Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Lyapayeva Yelena Aleksandrovna ly***@yahoo.com ID: 3378
Здравствуйте. У меня вопрос по поводу возврата определенной суммы от оплаченного чека. 13 Ноября в 19:54 в магазине Bravo (Ахмедлы - гипер маркет), я сделала покупки на сумму 200,67. Fiskal ID: 9Cm8hQd7YNyd Операции проводились кассиром Azimov Fuad, касса номер 17. При сканировании чека, сообщается, что кто то уже использовал данные чека. Так как этот случай не единственный, хотела бы выяснить причину. Такая проблема у меня возникает только с чеками Bravo и только на сумму выше 100 манат. Буду очень признательна, если вы сможете помочь разобраться в данной ситуации. Спасибо! С Уважением, Елена Л.
16/11/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mustafayeva Ayşən İsmayil qızı ay***@mail.ru ID: 3377
Salam, mən 527 azn dəyərində çek ƏDV üçün yükləmişdim, çekimi ləğv etmisiniz. Bunu bilmək istəyirdim səbəb nədir? Qısa zamanda məlumat verin.
16/11/2020 Прочитано: 52 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fitad Hümmətzadə Əfrail fi***@mail.ru ID: 3376
Salam, zəhmət olmasa ətraflı məlumat verərdiniz. Əgər etibarnamə əsasında hüquqi şəxs vəzifəsininin müvəqqəti olaraq həvalə olunduğu şəxs öz adına asan imza aldıqdan sonra asan imza mobil operator müqaviləsi ilə (müqavilədə şəxs hüquqi şəxs kimi qeyd olunub) Asan Xidmətə -ASXM-ə yaxınlaşdıqda belə olan halda hansı sənədlər tələb olunur? Qeyd edim ki, etibarnamə yalnız vəzifə ilə bağlıdır, hüquqi şəxsin adında olan asan imzaya dair etribarnamə yoxdur.
16/11/2020 Прочитано: 65 Средняя стоимость: 0

Hüquqi şəxslərin rəhbərləri üçün sertifikat əldə etmək üçün ASXM-ə aşağıdakıları təqdim etməlisiniz:

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə  və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti. Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir. Ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir.

- Hüquqi şəxslərin işçiləri üçün (işçi dedikdə, hüquqi şəxsin əmək müqaviləsi üzrə işçiləri, həmçinin xidmət müqaviləsi əsasında hüquqi şəxsə müəyyən xidmətlər göstərən (məsələn, mühasibatlıqla bağlı) şəxslər başa düşülür).

- müqavilənin bağlanması üçün ərizə;

- “Asan İmza” SİM kartı;

 - ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);

- hüquqi şəxs tərəfindən işçisinə verilən etibarnamə (Nümunəvi forma 1). Hüquqi şəxs tərəfindən verilən etibarnamə hüquqi şəxsin blankında tərtib edilərək hüquqi şəxsin möhürü ilə və ya notarial qaydada təsdiq edilməlidir;

- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir.

Ərizə və etibarnamələrin formaları ilə səhifəmizin "Asan imza" bölməsində tanış ola bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov İlkin Hüseyn ol***@mail.ru ID: 3375
Salam. Bilmək istəyirəm ki, əgər mən mart ayında qaimə yazıram və oktyabr ayında məlum olur ki, göndərdiyim qaimənin qiymətləri düzgün yazılmamışdır və Malların qaytarılması istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimədən istifadə edərək qiymətləri yeni qiymətlərlə yazanda e-qaimə sistemində (Malların qaytarılması istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə) hansı qiymətləri yazmalıyam? Yeni qiyməti yoxsa artan, azalan qiyməti? Misal: Martda yazılan qaimədə malın qiyməti 1 manat yazılmışdır və sonra məlum olur ki bu qaimə 1.3 manatla yazılmalı idi, bu zaman "Malların qaytarılması istisna olmaqla VM-nin 163-cü maddəsinə əsasən dəqiqləşdirilmiş qaimə" istifadə edən zaman mən 1.3 manatla yazmalıyam yoxsa 0.3 manatla yazmalıyam? Xahiş edirəm ki, cavablayardınız. Əvvəlcədən təşəkkürlər.
16/11/2020 Прочитано: 118 Средняя стоимость: 0

Bildiririk ki, dəqiqləşdirilmiş e-qaimə-faktura hazırlamaq üçün müvafiq pəncərədə “Qaimənin tipi“ bölməsində Dəqiqləşdirilmiş sözünü qeyd etmək və dəqiqləşdirilən e-qaimə-fakturanın seriya və nömrəsini daxil edib Axtar düyməsini basmaq lazımdır. Bu zaman qaimə üzrə məlumatlar ekrana çıxacaqdır. 

Müvafiq düzəlişlər edilərək təsdiqləndikdən sonra e-qaimə-fakturaya yeni seriya və nömrə verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş e-qaimə-faktura Alıcı tərəfindən təsdiq edilməlidir. İş axını zamanı təsdiqləmə və göndərmə əməliyyatları gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Əgər həmin e-qaimə-faktura Alıcı tərəfindən ayın sonuna kimi təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.

Dəqiqləşdirilmiş e-qaimə-fakturada müvafiq düzəliş edilərkən yaranmış fərq deyil, məhsulun faktiki qiyməti qeyd olunmalıdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emil Əzizov Şamil ez***@mail.ru ID: 3373
Salam. Hər vaxtınız xeyir. Mənim 2 sualım vardı: 1) Mən vergi nömrəsi yəni VÖEN almaq istəyirəm. Bunun üçün nə etməliyəm? (Qeyd edim ki,tələbəyəm və işlədiyim bir yer də yoxdur, sadəcə mənə aid olan və lazım gəldikdə istifadə edə biləcəyim (digər ölkələr də daxil olmaqla) bir vergi nömrəsi və aid olduğu vergi idarəsinin adı lazımdır.) 2) Bildiyim qədərilə İnternet vergi idarəsi saytına daxil olduqda orada bizə aid olan vergi nömrəsi və aid olduğu vergi idarəsinin adı göstərilir, doğrudur? Oraya daxil olmaq üçün harada qeydiyyatdan keçməliyəm? Ətraflı məlumat versəniz minnətdar olaram.
15/11/2020 Прочитано: 47 Средняя стоимость: 5

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

5/5 (3 Средняя стоимость)
Оцените:
Jalə Mürsəlova Rafiq qızı ja***@mail.ru ID: 3353
Salam. Ədv geri alınması ilə bağlı şikayətim var. 20 Sentyabr qəbzi bir bank mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçirtmişəm. 30 gün müddətində ədv geri qaytarıldığına görə gözlədim. 22 Oktyabr da ədv geri qaytarıldı. Lakin bank kartıma göndərə bilmədim. 26 Okyabr tarixində isə həmin ədv məbləği gözləmə statusuna qayıtdı. Hal hazırda da gözləmə statusundadır. Kapital bankla əlaqə saxladım onlar qeyd etdilər ki, 2000 manatadək olan qəbzin ədvsini qaytarırlar. 2000 manatdan yuxarı olan məbləğin ədv qaytarılması vergilər nazirliyinin nəzarətindədir. 195 çağrı mərkəzi ilə əlaqə saxladım 27 Oktyabr şikayətimi qeyd etdilər. Lakin vəziyyət dəyişməz olaraq qaldı. Ayın tarixi ilə çəkdiyim şəkilləri qeyd edəcəm. Xahiş edirəm şikayətimə tez bir zamanda baxasınız. Belə gecikmələr yol verilməzdir. Ədv qaytarılması məzmununda qeyd olub ki, çek yarandığı tarixdən 90gün müddətində qeydiyyatdan keçirilməlidi və çek qeydiyyata alındığı tarixdən 30gün müddətində ədv geri qaytarılmalıdı. Hal-hazırda 21gün gecikmədədir.
15/11/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qənbərov İsmayıl Müzəffər oğlu is***@mail.ru ID: 3372
Salam. Mən 11.11.2020 tarixdə birbank proqramı ilə edvgerialda olan pulumdan ödəniş etmişəm Bakselə 1.97 azn. Amma həmin ödəniş yoxa çıxıb. Zəhmət olmasa, məlumat verəsiniz.
15/11/2020 Прочитано: 45 Средняя стоимость: 3

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените:
Agamalıyev Rustem Azad tw***@mail.ru ID: 3577
Salam, cox üzr istəyirəm. Sizdən məlumat almaq istərdim. Ümidvaram ki köməklik edəcəksiz. Bizim evdə menden basqa hec kes işləmir, men de İri ticarət mərkəzində satıcı işləyirəm 28 mall da, dövlətimiz oktyabr ayına dək sagolsun bize pul ayırırdı bir qismini 165 m, oktyabr noyabr ayı isə şirkətimiz deyir ki pul verilməyəcək, yeni dövlətimiz ayırmayıb, bunun doğru olub olmadığını sadece öyrənmək istərdim. Əvvəlcədən təşəkkürlər.
15/11/2020 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstərilmişdir. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilmişdir. Oktyabr ayı üzrə maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Sultanov za***@mail.ru ID: 3370
Salam. 01.10.2020 tarixində saat 14:06 da 233 nömrəli bazarstore dükanında 73.54 azn qəbz götürülüb, lakin bu günə kimi Fiskal İD sistemə oturmayıb. 2CycwXDtPFZL. Zəhmət olmasa qəbzin tapılması üçün köməklik göstərəsiniz.
14/11/2020 Прочитано: 40 Средняя стоимость: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Eyvazlı Orxan ok***@mail.ru ID: 3369
Bir magazindən 3000 AZN mebel alınıb. ƏDV istəniləndə bizə 0 (sıfır) çek teqdim edildi. Sonradan baxıldı ki, çekdə ƏDV yoxdur. Bütün ƏDV çeki (2 ədəd) sıfır göstərilib. Zəhmət olmasa, bununla bağlı köməklik edərdiniz.
14/11/2020 Прочитано: 46 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün ətraflı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədova Tükəzban Əhməd qızı mm***@bk.ru ID: 3365
Salam. ********** çekimin ƏDV-si ləğv olunub. Ona baxılıb bərpa olunmasını xahiş edirəm.
13/11/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağa Bağırov ag***@mail.ru ID: 3364
Salam. Fərdi sahibkar kamera və kopüter avadanlıqları satışı ilə məşğuldur. Bu sahibkar bakıda fəaliyyət göstərir. Bu hansı vergi ödəyicisi hesab olunur? Bu fərdi sahibkar, 2 il öncə bazardan avadanlıqları qeyri rəsmi şəkildə almışdır. İndi həmin malları rəsmi şəkildə satmaq istəyir. Bu zaman nə etməlidir? Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.
13/11/2020 Прочитано: 74 Средняя стоимость: 0

Vergi ödəyicisinin anbarında aşkar edilən elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır və həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağa Bağırov ag***@mail.ru ID: 3362
Hər vaxtınız xeyir olsun. Mənim sualım onda ibarətdir ki, bir obyektdə 2 və daha çox bərbər işləyir. Bu bərbərlər hər biri VÖEN açdırıb sabit sadələşdirilmiş vergi ödəyicisi olmalıdır? Obyekt sahibi ilə necə müqavilə bağlanmalıdır?
13/11/2020 Прочитано: 84 Средняя стоимость: 0

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əsədova Mədinə Şaban qızı As***@inbox.ru ID: 3361
Gözləyən məbləğ yerində olan məbləğ balansa keçmir. Artıq 1ay 5 gündür ki, keçib. Yenə də balansa daxil olmur.
12/11/2020 Прочитано: 33 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Musayeva Afət af***@socar.az ID: 3360
Fiskal İD: CSwnsjaW9vfN bu fiksal cek 23.09.2020 olan cekdi heledede edv geri qayitmayib.
12/11/2020 Прочитано: 38 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (3 Средняя стоимость)
Оцените:
Mehman Bağırov Azər 19***@gmail.com ID: 3359
Salam, VÖEN hesabını bağlamaq istəyirəm, lakin pin kodu itirmişəm. Kodu tapmaqda mənə köməklik edə bilərsiniz?
12/11/2020 Прочитано: 43 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rafiyeva Sveta Kamal qızı dr***@mail.ru ID: 3358
Mənim çeklerim ya tapılmır, ya da çek olsa da imtina edilir.
11/11/2020 Прочитано: 48 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cabbarova Leyla Şəmsəddin qızı ca***@yahoo.com ID: 3352
Salam mən vergi qeydiyyatına düşmək istəyirəm. Xahiş edirəm nəzərə alasınız
10/11/2020 Прочитано: 32 Средняя стоимость: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsənov Murad Bəxtiyar mu***@mail.ru ID: 3351
Salam, qeydiyyatdan keçdim nömrəm yanıb işləmir. Köçürmə etmək üçün də, nömrə yeniləmək üçün də doğrulama şifrəsi istəyir. Təzə nömrəmi necə qoşa bilərəm o hesaba? İçində pul var çıxaraa bilmirəm. Təşəkkürlər
09/11/2020 Прочитано: 34 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Iltimas Orucov Arifoglu az***@hotmail.com ID: 3350
Məni hörmətli nazirlikdə vakant iş yerləri maraqlandırır, qeyd etmək istərdim ki, Dövlət Qulluğu barədə Dövlət İmtahan Mərkəzi tərəfinden Dövlətlər arası Prezident sərəncamıyla xaricdə təhsil alan şəxslərə 28.1.-madde tətbiq edilmir. Yəni imtahandan azaddırlar. Lazım olan sənədlər nazirliyə təqdim edildikdən sonra namizəd stajçı kimi işə baslayır. Nəzərinizə çatdırmaq istərdim ki, mən 1997-2005 ci illərdə dövlət xətti ilə Çin Xalq Respublikasında təhsil almışam. Diplomlarım 2018-2019 cu illərdə Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Xahiş edirəm əlinizdən gələn köməklikləri və məsləhətlərinizi bizdən əsirgəməyin.
09/11/2020 Прочитано: 50 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените: