Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əbülfəz Baxşıyev er***@mail.ru ID: 6108
Vergi ödəyicisi tikinti materiallarının pərakəndə satışı ilə məşğul olur. Rüb ərzində ümumi satış dövriyyəsi 30 000 manat təşkil etmişdir. Bunun 7500 manatı e-qaimə ilə rəsmilşədirilməklə topdansatış qaydasında mal satışı təşkil etmişdir. Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlamaqla topdansatış qaydasında təqdim etmiş 7500 manatı gəlir vergisinə cəlb etməlidirmi?
11/03/2022 Прочитано: 124 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Sorğunuzda qeyd olunan halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığı üçün vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququna malikdir və əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
İlham Mansurov il***@mail.ru ID: 5762
16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.1- qeyd olunanlardan belə başa düşmək olarmi ki, Təqvim ayı ərzindəeyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara görə ödəniş tapşırığı tərtib edildikə təyinartda yalnız müqavilə nömrəsi və tarixini qeyd etmək kifayət edirmi və buna görə hər hansı bir maliyyə sanksiyası tətbiq edilə bilərmi?
10/03/2022 Прочитано: 239 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə  tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Əsas: Vergi Məcəlləsi, 16.11-ci və 71-1.5-ci maddələri.

4/5 (15 Средняя стоимость)
Оцените:
Şərif Əliyev Məhəmmədəli pğlu al***@mail.ru ID: 6106
Salam, məni maraqlandıran bu suala cavab veməyinizi çox xahiş edirəm. Sual belədir: pərakəndə ticarətdə ƏDV-dən azad olunan mal satılarkən həmin mala görə vergi necə hesablanır? Əgər bir ayda 50 000 AZN mal satılıb, onun 3000 AZN ƏDV-dən azad olunan maldır. 3000 AZN-ə görə vergisi necə hesablanır, misalla izah etməyinizi xahiş edirəm.
10/03/2022 Прочитано: 202 Средняя стоимость: 0

Bildiririk ki, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

ƏDV ödəyicisi tərəfindən vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparılırsa, ƏDV-dən azad olunan malların dəyərinə ƏDV tətbiq olunmur. Sorğunuzda qeyd olunan misalda 50 000 manatlıq malların 47 000 manatlıq hissəsi 18 faiz dərəcə ƏDV tətbiq olunmaqla, 3000 manatlıq hissəsi isə ƏDV tətbiq olunmadan təqdim olunur. 

Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Qeyd olunanlarla yanaşı ƏDV ödəyicisi eyni zamanda mənfəət vergisinin (gəlir vergisinin) ödəyicisi olduğu üçün, malların təqdim olunmasında əldə olunan gəlirlərdən xərclər çıxılmaqla qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət (gəlir) vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 104-cü, 108-ci, 153-cü, 159-cu və 175-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Həsrətov or***@mail.ru ID: 6104
Salam. Bilmək istərdim müharibə veteranı statusu verilmiş şəxs hərbiçidirsə , ona şamil olunmuş hansı vergilərdən azad olunur və hesablanma qaydası necədir.
10/03/2022 Прочитано: 103 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Orucov Emin Əvəz oğlu Eo***@moethennessy.com ID: 6103
Salam. Məhsul satış üçün deyil, marketinq üçün istifadə edildikdə (dequstasiya, reklam və s.) hansı qiymətlə silinməli və hansı vergilər verilməlidir? Bu qiymət məhsulun anbar qiyməti olmalıdır yoxsa bazara satış qiyməti? Xahiş edirəm ətraflı izah verəsiniz. Öncədən təşəkkür edirəm.
10/03/2022 Прочитано: 195 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri şirkətin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Həmçinin, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Vüqar Yaqubov Qabil vu***@gmail.com ID: 5765
Bildiyimiz kimi Vergi Məcəlləsinin 102.1.8 ci maddəsinə və Sosial sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər həm gəlir vergisindən həmdə Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları sosial sığorta haqqı hesablanmsından azaddır. Yuxarıda qeyd edilənləri nəzərə alsaq bu zaman həyatın yığım sığortasına yönəldilən məbləğin 15 % miqdarında işəgötürən sığorta haqqı hesablamaqdan azaddır. Misal-1: Həyatın yığım sığortasına əmək haqqının 50 % yönəldən əməkdaşla yönəltməyən əməkdaşa görə işəgötürən tərəfindən hesablnamalı sosial sığorta haqqı bu zaman aşağıdakı hallardakı kimi olacaq 1. Qeyri-neft özəl sektorda işləyən və həyatın yığım sığortsına qoşulmayan və aylıq əmək haqqı 1000 azn olan işçiyə görə işəgötürən tərəfindən hesablanıb öədnilməli sosial sığorta haqqı Sosial sığorta haqqı = 44 + (1000-200)*15%=44+120=164 azn 2. Qeyri-neft özəl sektorda işləyən və 400 azn məbləğində həyatın yığım sığortsına qoşulan və aylıq əmək haqqı 1000 azn olan işçiyə görə işəgötürən tərəfindən hesablanıb ödənilməli sosial sığorta haqqı Sosial sığorta haqqı = 44 + ((1000-400)-200)*15%=44+60=104 azn Yuxarıdakı misallardanda aydın görünür ki, həyatın yığım sığortasına qoşulan əməkdaşa görə ödənilməli olan sosial sığorta haqqı məbləği həyatın yığım sığortasına qoşulmayan əməkdaşa nisbətən daha azdır. Bu zaman işəgötürən tərəfindən sığortaolunanın gəlirlərinin 50 faizini keçməmək şərti ilə onun xeyrinə sığortaedənə ödənilən 15 faiz (15 % həyat yığım sığortasına yönəldilən məbləğə görə işəgötürənin ödəməkdən azad olunduğu sosial haqq) həyatın yığım sığortasına yönəldilərsə bu məbləğ işçinin gəliri sayılır. Sualımız daha aydın izahını aşağıdakı misalla nəzərinizə çatdırırıq; Misal-2:Yuxarıda qeyd etdiyimiz misalın davamı olaraq işəgötürənin həyatın yığım sığortasına qoşulan əməkdaşa görə ödəməkdən azad olunduğu 60 azn sosial sığorta haqqı işçinin 400 azn məbləğinə əlavə olunaraq sığorta edənə köçürülərsə bu zaman köçürülən 60 azn məbləğ işçinin gəliri hesab edilən məbləğ işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilirmi? Sizdən xahiş olunur ki, Vergi Məcəlləsinin və Sosial sığorta haqqında qanunun yuxarıda qeyd etdiyimiz müvafiq maddələrini nəzərə alaraq göndərdiyimiz sualı cavablandırasınız.
10/03/2022 Прочитано: 282 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Eyni zamanda sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (3 Средняя стоимость)
Оцените:
Orxan or***@gmail.com ID: 6102
Salam. Mən 08 dekabr 2021 cu ildə Şəhadətnamənin nüsxəsinin alınması barədə müraciət etmişəm, amma cavab yoxdur hələ də. Necə edim?
10/03/2022 Прочитано: 61 Средняя стоимость: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Salmanova Naibə Nəriman ce***@mail.ru ID: 5940
Saqlamlıq imkanı məhdud uşağa qulluğa görə ana vergi güzəştinən istifadə edə bilər?
10/03/2022 Прочитано: 164 Средняя стоимость: 5

Bildiririk ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla), sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

- uşağın doğulması haqqında şəhadətnamənin surəti;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (3 Средняя стоимость)
Оцените:
Aleksandr Potaenko Qriqoryeviç po***@gmail.com ID: 5941
Salam. Özüm qeydiyyatlı fiziki şəxs olaraq (VÖEN, sadələşdirilmiş vergi forması) digər bir ƏDV ödəyicisi olan və tikinti materialların satışı ilə məşqul olan şirkətlə xidmət müqaviləsi bağlayıb onların məhsullarının təbliğ (reklam) edərək satışını təşkil etmək niyyətindəyəm. Şərt odur ki, müştərilərə malları şirkət özü satacaq, mən isə müqavilənin şərtlərinə görə hər satılan məhsuldan müəyyən qədər qazanc əldə edəcəm. VÖEN-im üzrə digər bir fəaliyyət yoxdur. Sual: ödədiyim vergi necə hesablanacaq?
10/03/2022 Прочитано: 270 Средняя стоимость: 5

Bildiririk ki, vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə fiziki şəxs ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, fiziki şəxsin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (6 Средняя стоимость)
Оцените:
Süleymanova Kəmalə İsmayıl qızı su***@gmail.com ID: 5928
Salam. Müraciətim nəqliyyat vasitəsinin icarəsi ilə bağlıdır. Şirkətin təsisçisinə məxsus nəqliyyat vasitələri var. Alğı-satqı şirkət adına olmadığı üçün balansa sala bilmirik, lakin icarə müqaviləsi ilə istifadəyə götürürük. Sualımız icarə haqqının məbləğindən ibarətdir. Nəzərə alsaq ki, icarə haqqı sahibkara ödənilmir lakin istifadəyə götürmək üçün icarə müqaviləsi mütləqdir. İcarə haqqı 5 nəqliyyat vasitəsi üçün 100 azn qeyd edə bilərikmi? Nəzərə alsaq ki, icarə haqqını çox qeyd edərək süni xərcin artımına təsir edirik?!
10/03/2022 Прочитано: 246 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. 

Eyni zamanda, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 124-cü və 150-ci maddələri. 

 

5/5 (8 Средняя стоимость)
Оцените:
Şamil Zahidov Sh***@gmail.com ID: 6098
Salam, zəhmət olmasa mənə məlumat verərdiniz. VÖEN-i olmayan bir Azərbaycan vətəndaşı, arayış ala bilərmi adına heç bir vergi borcu yoxdur deyə? Ala bilərsə necə ala bilərəm? Zəhmət olmasa məlumat verərdiniz bu haqda.
09/03/2022 Прочитано: 75 Средняя стоимость: 5

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması və borcun olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fuad Haciyev Oktay Qa***@gmail.com ID: 6097
Salam məlumat almaq istəyirdimki Elmi ad almış şəxslər (məsələn : iqtisad elmləri üzrə fəlsəfə doktoru) birbaşa müsahibə mərhələsinə buraxılır? Ya 1-ci turdan keçməlidir, sonra?
09/03/2022 Прочитано: 97 Средняя стоимость: 0

Bildiririk ki, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Həmçinin, Əsasnamənin 1.7-ci maddəsinə əsasən aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:

  • maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
  • prokurorluq orqanlarında və hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
  • əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
  • ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
  • Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.

Vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqə ilə bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti  üzrə rəsmi qaydada və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülvi Mahmudov Surxay oğlu ul***@gmail.com ID: 6095
Salam. Mən 1802953602№-li VÖENİ bağlatdırmışam. Lakin "e-taxes.gov.az-da Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" bölməsində axtarış apardıqda mənim adıma VÖEN-in olduğunu göstərir. Bilmək istəyirəm ki adıma olan VÖEN bağlanıb ya yox? Təşəkkür!
09/03/2022 Прочитано: 107 Средняя стоимость: 0

Bİldiririk ki, Mahmudov Ülvi Surxay oğlu (VÖEN 1802953602) vergi ödəyicisi kimi uçotdadır və fəaliyyəti dayandırılmışdır. 

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir.  

Müraciətinizin icra vəziyyəti ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu, 34-cü maddələri və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

0/5 (0 Средняя стоимость)
Оцените:
Fəxrədin Abdullayev Hüseyn oğlu fe***@mail.ru ID: 6094
Bakı şəhərində Mehdiabad kəndi. 6 sot çıxarışı olan fərdi yaşyış üçün torpaq sahəsinin bir il üçün bələdiyyə vergisi necə hesablanır və neçə manat edir? Torpaqda yaşayış evi yoxdur. Sadəcə boş torpaqdır.
09/03/2022 Прочитано: 125 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri torpaq vergisinin vergitutma obyekti sayılır.

Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərinin ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara görə torpaq vergisinin məbləği torpaq sahəsi 10.000 kvadratmetrə qədər olduqda hər 100 kvadratmetrə görə 0,5 manat (sorğunuzda 6 x  0,5 = 3 manat) vergi dərəcəsi tətbiq edilməklə hesablanır.

Torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 205-ci, 206-cı və 208-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynov Hüseyn Nərman oğlu ez***@gmail.com ID: 6093
Salam. Mən 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsi mühasibat uçotu və audit ixtisası üzrə məzun olmuşam. Dövlət Vergi Xidmətində işləmək üçün imtahan vermək istəyirəm. Bu barədə Naxçıvan Muxtar Respublikası daxilində vakansiya elanı varmı? Varsa necə müraciət etmək olar?
09/03/2022 Прочитано: 64 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə (Elektron poçt ünvanı: vergi@nakhchivan.az) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Pənah Musazadə pe***@gmail.com ID: 6089
Təsisçi MMC-nin nizamnaməsinin və çıxarışının surətini necə ala bilər? Təsisçi şirkət sənədlərinin surətini almaq üçün necə müraciət etməlidir? Əgər numunə varsa, zəhmət olmasa e-poçt hesabıma göndərərdiniz.
09/03/2022 Прочитано: 90 Средняя стоимость: 4

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

4/5 (5 Средняя стоимость)
Оцените:
Ruslan Məmmədov Elxan ma***@gmail.com ID: 6088
Salam, bilmək istəyirdim ki, ƏDV-dən azad olunmuş son 3 il istehsalı olan hibrid avtomobil dedikdə istehsal ayından asılı olmayaraq 2019-2022-ci illərmi nəzərdə tutulur? Yəni desək ki, hal hazırda Mart ayıdır və mən 2019-cu ilin Aprel ayının istehsalı olan hibrid avtomobil sifariş edirəm və maşının ölkəyə gəlib çatması 3 ay çəkir. Belə olan halda ay hesabıyla götürsək maşın 3 ilini keçmiş olur. Bu avtomobil üçün ƏDV ödənilirmi ya 2019-2022-ci illər aralığı nəzərə alınaraq ƏDV-dən azadmı olunur ?
07/03/2022 Прочитано: 99 Средняя стоимость: 4

Bildiririk ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV- dən azad edilmişdir. Qeyd olunanlara əsasən, istehsal tarixi 3 ili tamam olan avtomobillərin idxalı və satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.

Belə ki, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

Əsas: Vergi Məcəlləsinin 164-cü və 170-ci maddələri. 

4/5 (3 Средняя стоимость)
Оцените:
Vüqar Əliyev Yaşar vu***@bk.ru ID: 6078
Salam, daşınmaz əmlak satılarkən tutulan sadələşdirilmiş vergi 2022-ci il üzrə hansı qaydada hesablanır? Daşınmaz əmlakın ümumi sahəsindən 30 kvm çıxılırmı ? Zəhmət olmasa ümumi məlumat verin.
07/03/2022 Прочитано: 96 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Həmçinin bildiririk ki, yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. 

Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır.

Bunlarla yanaşı, təqdim edilən daşınmaz əmlak Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq əmsallar tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 150-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Günay Allahverdiyeva al***@mail.ru ID: 6070
Salam. Mən texniki humanitar liseydə riyaziyyat müəllimi olaraq fəaliyyət göstərirəm. Mənim e-sosial.az saytında 2021-ci il üçün olan gəlirim görsənmir. Müraciət etdim. Məlumat verdilər ki, hesabat vergilərə göndərilib onlar təsdiqləməlidir. Bunu necə bərpa edə bilərəm?
05/03/2022 Прочитано: 80 Средняя стоимость: 0

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. 

Eyni zamanda məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı sorğunuzu aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayev Urfan ur***@gmail.com ID: 6069
Salam. Mənim kuryer fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN-im var. Ailə başçısını itirməyə və ali təhsil müəssiəsində təhsil aldığıma görə DSMF vergisindən azad olmaq şansım var? Əgər varsa bununla bağlı hara müraciət edə bilərəm?
04/03/2022 Прочитано: 127 Средняя стоимость: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Sorğunuzda qeyd edilən sahibkarlıq fəaliyyətinin Bakı şəhərində həyata keçirildiyi halda, bir yanvar 2022-ci il tarixindən etibarən, aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 75 manat (minimum aylıq əməkhaqqı 300 * 25% * Bakı şəhəri üzrə 100%) olacaqdır.

Həmçinin bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərində güzəşt və ya azadolma qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas:  “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените: