Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Əmirov Sabir Qasım oğlu mo***@mail.ru ID: 8522
Mənim mikro sahibkar kimi gəlir vergisinin ödəyicisi olduğum dövrdə E-qaimələrlə rəsmi olaraq satış üçün mallar almışam. ƏDV geri al kampaniyası başlayanda rəqabətə davam gətirmək üçün ƏDV qeydiyyatına alınmışam. ƏDV qeydiyyatına alındığım vaxtda mənim mal qalığım olmuşdur. Əgər, mən gələcəkdə fəaliyyətimi dayandırsam və ya ƏDV qeydiyyatımı ləğv etsəm, həmin bu ƏDV qeydiyyatından əvvəl olan mal qalığından qalan malları nə cür məxaric edə bilərəm?
16/08/2023 Прочитано: 173 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənova Təranə İmammirzə qızı mr***@mail.ru ID: 8518
Mən mülkiyyətimə 1.6 ha torpaq sahəsi almışam. Həmin torpaq sahəsinin çıxarışında torpağın kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunub. Lakin torpaq sahəsinin planı və ölçüsündə digər kateqoriyalı torpaqlara şamil edilməklə, 5-ci keyfiyyət qrupuna aid olmaqla, bonitet balı 20 qeyd olunub. Bu halda mən illik torpaq vergisi nə qədər ödəməliyəm? Xahiş edirəm, bu barədə mənə düzgün məlumat verilməsinə köməklik göstərəsiniz.
16/08/2023 Прочитано: 181 Средняя стоимость: 5

Bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisi Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarına əsasən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilmiş şərti ballar əsasında hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. 

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələri, Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı.

5/5 (1 Средняя стоимость)
Оцените:
Anar Nəbiyev Mirzə na***@gmail.com ID: 8517
Salam. Qaynımın adina vergilər idarəsində onun ödədiyi vergini etibarnamə ilə təsdiq etdirə bilərəm? Təşəkkür edirəm!
16/08/2023 Прочитано: 96 Средняя стоимость: 5

Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi vergi ödəyicisinin sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 5 iş günü ərzində təqdim olunur. Arayışı vergi ödəyicisi şəxsən və müvafiq qaydada təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə müraciət edərək əldə edə bilər.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Lalə Əsədullayeva Arif la***@gmail.com ID: 8515
Sahibkar program təminatı ilə bağlı xidmət göstərir və gəlir vergisi ödəyicisidir. 5 % vergi ödəyir. Əlavə fəaliyyətlə məşğul olmaq istəyir. Çay evi açır. İcarə müqaviləsi bağlanıb, obyektin kodu alınıb və kassa aparatı quraşdırırlıb. İndi bu vergi ödəyicisi əlavə fəaliyyət üzrə 2% sadələşdirilmiş vergi ödəməlidir, ayrıca gelir vergisi ödəyicisi kimi 5%? Necə tənzimləməlinir və hansı hesabatları verməlidir?
16/08/2023 Прочитано: 285 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Həm ictimai iaşə, həm də proqram təminatı xidməti göstərən şəxslərin proqram təminatı xidməti üzrə əldə etdiyi gəlirlərinə gəlir vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. 

Buna əsasən, vergi ödəyicisi hər iki fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və əldə olunan gəlirlərindən bu gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. 

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən doldurulması qaydaları ilə internet səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102-ci, 155-ci, 218-ci, 219-cu və 221-ci maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ulvi Abdullayev ul***@mail.ru ID: 8514
Vergi Məcəlləsinin 16.1.11-11.3 maddəsinin ikinci abzasına əsasən Vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda bu maddədə nəzərdə tutulan məlumat forması vergi orqanına təqdim edilmir. Bu halda idxal edilmiş mallar həmin təsərrüfat subyektinə (obyektinə) boşaldılmış hesab olunur. Sualımız bundan ibarətdir ki, vergi ödəyicisinin bir anbar bir də satış obyekti olarsa, bu cür hal bir təsərrüfat obyektimi sayılır, yoxsa hər bir qeydiyyata qoyulmuş obyekt ayri ayriliqda nəzərə alınaraq 2 təsərrüfat obyekti kimi qeydə alınır?
16/08/2023 Прочитано: 153 Средняя стоимость: 0

Məlum olduğu kimi, ötən il Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar malların idxal olunacağı tarixədək vergi orqanına təqdim edilməlidir. Dəyişikliyin məqsədi idxal əməliyyatları həyata keçirən, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi məqsədilə idxal olunan malların sifarişçiləri, habelə həmin malların saxlanc yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumatın verilməsidir.

Bununla belə, vergi ödəyicilərinin inzibati yükünün azaldılması məqsədilə qeyd olunan məlumat formasını təqdim edən subyektlərin dairəsində 01.01.2023-cü il tarixdən etibarən dəyişiklik edilib. Belə ki, vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda, idxal edilən malların qeydiyyatda olan həmin obyektə aparılması kimi qiymətləndirilməsi və məlumat formasının təqdim olunmaması müəyyən edilib. Digər vergi ödəyiciləri tərəfindən isə həmin məlumatların təqdimolunma müddəti artırılıb, malların gömrük nəzarətindən çıxdığı vaxtadək (hava nəqliyyatı ilə daşınan malların isə gömrük nəzarətindən çıxdığı vaxtdan 1 iş günü müddətində) təqdim olunması ilə bağlı dəyişiklik edilib.

Sorğunuzda qeyd olunan halda vergi ödəyicisinin uçota alınmış iki təsərrüfat subyekti (obyekti) olduğu üçün məlumat forması vergi orqanına təqdim edilməlidir.

Dəyişiklik haqda ətraflı məlumatla buradan tanış ola bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zakirli Şükrüyə za***@gmail.com ID: 8507
Salam. Adına VÖEN olan şəxs əgər fəaliyyəti heç vaxt olmayıbsa və şəxsi istifadə üçün avtomobil idxal edərsə, bunu bəyannamədə qeyd etməlidirmi? Əgər qeyd edilirsə, zəhmət olmasa məcəllədə hansı maddəyə əsaslanır, bildirəsiniz. Öncədən təşəkkürlər.
14/08/2023 Прочитано: 126 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsin sahibkarlıq məqsədləri üçün istifadə olunmayan nəqliyyat vasitəsinin "Gəlir vergisi bəyannaməsi"nin əlavəsində qeyd olunması tələb olunmur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Arifli Fəqan Hikmət oğlu fe***@gmail.com ID: 8504
Salam. Mən səyahət şirkəti (səyahət agentliyi) qurmaq istəyirəm. Məlumat almaq istərdimki, Hüquqi şəxs kimi səyahat agentliyi üçün MMC yaratdıqda, sadələşdirilmiş vergi ödəyə bilərəmmi və bu vergi nəyə görə və neçə faizlə hesablanacaq? Yaratmaq istədiyim səyahət şirkəti onlayn olaraq faaliyyət göstərəcək. Hər hansısa bir ofis olmayacaq. MMC yaradarkən ev ünvanını göstərməkdə hər hansısa bir problem yaranar? Ətraflı bu barədə məlumat verə bilərsiniz zəhmət olmasa?
11/08/2023 Прочитано: 203 Средняя стоимость: 3

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Elnur Atakisiyev at***@gmail.com ID: 8498
Salam. Vergi ödəyicisi pərakəndə satış qaydasında 4500 AZN-lik ödənişi nağd qəbul edir. Bu zaman maliyyə sanksiyası 4500 AZN-lik məbləğə, yoxsa, 4500 AZN ilə 4000 fərqi olan 500 AZN-ə tətbiq olunur?
10/08/2023 Прочитано: 176 Средняя стоимость: 0

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinə əsasən, pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. 

Sorğunuzda qeyd olunan malın dəyəri dörd min manatdan artıq olduğu üçün, həmin malın satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 

Həmçinin, Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən həmin Qanunun 3.4.11-ci maddəsinin tələblərini pozmaqla, ödənişi nağd qaydada qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Könül Hacıyeva Rahib ko***@mail.ru ID: 8493
102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. bura Şəhidin qardaş və bacısı daxıldirmi?
09/08/2023 Прочитано: 115 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt məbləği şəhid adını almış şəxslərin valideynlərinə, dul arvadlarına (ərlərinə) və övladlarına şamil edilir. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Niyaz Kəlbiyev Ka***@mail.ru ID: 8489
Salam. Xahiş edirəm, bir suala aydınlıq gətirəsiniz. Şirkət ictimai iaşə fəaliyyəti göstərir və pos-terminal vasitəsi ilə alıcılar tərəfindən ödənişlər edilir. VM 165.5 maddəsində əsasən müəssisəyə pos-terminal vasitəsi ilə ödənilmiş məbləğlərə uyğun 0 % cəlb olunur?
09/08/2023 Прочитано: 206 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər  tərəfindən göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi istehlakçılara geri qaytarılır. 

Göründüyü kimi, qeyd olunan maddədə ictimai iaşə xidmətinin 0 faiz dərəcə ilə ƏDV-yə cəlb olunması qeyd olunmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 165-ci və 218-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sahil Bəylərli Kamal oğlu ba***@gmail.com ID: 8488
Salam, mənim VÖEN ilə bağlı sualım var. Mən frilanser olaraq işləyirəm, işlədiyim saytda isə qazandığım məbləği çəkmək üçün TIN (Tax Information Number), yəni VÖEN nömrəsi tələb olunur. Sualım isə budur: VÖEN açdırdıqdan sonra dövlətə hansı aralıqlarla və nə qədər məbləğdə vergi ödəməli olacam? Təşəkkürlər.
08/08/2023 Прочитано: 225 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (2 Средняя стоимость)
Оцените:
Məksud Ağayev el***@gmail.com ID: 8487
Salam. Mənim vergi borcum nə qədərdir? VÖEN: 6404084912
07/08/2023 Прочитано: 113 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi Ağayev Məksud Yəhya oğlunun (VÖEN:6404084912) ödənilməmiş vergi borcu müəyyən edilməmişdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ceyhun Azəri dj***@gmail.com ID: 8405
Salam. Təşkilat Mülki hüquqi müqavilə əsəsında fiziki şəxsləri əməkdaşlığa cəlb edir. Bu zaman həmin şəxslərə göstərdikləri xidmətlərə görə təsdiq olunmuş tarif üzrə xidmət haqqı ödəyir. Məsələn, "A" işçiyə Bakı şəhərində "X" işi yerinə yetirdiyinə görə tarif üzrə 100,00 manat xidmət haqqı hesablanır. Bu xidmət haqqından 41% vergilər çıxıldıqdan sonra "A" işçiyə 59.00 manat ödəniş edilir. Növbəti həftə təşkilat "A" işçiyə Ağsu şəhərində "X" işi yerinə yetirmək tapşırığı verir. Bu zaman tarif üzrə 100.00 manat və Ağsu şəhərində bu işi icra etdiyi üçün 65.00 manat ezamiyyə haqqı ödəyir. Sualım belədir : Təşkilat Mülki hüquqi müqavilə əsasında əməkdaşlığa cəlb etdiyi fiziki şəxsə ezamiyyə haqqı ödəyə bilərmi? Əgər ödəyə bilərsə, bu zaman həmin haqqdan da 41% vergilər tutulmalıdırmı yoxsa məhz bu xərci kompensasiya olunan xərc kimi nəzərə almaq olar? Xahiş edirəm, misal üzrə konkret cavab verin. Qeyd edim sual hazırda çox aktualdır.
07/08/2023 Прочитано: 395 Средняя стоимость: 5

Bildiririk ki, ezamiyyə xərcləri əmək müqaviləsi ilə çalışan işçilər üçün nəzərdə tutulduğu üçün mülki-hüquqi müqavilələr ilə çalışan şəxslər üçün hansısa xərclərin ödənilməsi ezamiyyə xərcləri hesab olunmur və həmin şəxslərin gəliri hesab olunur.

Eyni zamanda hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

 

5/5 (6 Средняя стоимость)
Оцените:
Qurbanov Təbriz Xəyyam oğlu ta***@bk.ru ID: 8466
"Newegg" onlayn satış platformasından bank kartı vasitəsilə 189.99 ABŞ dolları (384,48 manat) məbləğinə "GIGABYTE X570S AORUS ELITE AX" model kompüter üçün ana platası sifariş edilmişdir. Bu zaman Ana platanın dəyərindən əlavə bank kartından 58,65 manat məbləğində ƏDV vergisi tutululmuşdur. Bunun AR Vergi Məcəlləsinin 169.3-cü maddəsinin 3-cü abzasına zidd olduğunu hesab edirəm. Çünki sifariş etdiyim Ana plata həmin məcəllənin 13.2.8-ci maddəsinin mənası baxımından maddi mənada mal anlayışına aiddir. Xahiş edirəm tutulmuş ƏDV-nin nəyə əsasən tutulması barədə məlumat verəsiniz.
07/08/2023 Прочитано: 517 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (7 Средняя стоимость)
Оцените:
Abdurrəhman Şirinli ab***@gmail.com ID: 8377
Xaricdə yerləşən bir şirkətlə konsultasiya xidməti vermək qarşılığında bank hesabıma hər ay dəyişən məbləğlərdə məvacib göndərilməsi barədə müqavilə bağlamışam. Bunun üçün VÖEN hesabı açdım, təyinat muzdlu iş olaraq gedir. Yaşadığım rayonun vergi ödəyicilərinə xidmət mərkəzində verəcəyim aylıq verginin 5% olacağını bildirdilər, daha sonra VÖEN açdıqda Asan Xidmətdəki əməkdaş da eynisini dedi. Ancaq Vergi Məcəlləsində bu barədə heç bir maddəyə rast gəlmədim. Öhdəliyimə düşən vergi miqdarı ilə bağlı detallı məlumat verə bilərsinizmi?
04/08/2023 Прочитано: 277 Средняя стоимость: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

5/5 (6 Средняя стоимость)
Оцените:
Alıyeva Şəbnəm Şakir al***@gmail.com ID: 8408
Salam. Bilmək isdəyirəm ki, Naxçıvan MR-da vergidən vakansiya elan olunub. Müsabiqədə kənar rayon-şəhərdən namizədlər iştirak edə bilər?
04/08/2023 Прочитано: 162 Средняя стоимость: 0

Bildiririk ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqədə iştiraka ali təhsilə malik (qeyri-hüquq sahələri üzrə müraciət edən namizədlər üçün ixtisas tələbi yoxdur), yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin vakant vəzifələrə işə qəbulla bağlı elanı ilə buradan tanış ola, əlavə suallar yarandıqda 036-544-08-96 nömrəli telefonla Naxçıvan MR Dövlət Vergi Xidmətinə müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Pərviz Azər Süleymanov pa***@mail.ru ID: 8436
Salam. Mənim DSMF borcum vardı. Haqqımda məhkəmə qətnaməsi var. Bu gün tamamını ödədim. Bilmək istərdim ki, üzərimdən məhdudiyyət nə vaxt qalxacaq?
04/08/2023 Прочитано: 209 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mirrəhim Rəhimli ef***@mail.ru ID: 8378
Səhmdar cəmiyyətinin səhmdarlarının 30 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə 2022-ci maliyyə iliində yaranmış xalis mənfəətin dividend şəkilində bölüşdürülməsi elan edilmişdir. Səhmdar cəmiyyəti tərəfindən dividendlərin ödənilməsi 2023-cü ilin fevralın 1-dən sonra həyata keçirilmişdir. Belə olduqda həmin dividend gəlirləri, Vergi Məcəlləsinin 102.1.22. -ci maddəsinədə nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirlərinə aiddirmi? Əvvəlcədən təşəkkür edirəm!
01/08/2023 Прочитано: 318 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените:
Nərmin Nəbiyeva Altay ne***@gmail.com ID: 8366
Salam. Mənə ABB-dən belə bir mesaj gəlib "Hörmətli müştəri, qanunvericiliyə və daxil olmuş vergi bildirişinə əsasən, müvafiq məlumatlarınız vergi orqanına təqdim ediləcək. Əlavə məlumat üçün filial/şöbəyə müraciət ede bilərsiniz." ABB-yə yaxınlaşdım, vergi xidməti ilə əlaqə saxlamaq lazım olduğu bildirildi. Zəhmət olmasa, bu haqda məlumat verərdiniz.
01/08/2023 Прочитано: 230 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 

Eyni zamanda Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 76-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Səma Əfqan sk***@mail.ru ID: 8464
Salam. Mən kollecdə müəllim isləyirəm, 3 uşaq anasıyam, yoldaşım Mühafizə polisində işləyir. 3 usağa görə vergiyə güzəşt almır. Mən 3 uşağa görə vergiyə güzəşt ala bilərəmmi? Hansı sənədlər lazımdır?
31/07/2023 Прочитано: 220 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

 "Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.

 https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените: