Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur. Digər hallarda, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci və 123-cü maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, proqram təminatının təqdim edilməsi həyata keçirilmədən qeyri-maddi aktivlərdən istifadə hüququnun verilməsinə görə qeyri-rezidentə aparılan ödənişlər royalti hesab olunmaqla ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunmaqla yanaşı, həmin məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Belə ki, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ƏDV-yə cəlb edilir. 

Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmişdir. Bu maddəyə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına görə malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayılır. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. 

Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən ƏDV məqsədləri üçün işlərin görülməsi və xidmətlərin göstərilməsi vergitutma obyektidir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin ikinci abzasına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 124-cü, 125-ci, 159-cu və 168-ci  maddələri.

Общая цена: 1/51
Оцените:

Bİldiririk ki, spirtli içkilərin bütün növləri aksizli mallara aid edilir və Azərbaycan Respublikasında istehsal olunan aksizli mallara Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aksiz dərəcələri tətbiq olunur.

Əlavə olaraq bildiririk ki, spirtli içkilərin satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına aid edilməmişdir.

Sorğunuzda qeyd olunan məhsulun fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi və qida təhlükəsizliyi normalarına uyğun olub-olmaması ilə bağlı, aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 190-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi".

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir. 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı muzdlu işdə və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən hesablanır.

Qeyd edilənlərə əsasən, işəgötürən tərəfindən işçinin imtahanda iştirak haqları ilə bağlı xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər gəlir vergisinə və işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Eyni zamanda bildiririk ki, işçinin işəgötürən tərəfindən ödənilmiş sosial xarakterli xərcləri işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 109-cu maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə yanaşı, digər fəaliyyət növü ilə məşğul olan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutuma metodunu tətbiq etmək hüququ Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. 

Bununla yanaşı, həmin şəxslər vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda gəlir (mənfəət) vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Bu zaman göstərdikləri xidmətlərə görə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra qalan fərqdən gəlir (mənfəət) vergisi hesablanıb ödənilir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 218.1.2-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Bunlarla yanaşı hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.
 

Общая цена: 5/56
Оцените:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 4/53
Оцените:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsi vasitəsilə rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 0/50
Оцените:

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

İkinci sualınızla bağlı bildiririk ki, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir.

Eyni zamanda, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Qeyd olunanlara əsasən, vergi ödəyicisininnin ailə üzvlərinin əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında işlərə cəlb edilməsi ümumi qaydada əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. 

Əmək qanunvericiliyinin tətbiqi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri və Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələri.

 

Общая цена: 5/51
Оцените:

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxsin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri isə ümumi qaydada vergiyə cəlb olunur.

Məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri və  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, malların ƏDV-yə cəlb olunub-olunmamasından asılı olmayaraq, təqdim olunmuş malların bütöv dəyərində kassa çeki təqdim edilməlidir.

Bununla yanaşı bildiririk ki, ƏDV-dən azad olan məhsullar üzrə ƏDV-nin geri qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

Общая цена: 5/51
Оцените:

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

Общая цена: 3/56
Оцените:

Bildiririk ki, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Eyni zamanda bildiririk ki, sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan hüquqi şəxs tərəfindən idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri əsasında ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 175.7-ci və 175.10-cu maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, sorğuda qeyd olunan halda rezident müəssisə malların bir dövlətdən alınaraq digər dövlətdəki alıcıya çatdırılması üzrə vasitəçilik xidməti göstərir. Bu zaman rezident müəssisə tərəfindən bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə göstərilən vasitəçilik xidmətlərinə görə əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə vasitəçilik xidmətləri göstərən müəssisənin fəaliyyətinin həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi olduğundan həmin vasitəçilik xidmətləri Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılır. 

Əsas: Vergi Məcəlləsinin 104-ci, 108-ci, 159-cu və 168-ci maddələri. 
 

Общая цена: 3/52
Оцените:

Qeyd etdiyiniz fəaliyyəti 4791002 (POÇT VƏ YA İNTERNET İLƏ SİFARİŞ VASİTƏSİLƏ ALINAN BÜTÜN MALLARIN PƏRAKƏNDƏ SATIŞI (MALLAR ALICILARA GÖNDƏRİLİR VƏ ALICILAR ONLARI REKLAMLAR, ELANLAR, ƏSAS KATALOQLAR, NÜMUNƏLƏR VƏ YAXUD DİGƏR REKLAM NÖVLƏRİNƏ GÖRƏ SEÇİRLƏR)) fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.

Bununla belə, fəaliyyət kodunun dəqiq müəyyən olunması məqsədilə fəaliyyətinizin xüsusiyyətləri haqda ətraflı məlumat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/bir-pencere

Общая цена: 4/52
Оцените:

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, himayəsində 3 nəfər (o cümlədən 18 yaşa kimi iki uşaq, 23 yaşa kimi tələbə və şagird (həmin yaşa çatdıqları ilin sonunadək) və işləməyən həyat yoldaşı) olan şəxsin əsas iş yerində müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim etdiyi halda muzdlu işlə əlaqədar vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunanlara əsasən, yuxarıda göstərilən təsdiqedici sənədləri iş yerinizə təqdim etməklə, vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər.

Eyni zamanda həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu. 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısı saytımızın “Bir pəncərə” bölməsinin "Yerli investisiyalı kommersiya hüquqi şəxslər üçün" pəncərəsindən əldə edə bilərsiniz. 

Общая цена: 0/50
Оцените: