Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Tarverdiyev Rauf Cəfər ni***@mail.ru ID: 1639
Mən Tarverdiyev Rauf Cəfər 2015 il tarixində əmək müqaviləsi bu günə qədər qüvvədə qalıb. Halbuki mən oarda işləmirəm. Bu günə qədər oradan maaş almamışam. Müqavilə İmanov Natiq Musa VOEN 2600663192. Onun hansı ünvanda olması barədə məlumatım yoxdur, xahiş edirəm Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən bu müqaviləyə xitam verəsiniz.
23/04/2020 Прочитано: 38 Средняя стоимость: 4

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

4/5 (3 Средняя стоимость)
Оцените:
Arzu Əzizova ka***@mail.ru ID: 1637
Salam. Mən necə vöeni ləğv etdirə bilərəm onlayn vastəsi ilə. Karantinə görə 195 dən bildirdilər ki vergilər nazirliyinə gəlməyin. Bəs mən nə edim vöeni ləğv etdirmək istəyirəm. Xahiş edirəm məni istiqamətləndirin. Qabaqcadan təşəkkür edirəm.
23/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotundan çıxmaq üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) tərəfindən uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Natiq Əliyev Kamal oğlu en***@gmail.com ID: 1634
Mənim sizə 2-ci məktubumdur, ümidvaram cavabladıracaqsınız. 2014-cü ildə VÖEN açdırdım. ÜDSY almaq üçün. Uşağın 8 yaşı tamam oldu 2018-də. Yardımı dayandırdılar, dedilər ki, ana mütləq işləməlidir. Bu gün oxudum sizin qərarda göstərilir ki, əgər ödəniş yoxdursa, passiv VÖEN sayılır və vətəndaş pul almalıdır. Sizin qərarlar bölgələrdə Hacıqabulda qüvvəyə minmir. İndi mən kimə müracuət edim? ƏƏSMN-nin saytı və portalı bağlıdır, xahiş edirəm mənə cavab verin və 190 manat alım.
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Könül ba***@gmail.com ID: 1633
Salam. 2008-dən Veön var idi, amma qeyri aktiv. Bizə 190 manat birdəfəlik ödəmə təyin olunmadı. Necə ləöv etmək olar?
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əlixan Tu***@asco.az ID: 1632
Mən dovlətin işsizlərə ayırdığı maddı yardı ala bilməmişəm, sms vasitəsiilə bildirilib ki mən VÖEN sahibiyəm, halbuki mən VÖEN nin olmasından xəbərsiz olmuşam. Mənim VÖEN-im varsa belə mən ondan istifadə etmirəm neçe ildir. Xahiş edirəm mənə bu yolda köməklik göstərəsiniz.
23/04/2020 Прочитано: 41 Средняя стоимость: 0

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt    bölməsindəki  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergiödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rauf Məmmədov Dəmir tr***@mail.ru ID: 1631
VÖEN-i baglatmaq üçün.
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsgəndərova Abutel Babaxan qızı r.***@mail.ru ID: 1630
Salam. Fiziki şəxs VÖEN 3600479402 sahibi İsgəndərova Abutel Babaxan qızı kod və şifrəsini bilmir,unudub. Onu necə bilmək olar?
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənov Xəqani Xanverdi oğlu el***@gmail.com ID: 1629
Salam. Mən VÖEN bağlamaq istəyirəm. Ərizəni doldurarkən bəzi çətinliklər yaşayıram. Ərizədə vergi orqanının adı bölməsində nə yazmalıyam və sahibkarliq fəaliyyətimə xitam verdiyim vaxtı öyrənmək istəyirəm. Çünki əlimdə bunun haqqında heç bir sənəd yoxdur.
23/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, vergi uçotundan çıxmaq üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) tərəfindən uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Gulmaye Nesirova Ehtiram qızı. ay***@gmail.com ID: 1628
Mənim adıma olan VÖEN niyə onlayn bağlanır? Adıma açılmış VÖEN-ə xitam verilib, nəyə görə vöen aktivdir? Mən 195-ə müraciət etdim, lakin onlar həll etmədilər bunu niyə?
23/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiqbölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Agayeva Nigar Zaur na***@ada.edu.az ID: 1627
2019 oktyabr ayında, həmçinin 2020 fevral ayında 1305529502 nömrəli vöen-in ləğv olunması barədə müraciət etmişəm. VÖEN-in ləğv olunmasına baxmayaraq, Mesqulluq Az sistemində mənə aid olan ləğv olunmuş VÖEN-im aktiv olaraq görünür, xahiş edirəm mənim vöenimin hər bir sistemdən silinməsini təmin edəsiniz.
23/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, qeyd etdiyiniz  VÖEN 1305529502 ləğv edilmişdir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Lamiyə Məmmədova İlqar qızı La***@gmail.com ID: 1626
Salam mənim adım Lamiyədir. Xanmirzəyev Ceyhun Əhməd oğlunun adına VÖEN var. 9 -10 olar ki vöen-i bagladıb. 190 manata görə muraciət edib qeydiyyatdan keçib indi ona mesaj gəlib ki adınıza VÖEN olduğuna görə sizə 190 manat düşmür. Xanmirzeyev Ceyhun hal-hazırda elə bir yerdədir ki, sizlə əlaqə saxlaya bilmir, olduğu yerdə internet, ev telefonu yoxdur. Molbillə 142 kontur gedir amma düşə bilmir sizdən çox xahiş edirəm, mənə köməklik edəsiz, mən onlayin müraciət qaydasında internetdən VÖEN bağlayım. Ceyhunun adına nömrə yoxdur, VÖEN bağlamaq üçün asan imza adına nömrə tələb edir 195 zəng vurdum dedilər ki, bir pəncərə daxil ol ərizənin boş xanalarını doldur. Mən ərizə yazılan yeri tapa bilmirəm, necə edim bilmirəm, çox xahiş edirəm, mənə köməklik edəsiniz.
23/04/2020 Прочитано: 31 Средняя стоимость: 2

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

2/5 (1 Средняя стоимость)
Оцените:
Mirzəyeva Türkanə Cəfərqulu qızı mi***@gmail.com ID: 1625
Mən Vöenimin fəaliyetini müvəqqəti dayandırmışdım. İndi aktivləşib. Mən yenidən Vöenimin fəaliyətini müvəqqəti dayandırmaq istəyirəm, amma parolumu itirmişəm. Siz dayandıra bilərsiz?
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tele süleymanov Tagi oglu Ta***@mail.ru ID: 1624
Dövlətin verdiyi yardımdan nə işsiz kimi nə də ki, fiziki vergi ödəyicisi kimi yararlana bilmirəm. Sizden xahiş edirəm qeydə alıb mənə məlumat verəsiz. 2014 cü ildə dükan işlətməyə başladım, 5 aydan sonra gəlir olmadığı üçün ziyanla bağladım. Çox xahiş edirəm ərize kimi qəbul edib lazım olan şöbəyə catdırasız. Təşəkkürlər.
23/04/2020 Прочитано: 22 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasov Elman Şahin oğlu el***@gmail.ru ID: 1622
Salam. Mən 2019 cu ildə VÖEN-imi dondurmuşam. Mənə bir sahibkar olduğum üçün dövlət tərəfindən verilən 250 manat müavinət şamil edilirmi. Zəhmət olmasa mənə bir cavab verərdizdə.
23/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Teyyub Quluyev Hüseyn qu***@gmail.com ID: 1621
Salam. Əvvəllər vöen açılmışdı bacımln adına sora biz onu ləğv ettik zənn ettik. 190 azn almaq üçün müraciət edəndə vergi ödəyicisi olduğumuz əks olundu mesajda. İndi bzi vöen i bağlamaq , xitam vermək istəyirik. Biz bunu online suretde ede bilərikmi? Ede bileriksede bize ərizənin nümunəsi lazımdı. Çox xahiş kömək edin
23/04/2020 Прочитано: 19 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kerimli Fexreddin Nadir oglu ib***@mail.ru ID: 1620
1401010382 zəhmət olmasa, vöen nömrəsini bir dəfəlik bağlayardız. Sosial yardımdan xəbər verildi ki, vöen aktivləşib.
23/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hümbətov Dərya Etibar oğlu de***@gmail.com ID: 1619
Salam. Mən turagentlik açmaq istəyirəm və bunun üçün VÖEN açdırmaq lazımdır. Bu proses necə olur? Yəni hansı sənədlər lazımdır və ya rüsum nə qədərdir? Zəhmət olmasa ətraflı məlumat verərsiz. Diqqətiniz üçün təşəkkürlər.
23/04/2020 Прочитано: 129 Средняя стоимость: 0

Bildiririk ki, turagent fəaliyyətini fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. 

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Buna əsasən aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Asif Əsədov Məzahir as***@gmail.com ID: 1618
Salam Hörmətli Vergi Orqanı, Müəsisə tərəfindən hər hansı bəyannamə təqdim edilərkən olur ki, hansısa səbəbdən Vergi orqanı tərəfdən kameral yoxlama aparmaq mümkün olmur və bu səbəbdən vergi ödəyicisinə Elektron Kameral üçün uyğunsuzluq məktubu göndərilir. Kameral məktubunun sonunda aşağıda qeyd etdiyim mövzuda belə bir yazı yazılır: - 1. "Həmin dövr üçün dəqiqləşdirilmiş bəyannamə. Təqdim etdiyiniz vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur". Vergi məcəlləsinin 37.2-1 maddəsində Kameral yoxlama ilə bağlı aşağıdakı mövzuda aydınlıq verilir: - Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərilir. Sualım ondan ibarətdir ki, məcəllədə qeyd edilib ki vergi ödəyicisi 10 iş günü müddətində lazımı məlumatları təqdim edə bilər amma vergi orqanının göndərdiyi məktubda 5 iş günü qeyd olunur. Xahiş edirəm bununla bağlı ətraflı izah verəsiniz. Əvvəlcədən təşəkkürlər.
23/04/2020 Прочитано: 87 Средняя стоимость: 0

Bildiririk ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin və sığorta haqlarının hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə və ya sığortaedənə 5 iş günü müddətində Vergi Məcəlləsinin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın (bundan sonra - dəqiqləşdirilmiş vergi bəyannaməsi), və ya məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatların 10 iş günü müddətində təqdim edilməsi üçün bu “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 8 nömrəli əlavəsində göstərilən forma üzrə “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlarının təqdim edilməsi barədə Bildiriş” göndərir. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”

0/5 (0 Средняя стоимость)
Оцените:
Atakişizadə Nurlan Hüseyn oğlu nu***@gmail.com ID: 1617
Mən 2019-cu ildə restoranda işlədiyim üçün VÖEN açdırmışdım, onu isdən çıxdığım üçün müvəqqəti bağlatdırmışam. O necə olur ki, aktiv qalır sistemə yazıram vöen aktiv göstərilil. Zəhmət olmasa, bu barədə məlumat istərdim və əgər aktivdirsə necə bağlamaq mümkündür?
23/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rövşən İsmayılov İttifaq ro***@bk.ru ID: 1616
Salam. Mən VÖEN sənədlərimi itirdiyimə görə istifadəçi kodu şifrəni və parol bilmədiyim üçün online xidmətlərdən istifadə edə bilmirəm.zəhmət olmasa mənə məlumatlarımı göndərərdiniz.
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.