Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Verginin məbləği isə alqı-satqı zamanı yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manata Xırdalan şəhəri üzrə 1,5 əmsal, Abşeron rayonunun qəsəbə və kəndlərində isə 1,2 əmsal tətbiq olunmaqla alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində tutulmaqla 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

Общая цена: 5/53
Оцените:

Cavab 1. Bildiririk ki, mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını, o cümlədən təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi sayılır.

Cavab 2 və 4. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi.

Cavab 3. "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Sorğunuzda vasitəçilik xidməti göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 218.5.10-cu maddələri.

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Sorğunuzda qeyd edilən məhdudiyyətlər isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.4-cü maddəsi ilə tənzimlənir.

Sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də son dövrlərdə geniş islahatlar aparılır. Qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Müraciətlər” bölməsinə göndərə bilərsiniz.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.4-cü maddəsi və Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

Общая цена: 4/54
Оцените:

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın, o cümlədən elektron vergi hesab-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının 23 noyabr 2001-ci il tarixli № 219-IIQD saylı  Qanununa əsasən "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikası Qanununun  26-cı maddəsinin birinci hissəsindən "və ondan idxal vergisi tutulmur" sözləri çıxarılmışdır.

Eyni zamanda, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Vergi Məcəlləsindən başqa digər normativ hüquqi aktlarda, o cümlədən Vergi Məcəlləsinin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.

Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən isə, idxal olunan əmlak istisna olmaqla əmlakın müəssisənin nizamnamə kapitalına qoyulması ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Xarici investisiyaların qoyulması barədə təfərrüatlı məlumatın alınması üçün adı qeyd olunan (http://www.e-qanun.az/framework/7000) qanunla tanış olmağınızı, əlavə suallarla bağlı isə İqtisadiyyat Nazirliyinin (195-2) Çağrı Mərkəzinə və gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə (195-6) müraciət etməyinizi tövsiyə edirik.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Müraciətinizdə qeyd olunan şəxs Kürdəmir rayonu, Babək küçəsi ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edərək uçota alına bilər.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

Общая цена: 0/50
Оцените:

Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün  vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən digər vergi ödəyicilərinə xidmət etdiyiniz üçün Sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi gəlirlərinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlisiniz.

Mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200.000 manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu, 218.5.10-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı, həmin əməliyyat üçün  ödəmə 30 gündən sonra həyata keçirildikdə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.

5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmədikdə və ödəmə 30 gündən sonra həyata keçirildikdə malların göndərildiyi və ya təqdim edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab olunur.

Sorğunuzda qeyd olunan A müəssisəsi qeyd olunan əməliyyatı aprel ayının ƏDV bəyannaməsində qeyd etməlidir. B müəssisəsi isə, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərini gözləməklə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ əldə edir.

Əsas: Vergi Məcəlləsinin 166-cı, 175-ci maddələri.

Общая цена: 4/53
Оцените:

Cavab 1. Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən fiziki şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələri.

Общая цена: 5/52
Оцените:

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101.3-cü maddələri.

Общая цена: 0/50
Оцените:

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti vergi ödəyicilərinin və ya vətəndaşların vergilərlə bağlı müraciətlərini vergi mütəxəssislərinə ünvanlayaraq qısa müddətdə cavab alma proseslərini əhatə edir.

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün Vergilər Nazirliyinə rəsmi qaydada müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikasında vergi növlərindən biri olan, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən ƏDV konkret müəssisənin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.

Müraciətinizdə qeyd olunan halda xidməti təqdim edən şəxsin göstərdiyi xidmətlərə ƏDV tətbiq olunur və ƏDV dolayı vergi hesab olunduğu üçün alıcı tərəfindən ödənilir.

Əsas: Vergi Məcəlləsinin 153-cü maddəsi.

Общая цена: 0/50
Оцените:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Əmək Məcəlləsinin 32-ci fəsli.

Общая цена: 0/50
Оцените:

Salam. Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə konkret və ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 3/52
Оцените: