Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əhməd Şahbalayev Əzizağa ah***@gmail.com ID: 6024
Salam. Mən 22.01.2018 -ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdim. Daha sonra isə VÖEN-nin ləğv olunması ilə bağlı onlayn müraciət etmişdim. İndi isə yenidən bərpa etmək istəyirəm. Bununla bağlı bir neçə sualım var. 1. Tam yeni VÖEN əldə edə bilərəmmi? Bütün məlumatlar yeni tam sıfırdan. 2. Əvvəlki, VÖEN-im ilə bağlı hər hansı qalıq borc və ya, sənədlərdə hər hansısa problem varmı? (VÖEN - 1603180242) 3. Yeni VÖEN almaq üçün ASAN 6 - ya yaxınlaşa bilərəmmi? 4. Hal-hazırda nömrəmdə ipoteka ödənişlərin üçün ASAN imza quraşdırılmışdır. Həmin ASAN imzaya əlavə olaraq vergilərimi, DSMF və digər sığorta xərclərini onlayn edə biləcəyim formaya sala bilərəmmi? (Müvafiq sertifikatları ASAN xidmətdə eyni nömrəyə bərkitməklə) 5. "Freelance" və ya, "remote developer" kimi işləsəm xarici şirkətlər ilə (USD və ya, EUR ilə müqavilə əsasında muzdlu işləyib maaş almaq) vergi ödəməliyəmmi? Ödəməliyəmsə, kvartalda birmi yoxsa hər ay ödəməliyəmmi? Bütün bu vergi ödənişləri, bəyannamələr, DSMF xərcləri sığorta və ümumiyyətlə bu işlə məşğul olub gəlir qazandıqdan sonra tutaq ki, (2000 USD) hansı xərclər olur, necə hesablanır? Necə edə bilərəm ki, dövlətə ödəməli olduğum bütün rüsumların siyahısını əldə edim və bütün bunları online necə edə biləcəyimi hardan öyrənə bilərəm? Online dərslik filan varmı? Ya vergilərə yaxınlaşıb 1 gün 1-2 saatımı ayırıb orda hər hansısa əməkdaşdan öyrənə bilərəmmi? Belə bir xidmət mövuddurmu?
27/02/2022 Прочитано: 269 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi Şahbalayev Əhməd Əzizağa (VÖEN - 1603180242) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır. 

Həmçinin bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. 

Fəaliyyətinizi aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz halda,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Vüsal Quliyev Mehdiqulu vu***@list.ru ID: 6023
Salam. Zəhmət olmasa suallarımı cavablandırardınız. Mən bir sıra xarici platformalarda nəşriyyatla bağlı məhsulların satışını həyata keçirirəm (məsələn, Ebay, Amazon, Rusiyanin Wildberries və. s.). Yığılan vəsait ayda 1 və ya 2 dəfə hesabıma göndərilir. Bank vəsaiti qəbul edə bilməm üçün VÖEN açmağımı tələb edib: 1. Mən fiziki şəxs kimi vergi qeydiyyatına düşüb sadələşdirilmiş vergi ödəyicisi ola bilərəm? Son 12 ayda alınacaq vəsaitin həcmi sadələşmiş verginin məbləğ məhdudiyyəti çərçivəsindədir. 2. VÖEN-ə bağlı bank hesabımı USD valyutası seçmək mümkündür? Çünki yalnız həmin şirkətlərdən vəsait daxil olacaq, Azərbaycan daxilində satış edilmir və ödəniş qəbul edilmir. 3. Vəsait daxil olarkən qeyd etdiyim xarici platformalar hər hansı sənəd təqdim etmir, ödənişin təsvirində " filan nömrəli onlayn müqavilə əsasında" qeyd edilir. Və o müqavilə məndə yoxdur. Bu, vəsaitin qəbulunda problem yarada bilərmi? 4. Mən həmçinin əmək müqaviləsi əsasında çalışıram, vergi və digər məcburi ödənişləri edirəm. Paralel olaraq VÖEN açsam VÖEN hesabıma görə də əlavə olaraq DSMF, işsizlikdn sığorta və icbari tibbi sığortanı ödəməliyəm? Təşəkkür edirəm.
26/02/2022 Прочитано: 203 Средняя стоимость: 5

Cavab 1-3. Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. 

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz halda, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları yalnız vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verildiyini təsdiq edən sənədlər verildikdən sonra hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə milli və ya xarici valyutada cari və ya digər hesablar açmağa, bank sənədlərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə hesablar üzrə əməliyyatlar aparmamağa borcludurlar. Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz.

Cavab 4. Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (2 Средняя стоимость)
Оцените:
Əli Nadirli Zabil oğlu na***@gmail.com ID: 6022
Salam. Mənim atam 1-ci Qarabağ müharibəsi veteranı olub. Mən hazırda məktəbdə işləyirəm. Bilmək istərdim ki, mənə gəlir vergisindən hər hansı güzəşt aid edilə bilərmi?
26/02/2022 Прочитано: 108 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (2 Средняя стоимость)
Оцените:
Turan Cəfərova İlqar Ja***@gmail.com ID: 5665
Əgər hüquqi şəxs qeyri-rezidentdən müəyyən bir onlayn resursa və ya online qazet-jurnala abunəlik alırsa, bu halda ÖMV və QRƏDV tətbiq olunurmu? Qeyd edim ki, heç bir fiziki mal-material respublikaya gətirilmir. Vəsait yalnız resursdan onlayn istifadə üçün ödənilir.
25/02/2022 Прочитано: 271 Средняя стоимость: 5

Bildiririk ki, sorğuda göstərilən halda onlayn resurslardan istifadə və ya qəzet-jurnalların əldə edilməsi üzrə ödənilən abunəlik haqlarına görə qeyri-rezidentə aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi və 18 faiz dərəcəsi ilə ƏDV tutulur.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi üzrə xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, yer hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (11 Средняя стоимость)
Оцените:
Pərviz Orucov pe***@hotmail.com ID: 5650
"X" MMC müəssisəsi Azərbaycan ərazisində istehlakçılar arasında lotereya təşkil etmisdir. Lotereyada hər hansı bir Azərbaycan vətəndaşı 20.000 AZN dəyərində maşın udmuşdur. "X" MMC müəssisəsi bu maşını bu vətəndaşa təqdim edərkən ödəmə mənbəyində vergi tutulmalıdırmı? Bu maşının dəyəri gəlirdən çıxılmayan xərcdirmi? Bu lotereyanın təşkilində məqsəd satışların artırılmasıdır, yəni gəlirin əldə olunması üçün çəkilən xərc hesab oluna bilərmi? Qeyd: Vergi Məcəlləsində sadəcə pul şəklində uduşlardan ÖMV tutulması qeyd olunmuşdur.
25/02/2022 Прочитано: 236 Средняя стоимость: 3

Bildiririk ki, “Lotereyalar haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereyadır.

Qanunun 8.4-cü maddəsinə əsasən stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış səlahiyyətli orqana həmin maddədə sadalanan sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.

Qanunun 8.11-ci maddəsinə əsasən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə yol verilmir.

Buna əsasən sorğuda qeyd olunan halda lotereyanının keçirilməsi zamanı vergi öhdəlikləri barədə məlumatın əldə edilməsi üçün işin faktiki hallarını özündə əks etdirən sənədlərlə uçotda olduğunuz vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: “Lotereyalar haqqında” Qanunun 2.0.2-ci, 8.4-cü və 8.11-ci maddələri.          

3/5 (7 Средняя стоимость)
Оцените:
Fərid Süleymanov Fuad fa***@gmail.com ID: 5680
Salam hörmətli Vergi Xidməti, VM 98.3. Faktiki ezamiyyə xərcləri və 102.1.14.2 müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Lakin, məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı hesablanmayan gəlir yalnız faktiki ezamiyyə xərcləri üçün nəzərdə tutulmuşdur. (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi istisna olmaqla). Bilmək istərdim ki, işçinin norma daxili ezamiyyə xərcindən məcburi dövlət sosial sığortası tutulacaqmı?
25/02/2022 Прочитано: 264 Средняя стоимость: 5

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.

Qeyd olunanlara əsasən qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergitutulan gəllirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

5/5 (8 Средняя стоимость)
Оцените:
Bağırov Elnur Elxan oğlu me***@gmail.com ID: 6020
Mən Bağırov Elnur Elxan oğlu, öyrənmək istəyirəm mənim adıma olan VÖEN aktivdir ya bağlıdır? Zəhmət olmasa, tez bir zamanda məlumat verərdiniz.
25/02/2022 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi Bağırov Elnur Elxan oğlu (VÖEN:3104119982) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımov Mikayıl Əliş oğlu mi***@mail.ru ID: 5663
Məlumat üçün bildirirəm ki, təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə mülkiyyətində olan istismar müddətini tam başa vurmuş, tam aşınmış nəqliyyat vasitələrini yenidən qiymətləndirərək satır. Bu əməliyyatın həyata keçirilməsi zamanı suallar yaranır. Həmin suallara aydınlıq gətirməyiniz Sizdən xahiş olunur. Sual 1. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin bazar qiymətinə uyğun satışını həyata keçirir.Satış zamanı daxil olan vəsait tam həcmdə müəssisənin sərəncamında qala bilərmi? Sual 2. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisə daxil olmuş vəsaitdən aidiyyatı üzrə (ƏDV, Mənfəət) yaranmış vergi öhdəlikləri yerinə yetirildikdən sonra qalan vəsait müəssisənin vəsaiti hesab olunurmı? Sual 3. Təsisçisi Dövlət müəssisəsi olan kommersiya xarakterli müəssisənin istismar müddətini tam başa vurmuş nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsait “Dövlət əmlakının satışından daxilolmalar” təsnifatı üzrə büdcəyə bütövlükdə daxil edilməlidirmi? Xahiş edirəm, bu suallara açıqlama verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
25/02/2022 Прочитано: 227 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir.

Buna əsasən müəssisə tərəfindən istismar müddəti başa çatmış və tam amortizasiya olunmuş nəqliyyat vasitələrinin satışından əldə olunan gəlir ümumi qaydada mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda ƏDV ödəyicisi olan müəssisə tərəfindən nəqliyyat vasitələrinin təqdim edilməsi ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyatdır və 18 faiz dərəcəsi ilə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Əlavə olaraq bildiririk ki, təsisçisi dövlət müəssisəsi olan müəssisə tərəfindən nəqliyyat vəsitələrinin satışdan daxil olan vəsaitin müvafiq vergi öhdəlikləri yerinə yetirildikdən sonra təyinatı barədə aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü və 159-cu maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
İsmailov Samir sa***@esbaku.com ID: 5693
Salam. Aşağıda qeyd olunan sualı cavablandırmağınızı Sizdən xahiş edirik. Azərbaycanda olan “A” şirkəti Xəzər Dənizinin Azərbaycan Sektorunda Abşeron dəniz yatağı blokunun Kəşfiyyatı, İşlənilməsi və Hasilatın Pay Bölgüsü Haqqında saziş çərçivəsində “TOTAL”-ın Filialına işçi qüvvəsinin təqdim edilməsi üzrə xidmətlər göstərir və “TOTAL” öz növbəsində saziş üzrə əməliyyat şirkəti olan “JOCAB” şirkətinə xidmətləri təqdim edir. Yəni, “TOTAL” “A” şirkəti vasitəsi ilə “JOCAB” şirkətinə xidmətlər göstərir. Bu halda, müvafiq sazişə uyğun olaraq “TOTAL”-ın filialının statusu podratçı ya subpodratçı tərəf olur?
25/02/2022 Прочитано: 238 Средняя стоимость: 5

Bildiririk ki, Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə Əlavə dəyər vergisi haqqında Protokolun müddəalarına əsasən "Podratçı tərəf" dedikdə Azərbaycan Respublikasmın Dövlət Neft Şirkəti ilə Sazişi imzalamış tərəflərin hər hansı biri və onların hüquq varisləri və müvəkkillərinin hər hansı biri nəzərdə tutulur. "Subpodratçı" dedikdə Podratçı tərəf və ya Əməliyyat şirkəti ilə, yaxud Podratçı tərəf və ya Əməliyyat şirkətinin adından birbaşa və ya dolayısı ilə, Sazişlə bağlı mallar təqdim edən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir. “Dolayısı ilə” ifadəsi həmçinin (Podratçı və ya Əməliyyat şirkəti olmayan tərəflə) Sazişlə bağlı malları tədarük edən, işlər görən, yaxud xidmətlər göstərən hər hansı fiziki və ya hüquqi şəxs deməkdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda filial Saziş üzrə subpodratçı tərəf hesab olunur.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın 2.1-ci bəndinin müddəalarına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə və həmin şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar neft-qaz sahəsində fəaliyyət göstərən şəxslərə aid edilir.

Əsas: Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Saziş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fuad İbrahimov İbrahim oğlu fu***@gmail.com ID: 5715
Salam. Zəhmət olmasa bu sualı cavablandırmaqda köməklik göstərəsiniz. Fiziki şəxs MTK -da payçı qismində çıxış edir. MTK və fiziki şəxs arasında fiziki şəxsin MTK-da payçı olmasını təsdiq edən Yaddaş vərəqi də mövcuddur. Həmin sonuncu sənədə əsasən Payçı oz payını pul şəklində, həmçinin tikinti işləri üçün material şəklində də qoya bilər. Sualım ondan ibarətdir ki, bu zaman Payçının hansı vergi öhdəliyi yaranır? Zəhmət olmasa, sualın cavabını qeyd etdiyim e-mail ünvanına göndərəsiniz. Öncədən təşəkkür edirəm.
25/02/2022 Прочитано: 101 Средняя стоимость: 4

Bildiririk ki, müraciətdə qeyd olunan əməliyyatların xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

4/5 (3 Средняя стоимость)
Оцените:
Kamran Şıxlı Xəlil oğlu mo***@gmail.com ID: 6018
Salam. 2021-ci il ərzində meyvə idxalı necə vergiyə cəlb olunur? Əgər gömrükdə ƏDV-yə cəlb edilmirsə, deməli malın dəyərini artırır. Birinci sual: idxalçı şəxs malı digər şəxsə satdıqda malı alan şəxs dəyərin hansı hissəsini əvəzləşdirir? İkinci sual: böyük həcmdə idxal edilmiş mal bazarlarda satıcılara təqdim edildikdə hansı sənəd tərtib edilir? Ümumiyyətlə kassa ilə satışı qadağan deyil ki?
24/02/2022 Прочитано: 215 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2022-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən  2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

ƏDV-nin bu qaydada hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda ƏDV ümumi dövriyyədən hesablanır.

Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanununun 2.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır. Digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvarın 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.

İkinci suallla bağlı bildiririk ki, Malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti isə  topdansatış fəaliyyəti hesab olunur. Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı elektron qaimə-faktura təqdim etməlidir.  

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim olunmuş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci, 106-cı, 121-ci, 175-ci maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Samir İmanov Natiq sa***@gmail.com ID: 6015
Salam. 33.2. maddəyə əsasən vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Digər təsərrüfat subyekti (obyekti) dedikdə hansı obyektlər nəzərdə tutulur? Bankların balansında olan bankomatlar (nəzərə alaraq ki, bunlar maşın avadanlıq kimi balansa alınır, daşınmaz əmlak deyildir və yerləri dəyişdirilə bilir) digər təsərrüfat subyekti (obyekti) olaraq uçota alınmalıdırmı?
23/02/2022 Прочитано: 107 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Buna əsasən bankların balansında olan ATM-lər, o cümlədən ödəniş terminalları vergi orqanında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmalıdır.

Əsas: Vergi Məcəlləsinin 33.2-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əmirbəyova Mehriban Simon qızı Xe***@mail.ru ID: 6013
Mən dövlət idarəsində aylıq vəzifə maaşı 1240 manat olmaqla məsləhətçi vəzifəfində işləyirəm. İkinci iş kimi isə idarənin həmkarlar təşkilatında (seckili vəzifə) aylıq vəzifə maaşı 200 manat olmaqla xəzinədar işləyirəm. Xahiş edirəm ki, mənə 1-ci və 2-ci iş yerlərim üzrə gəlir vervisi, DSMF ayırmalar 22 % və tutulma 3%, işsizlik sığorta 0.5%, tibbi sığorta 2% məbləğində haqqın hansı qaydada hesablanması və tutulması barədə məlumat verəsiniz.
23/02/2022 Прочитано: 164 Средняя стоимость: 5

Bildiririk ki, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Buna əsasən həm əsas iş yeri, həm də əlavə iş yerində çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin  25 faiz dərəcəsi ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

Eyni zamanda, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elçin el***@gmail.com ID: 6009
ƏDV bəyənnaməsində debitorları əks etdirən rəqəmlərin hesablanmasını göstərilməsini Sizdən xahiş edirəm.
22/02/2022 Прочитано: 84 Средняя стоимость: 0

Bildiririk ki, bəyannamələrin formaları, o cümlədən ƏDV bəyannaməsinin forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İradə Hüseynova İbrahim qızı ir***@gmail.com ID: 6008
Salam. Bilmək istərdim ki, hüquqi şəxs bankda bizness kart hesabı açıb və oradan reklam xərci (qeyri-rezident) avtomatik olaraq çıxılır. Əsas məbləğdən əlavə olaraq həmçinin 18% ƏDV məbləğidə bu biznes kart hesabından çıxılır. Qeyd olunan 18% ƏDV məbləğini necə əvəzləşdirmək mümkün olar.
21/02/2022 Прочитано: 224 Средняя стоимость: 5

Bildirirk ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıdlığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə aparılan ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə apardıqları ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-nin büdcəyə ödəməlidir. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.  

Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu və 175-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Müşfiq Abbaszadə Tahir mu***@gmail.com ID: 5993
Vergi Məcəlləsinin 115.1-ci maddəsində əsas vəsaitlər üzrə təmir xərclərinin norma faizləri qeyd olunmuşdur. 115.1-ci maddənin son hissəsində qeyd olunub ki, Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Həmçinin davam olaraq qeyd olunub ki,Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Sual 115.1-ci maddənin sonunda qeyd olunmuş təmir xərclərinin faktiki məbləği deyiləndə hansı məbləğ nəzərdə tutulur. Misal olaraq Əvvəlki ilin sonuna qalıq dəyəri 10 000.00 manat olan nəqliyyat vasitəsinə həmin il üçün müəyyən olunmuş təmir xərci norması (10 000*5%)=500 manatdır. Vergi ödəyicisinin həmin il üçün nəqliyyat vasitəsinə çəkdiyi faktiki təmir xərci "0" manat olmuşdur. Vergi ödəyicisi Təmir norması-faktiki təmir xərci (500-0=500) 500 manatı növbəti il üçün hesablanacaq təmir xərcinin üzərinə gələ bilərmi? Əvvəlcədən təşəkkürlər.
18/02/2022 Прочитано: 141 Средняя стоимость: 3

Bildiririk ki, əsas vəsaitlərə çəkilmiş təmir xərclərinin gəlirdən çıxılması Vergi Məcəlləsinin 115-ci maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və  köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. 

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Əsas: Vergi Məcəlləsinin 114-cü və 115-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Fazilə Ələkbərova Məhəmməd fa***@mail.ru ID: 5991
Mənfəət verğisinin "XƏRCLƏR" bölməsində 227.9. Təqdim edilmiş əsas vəsaitlərin dəyəri- sətrinə hansı xərcləri yazmaq olar?
18/02/2022 Прочитано: 99 Средняя стоимость: 0

Bildiririk ki, "Mənfəət vergisi bəyannaməsi"nin 227.8 “VM-in 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği” və 227.9 “Təqdim edilmiş əsas vəsaitlərin dəyəri” sətirlərinin A4 xanalarında əsas vəsaitin əvvəlki ilin sonuna qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizdən az olan və hesabat ili ərzində təqdim edilmiş əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyəri göstərilir. 

Əsas: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şamil Məmmədov Cuma sh***@mail.ru ID: 5990
Salam. Təqdim olunmuş vergi hesabatlarını necə yükləyə bilərəm?
18/02/2022 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsilə göndərdiyi bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirə bilər. Bunun üçün e-Bəyannamə -> Bəyannamə axtar menyusununa daxil olmaq lazımdır.

 Aşağıdakı parametrlər üzrə axtarış əməliyyatı aparmaq olar:

- VÖEN üzrə;
- Bəyannamə növü üzrə;
- Vergi dövrü üzrə;
- Vergi orqanı üzrə;
- Yaradılma tarix intervalı üzrə;
- Bəyannamələrin vəziyyəti üzrə.

Bu parametrləri tək-tək və ya qrup şəklində qeyd etmək olar. Sonra bəyannamələr üzrə axtarış əməliyyatını yerinə yetirmək üçün Axtar düyməsi sıxılır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şamil Mammadov sh***@mail.ru ID: 5989
Salam! VÖEN əsasında fəaliyyət göstərən fiziki şəxs qeyri rezident olan xarici hüquqi şəxsə proqramlaşdırma üzrə xidmət göstərir və hər ay sahibkar hesabına xidmət haqqı köçürülür. Bu halda fiziki şəxs hansı tip vergi ödəyicisi olmalıdır(sadələşdirilmiş və ya gəlir vergisi) və hansı sosial sığorta ödənişlərini etməlidir?
18/02/2022 Прочитано: 179 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (3 Средняя стоимость)
Оцените:
Sərvanov Şakir Bayram oğlu sa***@gmail.com ID: 5987
Salam. 2021 - ci ilin iyun və iyul ayları üçün təqdim edilmiş Əlavə Dəyər Vergisi Bəyannamələrini "E -bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən tapıb, geri yükləmə edərkən bəyannamələr açılmır. Xahiş edirəm bu barədə məlumat verəsiniz. Təşəkkür edirəm.
18/02/2022 Прочитано: 63 Средняя стоимость: 3

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı, metodiki köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

3/5 (2 Средняя стоимость)
Оцените: