Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
MƏMMƏDLİ KƏNAN QASIM ke***@mail.ru ID: 2123
Salam. Bildirirəm ki, 14.06.2020-ci il tarixdə mənim əmək müqaviləm bitir və mən həmin tarixdə 14 günlük əmək haqqımı və 42 gün üçün hesablanmış son hesabımı alacam. Bilmək istəyirəm ki, vergi azadolması (200 AZN) əmək haqqı ilə son hesabın cəminə tətbiq olunur yoxsa hər birinə ayrı-ayrılıqda tətbiq olunur?
04/06/2020 Прочитано: 62 Средняя стоимость: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qədirov Pənah Polad qe***@mail.ru ID: 2122
0.5 faiz tutulmalar hansı hesaba köçürülməlidir. Xahiş edirəm, bank rekvizitlərinin əldə olunmasına köməklik göstərəsiniz.
04/06/2020 Прочитано: 46 Средняя стоимость: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar)  və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Средняя стоимость)
Оцените:
Emin Səlimov em***@gmail.com ID: 2121
Asan imza üçün sertifikat götürmək istəyirəm, dəfələrlə onlayn növbə götürmək istəyirəm, məlumatın düz olmaması bəhanəsi ilə imtina olunur. Axı şəxsiyyət vəsiqəmin müddəti bitməmiş, ad və soyad dəyişilməmiş, bütün məlumatlar öz qaydasındadır. Buna baxmayaraq yenə "Xəbərdalıq" pəncərəsi göstərir və məlumatların səhv olmasını qeyd edir. Sizdə nəsə texniki nasazlıq var. Mümkünsə köməklik göstərəsiniz.
03/06/2020 Прочитано: 155 Средняя стоимость: 0

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Osmanlı Qoşqar Abdulvahab o.***@gmail.com ID: 1936
Salam. Mən fərdi sahibkara məxsus 3 mərtəbəli binanın 3 cü mərtəbəsini uzunmüddətli icarə müqaviləsinə əsasən hüquqi şəxs kimi fəaliyyət göstərmək üçün icarəyə götürmüşəm və demək olar ki direktoru olaraq fəaliyyət göstərdiyim mərtəbənin bütün təmir işlərini görmüşəm və çoxlu sayda avadanlıq qurlaşdırmışam.bilmək istəyirəm ki uzunmüddətli icarə müqaviləsinə əsasən sahibkardan icarəyə götürdüyüm mərtəbəni hüquqi şəxsin balansına sala bilərəmmi.əgər bilərəm sə hansı qaydalara uyğun olaraq bilərəm?
03/06/2020 Прочитано: 324 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Həmçinin tərəflər arasında bağlanan icarə müqaviləsində əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı məsələlər qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur. 

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır,  yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.  Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər - Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə. 

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi, Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı

 

4/5 (8 Средняя стоимость)
Оцените:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 2120
Müştəriyə nisyə borc müqaviləsi ilə pərakəndə satış qaydasında ƏDV daxil 500 manatlıq mal təqdim edilir( satılır ). 10 ay müddətində həmin müştəri (vətəndaş ) hər ay (ƏDV daxil) 50 manat olmaqla malın dəyərini hissə-hissə ödəyir. Hər dəfə ödəniş etdikdə həmin müştəriyə yeni nəsil kassa aparatından çıxan çek təqdim olunur. Hər ay ödəniş etdikdə NKA aparatından ona verilən çekdəki Fiscal İD-ni şəxsi kabinetinə daxil etdikdə hərə aya görə ödədiyi məbləğdəki ƏDV-nin bir hissəsi hansı müddətdə ona geri qayıdacaq? Ümumiyyətlə pərakəndə satışda nisyə borc müqaviləsi ilə malın təqdim edilməsi zamanı vətəndaş tərəfindən ödənişin hər ay hissə-hissə geri qaytarılması halında vətəndaşa ticarət obyektində təqdim edilən NKA aparatının çeki ilə həmin vətəndaş ƏDV geri al kampaniyasında ƏDV məbləğinin bir hissəsini hansı müddətdə və hansı şərtlərlə geri qaytara bilər?
03/06/2020 Прочитано: 144 Средняя стоимость: 0

Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə satışı həyata keçirildikdə, malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyev Təvəkkül na***@gmail.com ID: 2118
Mən 1 ilimin dövriyyəsinin cəmini istəyirəm.
03/06/2020 Прочитано: 102 Средняя стоимость: 3

Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

3/5 (2 Средняя стоимость)
Оцените:
Səkinə Qədimova Əhməd s.***@asan.gov.az ID: 2117
Salam, mənim çeklərimdə fiskal İD-lər tapılmır. Zəhmət olmasa, necə aktiv edə bilərəm məlumat verə bilərsinizmi?
03/06/2020 Прочитано: 118 Средняя стоимость: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. 

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan”edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Bəşirov Azər Sahib oğlu gu***@mail.ru ID: 2116
Salam! Mən bilmək istərdim, mənim vöen nömrəm yadımdan çıxıb. Fəaliyyətimi bağlamaq istəyirəm.
03/06/2020 Прочитано: 80 Средняя стоимость: 5

Bildiririk ki, Bəşirov Azər Sahib oğlu vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində uçotdadır (VÖEN 2006134252). 

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. 
 

5/5 (1 Средняя стоимость)
Оцените:
Ilhama Arixova Fərrux qızı il***@gmail.com ID: 2115
Salam, artıq uzun müddətdirki, www.edvgerial.az saytından istifadə edirəm. Ticarət və ictimai iaşə obyektlərində etdiyiniz ödənişlər üzrə çekləri toplayıb həmin saytda 12 simvollu fiskal ID-ni daxil edirəm. Lakin 4 ədəd çek var ki, onları sistem qəbul etmir. Qeyd edilmişdi ki, vergilər xidmətinə müraciət etməliyəm. Bunun üçün mən nə etməliyəm ?
03/06/2020 Прочитано: 34 Средняя стоимость: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mikayıl Qasımov Əliş oğlu mi***@mail.ru ID: 2114
Hörmətli vergi əməkdaşları xahiş edirəm aşağıdakı sualı cavablandırın. Hər biri 50 % həcmində pay qoymaqla iki müəssisə birlikdə “C” müəssisəni yaradırlar. “C” müəssisəsi uzun müddətdir fəaliyyət göstərir. 2019-cu ildə “C” müəssisəsi mülkiyyətində olan əmlakının (konteynerlərin) bir hissəsini satır. Həmin satılan əmlak təsisçinin biri tərəfindən (digər müəssisələr üçün satışın həyata keçirilməsi qaydalarına uyğun olduğu kimi) alqı-satqı müqaviləsi əsasında alınır. Yenidən “C” müəssisəsində həmin əmlaka ehtiyac yarandığından təsisçi tərəfindən alınmış əmlakı “C” müəssisəsinə icarə müqaviləsi əsasında icarəyə verilir və təsisçi hər ay üçün əmlakdan istifadəyə görə “C” müəssisəsindən icarə haqqı alır. Bununla əlaqədar aşağıdakı suallar yaranır: Sual 1. Təsisçi tərəfindən təsisçisi olduğu “C” müəssisənin əmlakının (adi halda digər müəssisələrə satışın həyata keçirildiyi şərtlər əsasında) alqı-satqı müqaviləsi əsasında alınması üzrə əməliyyatın aparılmasında qanun pozuntusu varmı? Sual 2. Təsisçi öz payına düşən həmin əmlakın (konteynerlərin) qalan hissəsini alqı-satqı müqaviləsi olmadan öz əmlakı kimi təsisçisi olduğu “C” müəssisəsinin istifadəsi üçün icarəyə verib xidmət (icarə haqqı) haqqı ala bilərmi? Belə olan halda bu əməliyyat qanun çərçivəsində necə rəsmiləşdirilə bilər və yaxud təsisçisinə məxsus əmlak “C” müəssisəsinə icarəyə verildiyi halda, eyni zamanda həmin təsisçinin “C” müəssisəsindən dvidend alması mümkündürmü? Əvvəlcədən minnətdarlığımı bildirirəm .
03/06/2020 Прочитано: 103 Средняя стоимость: 0

Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Təsisçi ilə müəssisə arasında icarə və alğı-satqı əməliyyatlarının aparılmasına qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmamışdır. 

Həmçinin, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur. 

Eyni zamanda, təsisçi tərəfindən müəssiyə əmlakın icarəyə verilməsi təsisçinin dividend almaq hüququnu məhdudlaşdırmır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmməd Bağırov St***@mail.ru ID: 2113
Salam. Onlayn novbə necə götürə bilərəm? Məndə təzə vəsiqədir, AA seriyası ilə növbə götürə bilmirəm. Xahiş edirəm, mənə köməklik edəsiniz.
03/06/2020 Прочитано: 89 Средняя стоимость: 0

Bildiririk ki, elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində elektron xidmətin istifadəçisi şəxsiyyətini təsdiq edən sənədin növünü seçir. Elektron xidmətin istifadəçisi Azərbaycan Respublikasının vətəndaşı olduğu halda “ŞƏXSİYYƏT VƏSİQƏSİ” xanası xanası seçilir.Şəxsiyyətini təsdiq edən sənədin növü seçildikdən sonra “FİN” xanasına şəxsiyyəti təsdiq edən sənədin FİN kodu daxil olunur. 

Onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sadıqov Samir Tahir sa***@mail.ru ID: 2112
Salam. Eyni holdinq tərkibinə daxil olan "A" müəssisəsi "B" müəssisəsinə faizsiz 1 illik borc vermişdir. 6 aydan sonra "B" müəssisəsinin maliyyə durumu pis olduğundan təsisçinin qərarı ilə verilən borc məbləği güzəştə gedilib. Bu halda "A" müəssisəsinin hər hansı bir vergi öhdəliyi yaranırmı?
03/06/2020 Прочитано: 99 Средняя стоимость: 1

Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətində olduqları halda, həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bununla yanaşı, bağışlanmış borcun məbləği vergi ödəyicisinin qeyri-sahibkarlıqdan əldə etdiyi gəlir hesab olunur və vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 99.3.5-ci və 123.1-ci maddələri.

1/5 (1 Средняя стоимость)
Оцените:
Seymur Seydəmirov Mirəhməd em***@gmail.com ID: 2133
Salam. Fiscal İD: CKCMeKRqs6sA; EkMQsWAuxLvF; 001401425191 Lütfən bunları yoxlayın edvgerialda qeyd edə bilmirəm
03/06/2020 Прочитано: 41 Средняя стоимость: 0

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.
Müraciətinizdə qeyd olunan çekin həqiqiliyi qanunvericiliyə uyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəbrayılov Azər Baladadaş oğlu az***@mail.ru ID: 2111
• Azərbaycan Respublikasının Vergi Məcəlləsində belədir- 102.4. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır: 102.4.4. daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum. Sualım belədir ki, mənim sağlamlıq imkanları məhdud uşağım var. Mən işləyirəm, həyat yoldaşım işsizdir. Mənə gəlir vergisi hesablanan zaman bu güzəşt aiddirmi? Aiddirsə, mühasibatlığa hansı sənədləri təqdim etməliyəm? Əvvəlcədən minnətdaram.
02/06/2020 Прочитано: 90 Средняя стоимость: 0

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhifəmizdə cavablandırılmışdır. Cavabla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elmira Ələkbərova Şahin El***@gmail.com ID: 2110
Salam. Biz məhsul əldə etmişik. Bizə pos-terminal çeki verilib. (birkart üzrə ödəniş olub). Ancaq fiskal İD olan çek deyil. Bu halda biz ƏDV geri qaytarılması ilə bağlı hər hansı şəkildə müraciət edə bilərikmi?
02/06/2020 Прочитано: 85 Средняя стоимость: 0

Bildiririk ki, istehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya nəzarət-kassa aparatı çeki ilə yanaşı, POS-terminaldan çıxarış da verilməlidir.

Müraciətinizlə bağlı ətraflı məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmməd Həsənov Asdan oğlu ma***@mail.ru ID: 2109
Salam. (COVID-19) Pandemiyası ilə bağlı maliyyə dəstəyi proqramı çərçivəsində vəsait bank hesabınıza köçürlmüşdür. Bu mesajın informasiyası ilə əlaqədər olaraq müraciət edirəm.
02/06/2020 Прочитано: 62 Средняя стоимость: 0

Bildiririk ki, qeyd etdiyiniz mətndə SMS bildirişlər maliyyə dəstəyi üçün müraciət etmiş vergi ödəyicilərinə vergi orqanları tərəfindən göndərilir. Həmin şəxslərin bank hesabına maliyyə dətəyinin köçürülməsi təmin edilir.

Həmçinin bildiririk ki, telefon nömrəniz yalnışlıqla digər vergi ödəyicisinini uçot məlumatlarında qeyd olunduğu halda, telefon nömrənizin həmin şəxsin uçot məlumatlarından çıxarılması üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət  edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şəhla Əhmədova Lətif ah***@gmail.com ID: 2150
Salam. Mən vergi ödəyicisi kimi və mikro sabibkar olaraq Mart ayında maliyyə dəstəyinə müraciət etdim və aprel ayında 250 manat məbləğində yardım aldım və növbəti aylarda da yeni müraciətə ehtiyac olmadan yardımı alacağım bildirildi. Hal hazırda 2 ay keçməsinə baxmayaraq (Aprel ve May ayları) əlavə olaraq heç bir maliyyə yardımı almamışam. Bunun səbəbini və növbəti ayların nə zaman yüklənəcəyini öyrənmək istəyirəm. Əvvəlcədən təşəkkürr edirəm!
02/06/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmamışdır.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərova Nigar Oqtay qızı mi***@bk.ru ID: 2107
AR Mülki Məcəlləsinin (Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı ) 91-2.4. maddəsinə əsasən Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır. Bilmək istəyirdim ki, cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa hüquqi şəxslərə hansı qaydada verilə bilər? Və bu səlahiyyətlər necə həyata keçirilir?
02/06/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Mülki Məcəllənin qeyd etdiyiniz maddəsindən göründüyü kimi, cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilməsi müvafiq səlahiyyətli şəxsin təsdiqi ilə mülki qanunvericiliyin müddəalarına uyğun müvafiq müqavilə əsasında həyata keçirilə bilər. 

Nizamnamə, əsasnamə və qərar nümunələri ilə saytımızın "Bir pəncərə" bölməsində Lazımi sənədlər altbölməsində tanışı ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elmin Rzayev Allahyar e.***@bakugp.az ID: 2165
Salam. Pandemiya ilə əlaqədar sahibkarlığa destek programının bir hissəsindən yararlanmışıq və mənə gələn bildirişdə bir ay sonra ikinci hissənin avtomatik hesabıma köçəcəyi bildirilmişdir. Lakin bir aydan çox vaxt keçsə də, hələ bir əməliyyat aparılmamışdır. Xahiş edirəm, bununla bağlı bir köməklik göstərəsiniz. Çox sağolun.
02/06/2020 Прочитано: 40 Средняя стоимость: 5

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Mushvig Mukhtarov mm***@rambler.ru ID: 1794
Salam, hörmətli vergi işçiləri! Sualım aşağıdakılardan ibarətdir. 1) Mülki Müqavilə əsasında şirkətə xidmət göstərən hər hansı fiziki şəxs VM 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs sayılırmı? 2) Vergi Məcəlləsinin 104.4 maddəsində qeyri-rezidentin (daimi nümayəndəliyi olmayan) Azərbaycanda Respublikasında əmlakın, məsələn, qeyri-yaşayış binasının, satışından əldə olunan gəlirindən həmin binanın alış qiyməti (ikin dəyəri və ya qalıq dəyəri) çıxılırmı? Əvvəlcədən təşəkkürlər.
02/06/2020 Прочитано: 308 Средняя стоимость: 5

Cavab 1. Mülki müqavilə ilə xidmət göstərən şəxslə xidməti alan şəxs arasında münasibət əmək münasibətləri deyilsə, onlar qarşılıqlı surətdə asılı olan şəxs hesab olunmur. Lakin, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir və bu şəxsər qarşılıqlı surətdə asılı olan şəxs hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 18-ci maddəsi.

Cavab 2. Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən bu Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. 

Müraciətinizdə qeyd olunan qeyri-yaşayış sahəsinin təqdim edilməsi, qeyri-rezident fiziki şəxs tərəfindən həyata keçirildiikdə, notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Binanın sahibi qeyri-rezident hüquqi şəxs olduğu halda, həmin hüquqi şəxs Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur. Vergi Məcəlləsinin 17.6-cı və 149.1.3-1-ci maddələri vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlərin gəlirlərinin, məsələn Vergi Məcəlləsinin 96.4-cü və 104.4-cü maddələri ilə müəyyən edilmiş gəlirlərin Azərbaycan Respublikasında vergi agenti vasitəsi ilə bəyanetmə prosedurunu tənzimləyir. Qeyd edilən halda qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri gəlir (mənfəət) vergisinə cəlb edilir və həmin Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə qeyri-rezidentin təyin etdiyi vergi agenti tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur. Qeyri-rezidentin Azərbaycan mənbəyindən olan və ödəmə yerində vergi tutulmayan gəlirləri vergi agenti təyin edilmədiyi halda qeyri-rezidentin özü tərəfindən bəyan edilərək gəlir (mənfəət) vergisinə cəlb edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 17.6-cı, 149-cu, 150-ci, 218.4.3-cü maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените: