Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Orxan Abdullayev Nadir oğlu ab***@yahoo.com ID: 3325
A rezident müəssisəsi ilə B rezident müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən, satıcı tərəfindən alıcıya məhsul təqdim olunur. Müqavilədə məhsulun qiyməti beynəlxalq bazarlarda tənzimlənən qiymətlərə əsasən xarici valyuta ilə göstərilmişdir. Xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi rəsmi mübadilə məzənnəsinə əsasən təyin olunur. Qeyd edilən əməliyyatla bağlı, avans ödənişi üçün ilk öncə hesab-faktura tərtib olunur və mallar təqdim edilən gün isə, elektron-qaimə tərtib olunur. Hesab-fakturada qeyd edilən xarici valyutanın Azərbaycan manatı ekvivalenti ilə bir neçə gün sonra hazırlanan e-qaimədə məzənnə fərqi yaranır. Mallar təqdim edilən zaman hansı günün məzənnəsi əsas götürülməlidr?
21/11/2020 Прочитано: 167 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Xəyalə Hüseynova Mahir Kh***@gmail.com ID: 3405
Salam. Mən laptop almışdım və ədv üzrə 94 manat hesabıma köçürülməli idi. 1 ayı artıq keçdi və hələdə gözləyən məbləğ hissəsindədir. Bunun səbəbini və çözümünü öyrənmək istəyərdim.
20/11/2020 Прочитано: 44 Средняя стоимость: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (1 Средняя стоимость)
Оцените:
Zalov xanehmed mehemmed oğlu za***@gmail.com ID: 3404
Salam, mən vergilərin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişəm ki, mənim VÖEN-im ləğv edilsin. Bu ləğv edilmə nə qədər çəkəcək və mən heç bir yerdə işləmədiyim halda mən vergi ödəyicisi kimi qeydiyyatda gedirəm. Xahiş edirəm mənim VÖEN-imin ləğv edilməsində mənə kömək edəsiniz. Uşağımın adına sosial ala bilmirəm. Heç bir yerdə işləmədiyim halda mən vergi ödəyicisi kimi qeydiyatdayam.
20/11/2020 Прочитано: 37 Средняя стоимость: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Средняя стоимость)
Оцените:
Xalidə Məmmədova Mahir kh***@gmail.com ID: 3403
Mən 03.11.2020 tarixində kartla ödəniş etmişəm. Qəbz nömrəsi 2279739206 dır. Məbləğ 101 AZN. Fiscal İD ni daxil edirəm edvgerial.az saytına , məlumat gəlirki bu çek artıq istifadə edilib. Halbuki istifadə etməmişəm.
20/11/2020 Прочитано: 34 Средняя стоимость: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Kənan ke***@gmail.com ID: 3402
Salam. Zəhmət olmasa köməklik göstərərdiniz. Asan imza kodum 0515121495, fin kod 5RU77MU. Zəhmət olmasa İD kodumu bildirərdiz.
20/11/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Abdunov Sənan Azər se***@gmail.com ID: 3401
Sual: Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən qeyri-rezidentə xidmət,iş və s qarşılığında ödənilən məbləğin 10 faizi ÖMV olaraq dövlət büdcəsinə ödənilir. Misal üçün,Əgər şirkət Amerikaya səyahət və xalqların milli mübadiləsi programı çərçivəsində tur paket alır və bu zaman qeyri rezidentə paketin ödənişini edir. Bu halda vergi ödəyicisi ödədiyi məbləğdən ÖMV və ƏDV hesablayıb dövlət büdcəsinə ödəməlidirmi? İkinci misal: Qeyri-rezident vergi ödəyicisinə onlayn təhsil xidməti göstərir və və vergi ödəyicisi bu xidmətin müqabilində xidmət haqqı ödəyir. Bu halda vergi ödəyicisi ödədiyi məbləğdən ÖMV və ƏDV hesablayıb dövlət büdcəsinə ödəməlidirmi?
20/11/2020 Прочитано: 186 Средняя стоимость: 0

Cavab 1. Sorğunuzda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyini nəzərə alaraq həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Cavab 2. Bildiririk ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən rezident vergi ödəyicisi ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci və 169-cu maddələri.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Əzizov az***@gmail.com ID: 3400
Salam. 2018-2019-cu ildə ədv ödəyicisi olan müəssisənin balansında olan əmlak satılmışdır. Notarius tərəfindən sadələşdirilmiş vergi tutularaq ödənmişdir. Müəssisənin bu satışdan əldə etdiyi gəlirə görə ədv və mənfəət vergisi öhdəliyi varmı?
20/11/2020 Прочитано: 96 Средняя стоимость: 5

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib.

Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən  mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrdə təqdim olunmuş və notarius tərəfindən sadələşdirilmiş vergi tutulmuş mənzillərin dəyəri isə ƏDV və mənfəət vergisinin məqsədləri üçün nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ayişə Əliyeva ay***@icloud.com ID: 3452
Salam. 19 yaşım var və mən Ədliyyə Nazirliyində işləyirəm və sizin sektora keçmək istəyirəm, könüllü olaraq işləmək istəyirəm.
19/11/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüsal Quliyev Rasim oğlu gu***@gmail.com ID: 3398
A şirkəti B şirkətinə 2020 daimi avans ödüyür. B şirkəti görülmüş işlərə görə elekton qaiməni 2020 ci ildə təqdim etmişdir. Ancaq balansında görülməmiş işlərə görə bir miqdar avans vəsait qalmış və bu vəsaitə görə elekton qaimə təqdim edilməmişdir. Sualım budur ki, həmin avans vəsait 2021 ci ilə keçdikdə mənfəət vergisi baxımından A şirkətinin xərci, B şirkətinin gəliri sayılırmı?
19/11/2020 Прочитано: 68 Средняя стоимость: 5

Bildiririk ki, mallar (işlər, xidmətlər) təqdim edilmədən ödənilmiş avans məbləğləri ödəyən tərəfin xərci və alan tərəfin gəliri kimi qəbul olunmur.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 131-136-cı maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Namiq Bayramov Sülüddin nb***@mail.ru ID: 3397
Salam. Mən vergi orqanlarındakı könüllülük fəaliyyəti ilə məşğul olmaq istəyirəm Bunun üçün necə müraciət edə bilərəm?
19/11/2020 Прочитано: 39 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qiyas Qasımov İlqar qa***@gmail.com ID: 3394
Salam, mənim nömrəmə belə bir sms gəlib. Ağdaş rayon Vergilər idarəsinə getdim idarə bağlı oldu. Zəhmət olmasa, məlumat verərdiz nə demək olduğu barədə. Menim indiye qədər voenim olmayib. Gelen smsi təqdim edirem. Sizin (VÖEN: 1001096042) İnternet Vergi İdarəsində olan elektron qutunuzda 3 ədəd oxunulmamış sənədiniz vardır.
18/11/2020 Прочитано: 38 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aslanov Möhübbət Saleh as***@mail.ru ID: 3393
1. Salam. Online satışla məşğul olan şəxs hansı şərtlərlə vergi ödəməlidir? 2. Sahibkarlığa yeni başlamış şəxslər üçün (hansı ki, aylıq gəliri 100azn-dən aşağıdır) hansısa qısa müddətlik güzəşt var?
18/11/2020 Прочитано: 82 Средняя стоимость: 4

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əlavə olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yeni fəaliyyətə başlaması nəzərə alınmaqla onlar tərəfindən ödənilməli olan vergi və sosial sığorta haqlarına güzəşt və azadolmaların tətbiq edilməsi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

4/5 (3 Средняя стоимость)
Оцените:
Nigar Cavadova Vahid qızı ni***@gmail.ru ID: 3389
Salam, zəhmət olmasa Fiziki şəxsin hüquqi şəxsə icarə verməsi haqqında lazım olan məlumatı verərdiz.
17/11/2020 Прочитано: 52 Средняя стоимость: 0

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ağayev Elxan Abasət ea***@gmail.com ID: 3388
Salam, mən Ağcabədi rayon sakini Ağayev Elxan Y366PM750 nömrəli 09 markalı maşını Rusiyadan gətirmişəm. Pandemiya ilə əlaqədar olaraq sərhədlər bağlı olduğu üçün müəyyən olunmuş vaxta, yəni ki, maşının sərhəd bitmə tarixi 13.09.2020-də Rusiya ərazisinə keçmək mümkün olmadı. Xahiş edirəm, bizə kömək edin. Biz bununla əlaqəder olaraq harasa müraciət etməliyik ki, bize cərimə tətbiq olunmasın. Sərhədlər açılan zaman bizlərə cərimə yazilmasın. Xahiş edirəm bizə cavab göndərəsiniz.
17/11/2020 Прочитано: 37 Средняя стоимость: 0

Bildiriri ki, İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Memmedli Yusif Elsad oğlu me***@gmail.com ID: 3387
Vergi Məcəlləsinin 224.6. maddəsinə əsasən həmin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. İndi -A MMC fiziki şəxsə icarə müqaviləsinə əsasən 1000 AZN icarə haqqı hesablayır. 70 AZN ödəmə mənbəyində güzəştlə büdcəyə vergi ödəyəcəyi aydındır. Sual-A MMC fiziki şəxsə 860AZN ödəməlidir yoxsa 930AZN? Burada güzəşt icarəyə götürən üçün nəzərdə tutulub yoxsa icarədar üçün?
17/11/2020 Прочитано: 55 Средняя стоимость: 0

Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Yuxarıda qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan halda, icarə haqqından ödəmə mənbəyində 7 faiz dərəcə ilə gəlir vergisi tutulmaqla qalan vəsait icarəyə verənə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 222.5-ci, 224.6-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zeynəb Hüseynova İlqar ze***@alka.az ID: 3386
Salam, Kənd təsərrüfatı mallarının istehsal edib satışı ilə məşğul olan şirkət xaricdən əsas vəsait alır. Müqavilədə əsas vəsait alınması 150 000 azn, həmin əsas vəsaitin quraşdırılması 30 000 azn və əsas vəsaitin istifadə edilməsi üçün konsultasiya 20 000 azn nəzərdə tutulmuşdur. Bu halda həmin əsas vəsaitin ölkəyə gətirilməsinə görə hansı vergi öhdəlikləri nəzərdə tutulur? Konsultasiya xidməti üzrə ÖMV 10 faiz və ƏDV qeyri-rezident üzrə nəzərdə tutulurmu? Bir daha xatırlatmaq istəyirəmki, şirkət ƏDV dən azaddır.
17/11/2020 Прочитано: 100 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən məsləhət xidmətlərinin tam dəyərinə rezident şəxslər tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə yanaşı, həmin xidmətlərə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiriri ki, idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 125-ci, 168.1.5-ci və 169-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yaşar Əlizadə ac***@mail.ru ID: 3384
Salam. Müəssisə mənzil icarəsi ilə məşquldur. İcarə haqqı hər ay alınır və ƏDV cəlb edilir. İcarəyə götürənə mənzil verilərkən mənzildə hər hansı bir maddi zərər ola biləcəyini nəzərə alaraq ilkin olaraq müəyyən bir məbləğ depozit alınır. İcarəyə götürən mənzili təhvil verib mənzildən çıxdıqda mənzil yoxlanılıb hec maddi ziyan olmammışdırsa həmin məbləğ geri qaytarılacaqdır. Əgər maddi ziyan olarsa depozitdən həmin maddi ziyan cixilib qalan məbləğ qarşı tərəfə ödəniləcək.Bütün bunlar müqavilədə öz əksini tapir. Sual beledir: Bu halda alinan depozit və maddi zərərə görə çıxılan məbləğ ƏDV öhdəliyi yaradırmı? Dəyən zərərin məbləği mənfəətə cəlb edilirmi?
17/11/2020 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan pul vəsaiti  müqabilində hər hansı mal (iş, xidmət) təqdim olunması baş vermirsə həmin əməliyyat pul vəsaitini alan hüquqi şəxs üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur. Əks halda qarşılığında hər hansı mal (iş, xidmət) təqdim olunursa Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada ƏDV-yə cəlb edilməlidir.

Əlavə olaraq bildiririk ki, cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ vergi ödəyicisi satışdankənar gəlirlərinə daxil etməklə mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannaməni vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 104.1-ci, 159.1-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əkbərov Qoşqar Mikayıl oqlı az***@mail.ru ID: 3383
Salam. İctimai birlikdə sədr dəyişikliyi baş verib. bu barədə Vergi Xidmətinə məlumat vermək üçün hansı sənədlər təqdim etməliyik və hansı ünvana? Öncədən təşəkkür edirik
17/11/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyev Yasin Asif oglu ib***@gmail.com ID: 3380
VÖEN kodu lazımdır.
16/11/2020 Прочитано: 32 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” altbölməsinə şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.

0/5 (0 Средняя стоимость)
Оцените:
Türkan Sixamirova Adil qizi t_***@mail.ru ID: 3379
Salam. edvgerial.az xidmətinə daxil etdiyim 2549 azn-lik çekin 58,32 manat ƏDV-si 1 aydan çox gözləyən formada qaldıqdan sonra ləğv olundu. Bunun səbəbini bilmək istəyirəm. Əgər geri qayıtmayacaqdısa niyə 1 ay gözləmə vəziyyətində qaldı? Zəhmət olmasa sualıma cavab gözləyirəm. Öncədən təşəkkür edirəm.
16/11/2020 Прочитано: 56 Средняя стоимость: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Средняя стоимость)
Оцените: