Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
sanam mehdiyeva sa***@mail.ru ID: 1743
Salam.Bilmək istəyirəm ki hüquqi şəxs olaraq ƏDV geri qaytarilması şirkətlərə şamil olunur ya yox və yaxud kimlərə aiddir? Hüquqi şəxsə şamil edilməsi üçün nə etmək lazımdır?
27/04/2020 Прочитано: 35 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması nəzərdə tutulmuşdur. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Hüquqi şəxslər tərəfindən alınmış iş və xidmətlərə görə ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş  "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".  

5/5 (1 Средняя стоимость)
Оцените:
Kifayet Hacıyeva de***@gmail.com ID: 1741
VÖEN kartı itirdiyim üçün dublikat almaqda mənə kömək edin.
27/04/2020 Прочитано: 32 Средняя стоимость: 5

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi vergi ödəyicisinin sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 15 gün müddətində uçotda olduğu vergi orqanı tərəfindən verilir.

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

5/5 (2 Средняя стоимость)
Оцените:
Tofiq Qədimov Baxış qt***@mail.ru ID: 1739
1. Yeni yaradılmış MMC-nin heç bir fəaliyyəti olmayıb. Mart 2020-ci ildə qeydə alınıb. Bilmək istəyirik ki, MMC-ni QSC etmək üçün hansı hərəkətlərdən keçməliyik və neçə müddət vaxt tələb olunur. 2. QSC yaratmaq prasedur qaydaları bilmək istəyirik. QSC yaratmaq üçün nə etməliyik və yeni qeydiyyat nə qədər vaxt tələb edir?
27/04/2020 Прочитано: 119 Средняя стоимость: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Vergilər Nazirliyinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi, Cinayət Məcəlləsinin 99-4.7-ci maddəsi, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında Qanununun 9-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” Nazirlər Kabinetinin 23.12.2000-ci il tarixli 224 nömrəli qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Nizami ra***@mail.ru ID: 1026
Vergi ödəyicisi kimi uçotda olan fiziki və ya hüquqi şəxs , daşınan və daşınmaz əmlaknı vergi ödəyicisi kimi uçotda olan fiziki və ya hüquqi şəxsə icarəyə verəndə hansı vergi öhdəliyi yaranır və ödəmə mənbəyində vergi bəyannaməsini kim tərəfindən təqdim edilir? Əvvəlcədən təşəkkür edirəm.
27/04/2020 Прочитано: 129 Средняя стоимость: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Rəşad Əliyev Nizami ra***@mail.ru ID: 1025
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisələri üzrə (yəni MMC-lər) hüquqi şəxsləri. Bu kateqoriyadan olan vergi ödəyiciləri mənfəət vergisi ödəyicisi olmalıdır yoxsa gəlir vergisi ödəyicisi? Əvvəlcədən təşəkkür edirəm.
27/04/2020 Прочитано: 105 Средняя стоимость: 5

Bildiririk ki, gəlir vergisinin ödəyiciləri rezident və qeyri-rezident fiziki şəxslər, mənfəət vergisinin ödəyiciləri isə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatlarıdır.

Sorğunuzda qeyd olunan hüquqi şəxs Vergi Məcəlləsinin 218-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinin və ya sadələşdirilmiş verginin ödəyicisi ola bilər.

Əsas: Vergi Məcəlləsinin 95-ci, 103-cü və 218-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Fəttayev Ramin Əlisaf oğlu mu***@mail.ru ID: 1735
Mən vöeni ləğv etmək istəyirəm, vahid bəyənnaməni haradan çıxara bilərəm kağız daşıyıcısını və doldurulma qaydaları ilə necə tanış ola bilərəm?
27/04/2020 Прочитано: 48 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Qədirli Seyfulla ga***@gmail.com ID: 1734
Atam - Qədirov Seyfulla Nəzər oğlu 2018-ci il tarixdə vəfat etmişdir. Onun adına olan VÖEN-i ləğv etdirmək istəyirəm. Bunu necə edə bilərəm?
27/04/2020 Прочитано: 67 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

  • Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;
  • Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
  • Fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təqdim edilməlidir. Fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Əsas: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Nofəl Sadıqlı Faiq oğlu sa***@gmail.com ID: 904
Salam. Xahiş edirəm bu sualımı cavablandırasınız: Şirkət il ərzində hər ay qeyri-rezidentə ödəniş edir və bu ödənişdən məsələn deyək ki, təxmini 5000 manat qeyri-rezidentin ƏDV-si öhdəliyi yaranır. Əgər şirkət belə bir öhdəliyinin yaranacağını əvvəlcədən bilərək yanvar ayında qeyri-rezidentin ƏDV-si üçün məsələn 80000 min manat avans ödəyərsə və il ərzində aylar üzrə yaranan qeyri-rezidentin ƏDV-sini həmin avansdan əvəzləşdirə bilərmi?
27/04/2020 Прочитано: 205 Средняя стоимость: 3

Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

ƏDV-nin əvəzləşdirilməsi qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə görə hesablanmış ƏDV-nin dövlət büdcəsinə ödənişinin həyata keçirildiyi ayın ƏDV bəyannaməsində əks etdirilməlidir.

Göründüyü kimi, qeyri-rezidentə ödənilən məbləğə görə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi hesab olunur və qabaqcadan ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

3/5 (4 Средняя стоимость)
Оцените:
Məhərrəmova Sevda Tofiq qızı qu***@gmail.com ID: 1732
Men beş aydır açılan iş yerində iki aydır ki, muzdlu işçi kimi işləyirəm müqavilə ilə. İndi bilmək istəyirəm ki, mən muzdlu işçi kimi pandemiyaya görə edilən yardım mənə də veriləcəkmi? Əgər verilsə mən onu necə bilim ki, sahibkar həmin yardımı alıb?
27/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Emil Tahir ah***@mail.ru ID: 1000
Salam işçinin maaşı 3000 azn dir və 400 azn güzəşti var. Zəhmət olmasa, ondan gəlir vergisinin heablanması necə olmalıdır zəhmət olmasa bildirin.
27/04/2020 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, qeyd etdiyiniz şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur. 

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. Bu halda, müraciətinizdə qeyd olunan şəxsin gəlirindən 350 + 25 manat gəlir vergisi hesablanır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (4 Средняя стоимость)
Оцените:
İsmayılov Sərvər Se***@list.ru ID: 1063
Salam nəzərinizə çatdırırıq ki, Asan imza sertifikatı 25.04.2019 cu il tarixdə almışam. Yalnız bu günə kimi istifadə etmədiyim üçün nömrə ləğv olunu. Yeni dublikat nömrə aldıqdan sonra yeni sertifikatın verilməsi hansı halda baş tuta bilər. Təşəkkür edirəm.
27/04/2020 Прочитано: 94 Средняя стоимость: 5

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

5/5 (3 Средняя стоимость)
Оцените:
Yunis Yunisov Vüqar yu***@gmail.com ID: 1731
ƏDV Qeydiyyatında olan vergi ödəyicisi A MMC (Şərti olaraq) 27.12.2019 tarixində Elektron qaimə faktura əsasında B MMC (Şərti olaraq) şirkətinə 8200 (əsas) + 1476 (ədv)=9676 (ümumi) manatlıq mal satışı edir. Satılmış malın elektron vergi hesab fakturası (EVHF) qarşı tərəfə 03.03.2020-ci il tarixində təqdim edilir. Satılmış məhsulun ödənişləri A MMC nin bank hesabına və ƏDV depozit hesabına 29.12.2019 tarixində 7381.23 (əsas) +1319.62 (ƏDV) və 08.01.2020 tarixində isə 818.77(əsas) +156.38 (ƏDV) şəklində daxil olur. Sualım aşağıdakı kimidir. 1. Bu əməliyyatı tam şəkildə 01.01.2020-ci il tarixinə olan əməliyyat kimi tanımlayıb 2019 cu ildə mövcud olan Vergi Məcəlləsinin 166-cı maddəsini əsas götürüb Dekabr 2019 və Yanvar 2020 ci ilin vergi tutuln dövriyyələrini müəyyən etməliyəmmi? 2. Bu əməliyyat üzrə vergi tutulan dövriyyəni hansı ayın yaxud ayların ƏDV bəyannaməsində hansı məbləğdə qeyd etməliyəm? Diqqətiniz üçün öncədən təşəkkürlər!
27/04/2020 Прочитано: 60 Средняя стоимость: 3

Bildiririk ki, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 01.01.2020- ci ilədək mövcud olan qaydada həyata keçirilir.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur. 

 Əsas: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu, 2.1-ci maddə.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elxan Behbudov el***@gmail.com ID: 1021
Bakı ş. Xəzər rayonu, Şuvəlan qəsəbəsində 148 m2 fərdi yaşayış evi olan xususi mülkiyətim vardır. Evim 0.039710 hektar ( təxminən 4 sot civarında) dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir. İllik olaraq nə qədər və hansı vergi və ya rüsum ödəməliyəm? Xahiş edirəm bunu məbləğ olaraq bildirin.
27/04/2020 Прочитано: 124 Средняя стоимость: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan evin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir. Xəzər rayonu Şüvəlan qəsəbəsi 10-cu zonaya aid edildiyinə görə bu zona üçün müəyyən olunan əmsal 0,8-ə bərabərdir. (148-30) x 0.4 x 0.8 =37.76 manat.

Evinizin yerləşdiyi torpaq sahəsinə görə torpaq vergisinin hesablanması üçün torpaq sahəsinin hər 100 m2 görə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 0,6 manat tətbiq olunmalıdır.  4 x 0.6=2.4 manat.

Hesablanmış vergilərin ödənilməsi barədə tədiyə bildirişləri vergi ödəyicilərinə avqust ayının 1-dən gec olmayaraq çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri (o cümlədən ödəniş alətləri və ödəniş vasitələri, ödəniş terminalları ilə) ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması isə qadağandır.

Qeyd edən vergilərin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Sevda Yusifova y_***@yahoo.com ID: 1018
Hüquqi şəxs "A"MMC digər "B"MMC hüquqi şəxsin təsisçisidir. 1) "A"MMC bölüşdürülməmiş mənfəətin "B" MMC-nin nizamnamə kapitalına qoyur. Bu əməliyyat nəticəsində "A"MMC üçün hansı vergi öhdəliyi yaranır 2) "A"MMC "B" MMC-yə borc verir. Bu əməliyyat nəticəsində "A" və "B" MMC-ri üçün hansı vergi öhdəliyi yaranır
27/04/2020 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur.

Cavab 1. Bildiririk ki, nizamnamə kapitalına pul qoyuluşu hər iki tərəfdə (təsisçi və təsis olunan hüquqi şəxsdə) vergi öhdəliyi yaratmır.

Cavab 2. Eyni zamanda, qaytarılmaq şərti ilə təsisçi tərəfdindən təsis olunan hüquqi şəxsə faizsiz borcun verilməsi zamanı tərəflərin qarşılıqlı şəxslər olduğu nəzərə alınaraq vergi öhdəliyin yaranmasına əsas verir. Belə ki, borc məbləği qaytarılarkən hüquqi şəxsə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və hesablanmış faiz məbləğindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq məlumat üçün bildiririk ki, təsisçi ilə hesablaşmalar aparılarkən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları da nəzərdən qaçırılmamalıdır.

Əsas: Mülki Məcəlləsinin 52-ci maddəsi,  Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cü və 123-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanu

5/5 (1 Средняя стоимость)
Оцените:
İsgəndərov Eynal Eyvaz oğlu sa***@euroline.az ID: 1020
Salam. Bizim şirkət ABŞ-da yerləşən bir firma üçün tərcümə xidməti göstərib. Belə halda elektron qaimə necə yazılmalıdır?
27/04/2020 Прочитано: 110 Средняя стоимость: 5


Bildiririk ki, vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifəsidir. Azərbaycan Respublikasında vergi uçotuna alınmayan qeyri-rezident şəxslərə elektron qaimə-fakturanın verilməsi tələb olunmur.

5/5 (3 Средняя стоимость)
Оцените:
Samir Nəsirov Mehman oglu mn***@bk.ru ID: 1730
2014 ci ildə götürdüyüm VÖEN-i indiyə qədər hec bir vaxt istifadə emədiyim ücün ləgv etdirmək istəyirəm. VÖEN № 5500743332 Nəsirov Samir Mehman oglu. VÖEN-in ləgv olunmasında mənə köməklik etməyinizi artıq dərəcədə xahiş edirəm
26/04/2020 Прочитано: 42 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

4/5 (2 Средняя стоимость)
Оцените:
Soltanov Ramin Aqif So***@gmail.com ID: 1728
Salam olsun hər kəsə qeydiyyatdan keçmişəm 190 manatla bağlı, hələ də məlumat yoxdur. İşləmirəm, yoldasım da işləmir. Xahiş edirəm köməklik edərdiniz.
26/04/2020 Прочитано: 29 Средняя стоимость: 1
1/5 (1 Средняя стоимость)
Оцените:
Ələddin Behbudov Nurəddin gb***@gmail.com ID: 1726
Salam. Adıma açıq vöenim var lakin vergi ödəmirəm. Buna baxmayaraq mənə 190 manatla əlaqədar rədd cavabı gəldi. Rədd mesajında aktiv vergi ödəyicisi olduğum əks olunub. İndi mən nə etməliyəm? Aktiv vergi ödəyicisiyəmsə mənə sahibkar kimi yardım düşürmü. Düşürsə bu barədə haraya müraciət etməliyəm?
26/04/2020 Прочитано: 38 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Ramil Zirəddin ra***@gmail.com ID: 1725
Mən vöen kodu parolu unutmuşam, necə öyrənmək olar?
26/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bəxtiyar ef***@gmail.com ID: 1724
Salam mənim passiv VÖEN-im hal-hazırda aktivdir, onun ləğv edilməsini xahiş edirəm.
26/04/2020 Прочитано: 32 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: