Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Eldəniz Məmmədov Vasif ma***@gmail.com ID: 95
Salam, sualım belədir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəyicisi olduqda onlar tərəfindən yaşayış binaları təqdim edilən zaman sənədləşmə notariusda aparılır? Əgər notariuslar tərəfindən sənədləşmə aparılırsa notarius ödəmə mənbəyində vergini tuturmu? Tutursa hansı dərəcə ilə vergi hesablanır?
27/09/2019 Прочитано: 257 Средняя стоимость: 3

Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.

Qeyd edilən arayışın əldə edilməsi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 154.6-cı, 175-ci, 218.1.3-cü, 218.3-cü, 219.3-cü, 220.8-ci və 221.5-ci maddələri.

3/5 (6 Средняя стоимость)
Оцените:
Cəfərov Saleh Mais sa***@gmail.com ID: 94
Təsisçiyə məxsus şəxsi avtomobil nizamnamə kapitalı qoyuluşu şəklində MMC-nin balansına keçirilir. Bu zaman yerinə yetirilməli olan prosedurlar barədə və MMC ləğv olunduqda həmin avtomobil təsisçinin adına keçərkən yaranan vergi öhdəlikləri haqqında məlumat verməyinizi xahiş edirəm.
27/09/2019 Прочитано: 285 Средняя стоимость: 3

Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə fonduna qoyulması hər iki tərəf üçün vergitutma obyektini təşkil etmir.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

3/5 (4 Средняя стоимость)
Оцените:
Nadir Cabbarov na***@gmail.com ID: 93
VM-nin maddə 102.1.10. dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri və Sosial sığorta haqqında Qanunun 15-ci maddəsində əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr dedikdə hansı ödəmələrdən söhbət gedir, bunların məbləğini kim (hansı dövlət orqanı) müəyyən edir?
27/09/2019 Прочитано: 210 Средняя стоимость: 0

Bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Əsas: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qasımova Əminə eq***@gmail.com ID: 92
Əcnəbilərin Azərbaycan Respublikasında hüquqi şəxs yaratması üçün tələb olunan sənədlər hansılardır? Və bu zaman əcnəbinin yaşadığı yer olaraq ünvan hansı ünvan verilir?
27/09/2019 Прочитано: 131 Средняя стоимость: 0

Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması zamanı tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.
Təsisçi fiziki şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verdiyi daimi və ya müvəqqəti icazə vəsiqəsinin rekvizitləri qeyd edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mübariz İmanov Hafiz mu***@gmalil.com ID: 91
İşə qəbulla bağlı elan nə vaxt veriləcək? Mən vergi könüllüsüyəm, bunun işə qəbula bir təsiri ola bilərmi?
27/09/2019 Прочитано: 154 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar,  eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.

Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayıl Azayev Rövşən az***@gmail.com ID: 90
Salam, bilmək istərdim Vergilər Nazirliyinin tərkibində ştatdan kənar işçilər hansı kateqoriya üzrə seçilir və ora necə müraciət etmək olar?
27/09/2019 Прочитано: 116 Средняя стоимость: 5

Bildiririk ki, vergi orqanlarında vakansiyalar yarandıqda KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilməklə müsabiqə həyata keçirilir və müsabiqənin hər iki mərhələsini (test imtahanını və müsahibəni) müvəffəqiyyətlə keçən namizədlər işlə təmin olunur.

Vergilər Nazirliyinin funksional fəaliyyəti ilə bağlı zərurət yarandıqda müvafiq kriteriyalar (iş təcrübəsi, Vergilər Nazirliyinə işə qəbulla bağlı keçirilən imtahan nəticələri və s.) nəzərə alınmaqla büdcədənkənar fondhesabına müəyyən hədd daxilində işçilər cəlb oluna bilər və ştatdankənar işçilərin işə qəbul edilməsi ilə bağlı xüsusi prosedur qaydalar müəyyənləşməmişdir.

İşə qəbul məsələləri ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə rəsmi qaydada müraciət etməklə əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Xaqani Dünyamalı oğlu Əliyev a_***@mail.ru ID: 89
Xahiş edirəm izah edəsiniz: əgər işçi məzuniyyətdə olduğundan növbəti ayda faktiki işlədiyi günlərin sayı normadan azdırsa, onun maaşı hesablanarkən 200 manat məbləğində vergi güzəştinin miqdarı necə hesablanmalıdır? Əvvəlcədən minnətdarlığımı bildirirəm. Hörmətlə, Xaqani Əliyev.
27/09/2019 Прочитано: 224 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqına cəlb edilir.

Qeyd olunanlara əsasən, işçinin əsas iş yerində ay ərzində əldə etdiyi muzdlu işdən gəliri 200 manatdan az olduğu halda, həmin gəlirdən gəlir vergisi hesablanmır.

4/5 (4 Средняя стоимость)
Оцените:
Abbasov Həsən Qələndər tu***@mail.ru ID: 88
Salam! Xahiş edirəm ki, bildirəsiniz forma № 4MQ (mənzil kommunal xidmət üçün qəbz) əldə edilməsi üçün fiziki yoxsa hüquqi şəxs kimi VÖEN uçotuna durmaq lazımdır?
27/09/2019 Прочитано: 118 Средняя стоимость: 4

Bildiririk ki, ciddi hesabat formalarının tətbiqi ilə bağlı ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.5-ci maddəsinə əsasən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

4/5 (4 Средняя стоимость)
Оцените:
Sevil Qaraliyeva Fərmail sq***@mail.ru ID: 87
Salam. Zəhmət olmazsa cavablandırardınız. Bir şəxsin adına iki dəfə VÖEN açmaq mümkündürmü? Yəni həmin şəxsin iki iş yeri olarsa?
27/09/2019 Прочитано: 142 Средняя стоимость: 0

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola bilər.

Əsas: Vergi Məcəlləsinin 34.6-cı maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nurlan Həsənli Mirkamil ga***@mail.ru ID: 86
Mən arayış almaq istəyirəm. Mən vergi ödəmədiyimə görə, haradan arayış ala bilərəm?
27/09/2019 Прочитано: 136 Средняя стоимость: 0

Bildiririk ki, fəaliyyətinizin olub-olmaması barədə arayış almaq üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya qeydiyyatda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. Vergi ödəyicisinin fəaliyyətinin olub-olmaması barədə arayış 5 iş günü müddətində verilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əhmədov Hümbət Məhəmməd hu***@gmail.com ID: 85
Salam. Bizim Şirkət Parakəndə Ticarətlə Məsğuldur. NKA dan istifadə edirik. Ancaq, hər mağazada 100 000.00 və 150 000.00 manat ayda 250 000.00 manat dövriyyə olur, ancaq həmin məbləği biz banka köçürmədən həmin pul vəsaitin Təhtəl hesaba verib (yəni 250 000-00 manatı) xərcləyirik (Məsarif edirik). Nağdsız hesablaşmalara görə olan qanun əsasında cəriməyə düşür və satışdan (mağazaların) əldə edilən pullar necə xərclənməlidir? Bizə həmin pulu istifadə olunması qaydaları haqqında məlumat vermənizi xahiş edirəm. Əvvəlcədən minnətdarliq edirəm.
27/09/2019 Прочитано: 156 Средняя стоимость: 4

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi vergi ödəyicisi tərəfindən Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, təqvim ayı ərzində qanunla müəyyən olunmuş hallarda yalnız nağdsız qaydada hesablaşmalar üzrə ödəmələr istisna olmaqla digər məxaric əməliyyatları üzrə ödənişlər həmin maddədə göstərilən hədlər daxilində (15 000 manat və 30 000 manat olmaqla) nağd qaydada ödənilə bilər.

4/5 (2 Средняя стоимость)
Оцените:
Mikayl ma***@mail.ru ID: 154
Salam. Vergi sistemində e-qaimə bölməsində qaimə hazırlanması qaiməni çap etmək olur. Amma bu qaiməni öz kompüterinə yükləmək olmur. Və ya hazır olmuş qaiməni elektron formada qarşı tərəfə ilkin baxmaq üçün göndərmək olmur. Angaq çap edib kağız formada çıxarmaq olur, amma bu rejim olsaydı çox gözəl olardı.
27/09/2019 Прочитано: 61 Средняя стоимость: 5

Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Müraciətlər” bölməsinə göndərə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mustafayev Elnur Mikayıl e.***@asan.gov.az ID: 81
Salam,mənim 0507229233 asan imza nömrəmlə sistemə girib əməliyyat edə bilmirəm.Bu nömrə əvvəl MMC yə bağlı olub,o MMC dəki payımı mən satmışam.Xahiş edirəm deyin bu nömrəni necə öz adıma keçirə bilərəm.Hal hazırda fiziki şəxs kimi fəaliyyət görsədirəm
27/09/2019 Прочитано: 98 Средняя стоимость: 5

Müraciətinizlə əlaqədar olaraq müştərisi olduğunuz mobil operatora müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Abasova Gunel Elikram gu***@mail.ru ID: 80
Online satış səhifələrinin vergisi necə hesablanır? Yəni hansı vergi ödəyicisi hesab olunur?
27/09/2019 Прочитано: 149 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək vergi uçotuna alınmalıdır.

ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər.

Müraciətinizdə qeyd olunan şəxs pərakəndə satışla məşğul olduğu halda sadələşdirilmiş vergi ödəyicisi olmaq həmin şəxsin hüququdur. Bu halda həmin şəxs əldə etdiyi ümumi hasilatdan xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödəyir.

Topdansatış fəaliyyəti ilə məşğul olduğu halda və ya  vergi ödəyicisi kimi uçotda olan şəxslərə satış xidməti  göstərildiyi halda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218.1.1-ci, 218.5.9-cu, 218.5.10-cu maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Nailə Məmmədzadə na***@mail.ru ID: 84
Vergi orqanı tərəfindən banka qoyulmuş sərəncam neçə iş günü müddətində geri çağırılmalıdır?
26/09/2019 Прочитано: 156 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Əsas: Vergi Məcəlləsinin 65.8-ci maddəsi.

3/5 (2 Средняя стоимость)
Оцените:
Tağıyev Nahid ta***@yahoo.com ID: 28
Vergi Məcəlləsinin 219.11-ci maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Digər yandan həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend vergitutma obyekti deyildir. Belə olan halda, belə çıxır ki, dividend VM-nin 219.11-ci maddəsinin mövcudluğundan asılı olmayaraq ödəmə mənbəyində vergiyə cəlb edildiyindən bütün hallarda SV məqsədləri üçün vergitutma obyekti deyildir?
19/09/2019 Прочитано: 482 Средняя стоимость: 5

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 219.11-ci maddələri.

5/5 (8 Средняя стоимость)
Оцените:
Zaur Kazımov ka***@gmail.com ID: 27
Salam. Mənim sualım ƏDV-nin vaxtının müəyyən edilməsi ilə bağlıdır. Bu sualı yazmaqda məqsədim budur ki, mən vergi məcəlləsində müvafiq maddələrin şərhi ilə bağlı normal ədəbiyyat tapa bilməmişəm ki,maddələri təfərrüatı ilə misallarla,nümunələrlə tam şəkildə izah etsin. Deməli, məsələn 118 manatlıq mal satılmışdır (18 manat ƏDV). E-qaimə və EVHF cari ayın 27-si göndərilmişdir. 1-ci hal). Müştəri ƏDV-ni (18 manat) cari ayın 30-u ödəyib, əsas məbləği (100 manat) isə növbəti ayın 1-i. Yəni hər iki ödəniş mallar təqdim edildiyi tarixdən sonrakı gündən başlayaraq 30 gün ərzində ödənilmişdir. Bu halda ƏDV öhdəliyi hansı ayın bəyannaməsinə düşməlidir? Əslində mən "ödəmə" anlayışını hər iki, həm ƏDV ,həm də əsas məbləğin eyni anda ödənilməsi kimi anlayıram. Amma təcrübədə çox zaman ƏDV birinci ödənir, əsas məbləğ isə daha sonralar. 2-ci hal). ƏDV (18 manat) yuxarıdakı kimi cari ayın 30-u ödənilib, amma əsas məbləğ (100 manat) növbəti ayın 30-u. Yəni malların təqdim edilməsindən sonrakı gündən başlayaraq 30 gündən sonra. Bu halda sonuncu növbəti ayın 20-si sonuncu bəyannamənin göndərilməsi müddətində ƏDV öhdəliyi bəyannamədə göstərilməlidirmi? (Baxmayaraq ki, mən şərtdə yazsam da ki, əsas məbləğ növbəti ayın 30-u ödənibdir, amma ayın 20-si, yəni ƏDV-nin son göndərilmə müddəti olduğundan bizim hələ xəbərimiz yoxdur ki, əsas məbləğ ödənəcək ya yox.) Və nəhayət 3-cü hal). Müştəri bu dəfə əsas məbləği birinci ödəyir, yəni yuxarıda göstərdiyim kimi cari ayın 30-u (baxmayaraq ki, 50 faiz cərimə olunacaqdır), amma ƏDV-ni növbəti ayın 1-i ödəyir. Yəni ödəmə məbləğlərinin yeri dəyişir, birinci əsas məbləğ (100 manat) ödənir,ikinci isə ƏDV (18 manat). Bu halda necə olmalıdır? ƏDV öhdəliyini hansı ayın bəyannaməsində əks etdirmək lazımdır. Və eləcədə əsas məbləğin ödənməsi, ƏDV-nin isə ödənməməsi və yaxud da mallar təqdim edildikdən sonra ümumiyyətlə heç bir məbləğin ödənməməsi bizim vergi orqanları qarşısında ƏDV öhdəliyimizin bəyannamədə əks etdirməməsinə əsas verirmi? Yəni ,fərz edək ki, müştəri aylar keçir,heç bir ödəmə etmir, nə ƏDV, nə əsas məbləğ. Bu o deməkdirmi ki, baxmayaraq ki, bizim malları təqdim etdiyimizə görə ƏDV öhdəliyimiz yaranıb,amma müştəri heç bir ödəniş etmədiyindən biz bu öhdəliyimizi bəyannamədə göstərə bilmirik. Yəni ƏDV öhdəliyinin bəyannamədə əks etdirilməsi mütləq olaraq müştəri tərəfindən ödəmənin olmasını vacib edirmi? Yoxsa sadəcə 30 gün əsas olaraq götürülməli və bu 30 gün ərzində heç bir ödəniş olmayıbsa 30 gün keçdikdən sonra avtomatik olaraq ƏDV öhdəliyi vergi ödəyicisi, yəni bizim tərəfimizdən bəyannamədə qeyd edilməlidir? Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.
19/09/2019 Прочитано: 350 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur.

ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

3/5 (9 Средняя стоимость)
Оцените:
Ağayev Orxan ag***@gmail.com ID: 26
Salam. Şirkətimiz Hotel Xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğuldur. 1. Bildirmək istəyirik ki, "Booking.com" vasitəsilə xaricə ödəniş ödəyirik (Booking.com bizə müştəri verir, biz bunun müqabilində Booking.com-a verdiyi müştəriyə görə komissiya ödəyirik) Sual budur ki, biz xaricə, yəni "Booking.com"a ödədiyimiz komissiyaya görə hansı vergiyə və vergi hesabatına cəlb olunuruq? Xahiş edirik, tam detallı cavablandırasınız. Öncədən təşəkkür edirik.. 2. 2ci sual budur ki, biz ƏDV ödəyicisiyik, müştərilərimizin əksəriyyəti "0" dərəcə ilə vergiyə cəlb olunan müəssələrdir. Biz ƏDV hesabatıını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıyıq, "0" dərəcə üzrə sertifikatı necə icra etməliyik, Xahiş edirəm detallı və geniş formatda cavablandırasınız. Öncədən təşəkkür edirəm.
19/09/2019 Прочитано: 420 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkəsi vasitəsi ilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşdiyinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Qeyd edilənlərə əsasən qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci,150-ci, 159.2-ci və 168.1.5-ci maddələri.

Cavab 2. Bildiririk ki, hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən ƏDV-dən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar ƏDV bəyannaməsinin 302 kodlu “ƏDV-nə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-nə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faızlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

5/5 (7 Средняя стоимость)
Оцените:
Əhmədli Toğrul Bəhlul to***@gmail.com ID: 25
Salam. 1.Mən MMC təsis etmək istəyirəm. Kağız məmulatları ilə bağlı olacaqı fəaliyyəti üçün, xarici bir sıra şirkət ,onlayn saytlardan məhsulları sifariş verəcəyim halda , Azərbaycan Respublikasının gömrüyünə daxil olan məhsullar üçün qanunla tənzimlənmiş qaydada hansı şəkildə , hansı şərtlər daxilində neçə % vergi ödəməliyəm ? 2. Nəzərə alsaq ki, məhsulları onlayn sifariş verəcəmsə, tətbiq edilən vergi rüsumunu necə və nəyə nəzərən hesablanacaq ? 3. Sadaladığım proseslərlə bağlı qanunla müyyən olunmuş rüsumlar, Vergi Məcəlləsi, öhdəliklərlə bağlı nə kimi məlumat (link) verə bilərsiniz ? Öncədən təşəkkürümü bildirirəm.
19/09/2019 Прочитано: 206 Средняя стоимость: 4

Bildiririk ki, vergi tutulan idxal ƏDV-nin məqsədləri üçün (aksizli mallar üçün ƏDV ilə yanaşı aksiz vergisinin, yol vergisi tutulan mallar üçün isə ƏDV ilə yanaşı yol vergisinin) vergitutma obyektidir və vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Hüquqi şəxs kimi vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, mənfəət vergisinin və ya əlavə dəyər vergisinin (mənfəət vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz.

Müraciətinizdə qeyd etdiyiniz məhsulun topdansatışı ilə məşğul olduğunuz halda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. Eyni zamanda, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduğu halda ƏDV qeydiyyatına durmalısınız.

Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyini nəzərə alaraq, malların idxalı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

4/5 (3 Средняя стоимость)
Оцените:
Fuad Tahirov Həsən f.***@list.ru ID: 24
Salam. Məsələ: Bizim şirkət qarşı tərəf üçün iş görüb və Mart ayında AKT imzalandı. 5 iş günü ərzində biz qaiməni göndərdik. Lakin 3 ay qarşı tərəf ardıcıl olaraq qaiməni düzəlişə (səbəb məlum olmadan) göndərdi. İyul ayında biz nəhayət ki, EVHF imzalayıb onlara göndərdik. Sual: Bu vəziyyətdə biz ƏDV hesabatı verəndə vergi tutulan əməliyyatı hansı ayın hesabatında gözstərməliyik. Əvvəlcədən təşəkkürlər.
19/09/2019 Прочитано: 173 Средняя стоимость: 5

ƏDV tutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim olunduğu vaxt hesab olunur.

Sorğunuzda qeyd olunan halda, vergi tutulan əməliyyatın vaxtı ödəmə 30 gün müddətində həyata keçirilmişdirsə ödəmənin edildiyi, 30 gündən sonra həyata keçirildikdə isə elektron vergi hesab-fakturasının 5 gün ərzində təqdim edilmədiyi üçün xidmətlərin faktiki təqdim edildiyi vaxt (təhvil-təslim aktına əsasən) hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (4 Средняя стоимость)
Оцените: