Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Ağacanova Reyhan Razik re***@gmail.com ID: 1888
Salam. Adıma VÖEN olub-olmadığını haradan öyrənə bilərəm?
06/05/2020 Прочитано: 27 Средняя стоимость: 1

“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi orqanında qeydiyyatda olması vəziyyətini yoxlaya bilərsiniz.

1/5 (1 Средняя стоимость)
Оцените:
Xudaverfiyeva İnna Arif i.***@labservis.com ID: 1886
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir. AR Vergi Məcəlləsinin 71-1.1.1 maddələrinə əsasən elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir. AR Vergi Məcəlləsinin 71-1.1.2. maddəsinə əsasən əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-fakturanı təqdim etməlidir. Sual: 71-1.1.1-ci maddəyə uyğun olaraq elektron qaimə-faktura ilə mallar göndərilərkən Мalların təhvil-qəbul aktı sənədi də mallar ilə birlikdə təqdim olunmalıdırmı?
06/05/2020 Прочитано: 115 Средняя стоимость: 3

Bildiririk ki, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Həmçinin səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı malların malların alışını və ya mədaxilini təsdiq edən sənədlər hesab olunur.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası",  Vergi Məcəlləsinin 58.8-ci və 71-1.1-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Xəyal İbrahimov kh***@krka.biz ID: 1885
Salam. Baku electronicsden məhsul aldım, lakin çekdə ƏDV 0AZN göstərir və mən edvgerial portalından 15% ala bilmirəm. Çekdə ƏDV 0 yazılması nə dərəcədə doğrudur?
06/05/2020 Прочитано: 49 Средняя стоимость: 1

Bildiririk ki, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) Nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. Müraciətinizdə qeyd olunan məsələ ilə texniki xətanın olub-olmaması ilə bağlı məhsulu aldığınız satış nöqtəsinə və ya Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət edə bilərsiniz.  

Əsas: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.

1/5 (1 Средняя стоимость)
Оцените:
Həmid Mustafayev ha***@bk.ru ID: 1884
Salam.Topdan və eyni zamanda pərakəndə ticarətlə məşğul olan müəssisə bölgələrdə fərdi sahibkarlara ekspeditorlar vasitəsi ilə mal satır və satış e-qaimə ilə rəsmiləşdirilir. Həmin fərdi sahibkarlardan bir qismi ödənişi müəssisəyə bank vasitəsi ilə deyil nağd ödəmək istəyir. Bu zaman ödəniş edən sahibkara təqdim etmək üçün, həm də satılan malın pulunun qəbul edilməsinin rəsmiyətləşdirilməsi üçün ekspeditorlar tərəfindən ciddi uçot blankı olan kassa mədaxil qəbzinin verilməsi qanun pozuntusu deyil ki? Sonradan həmin vəsait kassa mədaxil orderi ilə müəssisənin kassasına oradanda bank hesabına mədaxil edilsin. Qeyd edim ki, NKA (nəzarət kassa aparatı) ekspeditorların səyyar qaydada yanlarında olmadığı üçün ödəniş zamanı kassa çeki təqdim edilə bilinmir.
06/05/2020 Прочитано: 96 Средняя стоимость: 3

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ilkin uçot sənədi hesab edilən ciddi hesabat blanklarının tərtib edilməsi və istifadəsi barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Vəliyeva Mərziyə Balaxan qızı me***@mail.ru ID: 1883
Salam müəllim, sizin aztəminatlı ailələrə kömək etdiyinizi eşitdim. Yoldaşım bazarda fəhlə işləyirdi, karantinə görə işsiz qalıb, 190 manatı ala bilmədik. Adında işlənməyən VÖEN olduğuna görə təyin edilmədi. Mümkünsı kömək edərdiz, çox pis vəziyyətdəyik, iki azyaşlı usağım var.
06/05/2020 Прочитано: 40 Средняя стоимость: 1

Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi  2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmiş və 2020-ci 1 mart tarixindən əvvəl fəaliyyətini dayandırmamış fərdi (mikro) sahibkarlara şamil edilir.  

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
Togrul Agayev Nadir to***@mail.ru ID: 1881
Salam, mənim atam 2015-ci ildə rəhmətə gedib, market işlədirdi və yanında bir satıcı qız işləyirdi. 2016-cı ildə işdən çıxd həmin satıcı, amma ki, hələ adı mağazada satıcı kimi gedir. Hansı ki, o mağaza da bağlanıb, onun işinə necə xitam verə bilərik ki, sistemdə adı satıcı kimi çıxmasın.
06/05/2020 Прочитано: 69 Средняя стоимость: 3

Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərinin, həmin münasibətlərdən törəyən digər hüquqi münasibətlərin Əmək Məcəlləsi ilə tənzimləndiyini nəzərə alaraq əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması prosedurları ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Həmçinin vəfat etmiş fiziki şəxsin vergi uçotundan çıxarılması üçün ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təqdim edilməlidir. Fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Əsas: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları", Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə. 

 

 

3/5 (2 Средняя стоимость)
Оцените:
MAHMUDOV RUSLAN TELMAN OGLU ru***@mail.ru ID: 1880
Salam! Xahiş edirəm dövlətdən maliyə dəstəyin alınması barədə mənim müraciətimə baxılsın. Aprel ayının 10-un dan müraciet edilib, amma bir məlumat yoxdur.
06/05/2020 Прочитано: 40 Средняя стоимость: 1

Bildiririk ki, Mahmudov Ruslan Telman oğlu (VÖEN 6400227322) maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında mövcuddur. Maliyyə dəstəyinin alınması üçün aidiyyəti banka yaxınlaşa bilərsiniz.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

 

1/5 (1 Средняя стоимость)
Оцените:
Azər Nəsibli Əlixan el***@mail.ru ID: 1879
Salam. Mən 190 manat almaq üçün müraciət eləmişəm və mənə cavab gəlib ki, mən verqi ödəyicisiyəm. Amma mən VÖEN-i baglatdırmışam. Sonra elektron blank doldurmuşam və VÖEN-i passivləşdirmək üçün sizin sayta göndərmişəm. Hələ də cavab almamışsam. Mən öz maşınımla taksiçilik edirdim, indi isə karantin dövründə evdə oturmuşam. Yoldaşım işləmir, iki uşağım var. Vəziyyətim çətindir. Sizin idarəyə gəlirəm, polislər buraxmır. Mənə köməklik edin Allah xatirinə. Sağolun.
06/05/2020 Прочитано: 56 Средняя стоимость: 3

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi həyata keçirilməkdədir. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən taksi sürücüsü kimi fəaliyyət göstərdiyiniiz halda, siz sahibkarlıq fəaliyyəti göstərmiş hesab olunursuz.

Taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Tərlan te***@gmail.com ID: 1877
Salam mənə sms gəlib 190 manatla bağlı, 190 manat ala bilərəm. Amma adım poçtda bloklanıb, mən nə etməliyəm pulu ala bilim?
06/05/2020 Прочитано: 36 Средняя стоимость: 1

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
Zümrüd Göyüşova Ağasəf zu***@gmail.com ID: 1876
23.04.2018-ci il tarixindən etibarən vergi ödəyicisiyəm. Covid-19 virusuyla bağlı yaranan problemə görə sahibkarlara dəstək halı olaraq nəzərdə tutulan yardımın hesablanma prinsipi məni qane etməyib. Özümlə işləyən həmkarlarımla müqayisədə mənə hesablanan yardım paketinin miqdarı yarı-yarılığa az olduğu üçün məni narahat edir. Öz hüquqi haqlarımı bilmək üçün müraciətimə aydınlığ gətirməyinizi istəyirəm və tələb edirəm.
05/05/2020 Прочитано: 28 Средняя стоимость: 1

Bildiririk ki, fərdi (mikro)  sahibkarala ödənilən maliyyə dəstəyi 2019-cu ildə ödənilən vəsait əsasında müvafiq əmsallar tətbiq edilməklə hesablanır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi müəyyən edilir.  Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyi bir dəfə ödənilir. 

Həmçinin müraciətinizin araşdırılması üçün səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1/5 (1 Средняя стоимость)
Оцените:
Veliyeva Şölə Novruz qızı sh***@bk.ru ID: 1875
Salam, mən fərdi qaydada qadın salonunda göstərilən fəaliyyətlə məşğul olmaq istəyirəm. Sualım ondan ibarətdir ki, qəbz alaraq sabit vergi məbləği ödəyə bilərəmmi? Əgər sabit vergi məbləği ödəyə bilərəmsə məcburi dövlət sosial sığorta ödənişi aylıq əlavə olaraq hansı məbləğ təşkil edəcək? Əgər cavab yoxdursa, mənim bu fəaliyyətlə bağlı vergi öhdəliyim hansı qaydada olacaq?
05/05/2020 Прочитано: 76 Средняя стоимость: 3

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Qeyd olunan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı Sosial sığorta haqqında Qanuna əsasən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında ödənilməlidir.

Məlumat üçün bildiririk ki, sahibkarların sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi və regionlar üzrə diferensial faiz əmsallarının tətbiq edilməsi qanun layihəsində nəzərdə tutulmuşdur. 

Əsas: Vergi Məcəlləsinin 218.4.4-cü,  220.10-cu maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

3/5 (2 Средняя стоимость)
Оцените:
Samir Qədirov sa***@gmail.com ID: 1874
Salam. İnternetdən alış-veriş edərək xarici vebsaytdan eynək sifarişi verdim, lakin ödənişim vergi sistemində "Kompüter xidməti" bəndinə düşərək vergiyə cəlb olunmuşdur. Bu məsələni aydınlaşdırmaq və anlaşılmazlığı həll edərək ödənilən verginin geri qaytarılması üçün haraya müraciət edə bilərəm? Təşəkkürlər, Samir Qədirov.
05/05/2020 Прочитано: 53 Средняя стоимость: 3

Bildiririk ki, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

3/5 (2 Средняя стоимость)
Оцените:
Müşviq Əziyev Çingiz oğlu mu***@gmail.com ID: 1873
Salam. Mənim adımda passiv VÖEN var. Ticarət fəaliyyətim uğursuz olduğu üçün VÖEN-i dayandırmışam. Bilmək istəyirəm ki, bununla bağlı mənə hal-hazırkı karantin rejimi ilə əlaqədar olaraq yardım edilə bilərmi?
05/05/2020 Прочитано: 34 Средняя стоимость: 1

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan fərdi (mikro) sahibkarlara şamil edilir.

1/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Hüseynov aq***@bk.ru ID: 1872
Mən o elektron qutuya daxil ola bilmirəm, uzun muddətdir xəstə idim. Vergi ödəyicisi kimi passiv olmuşam. Ancaq işlədiyim dövrdə vaxtlı-vaxtında vergini ödəmişəm.
05/05/2020 Прочитано: 32 Средняя стоимость: 1

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

1/5 (1 Средняя стоимость)
Оцените:
Anar Əliyev Eldar al***@bk.ru ID: 1871
Salam, mən kafe işlədirəm kafe aprel ayının 1 dən işləmir mayın 31-nə qədər işləməyəcəm, kassam da bağlıdır. Sualım budur, mənim dövlətə vergi borcum yaranacaq ya yox?
05/05/2020 Прочитано: 40 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseyn Hüseynov aq***@bk.ru ID: 1870
Mənə "vergilər195" dən sms gəlib, VÖEN 2001900402 elektron qutu haqqında yazıblar, bu eletron qutuya girə bilmirəm. Xahiş edirəm, mənə kömək edəsiniz.
05/05/2020 Прочитано: 31 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsayev Oktay ok***@gmail.com ID: 1869
Men 2019-cu ildə fərdi sahibkar kimi fəaliyyət göstərmişəm, vergi ödəyicisi olmuşam. 2020-ciilin əvvəlindən fəaliyyətimi dayandırmışam. Hal-hazırda işsizəm, VÖEN bağlıdır, bank hesablarım bağlıdır. Bilmək istərdim- mən pandemiya ilə əlaqədar maddi dəstəkdən yararlana bilərəmmi?
05/05/2020 Прочитано: 39 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını ödəmiş və 2020-ci 1 mart tarixindən əvvəl fəaliyyətini dayandırmamış fərdi (mikro) sahibkarlara şamil edilir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Orxan Cəfərli Azər oğlu or***@gmail.com ID: 1868
Bərbərxanada işçi kimi çalışan və əmək haqqına işləyən bir bərbərə Pandemiyaya görə Dövlət dəstəyinə əsasən həmin işçiyə göstərilən dövlət dəstəyinə əsasən ona ödəniləcək məbləğ qanunla nə qədər olmalıdır?
05/05/2020 Прочитано: 39 Средняя стоимость: 0

Bildiririk ki, dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əmək müqaviləsində qeyd olunmuş əməkhaqqı məbləğinin və ona müvafiq sosial sığorta haqlarının iki bərabər hissəyə bölünməklə 2 ay ərzində vergi ödəyicilərinin bank hesablarına köçürülməsini təmin edir. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür. İşçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılov Pərviz Əlvan oğlu is***@gmail.com ID: 1867
Salam xahiş edirəm soyuq yanaşırlar ərizə göndərmişəm VÖEN ləğvi barədə, köməklik göstərin.
05/05/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Pərvanə Şabətdinova Məmmədqulu qızı ib***@gmail.ru ID: 1865
5000314242 qeydiyyatlı VÖEN-in iş nömrəsi və şifrəsini zəhmət olmasa bizə bildirəsiniz
05/05/2020 Прочитано: 29 Средняя стоимость: 0

Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi üçün istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə "Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Средняя стоимость)
Оцените: