Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 

Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Əlavə olaraq, bildiririk ki, mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində Vergi Məcəlləsi, Azərbaycan   Respublikasının  Gömrük Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş hüquqları və vəzifələri gömrük orqanları həyata keçirirlər. Vergi ödəyiciləri tərəfindən idxal edilən mallara görə sənədləşmənin aparılması haqda ətraflı məlumat üçün Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli və 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
 

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Memmedov Tagi us***@gmail.com ID: 1897
Salam. Nəyə görə mənim illərdir bağlı olan VÖEN-im(1200114842) dövlətin ayırdığı Sosial yardımla bağlı müraciət etdikdən sonra bilinməyən səbəblərdən fəaliyyətə başlamışdır Mənim çox ehtiyacım olduğu halda Vergilər Nazirliyinə müraciət etməyimə baxmayaraq, VÖEN-im hələ də bağlanmayıb.
07/05/2020 Read: 35 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Anar Nadir oğlu an***@gmail.com ID: 1896
"Pambıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2 maddəsinə əsasən təbiətdə xam pambığın bir hissəsi olaraq təsnifatı verilmiş çiyidin kimyəvi tərkibinin dəyişdirilmədiyini və konservləşdirilmədiyini nəzərə alaraq bilavasitə özünün pərakəndə satışı zamanı Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən vergitutma obyekti ticarət əlavəsi hesab edilirmi?
06/05/2020 Read: 82 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.30-cu maddəsinə əsasən toxum və tinglərin idxalı və satışı ƏDV-dən azaddır. Buna əsasən emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxum hesab edildiyi halda ƏDV-dən azaddır. Emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxuma aid olması barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 159-cu, 164-cü, 199-cu maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

0/5 (0 Average count)
Qiymət ver:
mahbuba babayeva ne***@gmail.com ID: 1895
Salam. Sosial müdafiə fonduna əvvəl aylıq 62.50 azn ödəyirdik. Güzəştləri nəzərə alaraq, indi nə qədər ödəməliyik?
06/05/2020 Read: 54 Average count: 0

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsini özündə ehtiva edən qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir. 

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Hüseynli sh***@rambler.ru ID: 1894
Salam, mən VÖEN-imin borcunun olmağını və ya hansı vergiləri ödəməyim haqqında məlumat almağa istərdim.
06/05/2020 Read: 30 Average count: 0

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi orqanlarından dövriyyəniz  və ödədiyiniz vergilər, sosial sığorta haqqı, o cümlədən borcunuzun olub-olmaması barədə arayışın alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samir Nəbiyev Adil sn***@gmail.com ID: 1893
Salam. Mən bir neçə il öncə VÖEN deaktiv etmişdim. Hal-hazırda aktiv etmək qərarına gəlmişəm. Xahiş edirəm, cavablandıra biləcəyiniz suallara cavab yazın: 1) Online şəkildə VÖEN necə aktiv edilir? taxes-gov.az dan daxil oldum, ancaq sistem mükəmməl işləmir, bəzi punktlar yüklənmir və s. 2) Yeni qaydalara əsasən, mən aylıq və ya rüblük olaraq nə kimi ödəmələr etməliyəm? Yəni gəlirim olduğu halda, Sumqayıt sakini olaraq 2% vergi ödənişi qüvvədədir? DSMF ödənişləri bu vergi ödənişlərinin içində gedirmi? 3) DSMF ödənişləri ayrıca ödənildiyi halda nə qədərdir? Öncədən təşəkkür edirəm.
06/05/2020 Read: 50 Average count: 5

Cavab 1. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Cavab 2-3. Bildiririk ki, sadələşdirilmiş verginin dərəcəsi respublika ərazisində 2 faiz dərəcə müəyyən edilmişdir. Həmçinin bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər hazırda qüvvədə olan qanunvericiliyə əsasən minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında  məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

Məlumat üçün bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsini özündə ehtiva edən qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir. 

5/5 (1 Average count)
Qiymət ver:
Toğrul Bayramov ar***@gmail.com ID: 1892
Salam, AG Bankın müştərisiyəm. 22 Aprel Dövlət tərəfindən koronavirus pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı çərçivəsində hesabıma pul köçürülmüşdür. 27 Aprel vəsaitləri çıxartmaq istəyəndə, məlum olundu ki hesablar dondurulub. Bununla əlaqəli yardım olan vəsaitlərdə ödənilmir. Bununla əlaqəli necə dəstək ola bilərsiniz?
06/05/2020 Read: 24 Average count: 0

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Pərviz Elşad oğlu al***@gmail.com ID: 1891
Salam mən taksi fəaliyyəti ilə məşğul olurdum. Vöenimi 02.07.2019-02.07.2024 ci ilə qədər bağlatdırmışam. Vöen kartoçkasını təhvil vermişəm, indi fəaliyyətimi bərpa etmək istəyirəm bunum üçün vergi idarəsinə getdim dedilər ki, vöeni onlayn bərpa edə bilərsən. VÖEN-i onlayn bərpa etsəm fərqlənmə nişanı ala bilərəm kartoçkasız? Fərqlənmə nişanını hardan ala bilərəm?
06/05/2020 Read: 72 Average count: 0

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Paşa Aliyev at***@gmail.com ID: 1889
Salam. Biz 2020 ci ilin 25 aprel tarıxində, MDSS haqlari üzrə aprel və may ayları üçün, HÖP vasitəsi ilə 121111 kodun əvəzinə, səhvən 121211 koda 209.00AZN (104.50x2) vəsait köçürmüşük. Bizim sual: ödəmələr 12111 kod üzrə, həmən aylara aid, yenidən olunmalıdır?
06/05/2020 Read: 59 Average count: 4

Bildiririk ki, səhv təsnifat kodu üzrə həyata keçirilmiş ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

4/5 (3 Average count)
Qiymət ver:
Ağacanova Reyhan Razik re***@gmail.com ID: 1888
Salam. Adıma VÖEN olub-olmadığını haradan öyrənə bilərəm?
06/05/2020 Read: 27 Average count: 1

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi orqanında qeydiyyatda olması vəziyyətini yoxlaya bilərsiniz.

1/5 (1 Average count)
Qiymət ver:
Xudaverfiyeva İnna Arif i.***@labservis.com ID: 1886
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir. AR Vergi Məcəlləsinin 71-1.1.1 maddələrinə əsasən elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir. AR Vergi Məcəlləsinin 71-1.1.2. maddəsinə əsasən əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir. Sual: 71-1.1.1-ci maddəyə uyğun olaraq elektron qaimə-faktura ilə mallar göndərilərkən Мalların təhvil-qəbul aktı sənədi də mallar ilə birlikdə təqdim olunmalıdırmı?
06/05/2020 Read: 122 Average count: 3

Bildiririk ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Həmçinin səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı malların malların alışını və ya mədaxilini təsdiq edən sənədlər hesab olunur.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası",  Vergi Məcəlləsinin 58.8-ci və 71-1.1-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Xəyal İbrahimov kh***@krka.biz ID: 1885
Salam. Baku electronicsden məhsul aldım, lakin çekdə ƏDV 0AZN göstərir və mən edvgerial portalından 15% ala bilmirəm. Çekdə ƏDV 0 yazılması nə dərəcədə doğrudur?
06/05/2020 Read: 49 Average count: 1

Bildiririk ki, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) Nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. Müraciətinizdə qeyd olunan məsələ ilə texniki xətanın olub-olmaması ilə bağlı məhsulu aldığınız satış nöqtəsinə və ya Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət edə bilərsiniz.  

Əsas: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.

1/5 (1 Average count)
Qiymət ver:
Həmid Mustafayev ha***@bk.ru ID: 1884
Salam.Topdan və eyni zamanda pərakəndə ticarətlə məşğul olan müəssisə bölgələrdə fərdi sahibkarlara ekspeditorlar vasitəsi ilə mal satır və satış e-qaimə ilə rəsmiləşdirilir. Həmin fərdi sahibkarlardan bir qismi ödənişi müəssisəyə bank vasitəsi ilə deyil nağd ödəmək istəyir. Bu zaman ödəniş edən sahibkara təqdim etmək üçün, həm də satılan malın pulunun qəbul edilməsinin rəsmiyətləşdirilməsi üçün ekspeditorlar tərəfindən ciddi uçot blankı olan kassa mədaxil qəbzinin verilməsi qanun pozuntusu deyil ki? Sonradan həmin vəsait kassa mədaxil orderi ilə müəssisənin kassasına oradanda bank hesabına mədaxil edilsin. Qeyd edim ki, NKA (nəzarət kassa aparatı) ekspeditorların səyyar qaydada yanlarında olmadığı üçün ödəniş zamanı kassa çeki təqdim edilə bilinmir.
06/05/2020 Read: 96 Average count: 3

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blanklarının tərtib edilməsi və istifadəsi barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

 

3/5 (2 Average count)
Qiymət ver:
Vəliyeva Mərziyə Balaxan qızı me***@mail.ru ID: 1883
Salam müəllim, sizin aztəminatlı ailələrə kömək etdiyinizi eşitdim. Yoldaşım bazarda fəhlə işləyirdi, karantinə görə işsiz qalıb, 190 manatı ala bilmədik. Adında işlənməyən VÖEN olduğuna görə təyin edilmədi. Mümkünsı kömək edərdiz, çox pis vəziyyətdəyik, iki azyaşlı usağım var.
06/05/2020 Read: 40 Average count: 1

Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi  2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmiş və 2020-ci 1 mart tarixindən əvvəl fəaliyyətini dayandırmamış fərdi (mikro) sahibkarlara şamil edilir.  

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Average count)
Qiymət ver:
Togrul Agayev Nadir to***@mail.ru ID: 1881
Salam, mənim atam 2015-ci ildə rəhmətə gedib, market işlədirdi və yanında bir satıcı qız işləyirdi. 2016-cı ildə işdən çıxd həmin satıcı, amma ki, hələ adı mağazada satıcı kimi gedir. Hansı ki, o mağaza da bağlanıb, onun işinə necə xitam verə bilərik ki, sistemdə adı satıcı kimi çıxmasın.
06/05/2020 Read: 69 Average count: 3

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Həmçinin vəfat etmiş fiziki şəxsin vergi uçotundan çıxarılması üçün ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təqdim edilməlidir. Fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Əsas: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə. 

 

 

3/5 (2 Average count)
Qiymət ver:
MAHMUDOV RUSLAN TELMAN OGLU ru***@mail.ru ID: 1880
Salam! Xahiş edirəm dövlətdən maliyə dəstəyin alınması barədə mənim müraciətimə baxılsın. Aprel ayının 10-un dan müraciet edilib, amma bir məlumat yoxdur.
06/05/2020 Read: 40 Average count: 1

Bildiririk ki, Mahmudov Ruslan Telman oğlu (VÖEN 6400227322) maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında mövcuddur. Maliyyə dəstəyinin alınması üçün aidiyyəti banka yaxınlaşa bilərsiniz.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

 

1/5 (1 Average count)
Qiymət ver:
Azər Nəsibli Əlixan el***@mail.ru ID: 1879
Salam. Mən 190 manat almaq üçün müraciət eləmişəm və mənə cavab gəlib ki, mən verqi ödəyicisiyəm. Amma mən VÖEN-i baglatdırmışam. Sonra elektron blank doldurmuşam və VÖEN-i passivləşdirmək üçün sizin sayta göndərmişəm. Hələ də cavab almamışsam. Mən öz maşınımla taksiçilik edirdim, indi isə karantin dövründə evdə oturmuşam. Yoldaşım işləmir, iki uşağım var. Vəziyyətim çətindir. Sizin idarəyə gəlirəm, polislər buraxmır. Mənə köməklik edin Allah xatirinə. Sağolun.
06/05/2020 Read: 58 Average count: 3

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi həyata keçirilməkdədir. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən taksi sürücüsü kimi fəaliyyət göstərdiyiniiz halda, siz sahibkarlıq fəaliyyəti göstərmiş hesab olunursuz.

Taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver: