Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Rəşad Məmmədov ra***@gmail.com ID: 7896
Salam. Zəhmət olmasa, belə bir sualımı cavablandırardınız. Mənfəət vergisi bəyannaməsində ebitor borcun ƏDV ilə göstərilib-göstərilməməsi ilə bağlı sualdır. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə istinad etmək olarmı ki, debitor borclar Mənfəət vergisi bəyannaməsində ƏDV-siz göstərilir. Çünki bununla bağlı Milli Uçot Standartlarında da bir müddəa yoxdur. Məncə 161.1-ci maddə bu sualı tam əhatə edir.
25/05/2023 Прочитано: 188 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikası Vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 nömrəli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1-in tərtib edilməsi Qaydası”na əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsi tərtib edilən zaman əlavənin “1.4” kodlu (Debitor borcları) və “2.2.1” kodlu (Kreditor borcları) sətirlərində məbləğlərin vergitutma məqsədləri üçün ƏDV-siz daxil edilməsi tövsiyə edilir.

5/5 (3 Средняя стоимость)
Оцените:
Əlizadə Natiq na***@mail.ru ID: 8198
Salam. Vətən müharibəsi veteranıyam, 3 medalım var, adım Zəfər alt sisteminə daxil edilib və Prezident təqaüdü alıram. Texniki səbəblərdən Nəsimi rayonunda qeydiyyatda olan veteranlara hələki veteran vəsiqələri verilməyib. Vəsiqə olmadığı və Səfərbərlik idarəsi arayış vermədiyi üçün Aylıq gəlirimə əlavə 400 manat güzəşt olunmur. Bu məsələnin həll olunması üçün nə etməliyəm? İş yerimə hansı sənədi təqdim etsəm mənə güzəşt edə bilərlər? Sualımı cavablandırmanızı xahiş edirəm.
25/05/2023 Прочитано: 178 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 27 oktyabr 2021-ci il tarixli 1470 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılmışdır və altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində müharibə veteranı statusu almış şəxslər barədə məlumatların həmin altsistemə daxil edilməsinin təmin olunması aidiyyəti dövlət qurumlarına tapşırılmışdır.

Qeyd olunanlara əsasən müharibə veteranı adı almış şəxslər barədə məlumat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilir və “Müharibə veteranı” vəsiqəsi verilənədək Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müəyyən edilmiş güzəşt hüququ Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilən arayışlar və DOST mərkəzinin arayışı əsasında fiziki şəxslərin muzdlu işdən gəlirlərinə tətbiq edilir. 

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mehdiyev Elşən Əhməd me***@list.ru ID: 8195
Salam. Deyək ki, istehsal müəssisəsi istehsal fəaliyyəti ilə məşğuldur. İstehsal etdiyi məhsulun 99% topdan satır. 1% nadir hallarda hər hansi bir dövlət qurumu istədikdə və yaxud hər hansı fiziki şəxs məhsul istədikdə pərakəndə şəkildə təqdim edir. Müəssisənin qeydiyyatdan keçmiş kassa aparatı və pos-terminalı mövcuddur, kassa aparatının qeydiyyat ünvanı inzibati binadır. Yəni ki, pərakənda satışlarımız elə də çox deyil. Sualım ondan ibarətdir ki, pərakənda satış üçün ayrıca bir obyektə ehtiyac varmı, satışlarımızı pərakəndə olan inzibati binada edirik. Bizim üçün pərakəndə satış üçün ayrıca bir obyekt icarəyə götürmək və işçi cəlb etmək əlavə xərclərimizi artırır. İkinci sualım belədir: Hər hansı fiziki şəxs (vətəndaş VÖENİ-i olmayan) istehsal etdiyimiz məhsulun dəyərini əvvəlcədən milliön vasitəsilə bank hesabına köçürür və sonra inzibati binaya gəlir. Biz də snoradan onu kassaya vuraraq pərakəndə satış kimi çeki təqdim edirik. Bu cür satış etdiyimiz halda hər hansi qanun pozuntusuna yol vermiş oluruqmu? Yəni, bu cür satış etməyimiz doğrudurmu? Digər bir sual: Deyək ki, müəssisə dəyəri 400 AZN olan printerə təmir xərci (50 AZN) çəkir. Çəkdiyimiz xərci birbaşa gəlirən çıxılan təmir xərci kimi göstərə bilərəkmi? Əgər göstərə bilmiriksə, çəkdiyimiz xərci hansı formada gəlirdən çıxa bilərik?
25/05/2023 Прочитано: 407 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq etməklə həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı.

Cavab 2. Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada -  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına ödəniş terminalı vasitəsilə ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Cavab 3. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab edilir.

Cəmiyyət tərəfindən hesabat ili ərzində alınan avadanlıqlar əsas vəsait kimi uçota alınmalı və dəyəri 500 manatdan aşağı olduğu halda hesabat ilində tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 115.7-ci maddəsinə əsasən əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfıra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və bu Məcəllənin müddəalarına uyğun olaraq amortizasiya hesablanır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 114-cü və 115-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pərviz Rəcəbov ra***@gmail.com ID: 7873
Salam. Sizdən Vergi Qanunvericiliyinin tətbiqi ilə bağlı yaranan sualımıza öz mövqeyinizi qanunlarla bildirməyinizi xahiş edirik.Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə “Əlavə dəyər vergisinin bəyannaməsinin tərtib edilməsi qaydası”na bir sıra dəyişikliklər təsdiq edilmişdir. Bu dəyişikliklərdən biridə ƏDV bəyannaməsinin Debitor borc hissəsinin yaranan debitor borc məbləği və silinən debitor borc məbləği sütunları ilə bağlıdır. Belə ki, hazırkı bəyannamə formasına əsasən yaranan debitor borc məbləği kimi, ay ərzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır. Silinən debitor borc məbləği isə ay ərzində silinən bütün məbləği əhatə edir. Əlavə olaraq bildiririk ki, müəssisəmiz tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Qeyd olunanları nəzərə alaraq 2023-cü il Fevral ayı üzrə təqdim etdiyimiz elektron qaimə fakturanın dəyəri (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) 27 527.56 manat təşkil edir, həmin ay üzrə müəssisəmizin sərəncamına isə 133 746.57 manat (Milli valyuta üzrə 132 957.59 Azn, Xarici valyuta üzrə 0.00 Azn, Kassa üzrə 788.98 Azn) pul vəsaiti daxil olmuşdur. Bu məbləğin, yəni 133 746.57 manatın bir hissəsi (74.55 manatı) təqdim ediləcək mallar üzrə əvvəlcədən alınmış Avans ödənişidir. Yuxarıda göstərilən məlumatlara əsasən 2023-cü il Fevral ayı üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti aşağıdakı kimi müəyyən edilmişdir. Bu halla bağlı hər hansı kənarlaşma mövcuddurmu? Əgər kənarlaşma varsa, həmin əməliyyatlar hansı formada tənzimlənməlidir? Debitor borcların (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat İlkin qalıq - 128 322,16 Yaranan Debitor borc məbləği - 27 527,56 Silinən Debitor borc məbləği - 133 672,02 Son qalıq- 22 177,70. Öncədən hər birinizə təşəkkürlər!
25/05/2023 Прочитано: 240 Средняя стоимость: 5

Soğunuzda qeyd olunan halda ƏDV bəyannaməsinin “Hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat” bölməsində məlumatlar müvafiq sütunlar üzrə düzgün daxil edilmişdir.

5/5 (4 Средняя стоимость)
Оцените:
Rəşad ra***@gmail.com ID: 8088
Salam. Mən Xətai r-nu M.Hadi 130 ünvanında ümumi sahəsi 112,5m2, yaşayış sahəsi 69,0m2, yardımçı sahəsi 43,5m2 olan (çıxarışa əsasən) hündürmərtəbəli binada qeydiyyatdayam. Xətai r. bələdiyyəsi mənə 198.1.1 əmlak vergisi borcu olması haqqında bildiriş vermişdir. Lakin, bu bildirişdə hesablanmış borcla razı deyiləm. Çünki hesablanmış borc ümumi sahəyə görə hesablanıb. Amma mənim hesablamama görə 198.1.1 -ə görə yaşayış sahəsinə gğrə hesablanmalıdır. Yəni; 69,0m2-30m2=39m2 39m2 x 0.36=14,04 manat edir. Hesablamam doğrudumu? Zəhmət olmasa, ətraflı cavablandırasınız ki, verilən cavabla bələdiyyəyə yaxınlaşım və hesablamada edilən səhvləri aradan qaldırım. Təşəkkür edirəm.
25/05/2023 Прочитано: 181 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlakvergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nurlan nu***@mail.ru ID: 8086
İpoteka Fondu tərəfindən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi ƏDV-dən azad olunub. Mən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayə verilməsi ilə əlaqədar 2020-ci ilin iyun ayından etibarən İKZF-e ilə müqavilə bağlamışam. Hal - hazırda ƏDV-nin geri qaytarılması prosesi icra olunmur. İKZF-u ilə əlaqə saxlayaraq ƏDV-nin geri qaytarılması üçün müraciət etsəm də "onsuz da bu mənzillər ƏDV-dən azad idi" məlumatı verilir. Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Zəhmət olmasa, məlumat verərdiniz, mən ƏDV-ni necə geri ala bilərəm?
25/05/2023 Прочитано: 209 Средняя стоимость: 5

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən, satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu  Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların manatla emissiya etdikləri istiqrazlar üzrə öhdəliklərinə və müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 164.1.10-1-ci maddəsinə əsasən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi vergini ödəməkdən azad edilmişdir. Qeyd olunan azadolma 2023-cü ilin yanvarın 1-dən sonra kirayəçilərə təqdim edilən yaşayış sahələrinə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci, 165.6-cı maddələri və  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Cavadzadə Cavad oğlu ca***@mail.ru ID: 8098
Salam. Sualım budurki: “A” müəssisəsində işləyən işçiyə həmin “A” müəssisəsinin həmkarlar ittifaqı komitəsi tərəfindən verilən hər hansı bir hədiyyə, pul mükafatı və ya maddi yardım işçinin muzdlu işdən əldə etdiyi gəlir sayılır ya qeyri sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir? Nəzərinizə çatdırım ki, işçinin əmək müqaviləsi “A” müəssisə ilə bağlanılıb. “A” müəssisəsinin həmkarlar ittifaqı komitəsinin büdcəsi “A” müəssisəsində çalışan işçilərin aylıq əmək haqqından tutulan üzvlük haqları hesabına formalaşır, ayrıca olaraq vergi ödəyicisidir (VÖEN-i var) və həmkarlar ittifaqı komitəsinin həmin işçi ilə əmək müqaviləsi bağlamadığına görə işəgötürən-işçi münasibətləri yoxdur.
25/05/2023 Прочитано: 325 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə ödənilən haqq, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Eyni zamanda həmkarlar ittifaqı tərəfindən fiziki şəxslərə verilən maddi yardımlar gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.7-ci maddəsində əsasən təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilmişdir. 

Bununla yanaşı, həmkarlar ittifaqı tərəfindən verilən mükafatın gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci, 102-ci və 150-ci maddələri. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəsul Süleymanov Elçin ra***@outlook.com ID: 8194
Salam. Avtosalonda əgər ödənişlər köçürmə yolu ilə həyata keçirdilirsə, bizə POS terminal quraşdırmaq məcburidir?
24/05/2023 Прочитано: 241 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Şukufa Əkbərova Telman sh***@gmail.com ID: 8192
Müəssisədə təsisçinin saynın artırılması (pay artımı) zamanı: 1. prosedur necə olur? 2. hansı sənədlər tələb olunur? 3. onlayn müraciət etmək olarmı? Olmazsa hansı üvana gəlməli və kimlər iştirak etməlidir? (əlavə olanacaq yeni təsisçi , artıq var olan təsisçi, qanuni təmsilçi) 4. rüsum ödənilirmi? 5. neçə günə yekunlaşır?
24/05/2023 Прочитано: 108 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. Xidmətin göstərilməsi ilə bağlı hər hansı ödəniş tələb olunmur.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını  və digər məlumatları “Xidmətlər” bölməsinin “Vahid standartlar” (buradan) altbölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Ələkbərov tu***@gmail.com ID: 8189
Salam. İşəgötürən şirkətdən işçiyə borc verirsə, deyək ki, 100 AZN. Bu işçinin gəliri olaraq hesablanıb sosial və digər məcburi ödənişlərə cəlb olunur? Əlavə olaraq işçi bu borcu qaytardıqda bu şirkətin gəliri hesab olunurmu? İşçi borcu qaytara bilməsə, aradakı razılığa əsasən, şirkət verdiyi işçiyə bağışlayaraq, borcu xərcə sala bilərmi?
24/05/2023 Прочитано: 145 Средняя стоимость: 0

Bildiririk ki, işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borcun və ya öhdəliyin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab olunur və ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunan ödənişlər gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci və 109-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayev Nicat Asif oğlu na***@yahoo.com ID: 8188
Salam. Sadələşmiş vergi ödəyicisi xaricdən mal idxal edərkən, malın maya dəyəri invoys dəyəri ilə hesablanır, yoxsa statistik dəyərlə?
23/05/2023 Прочитано: 267 Средняя стоимость: 5

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əliyeva Kəmalə Cəmil qızı k.***@mail.ru ID: 8187
Salam. Bu gün səyahət siğortası ödəyən zaman bank tərəfindən əlavə komissiya tutuldu. Bildiyimə görə ödədiyim məbləğin 18% ƏDV tutulub. 12,41 USD səyahət sığortası cəm olaraq 24,92 AZN kartdan çıxıldı. Buna daxil idi, həm də 3.8 komissiya. Bilmək istərdim, səyahət siğortasına görə ƏDV tutulmalıdır ya yox?
22/05/2023 Прочитано: 126 Средняя стоимость: 0

Bildiririk ki, səyahət sığortasının əldə edilməsinə görə xarici ölkənin sığorta şirkətinə aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Bunlarla yanaşı hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aytən Abdiyeva ay***@mail.ru ID: 8184
Salam. 114-cü maddəyə əsasən amortizasiya müddəti məlum olmayanlarda 10% ilə hesablanır. Bu düz xətt yoxsa azalan qalıq metodu ilədir?
22/05/2023 Прочитано: 110 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 114.3.6-cı maddəsində istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə illik amortizasiya ayırmalarının hesablanması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üçün illik amortizasiya azalan qalıq metodu ilə hesablanır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səadət Muradlı Hikmət se***@mail.ru ID: 8182
Salam. Müraciətim ədv hesabımdan ödədiyim telefon borcu ilə bağlıdır. 24.03.2023 tarixində telefon borcumuz üçün Aztelekoma ədv hesabımdan 3.85 AZN ödəniş etdim. Ədv hesabımdan pul çıxdı, lakin borcum silinmədi. Qəbz nömrəm: 66453879. Zəhmət olmasa, bu problem ilə bağlı məlumat verməyinizi xahiş edirəm.
21/05/2023 Прочитано: 71 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Vurğun Şərifli Raqif vu***@gmail.com ID: 8178
VÖEN-im aktivdir, deaktiv etmək istəyirəm.
20/05/2023 Прочитано: 121 Средняя стоимость: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elşən Həsənov Əlöysət el***@gmail.com ID: 8176
Ünvanlı dövlət sosial yardım alan şəxslər dövlət büdcəsinə hansı ödənişləri etməli və hansı bəyanamələri verməlidir?
19/05/2023 Прочитано: 188 Средняя стоимость: 5

Bildiririk ki, ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. 

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Buna əsasən, aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımı fiziki şəxslərin gəlir vergisindən azaddır.

Həmin şəxslər sahibkarlıq fəaliyyətindən gəlirləri olduqda isə Vergi Məcəlləsinin müddəalarına əsasən ümumi qaydada vergiyə cəlb olunur. Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi  xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mehdiyev Rafiq İbadulla oğlu ra***@mail.ru ID: 8175
Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan ikinci metodu (müvafiq əmsalın tətbiqi metodunu) seçdiyi halda, sonradan istehsalat fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar bu metodun dəyişdirilərək birinci metodu (151.1) seçmək zərurəti yaranmışdır. Bu nu necə etmək olar?
19/05/2023 Прочитано: 136 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 8174
Salam. A müəssisəsi sadələşdirilmiş vergi ödəyicisidir, B müəssisəsi ƏDV-sinin ödəyicisidir. Mart-2023 ci ildə A müəssisəsinin hesabına gələcəkdə görəcək işlərə görə 10000 manat avans, B müəssisəsinin hesabına gələcəkdə görəcək işlərə görə 8474.58 manat və depozit hesabına 1525.20 manat avans daxil olunmuşdur. Bilmək istəyirəm, daxil olunan hər 2-avans mart-2023 ci ildə vergiyə cəlb olunacaq ya yox?
18/05/2023 Прочитано: 240 Средняя стоимость: 0

Bildiririk ki, avans şəklində ödənilən məbləğlər sadələşdirilmiş verginin vergitutma obyektini yaratmır. Belə ki, sadələşdirilımiş verginin vergitutma obyektini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi təşkil edir.

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Eyni zamanda Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

Qeyd olunanlara əsasən təqdim ediləcək mallara (işlərə, xidmətlərə) görə verilən avans ödənişləri ƏDV-nin vergitutma obyektini yaradır və ödənişin aparıldığı ay avans ödəmənin məbləğinə ƏDV hesablanır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 166-cı və 219-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Teymur Babayev Qulam oğlu te***@gmail.com ID: 8172
Mən kirayə müqaviləsi bağlamaq istəyirəm. Bildiyimə görə aylıq vergi 14%-dir. Mən illik müqavilə bağlasam 14% vergini illik birdəfəlik ödəməliyəm və yaxud ayda 1 (bir) dəfə ödəyə bilərəm? Zəhmət olmasa, məlumat verərdiniz.
18/05/2023 Прочитано: 121 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3.3-cü, 124-cü və 149-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Üzeyir Fətiyev Cəmil oğlu uf***@yahoo.com ID: 8171
A və B müəssisəsi (şərti adlar) MMC kimi fəaliyyət göstərir. Hər iki şirkət mənfəətlə işləyir və heç bir vergi borcu yoxdur. A MMC-nin 3,000 (üç min) manat nizamnamə kapitalında təsis payı 100% birbaşa fiziki şəxs Məmməd Məmmədova (şərti ad) məxsusdur. Eyni zamanda, B MMC-nin 1,000 (min) manat nizamnamə kapitalında 10% təsis payı birbaşa olaraq fiziki şəxs Məmməd Məmmədova məxsusdur. Həmçinin B müəssisəsinin 1,000 (min manat) nizamnamə kapitalında 90% təsis payı birbaşa A MMC-yə məxsusdur. Hazırda A MMC özünün B MMC-dəki 90% payını Məmməd Məmmədova nominal dəyərlə ötürmək istəyir. Payın son benefisiar təsçiçiyə ötürülməsində məqsəd dividend bölgüsünü və strukturu sadələşdirməkdir. Bu əməliyyatlarla bağlı hansı vergi öhdəliyi yarana bilər? Qabaqcadan təşəkkür edirəm.
18/05/2023 Прочитано: 239 Средняя стоимость: 5

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin  96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı maddələri. 

 

5/5 (2 Средняя стоимость)
Оцените: