Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Nəcəf Hüseynov Fərhad ne***@mail.ru ID: 7282
Salam. Vergi borcumu necə öyrənə bilərəm?
27/11/2022 Прочитано: 81 Средняя стоимость: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu və borcun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Sərvinaz Aliyeva Fikrət al***@gmail.com ID: 7280
Salam. Mən bilmək istəyirəm adıma VÖEN varmı?
25/11/2022 Прочитано: 84 Средняя стоимость: 5

Bildiririk ki, Sərvinaz Aliyeva Fikrət qızı adına VÖEN müəyyən edilməmişdir. 

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və ya “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (2 Средняя стоимость)
Оцените:
Mehdiyev Fuad Nağı 0ğlu mo***@mail.ru ID: 7279
Əməkhaqqımdan indiyədək tutulan vergilər barədə məlumat almaq istərdim. Vergi hesabına daxil olub nəzarət etmək mümkündürmü?
25/11/2022 Прочитано: 101 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məlumatı aidiyyəti üzrə çalışdığınız idarənin mühasibatlığına müraciət edərək əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, saytımızda mövcud olan “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Samir İmanov Natiq sa***@gmail.com ID: 7278
Salam. Vergi Məcəlləsinin 218-1.1.5. maddəsinə əsasən mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu halda vergitutma obyekti sadələşmiş vergi ödəməkdən azad olunur. Lakin, praktikada bağ evlərinin təqdim edilməsi zamanı evlər sadələşdirilmiş vergidən azad olduğu halda həyətyanı sahələr sadələşdirilmiş vergiyə cəlb olunur. Vergi Məcəlləsində torpaq sahələri və evlərin həyətyanı sahələri açıq yazılmadığı üçün əlavə şərhə ehtiyac var.
25/11/2022 Прочитано: 120 Средняя стоимость: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Sorğunuzda qeyd olunan, Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azad edilir.

Göründüyü kimi, yuxarıda qeyd olunan azadolma yaşayış sahələrinin təqdim edilməsinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Günel Sabirli Elçin gu***@gmail.com ID: 7276
İnternet Vergi İdarəsində əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunan vergi ödəyicisi ilə əməliyyat aparmaq vergi ödəyicisi kimi digər şəxsə problem yarada bilərmi və mənfəət vergisi bəyannaməsində həmin şəxslə əməliyyatlar xərc kimi nəzərə alınır?
25/11/2022 Прочитано: 178 Средняя стоимость: 0

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

Əsas: Vergi Məcəlləsinin 13-cü,14-cü, 67-ci, 109-cu və 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldar Piriyev el***@yandex.ru ID: 7270
Salam. Vergi Məcəlləsinin 65.7-1-ci maddəsi ilə bağlı sualım yarandı. Vəsaiti olmayan xarici valyuta hesabına alınmalı sərəncam daxil olub və 5 gündən sonra valyuta hesabına vəsait daxil olub. Həmin halda 10 iş günü vəsait daxil olduğu gündən yoxsa sərəncam daxil olduğu gündən hesablanmalıdır? Məsələn: 01.11.2022-ci il tarixdə vəsaiti olmayan hesaba sərəncam daxil olub və 05.11.2022-ci il tarixdə vəsait daxil olub.
24/11/2022 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Eyni zamanda  Vergi Məcəlləsinin 65.7-1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir.

Göründüyü kimi, sorğunuzda qeyd olunan halla bağlı xüsusi hal nəzərdə tutulmamışdır və vergi ödəyicisi tərəfindən vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində bank tərəfindən dondurulmuş pul vəsaiti konvertasiya edilməklə sərəncam icra edilir.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi.

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Mir Abas Məmmədov Mir Qədir o mi***@mail.ru ID: 7269
Vergi Məcəlləsinin fiziki şəxslərin əmlak vergisinə dair maddələr fərdi, özbaşına tikilmiş evlərə də aiddir? Hansısa istisna var?
24/11/2022 Прочитано: 106 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.

Məlumat üçün bildiririk ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 12.1-ci maddəsi ilə tənzimlənir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ağayev Vaqif Şamil oğlu v-***@rambler.ru ID: 7266
Mən "Dünyada tarixin gedişini dəyişmiş 100 dahi" kitabının müəllifi kimi öz kitabımı satış üçün 30% xidmət haqqı ödənilmək şərti ilə Elektron qaimə ilə "Azərpoçt" MMC-yə vermişəm. Bu da hesabatda öz əksini tapıb. Bundan başqa mənim 2007285982 nömrəli VÖEN-də heç bir əməliyyat aparılmayıb. Mənə 80,18 manat vergi və 12,80 manat icbari tibbi sığorta üzrə vergi hesablanıb. Mənim heç bir gəlirim olmadan bu vergini nə üçün və hansı pulla ödəməliyəm? Mən pensiyaçı şəxs, heç bir gəliri olmadan pensiyamdan vergi ödəməliyəm? Çox xahiş edirəm məni bu həyəcandan azad edin!
23/11/2022 Прочитано: 211 Средняя стоимость: 1

Bildiririk ki, müəllif tərəfindən yaradılmış əsər (kitab) digər şəxslər (nəşriyyat şirkətləri) tərəfindən nəşr edilərək satıldığı halda əsərdən (kitabdan) istifadə hüququnun verilməsinə görə müəllifə ödənilən məbləğdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır.

Belə ki, Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə royaltidən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əsərlərin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilər haqlardan (müəlliflik qonararlarından) müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır. Əlavə olaraq bildiririk ki, incəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Sorğunuzda qeyd olunan halın araşdırılması üçün zəruri sənədləri təqdim etməklə, qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

1/5 (1 Средняя стоимость)
Оцените:
Yenigül Zülfiyeva Kişməmməd qızı es***@gmail.com ID: 7265
Salam. Mənim 27 il iş stajım var. Bunun 10 ilini qadın hərbi qulluqçu kimi MN-nin hərbi hissəsində rabitə qovşağında MAXE olmuşam. Yaş ilə əlaqədar işdən azad olunmuşam. İnsan orqanizminə zərərli işdə işlədiyimə görə 10 il stajla hərbi pensiyaya çıxmalı idim. Lakin, bunu nəzərə almayıblar. Mən indi kimə muraciət etməliyəm. Sağ olun.
22/11/2022 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, əmək pensiyasının təminatı ilə bağlı ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az)  müraciət etməyiniz daha məqsədəuyğundur.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Fahim Kəlbiyev Kəlbi oğlu si***@vet.edu.az ID: 7264
İşçi yeni vəzifəyə təyin olunması ilə əlaqədar 18.11.2022 tarixdə işdən çıxarılıb və 21.11.2022 tarixdə isə direktor vəzifəsinə təyin olunub. Xitam verilərkən son-haqhesab 15.09.2022-18.11.2022 dövr üçün verilir. Həmçinin işçinin əvvəlki vəzifəsindən 12 iş günü var. Beləliklə, bu işçiyə noyabr ayında həm son-haqhesab və həm də yeni vəzifə ilə əlaqədar əmək haqqı hesablanmalıdır. Bu halda bu işçi ilə bağlı bütün hesablamalar cəmlənib bir cədvəldə vergi tutulmalıdır, yoxsa son-haqhesab ayrı, əməkhaqqı isə ayrı? O zaman vergi güzəşti hansına tətbiq edilməlidir? Xahiş edirəm köməklik göstərəsiniz.
22/11/2022 Прочитано: 138 Средняя стоимость: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rinat Qazıxanov Qüdrətoviç ku***@mail.ru ID: 7263
MMC təzə təsis olunub (sadələşdirilmiş vergi, qeyru neft sektoru). Vergilər Nazirliyi, DSMF heç biri mənə DSMF -a ə/h , ə/h fondundan ödəniləcək ödənişləri həyata keçirmək üçün ödəniş tapşırıqlarının (nümunələri) rekvizitlərini deyə bilmədi. Həmçinin hesablanmış peniyalar üçün rekvizitlər. Bəs mən bunları necə ödəyim? Hardan bu məlumatı ala bilərəm?
21/11/2022 Прочитано: 77 Средняя стоимость: 3

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Rzayev Bəxtiyar Malik oğlu ba***@mail.ru ID: 7262
Hörmətli DVX-nin əməkdaşları. Sualım VM-nin 137-ci maddəsi ilə bağlıdır. Bu maddədə qeyd olunmuş "hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər" şəxslərə hansı növ şəxslər aiddir? 1. yalnız hüquqi şəxslər yoxsa 2. yalnız fiziki şəxslər yoxsa 3. hüquqi şəxs və fiziki şəxs? Öncədən təşəkkürlər.
21/11/2022 Прочитано: 131 Средняя стоимость: 5

Bildiririk ki, şəxslər birgə fəaliyyəti göstərmək istədikdə həmin şəxslər arasında mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq müqavilə bağlanmalı, birgə sahibkarlıq fəaliyyətindən təqvim ili ərzində əldə edilən ümumi gəlirdən xərclər çıxılmaqla razılığa uyğun olaraq bölüşdürüməklə təqvim ilinin vergi tutulan gəlirinə daxil edilməli və ayrılıqda hər iştirakçı mənfəət (gəlir) vergisi hesablanaraq ödənilməlidir. 

Vergitutma məqsədləri üçün şəxs dedikdə, istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 137-ci maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fərid Zeynallı Nobil oğlu ze***@gmail.com ID: 7261
Salam. Atam Zeynalov Nobil 1992-ci ildə Qarabağ müharibəsində şəhid olmuşdur. 2022-ci il 1 yanvardan etibarən 102.5-ci maddə qüvvəyə minmişdir və həmin tarixdən ödənilməlidir. Bu maddəyə əsasən şəhid ailəsinə vergi güzəşti nəzərdə tutulur. Sentyabrda öz işlədiyim şirkətə (Briggs) müraciət etmişəm. Məndən tələb olunan sənədləri təmin edib şirkətə çatdırmışam. Oktyabr ayı maaş verilən zaman həmin vergi güzəşti hesablanaraq tərəfimə əlavə ödəniş 1 aylıq edilmişdir. Mən şirkətə əvvəlki aylarında nəzərə alınması üçün 102.8 bəndini əsas götürərək (1 yanvar tarixində qüvvəyə minib və həmin tarixdən ödənilməlidir) əlavə ödənişin niyə ödənilmədiyini soruşanda təkrardan məndən həmin sənədlər tələb olundu. 195 çağrı mərkəzinə zəng edib bu barədə məlumat verəndə, mənə bildirildi ki, şirkətə verilən sənədlər artıq keçərlidir. Sizdən ikinci dəfə sənəd tələb olunmamalıdır. Bu barədə sizin yazılı cavabınız mənə lazımdır ki, şirkətimə yenidən sənəd tələbinin yalnış olduğunu izah edə bilim.
21/11/2022 Прочитано: 142 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Arayışın əvvəlki dövrlər üçün təkrarən tələb olunması qanunvericikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elxan Hüseynov Qosqar el***@mail.ru ID: 7254
Salam, mən VÖEN parol və kodunu itirmişəm. Onlayn əldə etmək mümkündür?
21/11/2022 Прочитано: 73 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov Mübariz Zeyqəm oğlu ha***@gmail.com ID: 7251
Mən kirayə mağaza götürmüşəm, təsərrüfat obyektini vergi orqanında qeydiyyata alınması üçün icarə müqaviləsi notarial qaydada təsdiq olunmalıdır?
20/11/2022 Прочитано: 180 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Sorğunuzda qeyd olunan halda, təsərrüfat subyektinin mülkiyyət hüququnu təsdiq edən sənəd olduğu halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq olunması tələb olunmur.  

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

5/5 (1 Средняя стоимость)
Оцените:
Aysel Müseyibova Cəmaləddin qızı ay***@gmail.com ID: 7250
Salam, mən Tovuz vergilər idarəsi üzrə vakansiya olub-olmaması ilə maraqlanmaq istəyirdim. Əgər varsa, imtahan nə vaxt olacaq?
20/11/2022 Прочитано: 70 Средняя стоимость: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

Məlumat üçün bildiririk ki, dövlət vergi orqanlarında vakant yerlərin mütəmadi yeniləndiyi üçün müsabiqədə uğur qazanan namizədlər həmin dövr üzrə vakant olan vəzifələr üzrə dəyərləndirilir.

 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Samir Quliyev qu***@gmail.com ID: 7244
Salam. Azərbaycan Republikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şirkət tədbirlərin təşkili ilə məşğul olur. Türkiyənin Antalya şəhərində təşkil edəcəyi tədbirə Rusiyalı iş adamlarının da iştirak edə bilməsi üçün şirkətin bank hesabına Rusiyadan vəsait ödəniləcək və şirkət də tədbir təşkil üçün Türkiyəyə vəsait köçürəcək. Şirkətin hansı vergi öhdəlikləri yaranacaq? Əvvəlcədən təşəkkür edirəm.
19/11/2022 Прочитано: 139 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəlikləri barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
İlham Əliyev Talehoviç il***@gmail.com ID: 7243
Salam. Fərdi ev tikintisi, şirkət tərəfindən rəsmi müqavilə ilə, bank tərəfindən maliyyələşdirilmə, rəsmi (kredit) şərti ilə, həmin müqavilə üzrə xərclərimi (ödənişlərimi), ƏDV-geri al proqramına düşüb düşməməsini, düşdüyü halda necə hərəkət etdiyimi, harada öyrənmək olar, sualım var?
19/11/2022 Прочитано: 76 Средняя стоимость: 0

Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı ətraflı məlumatla saytımızın "ƏDV geri al" bölməsində tanış ola bilərsiniz. Əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bağırova Nuranə Murad qızı nu***@gmail.com ID: 7286
Salam. Adına VÖEN açılmış, amma VÖEN-in özü əlində olmayan şəxs onu necə bağlaya bilər? 300 manat vergi borcu var həmin VÖEN-də. Lakin, asan imza falan hamısı özündə deyil, başqa adamdadır.
18/11/2022 Прочитано: 96 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Agakisieva la***@mail.ru ID: 7231
На дебетовую карту банка "BirBank" записан долг в 33 маната и сказали налог с иностранного сайта. Всегда пользовались этим сайтом и никогда не было налога, можно узнать откуда эта сумма?
17/11/2022 Прочитано: 151 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

 

0/5 (0 Средняя стоимость)
Оцените: