Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əlişanova Sevda Yusif qızı zu***@mail.ru ID: 4990
Diqqətinizə çatdırmaq istəyirik ki bildiyiniz kimi “Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasına uyğun olaraq Respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən olunan məbləğdə ezamiyyə xərcləri ödənilir. Həmin Qərarda sualımıza aidiyyəti olan bəndlər aşağıda qeyd edilən kimi verilib: “4. Müəyyən edilsin ki, ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.” “5. Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) təqdim edilən sənədlər əsasında ödənilir.” 1) Bu iki bəndən alınan məlumat bizə tam aydın etmir ki nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) əlavə ödənilir və ya 65 manat ezamiyyə xərclərinə daxildir. 2) Nəqliyyat xərcləri (ezam olunma yerinə getmək və qayıtmaq, ölkə-daxili xərclər) əlavə ödənilirsə, bu halda ödənilmiş vəsait təsdiq olunmuş normalar daxilində ezamiyyət xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilirmi (gəlirdən çıxılan xərc hesab olunur)? Və ya mənfəət hesabına ezamiyyətlər üçün mövcud normalardan artıq vəsait kimi ödənilir . Xahiş edirik bu sualın aydınlaşdırılmasına kömək edəsiniz
04/08/2021 Read: 223 Average count: 0

Cavab 1 - 2 .Bildiririk ki, işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar .2012-ci il tarixdə 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir. 

Eyni zamanda Azərbaycan Respublikasının ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi halda Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş 1 günlük normanın mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ezamiyyə xərci nəzərdə tutulur, qalan məbləğ üzrə ödənilmiş vəsait işçinin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlərinə aid edilərək ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Həmçinin nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir və vergi ödəyicisinin gəlirlərindən çıxılır.

Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Eyni zamanda Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Əlavə olaraq bildiririk ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi qaydası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci, 109-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı. 

0/5 (0 Average count)
Qiymət ver:
Seyfulla Babayev ba***@gmail.com ID: 4989
Salam. Hər vaxtınız xeyir olsun. Yazıb sizə bildirmək istəyirəmki mən Babayev Seyfulla Elçin oğlu xarici ölkədə təhsil almışam. Son olaraq təhsilimi Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsini bitirmişəm. İşlə bağlı müraciət etmək və imtahanda iştirak etmək istərdim. Bu mümkündürmü, mənim bitirdiyim fakültə və ixtisasa görə?
04/08/2021 Read: 109 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Səidə Mammadova Eldar qızı ma***@yahoo.com ID: 4988
Mülki Məcəllənin (MM) 2.5-ci maddəsinə əsasən “Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Belə ki, MM-nin maddələri xüsusi hüquqa aid olan mülki münasibətlərə şamil edilir. Digər tərəfdən, ümidsiz borcların gəlirdən çıxılmasına dair Vergi Məcəlləsinin 111-ci maddəsindən savayı digər heç bir tələb yoxdur. Belə nəticə gəlmək olur ki, bu maddənin şərtlərinə riayət etmiş vergi ödəyicisi ümidsiz borcları gəlirdən çıxa bilər. Mülki qanunvericiliyin, MM-in 2.5-ci maddəsinə əsasən vergi münasibətlərinə şamil edilmədiyindən həmin qanunvericiliyin müddəalarının məsələyə aidiyyəti yoxdur. Bilmək istərdim ki, nəyə görə vergi orqanları debitor borclarının ümidsiz hesab olunması barədə məhkəmə qərarı olmadığı və debitor məbləğlərinin tələb edilməsi ilə bağlı iddia müddəti bitmədiyi halda debitor borc qalığı müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilə bilməsinə icazə vermir? Xahiş edirik yanaşmaya aydınlıq gətirəsiniz.
04/08/2021 Read: 176 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.  

Eyni zamanda Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Qeyd olunanlara əsasən debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər. 

Əsas: Vergi Məcəlləsinin 111-ci və Mülki Məcəllənin 373-cü maddələri ilə tənzimlənir.
 

0/5 (0 Average count)
Qiymət ver:
Tahirov Elxan Ağamir ta***@gmail.com ID: 4987
Salam, mənim vergi borcuna görə 230 manat borcum var idi, hesabıma sərəncam qoyulmuşdu, hesabıma pul yatan kimi bu borc hesabımdan 2 dəfə silindi. Bu məsələ araşdırıla bilər?
04/08/2021 Read: 101 Average count: 1

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

1/5 (1 Average count)
Qiymət ver:
Eldəniz Səfərəliyev İbrahim oğlu sa***@gmail.com ID: 4984
Müəssisə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə yaradılmış və fəaliyyəti Müdafiə Nazirliyinin Ərzaq Xidməti İdarəsinin sifarişi əsasında Müdafiə Nazirliyinin qəhrəman əsgər və zabitlərini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir. Müəssisə istifadəsində olan torpaq sahəsində sifarişə uyğun kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və heyvanların bəslənməsi həyata keçirilir. Müəssisəyə vergi orqanı tərəfindən əlavə dəyər vergisi qeydiyyatına durma barədə bildiriş göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən bəhs edir. Yuxarıda qeyd edildiyi kimi müəssisə Silahlı Qüvvələrin Hərbi Kənd Təsərrüfatı Müəssisəsidir, Müdafiə Nazirliyinin əmri ilə yaradılmış və onun ştat vahididir. Müəssisə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, Vergi Məcəlləsinin 102.1.11, 164.1.18 və 219-7-ci maddələrinin tələblərinə əsasən ƏDV-dən azaddır. Müdafiə Nazirliyinin Ərzaq Xidməti İdarəsinin sifarişini təmin etmək üçün bəzən əhalidən heyvan alışı aparılır. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin ərzaq təminatı ilə məşğul olan Hərbi Kənd Təsərrüfatı Müəssisəsi vergi ödəyicisi kimi vergiyə (ƏDV,mənfəət) cəlb oluna bilərmi? Ətraflı məlumata görə əvvəlcədən təşəkkür edirəm.
03/08/2021 Read: 200 Average count: 5

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Buna əsasən ƏDV-dən azad edilən malların təqdim edilməsini həyata keçirən şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır. 

Vergi qanunvericiliyinə əsasən sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edilir. 

Sorğunuzda qeyd olunanlara əsasən, müəssisənin təqdim etdiyi məhsullar vergi qanunvericiliyinə uyğun olaraq, özünü istehsal etdiyi kənd təsərrüfatı məhsulları olduğu halda, ƏDV qeydiyyatına durmaq öhdəliyi yaranmır. 

Bununla yanaşı, müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilməklə, vergi azadolmalarının və güzəştlərin tətbiqi ilə bağlı ətraflı münasibətin bildirilməsi üçün vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Samir Axundov sa***@gmail.com ID: 4983
Salam. Mən Rusiya təhsil müəssisəsi ilə müqavilə əsasında onlayn xidmət - proqramlaşdırma işləri göstərmək istəyirəm. Bu işlə əlaqədar Azərbaycanda vergi orqanında qeydiyyata alınmağım lazımdırmı və ödəniləcək vergilər hansılardır? Zəhmət olmasa, məlumat verin.
03/08/2021 Read: 92 Average count: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Qəribov Hikmət co***@digarib.com ID: 4982
Salam, mənim ASAN İmzam mövcuddur və həmin ASAN imza nömrəsi ilə Hüquqi Şəxs üçün sertifikat götürməliyəm. Ötən dəfə bunu sistemdə rahatlıqla eləmişdim. İndi isə unutmuşam deyə köməyinizə ehtiyac duyuram. Zəhmət olmasa, mövcud ASAN imza nömrəsi ilə başqa bir hüquqi şəxs qeydiyyatını saytınızda necə edə biləcəyimi yönləndirərdiniz?
03/08/2021 Read: 80 Average count: 0

ASAN İmza vasitəsilə yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı haqda təlimatla ətraflı məlumatla, İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elmin Cabbarll na***@gmail.com ID: 4977
Salam! Əmək haqqindan tutulan vergi ilə bağlı 1 sualım var zəhmət olmasa cavablandırardınlz. İşçinin aylıq əmək haqqısı 2300 manatdır, 500 manatda vergiyə cəlb olunmayan gəliri var. Gəlir vergisi hansı qaydada tutulacaqdır?
31/07/2021 Read: 90 Average count: 0

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirindən vergiyə cəlb olunmayan 500 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Qazıyev Ramiz Şeyx oğlu ra***@mail.ru ID: 4976
İstifadəçi kodu və parolumu itirmişəm, necə yenisini əldə edə bilərəm?
30/07/2021 Read: 66 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Медведева Ольга Николаевна av***@rambler.ru ID: 4885
Добрый день! В 2020 г. российское юридическое лицо (исполнитель) заключило и исполняло контракт с азербайджанским юридическим лицом (заказчиком). В ходе исполнения контракта Заказчик удерживал и перечислял в бюджет АР в установленном налоговым кодексом АР порядке налог в размере 10% с суммы оплат. В настоящее время исполнитель услуги по контракту не оказывает, представительств в Азербайджанской республике не имеет, при этом хочет обратиться в налоговый орган АР с заявлением о возврате уплаченной суммы налога, в связи с наличием между странами соглашения об избежании двойного налогообложения. В связи с изложенным, прошу ответить на вопросы о порядке и правилах подачи такого заявления: 1. Если азербайджанское юридическое лицо (источник выплаты) зарегистрировано и действует в Баку, в какой конкретно налоговый орган (наименование, адрес) должно быть подано нерезидентом заявление по форме DTA-05? 2. Возможно ли заполнение формы DTA-05 на русском языке? 3. Возможно ли направление заявления и прилагаемых к нему документов по почте или необходимо принести документы непосредственно в налоговый орган? 4. Возможно ли нерезиденту подать заявление DTA-05 в электронной форме? Если да, то какой порядок получения электронной подписи и обмена документами? 5. Требуется ли нотариальное заверение подписи генерального директора нерезидента на заявлении DTA-05? 6. При предоставлении документов, в т.ч. справки о резидентстве, выданной российским налоговым органом, требуется ли их перевод на азербайджанский язык? Если требуется, то может ли он быть заверен в России? 7. Может ли заполнить и подать заявление DTA-05 источник выплаты в азербайджанской республике? Требуется ли для этого оформление доверенности? Если да, то должна ли быть такая доверенность оформлена нотариально? Если да, то можно ли заверить такую доверенность в России? По какому телефону налогового органа АР можно позвонить для получения разъяснений по вопросам, возникающим в связи с возвратом нерезиденту излишне уплаченных сумм налога? Заранее спасибо за ответы на поставленные вопросы.
30/07/2021 Read: 149 Average count: 5

Уважаемая Ольга,

Ваше обращение в Государственную налоговую службу при Министерстве экономики Азербайджанской Республики по поводу предоставления информации касательно возврата нерезиденту уплаченной суммы налога было рассмотрено. В ответ на Ваш запрос сообщаем следующее:

  1. Форма Заявления DTA-05 заполняется нерезидентом с целью возврата излишне уплаченных в Азербайджанской Республике или излишне удержанных у источника выплаты налогов с данного нерезидента в случае, если ограниченное налогообложение или освобождение предусмотрено международным соглашением об избежании двойного налогообложения, заключенным между Азербайджанской Республикой и иностранным государством, и представляется в налоговый орган по месту учета лица, выплачивающего доход в Азербайджанской Республике.

  2. Утвержденные формы DTA были составлены на азербайджанском и английском языках, следовательно предполагается заполнение формы на одном из этих двух языков.

  3. Подача формы DTA-05 может быть осуществлена как в электронной форме, так и на бумажном носителе. В случае обращения в электронной форме подтверждающие документы могут быть загружены посредством налогового интернет управления Министерства по налогам только тогда, когда заявитель имеет средства соответствующей аутентификации для входа в налоговое интернет управление (шифр, пароль, имя пользователя, усиленная электронная подпись и т.д.).  

  4. Форма DTA-05 может быть подана как самим нерезидентом, так и налоговым агентом от имени данного нерезидента. В случае обращения в электронной форме подтверждающие документы могут быть загружены посредством налогового интернет управления Министерства по налогам только тогда, когда заявитель имеет средства соответствующей аутентификации для входа в налоговое интернет управление (шифр, пароль, имя пользователя, усиленная электронная подпись и т.д.).  

  5. В случае, если форму DTA-05 подписывает генеральный директор юридического лица-нерезидента, то нотариальное заверение подписи не требуется. Однако, форма DTA-05 также может быть подписана полномочным представителем или налоговым агентом нерезидента.

  6. В случае, если сертификат резидентства иностранного государства может быть верифицирован на официальном сайте этого иностранного государства, то нет необходимости в его переводе, либо нотариальном заверении. При представлении сертификата резидентства Российской Федерации (выданного в электронной форме) в налоговый орган Азербайджанской Республики перевод и его нотариальное заверение не требуются.

  7. Форма DTA-05 может быть заполнена и представлена в налоговый орган как самим нерезидентом, так и его полномочным представителем или налоговым агентом, выплачивающим доход. В случае, если форма DTA-05 заполнена и представлена налоговым агентом, доверенность не требуется.

В случае возникновения вопросов, связанных с возвратом нерезиденту излишне уплаченных сумм, лицо может обращаться в налоговый орган по месту представления формы DTA-05.

5/5 (3 Average count)
Qiymət ver:
Aydan Nağıyeva an***@pasha-life.az ID: 4677
Salam. Şirkət olaraq FATCA/CRS sorğu formasında qeyd olunan sualları dəyişmək mümkündürmü, onları daha sadə dildə yazmaq və ya formanın ümumiyyətlə dizaynının dəyişirilməsi mümkündürmü? Bir də, şəxs həmin formanı doldurandan sonra ASAN imza ilə imzaladıqda, ad, soyad çap formasında avtomatik əks olunur. Xanalarda həmin məlumatın çap formasında qeyd olunması mümkündürmü?
30/07/2021 Read: 141 Average count: 5

Qeyd olunan məsələyə dair bildiririk ki, bu istiqamətdə tərəfinizdən təkliflərin daha konkret formalaşması və özünüqiymətləndirmə sənədinin dizayn xarakterli dəyişikliklərlə bağlı müvafiq nümunələr və ya layihələr təqdim edildikdən sonra baxıla bilər.

5/5 (1 Average count)
Qiymət ver:
Наталья n.***@bk.ru ID: 4674
Добрый день! Организация из РФ, не имеющая представительств на территории Республики Азербайджан, хочет оказать рекламные услуги организации - резиденту Республики. В соответствии со статей 7 "Соглашения от 3 июля 1997 года между Правительством РФ и Правительством Азербайджанской Республики об избежании двойного налогообложения в отношении налогов на доходы и имущество" прибыль предприятия одного Договаривающегося Государства облагается налогом только в этом Государстве. Дает ли право подача формы DTA-03 нерезидентом на полное освобождение от уплаты налога в качестве налогового агента резиденту Республики в случае положительного решения органами Республики Азербайджан?
30/07/2021 Read: 105 Average count: 5

Уважаемая Наталья,

Ваше обращение в Государственную налоговую службу при Министерстве экономики Азербайджанской Республики относительно применения Правил “администрирования международных соглашений об избежании двойного налогообложения, заключенных между Азербайджанской Республикой и другими государствами” было рассмотрено. В ответ на Ваш запрос сообщаем следующее:

 Если в отношении нерезидента должно применяться необходимое освобождение или привлечение по сниженной ставке, то в электронной информационной системе Государственной налоговой службы составляется разрешительное письмо и, после согласования с уполномоченным лицом структурного подразделения, подписанное в электронной форме, высылается одновременно заявителю и лицу, выплачивающему доход (налоговому агенту). 

Лицо, выплачивающее доход (налоговый агент), при осуществлении выплаты нерезиденту, может применить освобождение или привлечение по сниженной ставке, предусмотренные в международном соглашении, только после получения от налогового органа по месту учета разрешительного письма. Не допускается применение освобождения или привлечения по сниженной ставке в отношении выплат, осуществляемых нерезиденту, до момента получения вышеупомянутого разрешительного письма.

5/5 (1 Average count)
Qiymət ver:
Əzizov Rauf Rizivan oğlu r.***@gmail.com ID: 4974
Bu Əcəmi filialında yerləşən Bəyəndim mağazalar şəbəkəsindən ayaqqabı aldım. ƏDV qeyd olunan çek vermədilər. Kassir dedi ki, biz vergi ödəyicisi deyilik. Bu doğrudurmu? Əgər belədirsə, hüququmu pozublar.
30/07/2021 Read: 225 Average count: 5

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etməlidir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan malların (iş və xidmətə) dəyərinə ƏDV tətbiq olunmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

5/5 (1 Average count)
Qiymət ver:
Əkbərov Mətləb Zahid oglu mt***@gmail.com ID: 5076
Salam mən Əkbərov Mətləb Zahid oğlu 1 il qabaq işdən çıxmışam, vergimi baglatdırmışam. Amma mənə məktub gəlib ki, borcunuz var. Mənə deyə bilərsiniz, mənim borcum nəyə görədir?
30/07/2021 Read: 83 Average count: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Samir Fəxrəddin sa***@gmail.com ID: 4973
Xaricdən kart vasitəsi ilə aldığım xidmətə görə xidmətin reallaşdırıldığı ölkə tərəfindən 20% ƏDV tutulacaq, buna baxmayaraq kartla sifariş zamanı yenə də ƏDV tutulacaqmı, əgər tutulacaqsa ikiqat vergitutmanın qarşısını necə ala bilərəm? Bir də xaricdən əldə olunan xidmətlərin vergi koeffisienti fərqli olsa (az və ya çox) buna görə kartımdan tutulan ƏDV miqdarı dəyişəcəkmi?
29/07/2021 Read: 163 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulur.

Sorğunuzda qeyd olunan, xarici ölkədə hesablanmış və tutulmuş ƏDV məbləği nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 169-cu və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Əliyeva Yazgül Zakir ya***@emaagro.com ID: 4972
Əgər, idxal olunmuş malların istifadə müddəti bitmişdirsə, utilizasiyaya verilirsə, hesabatda bu utilə göndərilmiş malların dəyəri göstərilməlidir ya yox?
29/07/2021 Read: 181 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Eyni zamanda bildiririk ki, qeyd olunan malların dəyəri “Mənfəət vergisi bəyannaməsinə 1 nömrəli Əlavə”nin “Mallar” sətirinin “Ləğv edilmişdir” sütununda göstərilir.

5/5 (1 Average count)
Qiymət ver:
Eylanbəyov Fikrət Arif oğlu ey***@gmail.com ID: 4971
Salam. Mən elektron avadanlıq təmiri uzrə servis açmaq istəyirəm. Bununla bağlı VÖEN açmışam, ASAN İmza sertifikatı əldə etmişəm. Suallarım budur: 1. Obyekti necə qeydiyyatdan keçirdim? 2. Servisin adını, loqosunu necə qeydiyyatdan keçirdim? 3. Obyektin qabaqında "Light box" adlanan bir reklam olacaq, ona gorə nəsə odəməliyəm?
29/07/2021 Read: 151 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Ərizədə obyektin adı, ünvanı, ölçüsü və digər məlumatları qeyd olunur. Loqoların qeydiyyatı vergi orqanlarının fəaliyyət sahəsinə aid edilmədiyi üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualınızla bağlı aidiyyəti üztə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Average count)
Qiymət ver:
Bağirov Vəli Məhiyəddin oğlu fi***@mail.ru ID: 4970
VÖEN borcu yoxladıqda 54 manat yazır. Halbuki, zəng etdiyim zaman deyilir ki, borc yoxdur. Bu nəyin borcudur?
28/07/2021 Read: 70 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi Bağırov Vəli Məhiyəddin oğlunun (VÖEN 1803748842) vergi borcu yoxdur.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cəlil Tahirov ta***@gmail.com ID: 4967
Mən xarici şirkətə kontraktla xidmət göstərirəm və aylıq ödəniş qəbul edirəm. Sual: Mən sadələşdirilmiş vergi ödəyə bilərəm?
28/07/2021 Read: 150 Average count: 3

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Elnur Atakişiyev at***@gmail.com ID: 4965
Salam. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs əgər e-qaimə təqdim etməklə təqdim etdiyi xidmətin dəyəri ümumi dövriyyədən 30 faizdən çox olarsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu saxlayırmı?
28/07/2021 Read: 146 Average count: 0

Bildiririk ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. 

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. 

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir.

0/5 (0 Average count)
Qiymət ver: