Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əkbər Aliyev ak***@mail.ru ID: 126
Salam. Rezident vergi ödəyicisinin xaricdə gördüyü işlər göstərdiyi xidmətlər ƏDV-yə cəlb olunurmu?
25/10/2019 Прочитано: 188 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

5/5 (3 Средняя стоимость)
Оцените:
Süleymanov Mais yo***@mail.ru ID: 114
Salam. Mən əhalidən yaş tütün alıb onu xüsusi avadanlıqlarla qurudub satışını həyata keçirirəmsə satışıda vergi ödəyicilərinə satıram ƏDV-yə hansı formada cəlb olunuram. Mən tütün alanda ƏDV-siz alıram və satanda ƏDV-ni hansı formada tətbiq etməliyəm. Sadəcə yaş tütünü qurudub satıram.
25/10/2019 Прочитано: 240 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Göründüyü kimi, yuxarıda göstərilən azadolmalar yalnız kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyətinə tətbiq edildiyindən, kənd təsərrüfatı məhsullarının emal olunduqdan sonra satışından əldə olunan gəlir vergidən azad edilməmişdir.

Qeyd olunan fəaliyyətlə məşğul olan və işçilərin sayı 10 nəfərdən çox olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.

12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər isə ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir və təqdim olunan məhsulun dəyərinə 18 % dərəcə ilə ƏDV tətbiq olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 101.6-cı, 102.1.11-ci, 106.1.14-cü, 150.1.14-cü, 155-ci, 164.1.18-ci, 218.5.8-ci, 219.7-ci maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
İlqar Məmmədov İmaməli il***@gmail.com ID: 343
Salam, mənim sualıma oxşar sual (ID: 16986) tapdım sizin bazada, amma vergi sahəsində təcrübəm olmadığından tam aydın olmadı. Sualım belədir: ƏDV ödəyicisi olan şirkət (MMC) ƏDV ödəyicisi olmayan başqa bir şirkətə (Məs. BP) mal satdıqda VHF ƏDV-siz təqdim olunmalı və sonra bu əməliyyata görə satıcı şirkət satdığı malın ƏDV-sini Vergilər Naziriliyindən geri alır və satıcı şirkətin ƏDV hesabına köçürülür? Öncədən təşəkkür edirəm.
25/10/2019 Прочитано: 200 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sualınızda qeyd olunan halda, malları təqdim edən şirkət malların dəyərinə 18 % ƏDV hesablamaqla təqdim edir. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Müraciətinizdə qeyd etdiyiniz əvvəllər saytımızda yerləşdirilən sual  Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tətbiqi ilə əlaqədardır. Həmin maddənin müddəaları həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar həyata keçirən şəxslərə aiddir.

4/5 (3 Средняя стоимость)
Оцените:
Ülvi u.***@gmail.com ID: 342
Salam. Həyatım yığım sığortası üzrə sığorta haqqını 3 ildən tez müddətə aldıqda, məbləğ 8000 AZNdən az olarsa vergiyə 0% dərəcəsi ilə cəlb edilməsi ilə bağlı mövqeyinizi bilmək istərdim.
25/10/2019 Прочитано: 199 Средняя стоимость: 5

Bildiririk ki, həyatın yığım sığortası və pensiya sığortası müqavilələrinə vaxtından əvvəl xitam verildikdə sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığorta olunanın muzdlu işlə əlaqədar aylıq gəlirləri və aylar üzrə tutulmuş gəlir vergisi barədə müvafiq arayış alınmalı və aylar üzrə ödənilmiş sığorta ödənişləri sığortalının aylıq gəlirinə əlavə edilməklə Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1ci  maddəsinə uyğun olaraq gəlir vergisi tutulmalı və işəgötürənin tutduğu gəlir vergisi nəzərə alınmaqla yaranmış müvafiq gəlir vergisinin məbləği sığortaçı tərəfindən dövlət büdcəsinə köçürülməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.1.8-ci və 116-cı maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Fariz, fa***@mail.ru ID: 341
Salam. Fərdi fahibkar asan imza olmadan internet vergi idarəsinden kod-parol ilə daxil olub rüblük DSMF üzrə bəyannaməsini təsdiq edib göndərə bilərmi?
25/10/2019 Прочитано: 123 Средняя стоимость: 5

Bildiririk ki, muzdlu işçisi olmayan fərdi sahibkarlar “Məcburi dövlət sosial sığortası haqqı” hesabatını istifadəçi kodu, parol və şifrə vasitəsilə onlayn qaydada təqdim edə bilərlər.

5/5 (1 Средняя стоимость)
Оцените:
Asim Kazımlı Mustafa oğlu as***@yandex.ru ID: 339
Salam. Mən mehmanxana-hostel fəaliyyəti ilə məşğul oluram. Planlarım olduğu üçün MMC kimi qeydiyyatdan keçmişəm. Hostelimə qonaqların əksəriyyəti xaricdən gəlir. Xaricdən gələn qonaqlar bir neçə rezervasiya saytları vasitəsi ilə hostelimdə yataq bron edirlər. Əlbəttə mən bu saytlara bunun üçün komissiya ödəyirəm. Sadəcə bəzi saytların öz qaydalarına əsasən qonaqlar ödənişləri həmin saytın özünə ödəyir. Sonra həmin sayt öz komissyonunu götürdükdən sonra ödənişi mənə ödəməlidir. Bunun üçün əvvəl mən öz şəxsi hesabımı həmin sayta təqdim etmişdim. Sayt ödənişləri mənim bank hesabıma göndərirdi. Amma bankdan bildirdilər ki, mənim bank hesabım VÖEN-ə bağlı hesab olmadığı üçün həmin pulu mənə verə bilməzlər. Pullar hazırda tranzit hesabda saxlanılır-gözləyir. Bura qədər aydındır. Və mən bunu anlayışla qarşılayıram. Məlumat üçün bildirim ki, ödənişlər dollarla olduğu üçün mən yenidən MMC üçün dollar valyutasında bank hesabı açdım. Çünki mənim MMC-nin hesabı manatla idi. Mən MMC-nin yeni dollarla olan bank hesabını banka təqdim etdim. İndi isə bankdan mənə bildirirlər ki, mənim həmin saytla müqaviləm olmalıdır. Müqavilə olmadığı üçün hazırda saxlanılan pullarımı və bundan sonra gələcək ödənişləri mənim hesabıma yatıra bilməzlər. Məlumat üçün bildirirəm ki, həmin saytla anlaşma sadəcə onlayndır. Saytda qeydiyyatdan keçirsən. Öz ünvan və əlaqə nömrəsini, otaq sayını, imkanlarını saytda qeyd edirsən. Qonaqlar da həmin sayt üzərindən mənim hostelim ilə tanış olur. İstədikləri halda yatağı və ya otağı bron edirlər. Sonra da bronlarına uyğun ödənişi sayta ödəyirlər. Yəni mənim saytla hər hansı rəsmi müqaviləm yoxdur. Həmin saytla müqavilənin bağlanması isə sayt üzərindən mümkün deyil. Bəlkə həmin saytın ofislərində bu mümkün oldu. Bu halda isə mənim həmin saytın ofisinə getməyim, orda belə bir müqavilə bağlamağım lazım gələ bilər. Bunun isə mümkün olub, olmadığını bilmirəm. Belə ki, digər dostlardan öyrəndiyim məlumata görə belə bir müqavilə yoxdur. Olmur. Həmçinin saytın özünə də yazmışam. Onlardan gələn cavabı da gözləyirəm. Bu məlumatları banka bildirdim. Onların fikrinə görə mən təkrar öz adıma fiziki şəxs kimi VÖEN açdırmalı və fiziki şəxs VÖEN-mə bağlı bank hesabı açdırıb, həmin bank hesabımı təqdim etməliyəm. Bu isə mənim həm fiziki şəxs kimi, həm də MMC-hüquqi şəxs kimi fəaliyyət göstərməyim deməkdir. Həm mənim işimin artmasına, həm də MMC-kimi gəlirimin paylanmasına səbəb olur. Bu isə yaxşı deyil və mən bunu istəmirəm. Bütün ödənişlərimin, xərclərimin MMC adına olmasını istəyirəm. Bu halda mən gələcəkdə investor cəlb edib, öz işimi böyütməyimdə əlavə problemlər yaradacaq. Əlavə olaraq bildirim ki, bu sayt çox çəmhur saytdır. Qonaqların tez-tez müraciət etdikləri bir saytdır. Mənim gələcəyə doğru sifarişlərimin artması halında məbləğ kifayət qədər böyük olacaq. Və mən həmin məbləğin MMC-nin gəliri kimi görünməsində maraqlıyam. Bütün bunları nəzərə alaraq bu problemin hansı formada həll edə biləcəyimi sizdən öyrənmək istəyirəm. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, Asim Kazımlı Hospitality Azerbaijan MMC -nin direktoru.
25/10/2019 Прочитано: 186 Средняя стоимость: 3

“Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Müraciətinizdə qeyd olunan hallarla bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əlavə olaraq məlumat üçün bildiririk ki, maliyyə bazarları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət istiqamətlərinə aid edildiyindən müraciətinizlə bağlı adıçəkilən quruma müraciət etməyiniz daha məqsədəuyğundur.

3/5 (8 Средняя стоимость)
Оцените:
İmran ha***@mail.ru ID: 338
Salam, illik gəlirim 40 000 manat olduqda 102.1.6. maddə üzrə, illik gəliri 30 000 manatadək olduqda, 2 400 manat məbləğində olan hissəsi; güzəşt nəzərə alınırmı? Gəlirdən 2400 çıxmaq olarmı?
25/10/2019 Прочитано: 135 Средняя стоимость: 5

Sorğunuzda qeyd olunan gəlirin muzdlu işdən gəlirə aid olduğu qənaətinə gələrək bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Qeyd olunan maddəyə əsasən fiziki şəxsin muzdlu işdən  illik gəliri 30 000 manatdan çox olduqda güzəşt tətbiq olunmur və 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi.

5/5 (3 Средняя стоимость)
Оцените:
Elçin Həmid oğlu Xəlfəquluyev dr***@mail.ru ID: 336
Salam. Kənddə vətəndaşa daimi istifadə üçün paylanmış (el arasında «pay torpağı adlanır) torpaqlara görə kənd bələdiyyəsindən hər il vergi bildirilişi gəlir.konkret olaraq bizə 4.60azn, amma orada göstərilmir ki, torpağın ölçusu nə qədərdir, hansı koteqoriyadır, dəmyədir, yoxsa suvarılandır, (çünki bunların vergisi yəqin ki,fərqli olmalıdir) həmçinin göstərilmir ki,həyətyanı sahə buraya aiddirmi, yoxsa yox. Bundan əlavə pay torpağı verilmiş şəxs 66 yaşlı 2.qrup əlildir və müvafiq pensiya alır, heç yerdə işləmir. Torpaqdan isə istifadə etmir. Zatən də etməsi mümkün də deyil, çünki pay torpağının böyük bir hissəsi 7 km. uzaqda yerləşir, (bəlkə də ondan yaxınlıqda yaşayanlar xəlvəti yolla istifadə edir) 2. sualım: danışdığım pay torpağının sahıbi olan, 66 yaşlı 2.qrup əlil, pensiyaçı bacıma vergidən məktub gəlib ki, (kənddə yaşayan hamıya gəlib) istifadənizdə torpaq olduğu üçün VÖEN açdıraraq vergiyə cəlb olunmalısınız ki, gələcəkdə sizə pensiya verilə bilsin. Bu nə deməkdir? Bəyəm vergi işçiləri görmürlər ki, qarşılarındakı evdar qadın, 66 yaşlı 2.qrup əlildir? Ona sahibkarlıqla məşğul olmaq təklifi vermək ələ salmaq deyilmi?
25/10/2019 Прочитано: 168 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vergitutma məqsədləri üçün torpaq sahəsi 3 kateqoriyaya bölünüb:

a) Kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

b) Kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

c) Digər (yaşayış, sənaye, nəqliyyat və s. təyinatlar üzrə) istifadə olunan torpaqlar.

Yuxarıda qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulmuşdur. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Eyni zamanda bildiririk ki, tədiyyə bildirişində qeyd etdiyiniz məlumatların göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Tədiyyə bildirişində fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, o cümlədən ötən dövrlər üzrə vergi borcu və faiz məbləği göstərilir.

Cavab 2. Bildiririk ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxs torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaqpayı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan vergi orqanında uçota alınan şəxs bu torpaqdan istifadə etmədiyi dövr üçün “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək hüququ vardır.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
Fariborz Navidan Kavos md***@gmail.com ID: 129
Azərbaycan vətəndaşlarına xarici ölkədə qurulmuş şirkətin direktoru olmağa icazə verilirmi? Bu xarici şirkəttdən qazandiğlarini azərbaycana daxil etməsələrsa o qazandiğlar üçün vergi ödənməlidirlə?
25/10/2019 Прочитано: 124 Средняя стоимость: 5

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

5/5 (2 Средняя стоимость)
Оцените:
Salmanov ma***@gmail.com ID: 148
Salam. 1.Müəssisəyə aid saytı facebook və google da reklam üçün facebook və google -a olan ödənişlərdən 10% ÖMV və 18 ƏVD tutulmalıdırmı və ona uyğun ÖMV və ƏDV bəyannaməsi verilməlidirmi? 2. Bəyannamədə qeyri rezident vöen falan məlumatlari necə qeyd olunmalıdır? 3. ƏDV Bəyannaməsində qeyri rezident olan hissəyəmi yoxsa elektron ticarət yazılan hissəyəmi ƏDV siz ödənilən məbləğ yazılmalıdır? Bu şəkildə facebook ve googla ödənilən ödənişlər xərcə silinə bilərmi?
25/10/2019 Прочитано: 266 Средняя стоимость: 3

Bildiririk ki, qeyri-rezident şəxs tərəfindən virtual məkanda göstərilən reklam xidmətinin alıcısı Azərbaycan Respublikasında yerləşən rezident şəxs olduqda, ƏDV-nin məqsədləri üçün bu xidmətin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilməklə həmin xidmətə görə qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir. Göstərilmiş və dəyəri ödənilmiş bu xidmətlər isə ƏDV-nin bəyannaməsinin 306-cı və 312-ci sətirlərində, eyni zamanda həmin bəyannaməyə əlavə 7-də əks etdirilir.

Bununla belə, qeyri-rezidentin adı, rezident olduğu ölkənin adı, göstərilmiş işin (xidmətin) adı, görülmə dövrü, rezident olduğu ölkədəki VÖEN-i, büdcəyə ödənişi təsdiq edən sənədin nömrəsi, tarixi, ödənişin ümumi dəyəri (ƏDV-siz) və ƏDV məbləği ƏDV-nin bəyannaməsinə əlavə 7-dəki sətrlərin müvafiq xanalarında əks etdirilir. Qeyri-rezidentə xidmətlərlə bağlı ödənişlər edilərkən müvafiq məlumatları da həmin zaman əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 169-cu, 173-cü maddələri.

3/5 (7 Средняя стоимость)
Оцените:
Axundov Surac Əlinazim oğlu Su***@mail.ru ID: 128
Salam, mən bilmək istəyirəm 35 yaşını keçmiş 4 il dövlət qulluqçusu stajı olan şəxs vergilərin isə qəbul imtahanlarında qeydiyyatdan keçə bilər?
25/10/2019 Прочитано: 114 Средняя стоимость: 0

Bildiririk ki, yaşı 35-i keçmiş vətəndaşlar bir qayda olaraq orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Bununla belə, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.

Sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumatın alınması üçün (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sərxan me***@mail.ru ID: 138
Salam.MƏCBURİ DÖVLƏT SOSİAL SIĞORTASI ÜZRƏ HESABAT-da Kənd İcra Nüməyəndəliklərinin M.D.S.S. məqsədləri üçün fəaliyyət növünün kodu hansı olmalıdır? 0112 yoxsa 8105? Xahiş edirəm bu haqda məlumat verərdiniz.
25/10/2019 Прочитано: 111 Средняя стоимость: 0

Bildiririk ki, xüsusi statusa malik təşkilatlar istisna olmaqla, muzdla işləyənləri işə götürən sığortaedənlər o cümlədən icra hakimiyyətinin ərazilər üzrə nümayəndəlikləri məcburi dövlət sosial sığorta məqsədləri üçün "0112" kodundan istifadə etməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 08 iyul 2019-cu il tarixli Əmri ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formasının tərtib edilməsi Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əfəndiyeva Leyla Nemət qızı af***@gmail.com ID: 135
Müəssisə Mənfəət vergi ödəyicisidir. Balansında olan avtomaşını satmaq istəyir və əvəzində yenisini almaq istəyir. Lakin satılacaq avtomaşın tam amortizasiya olunmayıb. Məsələn: 1. Qalıq dəyəri 100 man avtomaşını 500 manata satdı; 2. Qalıq dəyəri 100 man avtomaşını 50 manata satdı Bu zaman gəlir və xərc necə müəyyənləşəcək (maddəni göstərməklə). Təşəkkür edirəm.
25/10/2019 Прочитано: 198 Средняя стоимость: 5

Bildiririk ki, İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Eyni zamanda aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə, azdırsa zərərə aid edilərək mənfəət vergisinin məqsədləri üçün nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 114.8-ci, 142-ci maddəsi.

5/5 (5 Средняя стоимость)
Оцените:
Elcin Əliyev Gulali el***@mail.ru ID: 127
Salam, sualım odur ki, müvəqqəti əmək qabiliyətindən nə qədər vergi çıxılır və məsəl üçün 300 manat bületen puldursa onun 100 manati təşkilatın üzərinə düşür 200 manatı isə dövlət sosial müdafiənin üzərinə. Bu hesabla 14 manat təşkilat gəlir vergisi ödəməlidir 28 manatda Dövlət sosial müdafiə fondu ele deyil? Bəs niyə axı Yardımlı rayon Dövlət sosial müdafiə fondu neçə illərdir ki bületen pulunda gəlir vergisi tutmur deyir ki təşkilat tutmalidir. buda gətirib vergidən yayinmaya çıxarır xahiş edirik birden izah ederdiz bulutenden gelir vergisi nece tutulur və təşkilat nə qədər vergi tutmalıdır, dsmf nə qədər. Təşəkkür edirəm.
25/10/2019 Прочитано: 193 Средняя стоимость: 5

Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənin öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək haqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rüstəmov Rüfət Əşrəf oğlu ru***@mail.ru ID: 125
Salam. Mənim Sabunçu rayonunda Albalılıq bağ massivində torpaq ərazim var. Bu ilin sentyabr ayının 10 da bu yere cıxarış almışam. Bilmək istərdim ki, mən bu əraziyə totpaq vergisini özəlləşdirəndən sonra ödəməyə başlamalıyam yoxsa bələdiyyə numayəndəsinin dediyinə görə 2000 ci ildən, yəni bu qurum yaranan gundən? Təşəkkür edirəm. Mümkündursə cavab sizin nazirliyin blanknnda olsun.
25/10/2019 Прочитано: 239 Средняя стоимость: 5

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.

Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.

Eyni zamanda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, "Sual-Cavab” rubrikasına daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 85.4-cü, 203-cü, 205-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
haqverdiyev tofiq əkbər kr***@yandex.ru ID: 146
Salam. Fəaliyyət növümlə bağlı kodu bilmək istərdim
25/10/2019 Прочитано: 113 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyət növü barədə məlumat kommersiya (vergi) sirri hesab edilir. “Sual-cavab” bölməsində isə kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar verilmir.
Fəaliyyət növünüz barədə məlumatın alınması üçün vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sahib Əhmədov Tofiq oğlu ah***@gmail.com ID: 120
Salam. Balansında yük maşını olmayan, yükdaşıma xidməti göstərən firma daşımaya cəlb etdiyi maşınlara yanacaq verə bilərmi? Əgər verə bilərsə hansı sənədlərə əsasən yanacaq hesablanmalıdır.
25/10/2019 Прочитано: 181 Средняя стоимость: 5

Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq müəssisə həmin şəxsləri yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

5/5 (2 Средняя стоимость)
Оцените:
Həsənli Həsən ha***@gmail.com ID: 179
Salam. Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri; Burada "Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan" deyəndə nə nəzəzdə tutulur?
25/10/2019 Прочитано: 135 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsində “qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan rezident müəssisə” dedikdə mühasibat uçotunun aparılması qaydalarını tənzimləyən qanunvericilik aktlarına və Vergi Məcəlləsinə və ona uyğun qəbul edilmiş digər normativ-hüquqi aktlara əsasən uçotun aparılması nəzərdə tutulur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Taryel Tağıyev Arif oğlu ta***@mail.ru ID: 133
Salam hörmətli vergi əməkdaşları. Sualım aşağıdakı kimidir. Mən fiziki şəxs olaraq mülkiyyətimdə olan DAF avtonəqliyyat vasitəsi ilə Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxslərlə müqavilə bağlayıb, onlara məxsus olan yükləri Gürcüstan Respublikasına nəql edirəm. Bilmək istəyirəm ki, mən hansı vergiləri ödəməliyəm. Bildiyim qədər əgər Yükdaşıma Azərbaycan Respublikası ərazisində fəaliyyətə keçirilsəydi nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətinə görə Fərqlənmə nişanı almalıydım. Bir daha qeyd etmək istəyirəm ki, mən şəxsi istifadəmdə olan avtonəqliyyat vasitəsilə Azərbaycan Respublikasından yükləri ancaq Gürcüstan Respublikasına daşıyıram. Öncədən sizə təşəkkürümü bildirirəm.
25/10/2019 Прочитано: 185 Средняя стоимость: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunanlara əsasən beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Yalnız ölkə daxilində yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bayramova Məftunə Zahid me***@gmail.com ID: 130
Salam. Mənim sualım belədir: Əgər şirkət turagent olaraq fəaliyyət göstərirsə, onun vergitutma obyekti nə sayılır? Və aviabilet satışından əldə etdiyi komissiya ƏDV-yə cəlb olunurmu? Banka aviabilet satışından daxil olan (əldə edilmiş komissiyadan basqa) vəsait həmin şirkətin satış dövriyyəsindən daxil olmuş vəsait hesab olunurmu? Qeyd edim ki, şirkət turagent olaraq müxtəlif aviakompaniyalardan və otellərdən bilet alır və aldıgı qiymətə öz müştərisinə təqdim edir. Onun gəliri yalnız həmin biletlərin satışından həmin biletləri satan şirkətlə turagent arasında baglanmış müqaviləyə əsasən razılaşdırılmış müəyyən faizli komissiyadan ibarətdir. Xahış edirəm sualımı cavablandırasınız.
25/10/2019 Прочитано: 279 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

4/5 (8 Средняя стоимость)
Оцените: