Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Qeyd olunanlardan göründüyü kimi, neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Общая цена: 4/58
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 24-cü, 50-ci və 58-ci maddələri.

Общая цена: 5/53
Оцените:

Dövlət müəssisəsində çalışan müəllimlərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin maddənin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. 

Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, qeyd olunan vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 4/56
Оцените:

Bildiririk ki, ƏDV ödəyicisi olan hüquqi şəxs, eyni zamanda mənfəət vergisinin ödəyicisi kimi, əldə olunan gəlirlərdən Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən müəssisə tərəfindən təqdim olunan sirkənin satış dəyəri müəssisənin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti olduğu üçün, sirkənin təqdim olunması ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 159-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

Общая цена: 5/52
Оцените:

Xarici hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin "Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün" hissəsindən əldə edə bilərsiniz.

Общая цена: 5/52
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi.

Общая цена: 5/56
Оцените:

Bildiririk ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 

Sorğunuzda qeyd olunan borca münasibətdə, borcun yarandığı dövr bir ildən artıq olduğu üçün faizin hesablanması bir il üçün aparılacaq. Mİsal olaraq, borc məbləği 100 manat olduqda, faizin hesablanması bu formada aparılır: 100 x 0.1% x 365 = 36.5

Əsas: Vergi Məcəlləsinin 59-cu və 68-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu maddə ilə müəyyənləşdirilmiş dərəcələrlə vergi tutulur.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 150-ci, 168-ci və 169-cu maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Общая цена: 0/50
Оцените:

Hüquqi şəxslərin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması üçün təqdim olunacaq lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, qeyd etdiyiniz kimi, Azərbaycan mənbəyindən gəlir olmadığı halda Vergi Məcəlləsinin 218.5.10-cu maddəsində yalnız vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən şəxslər istisna edildiyindən, qeyri-rezident şəxslərə (xarici şirkətlərə) xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən xarici şirkətlərə xidmətləri göstərən rezident müəssisə öz vergi öhdəliklərini yerinə yetirmək məqsədilə vergitutma metodu olaraq mənfəət vergisini seçməlidir.

Vergi Məcəlləsinin 14-1.2.2-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında həyata keçirilən əməliyyatlardan transfer qiyməti əsas götürülməklə vergilər hesablana bilər, yəni, tərəflərin götürdüyü risklər, öhdəliklər, funksional təhlil, risklərin və aktivlərin xüsusiyyətləri nəzərə alınmaqla gəlirlərin Azərbaycan Respublikasında cəlb edilməsi reallaşdırıla bilər.

Əlavə olaraq, bildiririk ki, vergi ödəyicisi qabaqcadan tətbiq ediləcək transfer qiymətinin metodunun müəyyənləşdirilməsi üçün müraciət edə bilər. Belə ki,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”nın 9.4-cu bəndinə əsasən vergi orqanı ilə rəsmi yazışma nəticəsində tövsiyə edilmiş üsulla vergi ödəyicisi tərəfindən müəyyənləşdirilmiş transfer qiyməti yalnız vergitutma məqsədləri üçün gəlirin və xərclərin müəyyənləşdirilməsində istifadə edilir və müvafiq bəyannamə (mənfəət, gəlir və ya sadələşdirilmiş) təqdim edilərkən nəzarət olunan əməliyyatdan vergi həmin qiymətlə hesablanır.

Göstərilənləri nəzərə alaraq, transfer qiymətin tətbiqi ilə bağlı, müraciətdə göstərilən iş üzrə əhəmiyyət kəsb edən hallar barədə ətraflı məlumat, tərəflər arasında bağlanılmış müqavilə və digər təsdiqedici sənədlərlə birlikdə müraciət edildiyi halda müvafiq qaydalar çərçivəsində məsələyə münasibət bildirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 14-1-ci və 218-ci maddələri, Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları.

Общая цена: 5/55
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 14-1.2.2-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında həyata keçirilən əməliyyatlardan transfer qiyməti əsas götürülməklə vergilər hesablana bilər. Eyni zamanda Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən yuxarıda göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda mənfəət vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə “Nəzarət olunan əməliyyatlar barədə Arayış”ı təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü arasında aparılan əməliyyatların dəyəri 500.000 manatdan artıq olduqda sözügedən arayış vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən bu Məcəllənin 16.1.4-cü maddəsində göstərilən arayışı müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 14-1-ci, 16.1.4-cü və 57.4-cü maddələri.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasənfiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. 

Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8.3-cü maddəsinin müddəalarına əsasən səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti üzrə nəzarət-kassa aparatının quraşdırılması istisna edilmişdir. 

Eyni zamanda, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu, 50-ci və 58-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Göründüyü kimi, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir. Sorğunuzda qeyd olunan halda, vergi ödəyicisi əsas vəsaiti ƏDV ödəmədən əldə etdiyi üçün yuxarıda qeyd olunan maddə tətbiq olunmur və əsas vəsaitin təqdim olunması ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Əsas: ergi Məcəlləsinin 159-cu maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə qeyd olunan vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının satışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması istisna edilmişdir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 164.1.41-1-ci və 165.5-ci maddələri.

Общая цена: 5/54
Оцените: