Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Cabbarov Samir Əfrəddin oğlu sa***@gmail.com ID: 174
Məlumat üçün bildiririk ki, A fiziki şəxs ölkə vətəndaşlarının və sair təşkilatların balıq məhsullarına olan tələbatını təmin etmək məqsədi ilə Rusiya Federasiyasının müxtəlif şəhərlərində balıq və balıq məhsulları istehsal edən müəssisələrlə və eləcə də həmin məhsulların ödənişləri həyata keçirən investorlarla 3 tərəfli müqavilə bağlamaq niyətindədir. Bu səbəbdən də yuxarıda göstərilən hərəkətləri vergi qanun vericiliyinə uyğun olub olmaması ilə bağlı məlumat verməyinizi Sizdən xahiş edirik
25/10/2019 Прочитано: 125 Средняя стоимость: 5

Bildiririk ki, öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin Konstitusiya hüququdur və hər kəs bu fəaliyyəti istər bilavasitə fərdi sahibkar kimi, istərsə də hüquq şəxs təsis etməklə həyata keçirə bilər.

Sahibkar vergi ödəyicisi kimi uçota alınması zamanı seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir.

Fiziki şəxs kimi vergi uçotuna dayanma, kommersiya hüquqi şəxsin yaradılması, təsərrüfat subyetinin uçota alınması, bank hesabının açılması, NKA-nın və POS-terminalın qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi və s. barədə daha geniş məlumatla "Vergi bələdçisi" bölməsində tanış olmaq olar.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nail, na***@mail.ru ID: 344
Salam. Vergi Məcəlləsində qeyd olunub. 102.1.6. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə, illik gəliri 30 000 manatadək olduqda, 2 400 manat məbləğində olan hissəsi vergidən azaddır və digər maddə isə qeyd edir ki, 2500 manatdan çox olduqda (350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi ) hesablanır. Mən bilmək istərdim illik gəlirim 28 000 azn olduqda mən nə qədər vergi ödəməliyəm? Yəni illik gəlirimdən 2400 azn çıxdıqdan sonra cədvəl üzrə hesablamalıyam? 6725 azn və ya 6125 azn sağ olun. 2. sual illik gəlirim 30 000 çox olduqda necə hasablanır, sağ olun
24/10/2019 Прочитано: 79 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir: (28000-2400)*14%
Qeyd olunan maddəyə əsasən fiziki şəxsin muzdlu işdən  illik gəliri 30 000 manatdan çox olduqda güzəşt tətbiq olunmur və 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rühəngiz Nurayeva Şeyxəli nu***@gmail.com ID: 340
Hörmətli Vergi Nazirliyi, Xahiş edirəm aşağıdakı suallar ilə bağlı rəyinizi bildirəsiniz. 1.Şirkətimiz ticarət fəalliyyəti ilə məşğul olur. 2018-ci ildə sadələşmiş vergi ödəyicisi olub. 2019-cu il Vergi Məcəlləsindəki dəyişikliyə əsasən ƏDV ödəyicisi olub. 2018-ci ilin dekabrında avans olaraq yanvar-mart ayları üçün məbləğ əldə edib. Sadələşmiş qeydiyyatıda olduğu üçün bu məbləği dövriyyədə qeyd etməyib. ƏDV ödəyicisi olduqdan sonra yanvar ayınının ƏDV bəyannaməsində bu məbləğ avans olaraq bəyan edilməlidir yoxsa satış olduqca aylar üzrə tanınmalıdır? 2.Şirkətimizin əsas fəaliyyəti ticarət fəaliyyətidir və əlavə olaraq turizm ilə bağlı fəaliyyət göstərmək istəyir. Şirkət ƏDV ödəyicisidir. Turun təşkilində müştərilər bizə ümümi məbləği ödəyir. Biz isə daşınma, ictimai-iaşə xidmətlərini ödəyirik. Bu halda hər hansı bir istisna var, yoxsa biz bütün məbləği ƏDV dövriyyəsi kimi göstərməliyik? 3. Turizm ilə məşğul olan şirkətlər ilə bağlı hansı istisnalar var?
24/10/2019 Прочитано: 174 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmidir.

Sorğunuzda vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə təqdim olunan xidmətə görə əldə etdiyi gəlirlərə görə xidmətin təqdim olunduğu dövrdə qüvvədə olan vergi dərəcəsi ilə (Bakı şəhərində 4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 %) vergi ödəyəcək və gəlirin əldə olunduğu dövr üçün sadələşdirilmiş vergi bəyannaməsi  təqdim edəcək.

Əsas: Vergi Məcəlləsinin 219-cu maddəsi.

Cavab 2-3. Bildiririk ki, mallar göndərilməsinə, işlər görülməsinə və ya xidmətlər göstərilməsinə yardımçı xarakter daşıyan mallar göndərilməsi, işlər görülməsi, xidmətlər göstərilməsi onların bir hissəsi sayıldığından sorğunuzda qeyd olunan halda əməliyyatın tam dəyərinə ƏDV tətbiq edilməli və göstərilmiş xidmətlərlə bağlı həmin xidmətlərin sifarişçisinə müvafiq elektron qaimə-faktura və elektron vergi hesab-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 71-1-ci, 159.1-ci, 159.2-ci və 171.1-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüqar Sadıqov İbrahim oğlu sa***@yahoo.com ID: 317
Salam. Xahiş edirəm cavab verəsiniz. 28.02.2019 tarixində yaradılan, işçisi və fəaliyyəti olmayan sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxs rüblük hansı hesabatları verməlidi? 3 rüb ərzində yalnız sadələşdirilmiş vergi bəyannaməsini verib.
21/10/2019 Прочитано: 34 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan şəxs sadələşdirilmiş vergi bəyannaməsindən əlavə olaraq aşağıdakı hesabatları vergi orqanına təqdim etməlidir.

- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat

- İşsizlik sığortası üzrə rüblük hesabat

Vergi növləri üzrə öhdəliklər, verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri ilə saytımızın Bəyannamələr bölməsindən tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Kərimov Fuad Hamlet oğlu fu***@gmail.com ID: 316
Salam. Əgər Mən vöen almışamsa və heç bir gəlir əldə edə bilməmişəmsə mən vergiyə pul ödəyirəmmi?
21/10/2019 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir bu halda həmin şəxsin vergi öhdəliyi yaranmır.

Əsas: Vergi məcəlləsinin 16.2-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüqar Qasımov Mahmud sh***@gmail.com ID: 313
Yeni çek formalarının əsas üstünlüklərindən biri - ƏDV məbləğinin bir qisminin istehlakçıya qaytarılması imkanını yaradır. Bu imkan nə vaxtdan olacaq və necə olcaq?
20/10/2019 Прочитано: 55 Средняя стоимость: 4

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər davam edir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

4/5 (1 Средняя стоимость)
Оцените:
Eldəniz Məmmədov Vasif ma***@gmail.com ID: 110
Salam. Sualım belədir : Pərakəndə ticarət ilə məşğulam.Obyektim və kassa aparatım var. Bunlarla yanaşı mal satarkən bəzi müəssisə və təşkilatlara e-qaimə təqdim edirəm. Bilmək istərdim ki,mənim vergi mükəlləfiyyətim sadələşdirilmiş yoxsa gəlir vergisi olmalıdır?
19/10/2019 Прочитано: 330 Средняя стоимость: 5

Bildiririk ki, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün satışı topdansatış fəaliyyəti hesab olunur. Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 1 yanvar 2019-cu il tarixdən mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir və əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz məbləğində gəlir vergisi ödəyir.

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və pərakəndə ticarətlə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək hüququna malikdirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 218.5.9-cu maddələri.

5/5 (11 Средняя стоимость)
Оцените:
Salman Salahov Sabir sa***@yandex.ru ID: 124
Salam. Bu mənim ikinci müraciətimdir.Xahiş edirəm cavablandırın. Ankara məktəb-litseyi nəznində "Nərgiz" adlı məktəbəqədər kurslar təşkil olunub (pullu). Valideynlərlə heç bir rəsmi müqavilə bağlanmır, ödəniş konvertin içində nəğd pulla (250manat) aparılır. Bununla bağlı tədbir görməyiniz xahiş olunur.
19/10/2019 Прочитано: 242 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (3 Средняя стоимость)
Оцените:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 122
Salam. Şirkətin konservasiya edilmiş (fəaliyyəti dayandırılımış) əsas vəsaitləri var, Vergi Məcəlləsəinə görə onlara amortizasiya hesablanmır. Konservasiya edilmiş (fəaliyyəti dayandırılımış) əsas vəsaitlərdən əmlak vergisi hesablanacaqmı?
19/10/2019 Прочитано: 289 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər, lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 16.3-cü, 16.4-cü, 72.2-ci, 108-ci və 114-cü maddələri, XIII fəsli.

4/5 (3 Средняя стоимость)
Оцените:
Pənahova Çinarə pe***@gmail.com ID: 308
Salam. 2019-cu il 26 oktyabr tarixində Vergilər Nazirliyinə olacaq imtahan bağlı ədəbiyyat siyahısını sayt yeniləndiyi üçün tapa bilmirəm, zəhmət olmasa bununla bağlı mənə köməklik göstərərdiniz .
19/10/2019 Прочитано: 112 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul elan edildikdə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir (https://www.taxes.gov.az/az/page/ise-qebul).

5/5 (1 Средняя стоимость)
Оцените:
Kamal Quluzadə Habil ka***@gmail.com ID: 307
1. Vergi orqanında çalışan şəxs özəl sahədə fəaliyyət göstərən hər hansı müəssisədə təsisçi ola bilərmi? 2. MMC-nin (və ya hər hansı hüquqi şəxsin) təsisçilərindən biri etibarnamə əsasında həmin MMC-nin direktorunu nümayəndə qismində təmsil edə bilərmidir? Diqqətinizə görə sağ olun!
19/10/2019 Прочитано: 192 Средняя стоимость: 4

Cavab 1. Bildiririk ki, vergi orqanlarının vəzifəli şəxslərinin təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə, sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

Əsas: “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu.

Cavab 2. Bildiririk ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

Eyni zamanda, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Əsas: Mülki Məcəllənin 16-cı fəsili.

4/5 (3 Средняя стоимость)
Оцените:
samir imanov natiq im***@gmail.com ID: 112
13.2.66.3 - də deyilən –“digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi” o deməkdir ki maliyyə aktivlərinin saxlanılması maliyyə xidmətidir. Digər maddədə belə deyilir: 13.2.14.4. ...İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir. Zəhmət olmasa, aydınlıq gətirərdiniz.
19/10/2019 Прочитано: 140 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində vergitutma məqsədləri üçün maliyyə xidmətinin növləri qeyd olunmuşdur. Həmin maddənin 13.2.14.4-cü bəndinə əsasən inkassasiya xidməti (nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması), nağd pul və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər (başqa sözlə desək, texniki xidmətlər) maliyyə xidmətlərinə aid edilmir.

Vergi Məcəlləsinin 13.2.66.3-cü maddəsinin qeyd etdiyiniz cümləsində isə “Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin (Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi) göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur.

Göründüyü kimi, maliyyə aktivlərinin saxlanılması maliyyə xidmətlərindən ayrı qeyd olunmuşdur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məmmədov Məhəmməd ma***@mail.ru ID: 306
Salam. Mən sadələşdirilmiş vergi ödəyicisiyəm, avtotəmir sexində çilingər işləyirəm. Bilmək istəyirəm hansı döviət qurumları işlədiyim sexdə yoxlama apara bilər və İqdisadi İnkişaf Nazirliyindən nümayəndə olmadan yoxlama aparılması doğrudurmu? Nəzarət kitabına yazılmadan yoxlama aparıb akt, cərimə yazıla bilərmi?
19/10/2019 Прочитано: 184 Средняя стоимость: 4

Bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-JVQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.

Qanuna əsasən 2021-ci il yanvarın 1-dək yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) zəng edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etməyiniz tövsiyə olunur.

4/5 (3 Средняя стоимость)
Оцените:
Bəhram Sadıqov Məmmədrza oğlu bh***@mail.ru ID: 111
01 sentyabr 2019-cu il tarixdən əmək haqqından gəlir vergisinin tutulması qaydası və sosial sığorta hesablanmasının qaydaları necə olmalıdır?(22% və 15 %)
19/10/2019 Прочитано: 214 Средняя стоимость: 4

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur.  Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. (sorğunuzda 6+300*10%=36). İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır ((500-200)*14%=42). Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

4/5 (6 Средняя стоимость)
Оцените:
Tural Musayev Fazil t_***@yahoo.com ID: 107
Salam. Məsələn işçi sentyabr 25-dən 10 gün məzuniyyətə çıxıbdı. Sentyabr ayı üçün vergi hesablanmi 6 gün + sentyabrda olan gəlirlərindən tutulacaq? 4 gününə görə vergisi ayri tutulacaq? Ancaq sentyabrin 25 dən 10 gün məzuniyyətin pulunu sentyabr maaşı ilə birgə ödəmək istəyirik. Zəhmət olmasa maddənin nömrəsini qeyd edərsiniz. Əvvəlcədən təşəkkürlər.
19/10/2019 Прочитано: 174 Средняя стоимость: 5

Bildiririk ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Bu baxımdan da işçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.

Məzuniyyət götürülən ay başa çatdıqdan sonra məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə həmin ayda işlənmiş günlərin sayına uyğun olaraq hesablanan əmək haqqı məbləği cəmlənir, məzuniyyət haqqı ödənilən zaman hesablanmış vergi məbləği dəqiqləşdirilir.

Onu da qeyd edək ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.

5/5 (4 Средняя стоимость)
Оцените:
Erkin Məmmədli Vidadi me***@gmail.com ID: 119
Əmək məcəlləsində məzuniyyət hesablamada istifadə olunan orta günlük əmək haqqı qanunundakı 12 - yə və 30.4 - ə bölmək nə üçündür? Yəni ki, əgər ilin sayına görə 365 və ya 366-ya bölmək mümkündürsə niyə bu üsuldan istifadə edirik? Məsələn 1 ilə 5000 meqabayt verən şirkətin orta günlük meqabaytını bu düsturlamı hesablamalıyıq, yoxsa 365 (366)-ə mi bölməliyik? Hansı üsul daha dəqiq və düzdür?
19/10/2019 Прочитано: 130 Средняя стоимость: 3

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ vergi qanunvericiliyi ilə tənzimlənmədiyi üçün, təsərrüfat uçotunun aparılması ilə bağlı ətraflı məlumat üçün Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elxan Rəhimli re***@yahoo.com ID: 300
1.Mənfəət vergisinin ödəyicisi olan işəgötürən tərəfindən işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 162-ci (Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi) maddəsinin 1-ci hissəsində nəzərdə tutulan minimum məbləğdən daha artıq məbləğ ödənilərsə həmin artıq məbləğ işəgötürənin vergi tutulan gəlirlərindən çıxıla bilərmi? 2. Mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində restrukturizasiya edilmiş kreditlərin güzəşt olunaraq silinmiş faiz və peniya məbləğlərinin gəlirdən çıxılmasına yol verilirmi?
17/10/2019 Прочитано: 142 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin  98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Müraciətinizdə qeyd olunan halda, işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməli olan məbləğdən artıq ödənilmiş hissəsi işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirilməklə gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci maddələri, Əmək Məcəlləsinin 157-ci və  162-ci maddələri

Cavab 2. Bildiririk ki, banklar tərəfindən verilmiş kreditlər üzrə faizlər gəlirlərə daxil edilməklə yanaşı, verilən aktivlərin tam dəyərindən “Aktivlərin təsnifləşdirilməsi və zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılması” qaydalarına uyğun olaraq ehtiyatlar yaradılmaqla xərclərə aid edilir. Dəyəri ödənilməyən aktivlərin ödənilməsi zamanı əvvəllər gəlirdən çıxılan ehtiyatların azalan hissəsi (ehtiyatlar) gəlirə əlavə edilir.

Əsas: Vergi Məcəlləsinin 111-ci və 141-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Rəsul es***@mail.ru ID: 299
Salam. Bizim şirkətin müəssisə kassasında nağd qaydada 2014-2017-ci illərdən pul vəsaiti yaranmışdır (40 000 manat). Mikro kiçik müəssisədir, bir təsisçisi var. Elə təsisçi özü işçi- Direktordur. Müəssisə 1 il fəaliyyətini müvəqqəti dayandırmışdır. Bu ildən fəaliyyəti bərpa olub işləyir. Sualım belıdir ki, təsisçi –direktor müəssisə kassasında nağd xərclənməmiş artıq vəsaiti özünə Dividend olaraq mədaxil ala bilərmi? Bu halda hər hansı pul kütləsinə qadağa və ya vergi öhdəliyi yaradırmı? Kassada toplanmış nağd pul vəsaiti 2014-2017 illərə aiddir. Müəssisəmiz mikro kiçik sahibkarliq subyektidir. Dividenddən vergi azaddır ya ödəməliyik? Sağ olun.
17/10/2019 Прочитано: 423 Средняя стоимость: 2

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.

Buna əsasən 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir.

1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Hüquqi şəxs tərəfindən təsisçilərinə dividendlərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində nağd qaydada ödənilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən Qanunun 3.3-cü maddəsinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin  102.1.22-1-ci və 106.10-cu maddələri,  “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi.

2/5 (3 Средняя стоимость)
Оцените:
Abutalıbov Atif Azər at***@mail.ru ID: 298
Salam. Asan imza ilə sualım var. VÖEN olduğu üçün bakcel nömrəmdə Asan imza qoşulub. Olmazmı ki, ödənişə 1,2 gün qalmış sms bildiriş gəlsin. Məncə bu texniki baxımdan problem deyil. Nəzərə alsaq ki hər ay mənim 25-30 ödəniş yığılır, təəccüblü deyil ki yadımdan çıxır. İndiyədək mən dəqiq bilmirəm hansı gün ödəniş üçün axırıncıdır.
17/10/2019 Прочитано: 101 Средняя стоимость: 4

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı müştərisi olduğunuz mobil operatora müraciət etməyiniz tövsiyə olunur.

4/5 (4 Средняя стоимость)
Оцените:
Lalə Məmmədova, wi***@gmail.com ID: 297
Bank lotereya fondu yaradır, onu palatada qeydiyyata alır və uduş fondunun formalaşması ilə bağlı lazımi sənədləri təqdim edir. Uduş fondunun predmeti, misal üçün, avtomobildir. Və, uduşdan əvvəl bank alqı-satqı müqaviləsiylə bunu lotereya keçirtmə proseduruna uyğun olaraq alıb. Xahiş edirəm aşağıdakı suallara cavab verəsiniz. 1. Mükafatın təqdim edilmə əməliyyatı ƏDV –yə cəlb edilməlidirmi? 2. Fiziki şəxs olan qalibin əşya şəkilində aldığı ımükafat üzrə gəlir vergisi öhdəliyi yaranırmı? Əgər yaranırsa, bu verginin sayılmasını və bəyan edilməsini ətraflı izah edərdiniz.
17/10/2019 Прочитано: 178 Средняя стоимость: 4

Bildiririk ki, lotereya keçirən şəxs üçün ƏDV üzrə vergi tutulan əməliyyatların dəyəri lotereyaların satışından əldə olunan məbləğdən uduş fondunun məbləği çıxıldıqdan sonra qalan məbləğ hesab edilir.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 101.5-ci172.5-ci maddələri.

4/5 (4 Средняя стоимость)
Оцените: