Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Allahverdiyev Məhərrəm Əli oğlu ma***@mail.ru ID: 1762
Hüquqi şəxs kimi daşınan əmlakımı (əsas vəsait,digər daşınan əmlak) müəyyən müddətə icarəyə verirəm. Bu zaman malın təhvil-təslim aktından əlavə e-qaimə faktura verməliyəmmi? Əgər verməli olsam hansı formada e-qaimə faktura verməliyəm? İcarə müddəti bitdikdən sonra icarəyə götürən malı hansı formada qaytarmalıdır. Mühasibat, vergi uçotu necə aparılmalıdır?
28/04/2020 Прочитано: 91 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Qanunvericiliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. 

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci və 130-cu maddələri, 

0/5 (0 Средняя стоимость)
Оцените:
Rahil Abasov Rasim oğlu ab***@mail.ru ID: 1761
Salam. Bir sual verəcəm. Biz Ələt qəsəbəsində yaşayırıq. Oriflame məhdud məsuliyyətli cəmiyyətində onlayn işçi kimi işləyirik. Aylıq gəlirimizin 2% gəlir vergisini ödəyirik. Amma ki, öyrənmək istəyirəm ki, sosial müdafiə fonduna nə qədər pul ödəməliyik?
28/04/2020 Прочитано: 70 Средняя стоимость: 5

Müraciətinizdə qeyd olunanlara əsasən, fərdi sahibkar kimi sadələşdirilmiş verginin ödəyicisi olduğunuzu nəzərə alaraq, bildiririk ki, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 50 faizi məbləğində hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Eyni zamanda ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin məcburi dövlət sosial sığorta yükünün azaldılması və bu sahədə inzibatçılığın yüngülləşdirilməsi ilə bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin  220.1-ci maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Niftaliyev Araz Tofiq ar***@gmail.com ID: 1758
Vöenin ləğv edilməsini istəyirəm, sistemdə bunu edə bilmirəm. Xahiş edirəm, köməklik edəsiniz.
28/04/2020 Прочитано: 29 Средняя стоимость: 1

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

1/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynov Emin Rafiq hu***@hotmail.com ID: 844
Vergi ödəyicisinin sahibkarlıq faəliyyətini və digər vergi tutulan əməliyyatları müvəqqəti dayandırması haqqında arayış verməsi ilə bağlı aşagədakı məsələlərə aydınlıq gətirmənizi xahiş edirəm: Sahibkarlıq fəaliyyəti və vergi tutulan əməliyyatlar dedikdə yalnız vergi ödəyicisinin mal və xidmətlərin təqdim edilməsi ilə bağlı fəaliyyəti və bunun nəticəsində yarana biləcək gəlir və ya mənfəət vergisi nəzərdə tutulur? Yoxsa arayış təqdim edildikdən sonra vergi ödəyicisinin məsələn, muzdlu işçilərə əmək haqqı və ya hər hansı 3-cü tərəfə xidmət haqqın ödəməsi də fəliyyətin davam etdirilməsi hesab edilir? Fəaliyyətini dayandırıldığı dövrdə vergi ödəyicisi arxiv sənədlərinin və ya əmlakının saxlanılması üçün 3-cü tərəfə ödədidyi aylıq icarə haqqı və bununla bağlı hesablaşma hesabında və ƏDV sub hesabında olan hərəkətlilik vergi ödəyicisinin faktiki fəaliyyət gösətərməsi sayılırmı və müvafiq vergi (məs. ƏDV) hesabatlarını vermək öhdəliyi yaradırmı? Faəliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması haqqında arayışın 4.4 bəndində fəliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı verilib verilməyəcəyinin qeyd olunması tələb edilir. Əgər bu dövrdə muzdlu işçilərə əmək haqqı verilərsə bu hal müvafiq vergi və digər hesabatların (Sosial sığorta və s.) verilməsini də tələb edirmi və avtomatik olaraq bank hesabındakı hərəkətlilik fəaliyyətin dayanmadığını müəyyən edirmi? Vergi ödəyicisinin sahibkarlıq faəliyyətini və digər vergi tutulan əməliyyatları müvəqqəti dayandıra biləcəyi maksimal müddət nə qədərdir və bu, hansı normativ akt(lar)la tənzimlənir?
28/04/2020 Прочитано: 118 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırması dedikdə vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) təqdim edilməsi və alınması, habelə digər vergitutulan əməliyyatlarını müvəqqəti dayandırması nəzərdə tutulur.

Bununla belə, vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdığı dövrdə əmlak və torpaq vergiləri üzrə vergi hesabatlarının verilməsi istisna olmaqla, vergi ödəyicisinin digər vergi hesabatlarının, o cümlədən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsi, ödəmə mənbəyində tutulan verginin bəyannaməsi və sosial sığorta və işsizlikdən sığorta hesabatlarının verilməsi üzrə öhdəliyi yarandığı halda vergi ödəyicisinin həmin hesabatların verilməsi üzrə öhdəliyi yarandığı gündən onun fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi orqanına təqdim etdiyi arayış öz qüvvəsini itirir və onun fəaliyyəti bərpa olunmuş hesab edilir. 

Eyni zamanda Vergi Məcəlləsində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırılması dövrünə müddət məhdudiyyəti nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Arif Babayev Seyfəli il***@mail.ru ID: 1756
Salam. Adıma olan VÖEN-i bağlatdırmaq istəyirəm, amma edə bilmirəm. Xahiş edirəm, bu prosesi etməkdə mənə köməklik edəsiniz.
28/04/2020 Прочитано: 30 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Oqtay Əmrahov Bextiyar oqlu ms***@mail.ru ID: 1755
Salam, mən 2 ay bundan əvvəl Stanley Beverages -Baku müəssisəsindən işdən çıxmışam. Dünyada baş vermiş Covid-19-la əlaqədar rayondan Bakıya gələ bilmirəm ki, öyrənim əmək müqaviləm bağlanıb, yoxsa açıq galıb. Xahiş edirəm, bu haqda kömək edərdiz. Bir də zəhmət deyilsə mənim adımda vöen olub 6 il bundan əvvəl bilmirəm aktiv qalıb, yoxsa bağlanıb.
28/04/2020 Прочитано: 36 Средняя стоимость: 0

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Əmrahov Oqtay Bəxtiyar oğlu (VÖEN 7701388392) Vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emin Abasov Ayaz em***@att.gov.az ID: 1056
Əgər A müəssisəsi malı təqdim etmədiyi halda B müəssisəsinə e-qaimə vurarsa və B müəssisəsinin bu qaimədən xəbəri olmayaraq 5 gün keçdiyi üçün sistem tərəfindən avtomatik qəbul olunduğu üçün öhdəlik və ya məsuliyyət hansı müəssisədə qalacaqdır? Əlavə olaraq A müəsisəsi E-qaiməni ləğv etmədiyi halda B müəsisəsi bunun üçün nə etməlidir?
28/04/2020 Прочитано: 173 Средняя стоимость: 5

Bildiririk ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır. 

Hər hansı mal, iş və ya xidmət olmadan tərtib olunan elektron qaimə-faktura əsassız hesab olunur. Müraciətinizdə qeyd olunan halda, B müəssisəsi məsələnin araşdırılması üçün qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

5/5 (3 Средняя стоимость)
Оцените:
elsan me***@mail.ru ID: 815
salam. A MMC(ƏDV ödəyicisi deyil) və X MMC(ƏDV ödəyicisidir) turizm sahəsində fəaliyyət göstərən vergi ödəyicisidir. X MMC T MMC(ədv ödəyicisidir) ilə bağlanmış agent müqaviləsinə əsasən 10% komisyon haqqı qarşılığında aviabiletləri A MMC-yə 1000 AZN-ə satmışdır. A MMC də öz növbəsində həmin Aviabiletləri sərbəst ticarət əlavəsi ilə 120 AZN-ə müştərilərə satmışdır. bu halda 1- T mmc X mmc-yə hansi növ e-qaimeni hansı dəyərdə təqdim edəcək? 2- X mmc T mmc-yə və A mmc-yə hansi növ e-qaimeni hansı dəyərdə təqdim edəcək? 3- A mmc X mmc-yə e-qaimə təqdim edəcəkmi?
28/04/2020 Прочитано: 200 Средняя стоимость: 3

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı bu maddədə göstərilən müddətlərdə təqdim etməlidir. Eyni zamanda həmin maddədə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq müvafiq növdə elektron qaimə-faktura verilməsi nəzərdə tutulmuşdur.

Belə ki, tərəflər arasında bağlanılmış agent müqaviləsinə əsasən mallar komitent tərəfindən agentə təqdim olunduğu zaman təqdim olunan malların dəyərində “Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə”, eyni zamanda agent tərəfindən göstərilən agent xidmətinə görə komitentə alınan komissiyon haqqı məbləğində “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə”, agent tərəfindən malların vergi ödəyicisi olan alıcılarına (müştərilərə) təqdim olunması zamanı “Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən” elektron qaimə-faktura təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

3/5 (4 Средняя стоимость)
Оцените:
Məmişov Hökmüdar Qələndər oğlu ho***@mail.ru ID: 825
Sığorta fəaliyyəti həyata keçirən sığortaçı öz maliyyə uçotunu hesablama metodu ilə aparır. AR Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən isə sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır. Bundan əlavə Vergi Məcəlləsinin 135.2-ci maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı- Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Bununla yanaşı Vergi Məcəlləsinin 136-cı maddəsinə əsasən Hesablama metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı-136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Buradan belə nəticə çıxır ki, Sığortaçı bağladığı sığorta müqaviləsini təkrarsığortaya ötürmüşdürsə və həmin müqavilənin pulu Sığortaçıya ödənilməmişdirsə, onda şirkət vergi məqsədləri üçün həmin müqaviləni gəlir və xərc kimi tanımamalıdır. Xahiş edirəm münasibət bildirəsiniz
28/04/2020 Прочитано: 132 Средняя стоимость: 3

Bildiririk ki, sığortaçılar tərəfindən göstərilən sığorta xidmətləri üzrə əldə edilən haqlar onların gəlirlərinə, bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər, o cümlədən sığorta haqları ilə bağlı yaradılan ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.

Vergi Məcəlləsinin 112-ci maddəsinə əsasən Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.

Sığorta ehtiyatlarının yaradılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06.12.2011-ci il tarixli  Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları”na uyğun olaraq tənzimlənir.     

3/5 (2 Средняя стоимость)
Оцените:
Aysel Əliyeva ay***@mail.ru ID: 1754
Salam, mənim həyat yoldaşım 7-8 il bundan qabaq vöen açdırıb, sonradan istifadə etmədiyi üçün passiv olub bağlatdırıb onu. e-sosialdan mənə mesaj gəldi ki, sizə yardım düşmür 190 manat. Axı vöen passivdir, heç bir gəlirimiz yoxdur, bu nə dərəcədə doğrudur ki, vöen varsa baxılmır ki, işləkdir ya işlək deyil?
27/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aydan Səmədova ay***@gmail.com ID: 1751
Salam, mən market daxilində uşaq klubunda çalışıram (əmək müqaviləmdə təlimatçı qeyd olunub). Biz martın 5-dən pandemiya səbəbilə işləmirik və əmək haqqı satıcı/kassir işlədiyimiz halda veriləcəyi deyilir. Xahiş edirəm, bu məsələ barədə məlumat verəsiniz. Təşəkkür edirəm.
27/04/2020 Прочитано: 44 Средняя стоимость: 4

Bildiririk ki, ərzaq satışı fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyət sahəsi  pandemiyadan zərər çəkmiş fəaliyyət növlərinə aid edilmir. Həmin şəxslərin eyni zamanda bir neçə fəaliyyət növü olduqda və həmin fəaliyyət sahələrinin arasında pandemiyadan zərər çəkmiş fəaliyyət növü olduqda, vergi orqanına həmin işçiləri üçün muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində maliyyə dəstəyinin ayrılması haqda müraciət edə bilərlər.

 

4/5 (1 Средняя стоимость)
Оцените:
Hüseynli Elşən Hüseyn oğlu il***@gmail.com ID: 1750
Sizdən xahiş edirəm ki, Mənə məxsus 0600008712 nömrəli VOEN-in bağlanma müddəti 31.03.2020 tarixində bitdiyinə və yaranan karantin vəziyyətinə görə bu VOEN-min bağlanmasinin müddətini uzadasiniz.
27/04/2020 Прочитано: 31 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Afət Hüseynova Nadirşah qızı ma***@mail.ru ID: 1749
Mənim VÖEN-im var, amma qazancım olmadığına görə 2019-cu ildə vergi ödəməmişəm, buna görə fərdi sahibkarlara kəsilən müavinəti ala bilmirəm. VÖEN-im olduğu üçün 190 manatı da ala bilmirəm. Qazancım yoxdur. Mən hansı yolla kömək ala bilərəm?
27/04/2020 Прочитано: 23 Средняя стоимость: 5

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Könül Əliyeva Edison ke***@gmail.com ID: 1748
Salam. Mən karantin dövründə vətəndaşa ediləcək yardımla bağlı müraciət edirəm. Mənim işəgötürənlə 9 illik əmək müqaviləm var. Ancaq mənə dövlət dəstəyi olunmadı. Halbuki sahibkar vergi idarəsinə müraciətdə işçi sayını qeyd edib. Necə olur ki, sahibkara yardım verilir, amma işçiyə yox. Zəhmət olmasa bunu açıqlayın.
27/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aysel Zeynalova az***@gmail.com ID: 1003
Salam. Mən məktəbdə müəllim işləyirəm. Həm də VÖEN açdırıb kursda müəllim olaraq fəaliyyət göstərəcəm. Bilmək istəyirəm kursdakı fəaliyyətimə görə aylıq olaraq nə qədər gəlir vergisi və MDSS ödəməliyəm?
27/04/2020 Прочитано: 196 Средняя стоимость: 4

Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər vergi ödəyicilərinə xidmət göstərdiyini nəzərə alaraq sorğunuzda qeyd olunan şəxs vergi orqanında uçotda olduğu halda gəlir vergisi ödəyicisi kimi xərclər çıxılmaqla 20 % vergi ödəməlidir. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Bu halda qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanununa əsasən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında ödənilməlidir.

Tərəflər arasında əmək müqaviləsi bağlandığı halda isə, Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən əməkhaqqından gəlir vergisi ödəmə mənbəyində işəgötürən tərəfindən hesablanaraq ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-1-ci, 102.1.30-cu218.5.10-cu və 218.6.2-ci maddələri, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (5 Средняя стоимость)
Оцените:
Nəsirova Zənurə Qüdrət be***@gmail.com ID: 1747
Mən Nəsirova Zənurə həyat yoldaşım Nəsirov Aydın Surxay oğlu hal-hazirda məhkumdur və onun adına aktiv vergi ödəyicisi olduğu bildirilir. Bu necə ola bilər? Xahiş edirəm, dayandırasınız.
27/04/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə(notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına təqdim edə bilər. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müvafiq qaydada verilmiş etibarnamə əsasında ərinizin adından fəaliyyətinin müvəqqəti dayandırılması və ya uçotdan çıxarılması üçün vergi orqanına müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliniyaz Qubatov Asif al***@gmail.com ID: 1746
Salam, mən asan imza almışam, amma onu necə aktiv edim bilmirəm. Özüm neftçala şəhərində olduğuma görə ve burada vergilər idarəsi işləmədiyinə görə təsdiqlədə bilmirəm. Xahiş edərdim sualıma cavab verib mənə köməklik edəsiniz.
27/04/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Bagirov Mubariz Namaz oglu ba***@bk.ru ID: 1745
Salam. Men 2018 ve 2019-cu ildə vergi ödəyicisi olmuşam. 2020-ci ildə səhhətimlə əlaqədar fəaliyyətimi dayandırmışam. Hal-hazırda işləmirəm. Bilmək istərdim, mənə kiçik sahibkar kimi hər hansı maliyyə yardımı olacaq?
27/04/2020 Прочитано: 29 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fariz Vəlimətov fv***@inbox.ru ID: 1130
Asan imza almışam və vergi uçotuna düşüb sertifikat almaq istəyirəm.
27/04/2020 Прочитано: 91 Средняя стоимость: 5

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Fiziki şəxsin vergi uçotu və asan imza sertifiakatının əldə olunması üçün yaşadığınız ərazi üzrə ASAN xidmət mərkəzlərində qabaqcadan onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
İbrahimov Elşən ma***@gmail.com ID: 1744
Hörmətli Vergilər Nazirliyi, Yazaraq bildirmək istərdim ki, mən İbrahimov Elşən Elxan, VÖEN:1903703612 nömrəli olan Fərdi sahibkar üçün Pandemiya üzrə olan bir dəfəlik yardım haqda məlumat vermənizi xahiş edirəm. Təşəkkürlər!
27/04/2020 Прочитано: 39 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

5/5 (1 Средняя стоимость)
Оцените: