Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Günel Talıbova Saleh qızı ay***@ymail.com ID: 1665
Salam, mən 2017.də VÖEN açdırmışdım. 2 ay istifadə edib dondurmuşam. Hal-hazırda ancaq VÖEN vəsiqəm yanımdadır. İstifadəçi parolu və kodumu itirmişəm. VÖEN-i tamamilə necə sildirə bilərəm?
24/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abbasova Zülfiyyə İslam qızı zu***@mail.ru ID: 1664
Salam. Men VÖEN ilə olan vaxtlarda mühasib xidməti göstərirəm. Fərdi sahobkarlara dəstək proqramı sayəsində onlayn vasitəsilə müraciət etmişəm. Məlum durumla bağlı vergilər idarəsinə yaxınlaşa bilmirəm. Sualım bundan ibarətdirki, bu proqrama mənim VÖEN-min də daxil olmasını, mənə düşəcək vəsaiti və banka nə vaxt ödənilməsi barədə məlumat verəsiniz. Yani mən o formanı yazanda mənim 2019-cu il ücün pdədiuim vergi 150.00manat göründü. İndi bu məbləğə görə mənə dəstək düşür və necə manat? Əvvəlcədən minnətdaram
24/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədova Elnurə Fazil el***@gmail.com ID: 1663
Salam. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasında Əhalinin siyahıyaalınması keçirilmişdir. İşsiz şəxslərlə 1 aylıq sayıcı kimi mülki-hüquqi müqavilə bağlanıb. Siyahıyaalma bitib müqavilə qüvvədən düşüb və həmin müqvilə portalda görsənmir, sadəcə olaraaq 3% DSMF və Vergi ödəmələri olub. Həmin şəxslər işsizdirlər və hal-hazırda məşğulluqda işsiz kimi qeydiyyata düşə bilmirlər. Cavab gəlir ki, mülki-hüquqi müqavilə ilə işləyirsiz və sizə 190 manat birdəfəlik ödəmə düşmür. Xahiş edirəm cavablandırasız
24/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rovsan Ismayilov Meherrem ru***@gmail.com ID: 1662
Yük maşınımla rayonlardan meyvə tərəvəz qətirirəm. Küçə arası səyyar satışı üçün, necə verqiödəməliyəm? Və nə qədər? Hansı sənədlər lazımdır?
24/04/2020 Прочитано: 95 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə uyğun olaraq forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Mahmudov Kerim oglu ze***@gmail.com ID: 1660
Salam mən vöenimin parolunu unutmuşam xahiş edirəm kömək edəsiniz. VÖEN 1501561622
24/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bagirova Leyla Arif qizi na***@mail.ru ID: 1659
Mən vöen şifrəsini unutmuşam və bu gün vöenimi bağlaya bilmirəm, mənə kömək edin.
24/04/2020 Прочитано: 26 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Səfərov Səfər Rövşən Se***@gmail.com ID: 1658
Zəhmət olmasa, mənə kömək edərdiz vöen necə bağlanır, anlayışım yoxdur.
24/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həmidova Vüsalə Səlahətdin go***@gmail.com ID: 1657
Salam, İşsizlər üçün 190 manat birdəfəlik ödəmə nəzərdə tutulduqu üçün İşsiz kimi online müraciət etdim və qeydiyyata düşdüm.Bir müddət sonra sms cavabı gəldi. Həmidova Vüsalə Səlahətdin qızının vergi ödəyicisi olduqu söylənildi. Bildirmək istəyirəm ki, Mən Vergi ödəyəcisi deyiləm! İşşiz bir insan kimi İşsizlər üçün nəzərdə tutulan 190 manat vəsaitdən məhrum edildim. Qeyd etdiyim nömrə ilə əlaqə saxlayın mənə köməklik göstərməniz sizdən xahis olunur.
24/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki,vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləribarədə məlumatın verilməsi” altbölməsinə hüquqi şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nəsibli Azər Əlixan el***@mail.ru ID: 1655
Salam. Mənim adıma olan VÖEN № 1600727482 2008 baglamışam , amma vergi ödəyicisi kimi sistemdə göstərilir. Mənim VÖEN mi passivləşdirmək istəyirəm. Mənə kömək edə bilərsiniz ?
24/04/2020 Прочитано: 37 Средняя стоимость: 3

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiqbölməsindən əldə edə bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
İsmayılov Qafar Qulamhüseyn oğlu is***@bk.ru ID: 1654
Hər vaxtınız xeyir olsun. Mən 16.04.2020-ci il tarixdə mikro sahibkara yardım üçün müraciət etmişəm. Müraciətin qeydə alınması barədə bildiriş gəlib. Göndərilmiş elektron müraciət Vergilər Nazirliyinin AVİS Kargüzarlıq altsistemində 2039010545168300 nömrəsi ilə qeydiyyata alınmışdır. Vöen 1503873492. Məndən sonra müraciət edənlərə artıq vəsait köçürülüb. Daima onlayn yoxlayıram, mənə isə heç bir məlumat göndərilməyib. Xahiş edirəm məlumat verərdiz mənim müraciətim barədə.
24/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Maliyyə dəstəyi almış sahibkararın siyahısı saytımızda yerləşdirilmişdir. Siyahıda ad və ya VÖEN-ə görə yoxlayın. Adınız siyahlda olmadığı halda qeydiyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Tural Babayev Əlizaman tu***@gmail.com ID: 1653
Salam. Sahibkarlara dəstək mexanizmində ödənilən vəsait necə hesablanır? 2019 dövlət büdcəsinə ödənilən verginin necə faizi? Ödəniş bir dəfə köçürülür?
24/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro)  sahibkarala ödənilən maliyyə dəstəyi 2019-cu ildə ödənilən vəsait 1000 manatadək olduqda tamamilə, 1000 manatdan çox olduqda isə müvafiq əmsallar tətbiq edilməklə hesablanır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi müəyyən edilir.  Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyi bir dəfə ödənilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elvin Xankişiyev el***@mail.ru ID: 1651
Salam məndə asan nömrə var onu qeydiyyata salmaq istəyirəm, əvvəlki nömrəm qeydiyyatda olub, amma nömrənin dublikati çıxdığı üçün qeydiyyatdan keçmir. Xahiş edirəm onu qeydiyyata almaq üçün köməklik edəsiz, yəni kod verəsiz. Mən ərzaq mağazası işlədirəm VÖEN 1800665852.
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Yasəf Lətif Oğlu se***@gmail.com ID: 1650
Salam. Mən Əliyev Yasəf Lətif oğlu 13.01.2009 tarixində 8 saylı ərazi vergilər idarəsində özümə VÖEN (QEYDİYYAT № 5500329842) açdırmışam. Pin kodumu itirmişəm və bu işdə yani pin kodumun oyrənilməsində mənə köməklik göstərməyinizi sizdən xaiş edirəm.
23/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Allahquliyeva Məhbubə re***@gmail.com ID: 1648
Vergi ödəyicisi olmadığım halda 190 manatliq sosial müavinət üçün göndərdiyim sms-ə cavab olaraq vergi ödəyicisi olduğum göstərilir.
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Allahquliyeva Məhbubə Mirzəkərim qızı (VÖEN 4500006482)3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Faiq dosdiyev xıdır oğlu do***@gmail.com ID: 1647
Salam sizdən xaiş edirəm mümkünsə mənim vöenimi dondurasınız, zəhmət olmasa. Çox sağolun.
23/04/2020 Прочитано: 35 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: VergiMəcəlləsinin 16.2-ci və 16.3-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
MUSA MUSAYEV ISMAYIL al***@gmail.com ID: 1644
Salam, bildirmək istəyirəm ki, mən heç bir yerdə işləmirəm. Amma mənə birdəfəlik ödəmə ilə bağlı mesaj gəlib ki siz vergi ödəyicisi olduğunuz üçün sizə düşmür. Axı mən heç bir yerdə işləməyə necə vergi ödəyə bilirəm, məlumat verə bilərsiniz?
23/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İslamov Qabil Bəxtiyar oğlu Qa***@mail.ru ID: 1643
Salam. Mən bankdan kredit almaq üçün VÖEN almışam. Lakin hec bir fəaliyyətim olmayıb və heç vaxt bəyannamə verməmişəm. Lakin mənə Vergilər Nazirliyindən məktub gəlib. Hal-hazırda da hec bir fealiyyətim yoxdur. Mən uçotdan çıxmaq üçün nə etməliyəm?
23/04/2020 Прочитано: 49 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılov Ümid Suliddin oğlu um***@hotmail.com ID: 1642
Salam. Mən 25.10.1981-ci il təvəllüdlü İsmayılov Ümid Suliddin oğlu. Mən bilmək isdəyirəm passiv VÖEN sahibi kimi mənə dövlətin sahibkara dəstək müavinatı şamil edilirmi? Öncədən təşəkkür edirəm.
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmiş və 1 mart tarixindən əvvəl fəaliyyətini dayandırmamış fərdi (mikro) sahibkarlara şamil edilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ruslan Salmanov id***@mail.ru ID: 1641
Salam. Ağac üzərində oymaçı usta üçün aylıq vergi ödənişləri neçə manatdır?
23/04/2020 Прочитано: 78 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin bu fəaliyyəti ilə əlaqədar əldə etdikləri  gəlirləri gəlir vergisindən azad edildiyindən qeyd etdiyiniz fəaliyyət növü ilə əlaqədar əldə etdiyiniz gəlirlər gəlir vergisinə cəlb edilməyəcəkdir. 

Həmçinin bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən, vergidən azad olan gəlir əldə edən şəxslər də vergi uçotuna durmalı, müvafiq fəaliyyətin həyata keçirilməsini təsdiq edən sənədlər əsasında vegidən azad olan gəlirlərini bəyan etməlidirlər.

Məlumat üçün bildiririk ki, Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü,33-cü, 58.15-ci və 102.1.12-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Cavid Tağıyev Malik co***@hotmail.com ID: 1640
Salam xahiş edirəm vöen vəsiqəsini itirmişəm. 1502708242. bankda hesab açmaq istəyirəm, məndənn vöen tələb edirlər. Xahiş edirəm, mənə yardım edərdiz, vöen bərpa edib bankda hesab açım
23/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir.  Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените: