Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Sultanov Vüsal Vüqar su***@yandex.ru ID: 1841
Mən VÖEN-i bağlatmışam iki il əvvəl, amma Məşğulluqdan sms gəlib ki, vergi ödəyicisisiz. Bunu necə öyrənə bilərəm aktivdir VÖEN-im ya yox?
02/05/2020 Прочитано: 55 Средняя стоимость: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Sultanov Vüsal Vüqar oğlu (VÖEN 3101661422) vergi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş İdarəsinda uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 30.2.8-ci, 33-cü,  34-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdulla Mehdiyev ab***@gmail.com ID: 1840
Salam, mən şifrə parolumu itirmişəm, necə öyrənə bilərəm və mən fiziki şəxsəm VOEN-im var, yardımdan necə yararlana bilərəm, aprel ve may ayları.
02/05/2020 Прочитано: 48 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Səbuhi Mirzəyev Niyazəli ve***@gmail.com ID: 1839
Salam. Mən Vergilər Nazirliyinin saytında Covid-19 pandemiyası ilə əlaqədar olaraq sahibkarlara verilən maddi yardımı almaq üçün online müraciət etmək istəyirəm. Ancaq sayta daxil olmaq üçün kod, şifrə və parolu yazanda səhvdi deyir. Xahiş edirəm mənim nazirliyin saytına daxil olmaq üçün kod, şifrə və parolumu mənə yazasınız.
02/05/2020 Прочитано: 41 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Xəyyam Məmmədrza a-***@mail.ru ID: 1838
Salam, xahiş edirəm Məmmədov Xəyyam Məmmədrza oğluna aid vergini yazasınız.
02/05/2020 Прочитано: 44 Средняя стоимость: 0

Bildiririk ki, Məmmədov Xəyyam Məmmədrza oğluna aid VÖEN müəyyən edilməmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəmil Tomarov Kərim oğlu ce***@mail.ru ID: 1837
Bilmək istərdim ki, repetitorluq fəaliyyəti ilə məşğul olmaq istiyirəm. Necə qeydiyyatdan keçim?
02/05/2020 Прочитано: 56 Средняя стоимость: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Azər Hüseynzadə Nürəddin az***@ymail.com ID: 1836
Salam. Mən kənd təsərrüfatı, quşçuluq və yumurta istehsalı üzrə hüquqi şəxs (MMC) yaratmaq istəyirəm. Hal hazırda "Azerbaijan İnternational Mining Company" şirkətində çalışıram. Mən öz adıma hüquqi şəxs yarada bilərəmmi? Təşəkkürlər
02/05/2020 Прочитано: 74 Средняя стоимость: 0

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mikayl ma***@mail.ru ID: 1835
Salam. Sahibkarin Bank hesabi Atabank qeydiyatda idi. Bildiyimiz kimi ləğv oldu. Pandemiyaya görə aprel ayı işçilərə əməkhaqqı və sahibkara zərərə görə ödənilən məbləğdə hesabda qaldı. Bu barədə necə köməklik edə bilərsiz? 2. sualım - May ayı üçün işçilərə ödəniləcək pandemiya görə əməkhaqqı üzrə yeni bir hesab açmaq olarmı? Yoxsa ərizə qəbulu dayandırılıb? Əgər ərizə göndərmək olarsa, hansı tarixə kimi hesab açmaq mümkündür?
02/05/2020 Прочитано: 25 Средняя стоимость: 0

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Həmçinin bildiririk ki, ikinci ay üçün maliyyə dəstəyinin digər bank hesabına köçürülməsi üçün qeydiyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Daşqın Ələddin yo***@dur.az ID: 1188
Salam. İllik Gəlir vergisinin bəyənnaməsində kiçik sahibkarlar üçün (ƏDV ödəyiciləri) 1234. Ödənilmiş siğorta haqları sətrində və 1226.2 Sosial siğorta haqları sətrində nələr qeyd edilməlidir? Yəni sahibkarın özü üçün ödədiyi aylıq sosial siğorta və işçilər üçün ödənilən 22% , 3% , 0,5% və 0,5% ödənişlər qeyd etdiyim hansı bölmələrdə göstərilməlidir? Zəhmət olmazsa tam ətraflı izah versəniz çox sevinərik.
01/05/2020 Прочитано: 239 Средняя стоимость: 4

Gəlir vergisi bəyannaməsinin 1226.2-ci sətrində “Sığorta haqqları” sətrinin  xanalarında işəgötürən tərəfindən hesablanmış icbari sosial sığorta, isizlikdən sığorta və s. Sığorta ayırmaları göstərilir. 

Bəyannamənin 1234. “Ödənilmiş sığorta haqları” sətrinin xanaları sahibkarlıq fəaliyyəti ilə məşğul olan (sığorta fəaliyyətindən başqa) fərdi sahibkarlar tərəfindən doldurulur.

Bu sətirdə öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi haqları gəlirdən çıxılır:

Gəlir vergisi bəyannaməsinin doldurulması qaydası ilə saytımızın Bəyannamələr bölməsində tanış ola bilərsiniz.

4/5 (4 Средняя стоимость)
Оцените:
Qurbanova Gülnarə İsrayıl qızı ba***@mail.ru ID: 1834
190 manat yardım mənə düsməyib. Səbəbi isə həyat yoldaşımın aktiv vergi ödəyicisi olduğu göstərilir. Halbuki mən 25 il bundan qabaq rəsmi şəkildə boşanmışam. Xahiş edirəm mənə cavab verin.
01/05/2020 Прочитано: 49 Средняя стоимость: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Məhəmməd Fərhad oğlu ma***@mail.ru ID: 1832
Salam. Sizə sualım. Mən Məmmədov Məhəmməd Fərhad oğlu Ağdaş şəhərində Avtomobillər üzrə təmirçi çilingər işləyirəm. Vergi ödəyicisiyəm VÖEN-im 3300100212 Qanunu əmək müqaviləsi ilə bir nəfər işçim var. 2005-ci ildən bu günə kimi illik ödənişlərdə heç bir vergi borcum olmayıb. Cənab Prezidentimiz Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi göstərir. Maliyyə dəstəyindən yararlanmaq üçün onlayn kargüzarlıq və e – VHF bölməsi vasitəsi ilə ərizə formasını dolduraraq müraciət etdim. Ərizə formasında hesab nömrə avtomatik olaraq yerləşdirilir. Heç bir dəyişiklik etmək mümkün deyil. Beynəlxalq bankın Ağdaş şəhəri filialı öz tanışlarının hesab nömrəsini mənim hesab nömrəmlə dəyişdirib ərizə formasına avtomatik olaraq yerləşdiriblər. Mənə aid olan hesab nömrəni boşluqda saxlayıblar. 17. 04. 2020-ci il tarixdə mobil telefonuma gələn bildirişdə qeyd olunur. VÖEN 3300100212 Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı çərçivəsində vəsait bank hesabınıza köçürülübdü. Bu mövzuda onlayn kargüzarlıq bölməsinə İqtisadiyyat Nazirliyi tərəfindən ayrı – ayrı vaxtlarda bildirişlər daxil olub. Beynəlxalq bankın Ağdaş filialına dəfələrlə müraciət etmişəm. Mənim hesabıma pul köçmədiyini bildirirlər. Bu barədə 9 saylı Vergilər idarəsinə ayrı – ayrı vaxtlarda elektron formada yazılı müraciət etmişəm. Heç bir rəsmi cavab verilməyib. Hüquqlarım pozulur. Hansı orqanlara müraciət etsəm hüquqlarım bərpa olunar və mənimsənilmiş vəsait özümə qaytarılar.
01/05/2020 Прочитано: 61 Средняя стоимость: 3

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyi üçün elektron müraciətinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Mirmövsümova Suğra Rafiq qızı mi***@mail.ru ID: 1831
Pandemiya ilə əlaqədar olaraq mart ayının 3-dən evdəyəm. Heç bir təzminat almıram. İş yerim " İ-kids"uşaq baxçasıdır. Əmək müqaviləsi ilə işləyirəm. Prezidentin verdiyi sərəncama əsasən Vergilər Nazirliyinə müraciət edilmişdir. Amma bu günə qədər heç bir nəticə əldə yoxdur. Mənim ailəmdə iki yeniyetmə uşaq və yaşlı anam var. Həyat yoldaşım isə işləmir. Zəhmət olmasa mənim müraciətimə baxasiz və ölçü götürəsiz.
01/05/2020 Прочитано: 61 Средняя стоимость: 0

Bildiririk ki, müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlanılır. Elektron müraciətlər bütün yoxlama mərhələlərini keçdikdən sonra, hazırlanmış reyestr məlumatları gün ərzində Maliyyə Nazirliyinə göndərilir. Maliyyə Nazirliyində açılmış tranzit hesab vasitəsi ilə sahibkarın müraciətində göstərdiyi bank hesabına vəsaitlərin ödənilməsi təmin olunur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla  buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Kamal mu***@list.ru ID: 1820
159.7 ci maddəni şərh edərkən tərəfinizdən bu cür izah edilmişdir. "Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan vergi ödəyicisinin ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malları təqdim etməsi ƏDV tutulan əməliyyat sayılır. Yəni Vergi Məcəlləsinin 159.7-ci maddəsi sadələşdirilmiş vergi ödəyicilərinə aid edilmir." Qeyd etmək istəyirəm ki, VM 159.7-ci maddəsində 175-ci maddəyə görə əvəzləşdirmək hüququ olmayan anlayışından istifadə edilmişdir. Bildirmək istəyirəm ki, əvəzləşdirmək hüququnun olmaması və hüququndan istifadə etməməsi fərqli anlayışlardır. ƏDV ödəyicisi əvəzləşdirmə hüququndan istifadə etmirsə, bu vergi ödəyicisinin öz seçimi kimi başa düşülür. Sizin şərhinizə əsasən əvəzləşdirmək hüququ olmayan ödəyicinin ƏDV ödəyicisi olduğu zaman malları ƏDV dövriyəsinə cəlb edərsə bu sahibkarın təqdim etdiyi malın qiymətinin qalxmasına və bazarda rəqabət göstərə bilməməsinə səbəb olacaq. Lakin bu maddə Vegi ödəyicisinin bazarda rəqabət apara bilməsi üçün nəzərdə tutulmuşdur. 159.7-ci maddəni yenidən və qeyd edilənləri nəzərə alaraq şərh etməyiniz Sizdən xahiş olunur.
01/05/2020 Прочитано: 187 Средняя стоимость: 4

Bildiririk ki, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilənlər Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.

ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən halda vergi ödəyicisi tərəfindən ƏDV qeydiyyatına alındığı tarixdən əvvəlki (sadələşdirilmiş vergi ödəyicisi olduğu) dövrdə əldə etdiyi mallar digər şəxsə təqdim edilərkən  159.7-ci maddə tətbiq olunmayaraq, ümumi qaydada ƏDV-yə cəlb olunur.

4/5 (3 Средняя стоимость)
Оцените:
Rzayev Habil Qabil oglu za***@bk.ru ID: 1819
Salam. Mənim Amrah bankdakı hesabıma sahibkarlara dəstək məqsədilə yardım köçürülmüşdür. Lakin pul vəsaitinin köçürüldüyü günün sabahı bank bu ödənişi mənə etmədi və gözləməyimizi dedilər. Həmin axşam da bankın lisenziyasının ləğv olunduğunu öyrəndik. Pul vəsaitini bankdan ala bilmirik hal hazırda. Biz nə etməliyik?
01/05/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əli Həsənov Alim ko***@mail.ru ID: 1817
Salam. Fiziki şəxs kimi Repetitor fəaliyyəti ilə məşğul olmaq üçün tutulacaq vergi və dsmf ödənişi necə hesablanır? Əgər mənim gəlirim az olarsa mən yenədə bu ödənişləri etməliyəmmi? Gəlir 100 manatdan az olsa da, mən yenə bu ödənişləri etməliyəmmi? 1 mən rayon qeydiyyatındayam fiziki şəxs kimi vöen açmaq istəyirəm. Bilmək istəyirəm ki rayon qeydiyyatı və Bakı şəhəri qeydiyyatı olanlarda vergi və dsmf ödənişlərində məbləğ fərqi varmı? 2 minimum Vergi və dsmf ödənişi nə qədər olmalıdır?
01/05/2020 Прочитано: 74 Средняя стоимость: 0

Bildririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yaşadıqları yer üzrə vergi uçotuna alınırlar. Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Bildiririk ki, tikinti və ticarət istisna olmaqla, digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən şəxslər fəaliyyət göstərdikləri ay üçün 2020-ci il yanvar ayının 1-dən bütün respublika ərazisində minimum aylıq əməkhaqqının 25 faizi məbləğində sosial sığorta haqqı ödəməlidir. 

Göründüyü kimi, qeyd etdiyiniz fəaliyyət sahəsi üçün hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi və sosial sığorta haqqının dərəcəsi respublika ərazisində eynidir. Məlumat üçün bildiririk ki, sahibkarların sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi qanun layihəsində nəzərdə tutulmuşdur və Milli Məclisə təqdim olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 220-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəfa Orucova Qardaşxan va***@mail.ru ID: 1816
21.01.2019 tarixdə cəmiyyətimiz tərəfindən qarşı təşkilata elektron qaimə verilmişdir.Qaimə sistem tərəfindən təsdiq edilmişdir. Sonra bu qaiməyə EHF verilmədi və pul alınmadı. Qaimə ləğv edilmədi. İndi 2019-cu il ücün mənfəət vergisi hesablanarkən bu hal aşkar olundu və cəmiyyətimizə əlavə gəlir kimi göstərilir. Bu qaiməni hec cür sistemdən ləğv edə bilmirik. "Qaiməni ləğv et" tuşuna basdıqdan sonra əməliyyat dayanır. Bu qaimənin sistemdən ləğv olunma prosedurunu öyrənmək istiyərdim.
01/05/2020 Прочитано: 102 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə), habelə əməliyyat baş tutmadan təqdim edildikdə verilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür, qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi seçilir.

Elektron qaimə-fakturanın ləğv edilməsi alıcı tərəfindən 5 gün müddətində təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv edilməsi təsdiq edilmədikdə elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Bununla yanaşı bildiririk ki, uyğunsuzluq yarandığı barədə vergi orqanı tərəfindən Sizə bildiriş göndərildikdə, yaranmış fərqin səbəbinə dair vergi orqanına izahat məktubu göndərilməlidir. Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 71-1-ci maddələri.  

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülkər Nəzərli Oqtay ul***@gmail.com ID: 1814
Salam mən mikro sahibkarlığa dəstək proqramın üçün qeydiyyatdan keçmək istəyirəm amma , kod/parol/şifrə bölümünü itirmişəm . Yenidən necə əldə edə bilərəm ? Zəhmət olmasa kömək edərdiz. Təşəkkür edirəm !
01/05/2020 Прочитано: 77 Средняя стоимость: 5

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Vəliyev Turqay Kamal oğlu tu***@mail.ru ID: 1813
Salam, bağışlayın narahat edirəm. mən vergi ödəyicisi olduğum halda mənə pandemiya vəziyyətində nə maddi, nə də mənəvi yardım edilmədi. Bu barədə məlumat bilmək istəyirəm.
01/05/2020 Прочитано: 38 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılova Bahar Kamal qızı is***@gmail.com ID: 1812
Salam. Mənim adıma 26.01.2018 il tarixdə VÖEN açılıb, iki ay keçmədən rəsmi qaydada müraciət etmişəm. Vergi orqanına silinməsin tələb etmişəm, lakin müraciət etsəm də mənim adımı sistemden silməyiblər. Mən hələ də sistemdə vergi ödəyicisi kimi görsənirəm, buna görə dövlətin bizə ayırdığı 190 manatdan məhrum olduq. İki övlad böyüdürəm, heç yerdə də işləmirəm, tək anayam. Bəs mən bu ayrılan vəsaiti necə alım? Vergi işçilərinin səhvindən iki uşağım acdır, evdə. Çox xahiş edirəm, köməklik göstərəsiz.
01/05/2020 Прочитано: 44 Средняя стоимость: 1

İsmayılova Bahar Kamal qızı adına VÖEN müvafiq informasiya sistemində müəyyən edilməmişdir.  Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
İsrafil Həmidov Mahmud Is***@mail.ru ID: 1810
Mən Şəki şəhərində sərnişindaşıma ilə məşğul oluram. Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. Mən bu ay əvvəlki aylar qədər pul keçirməliyəm, yoxsa güzəşt olunub?
30/04/2020 Прочитано: 70 Средняя стоимость: 5

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb və Milli Məclisə təqdim edilmişdir. Qanun layihəsində 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi, o cümlədən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur. 

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə və ya onların qüvvəyə minməsi haqqında aktda ayrı müddət nəzərdə tutulmamışdırsa, rəsmi dərc edildikdən on gün sonra qüvvəyə minir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fuad Məmmədov Əıövsət oğlu fu***@hotmail.com ID: 1809
Salam. Aprel ayında, İşçinin maşı, Pandemiyaya görə dövlətin yardım paketi olan maksimal hədd 712 azn-i aşırsa: Mis: 1000 azn əmək haqqısı olan işçiyə, aprel ayında dövlət tərəfindən köçürülən 356 azn (712-nin yarısı) ilə yanaşı məbləğdən qalan fərqi (644 azn) şirkət ödəməlidir?
30/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Bildiririk ki, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği - 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əmək haqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əmək haqqı, əgər çoxdursa o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir. Bu halda işəgötürənlərin də özlərinin sosial məsuliyyətini nümayiş etdirmələrini və əməkhaqqının qalan hissəsini ödəmələri tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените: