Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Asiman Rəhimzadə Şəhriyar qızı as***@gmail.com ID: 4227
Hər vaxtınız xeyir. Zəhmət olmasa aydınlıq gətirərdiniz, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (son haqq-hesab) və hesablanmış əmək haqqından tutulmalar ayrı-ayrılıqda olurmu? Yəni son haqq-hesabdan ayrı dsmf, işsizlikdən sığorta, icbari tibbi sığorta, və gəlir vergisi ayrı, hesablanmış əmək haqqından da ayrı tutulur? Təşəkkür edirəm.
16/02/2021 Прочитано: 221 Средняя стоимость: 5

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqlarına cəlb edilir.

5/5 (3 Средняя стоимость)
Оцените:
Seymur mu***@gmail.com ID: 4226
Salam. Gəlir vergisi ödəyicisi olan fiziki şəxs daxili bazarda satmaq üçün X malı idxal edir və satır. Sual budur ki, gəlir vergisi bəyannaməsini təqdim edərkən gəlirdən çıxılmasına icazə verilən xərclərdə invoys dəyəri, yoxsa gömrük dəyəri nəzərə alınmalıdır?
16/02/2021 Прочитано: 114 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

4/5 (2 Средняя стоимость)
Оцените:
Ələsgərova Mətanət Aydın ay***@gmail.com ID: 4223
Salam 250 Azn vergi ödəyicilərinə ödənilən məbləğ hər kəsə 3-4 dəfə verilib. Ancaq mən 2 dəfə almışam. Zəhmət olmasa niyə belə olduğu üçün məlumat verəsiniz.
16/02/2021 Прочитано: 51 Средняя стоимость: 3

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz. Keçiddə mərhələlər üzrə sahibkarlara təqdim olunan maliyyə dəstəyinin hansı sahibkarlara aid olunması ətraflı qeyd olunmuşdur.

 

 

3/5 (2 Средняя стоимость)
Оцените:
Məmmədov Ramin Arif ra***@gmail.com ID: 4222
Salam. Mənzilimin 2012-ci ilin noyabr ayından etibarən çıxarışı mövcuddur. Yasamal rayonunda yerləşir. 2009-cu ildən daim yaşayış olub. Amma bugünə kimi, heç kəs qeydiyyatda olmayıb həmin mənzildə. Alğı-satqı zamanı hər hansısa bir vergi faizi ödənilməlidirmi dövlətə (heç kəs qeydiyyatda olmadığına görə)? Yoxsa bu qanun yalnız qüvvəyə minəndən sonra alınan mənzillərə aiddir? Əgər ödənilməlidirsə, necə hesablanır bu məbləğ? Əvvəlcədən təşəkkür edirəm.
16/02/2021 Прочитано: 68 Средняя стоимость: 0

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. 

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Həsənov Kərəm za***@gmail.com ID: 4206
Salam, mən onlayn e-sport (e-idman) yarışları təşkil etmək üçün platforma yartamaq istəyirəm. Ödənişli və ödənişsiz şəkildə yarışlara qoşulan oyunçulara nəticəyə uyğun hədiyyələr veriləcək. Oyunlar əsasən məhşur "battle fight online" olan oyunlar olacaq. Bunun hüquqi problemi yarana bilərmi və hansı kateqoriya şirkət olaraq qeydiyyatdan keçirə biləcəyini bilmirə. Kömək etsəz sevinərəm. Təşəkkürlər.
15/02/2021 Прочитано: 90 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi  tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator) həyata keçirə bilər.

Bu haqda ətraflı məlumat üçün qeyd olunan Nazirliyə müraciət etməyiniz tövsiyə olunur

0/5 (0 Средняя стоимость)
Оцените:
Bənnayeva Fatimə Yaşar ba***@gmail.com ID: 4205
Salam. Ədv-lərin geri qaytarılması ilə bağlı müraciət edirəm.Skan etdiyim qəbzdə ədv 2.52 Azn dəyərində göstərir lakin gözləmədə bildirişi alıram. Artıq uzun müddətdir hesaba köçməyib. Zəhmət olmasa qaytarılmasını təmin edin.
15/02/2021 Прочитано: 54 Средняя стоимость: 5

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Средняя стоимость)
Оцените:
Səmədova Nazilə eynulla na***@rambler.ru ID: 4203
Əmək haqqından tutulan və əməkhaqqına hesablanan 1% tibbi sığorta ödənişlərini hara köçürülməsi barədə rekvizitləri göndərməyinizi xahiş edirəm.
15/02/2021 Прочитано: 75 Средняя стоимость: 0

İcbari tibbi sığorta haqlarının büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aygün Səfərli Ovçu sa***@gmail.com ID: 4202
Salam. Mənə Vergilər Naziliyindən mesaj gəlib ki, internet vergi idarəsində olan qutumda oxunulmamış 3 ədə sənəd var. VOEN: 1004458962 mən Voenimi dasyandırmışam. Bu mesajlar niyə gəlir? Və mən haradan oxuya bilərəm həmin mesajları?
15/02/2021 Прочитано: 51 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vəlicanov Məzahir İsfəndiyar oğlu ve***@mail.ru ID: 4201
Kafe fəaliyyəti ilə məşğul olanlar zərər kəcmiş sahələrə aid edilirmi?
15/02/2021 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, ictimai iaşə fəaliyyəti, o cümlədən kafelərin fəaliyyəti pandemiyadan zərər çəkmiş sahə hesab edilir və koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi üçün nəzərdə tutulmuş azadolma və güzəştlər həmin fəaliyyət sahəsində tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin XVIII fəsli

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülşən Ağayeva Rövşən ag***@icloud.com ID: 4200
Salam. Mən edvgerıal.az saytından fərqli nömrədən qeydiyyyatdan keçmişəm, lakın hal hazırda o nömrəni işlətmədiyim üçün bağlanıb. Mən nömrə dəyişikliyini necə ede bilərəm? Dəyişiklik etmək istədikdə əvvəlki nömrəyə kod gedır, amma nömrə işləmir. Xahiş edirəm, bilirsinizsə, kömək edin.
15/02/2021 Прочитано: 48 Средняя стоимость: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Azer Sultanov Yusif oğlu Az***@mail.ru ID: 4199
Mənə Sultanov Kamran Zabit oğlu haqqda VÖEN hesabı lazimdir. Bilmək istəyirəm həmin şəxsin VÖEN-i ləğv olunub yoxsa yox?
15/02/2021 Прочитано: 49 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi  Sultanov Kamran Zabit oğlu (VÖEN 7302339462) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gulya Murad gu***@gmail.com ID: 4197
e-taxes.gov.az-a telefon nömrəsi və PİN-lə daxil olaraq fiziki şəxsin qeydiyyatı bölməsinə keçid etdikdə AVİS kodu və parol tələb olunur. Bunu necə əldə etmək olar? Bu xidmət ASAN imza olmadan fiziki şəxsin onlayn qeydiyyatını nəzərdə tutur, yoxsa mahiyyəti nədən ibarətdir?! Əvvəlcədən təşəkkürlər!
13/02/2021 Прочитано: 64 Средняя стоимость: 5

Bildiririk ki, qeyd etdiyiniz autentifikasiya üsulu yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin "E-xidmətlər" bölməsindən "Fərdi sahibkarların onlayn qeydiyyatı" adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə barədə TƏLİMAT-dan əldə edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Könül Xələfova am***@gmail.com ID: 4196
Salam. Mən 2-ci qrup əliləm. Bilmək istərdim ki, 10 gündür tədris mərkəzi işlədirəm. VÖEN açdırmışam. Və təkrar əlilliyə görə komissiyadan keçməliyəm. Düz 25 gündür ki, cavab gəlmir. Bilmək istəyirəm VÖEN açılarsa əlillik ləğv edilə bilərmi?
13/02/2021 Прочитано: 58 Средняя стоимость: 0

Bildiririk ki, əlilliyi olan şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Bununla belə, əlilliyin müəyyən olunması haqda aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Eldəniz Qasımlı el***@mail.ru ID: 4195
Salam. MMC hüquqi şəxslərə kompüter və periferiya avadanların təmiri və kartriclərin doldurulması xidməti göstərir. MMC sadələşdirilmiş sistemlə vergi ödəyicisi kimi fəaliyyət gostərə bilərmi?
12/02/2021 Прочитано: 83 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxslər  olduğu üçün müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Qeyd olunan fəaliyyət mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Hüquqi şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 218.5.10-cu və 218.6.2-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Rafiq Axundov Şövkət oglu ra***@mail.ru ID: 4194
Salam. Mən təhsil işçisiyəm və məktəbdə müəllim işləyirəm. Bizim ailə 3 nəfərdən ibarətdir. Həyat yoldaşım heç bir yerdə işləmir. Bizim sağlamlıq imkanları məhdud uşağımız var. Mənim maaşım 350 manatdı. Verqı çıxandan sonra 302 manat qalır. 14%- qalır verqisi 3%- DSMF 2%- həmkarlar 2 %- icbari tibbi sığorta 0.5%- ışsizlik. Mən bilmək istəyirəm ki, sağlamlıq imkanları məhdud uşaqların Təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərən valideynlərinə hansısa verqı güzəştləri edilirmi. Əgər edilirsə, sizdən xahiş edirəm bu barədə mənə ətraflı məlumat verəsiniz.
12/02/2021 Прочитано: 88 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bununla yanaşı, bu güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərar ilə təsdiq edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi,  Nazirlər Kabineti tərəfindən 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı.

5/5 (1 Средняя стоимость)
Оцените:
Elmeddin Bağırov Ba***@gmail.com ID: 4193
Mən VÖEN var idi adıma, vaxtı bitib. Müharibəyə getdim, orada vaxtı bitdi. Mən onu bağlatdırmalıyam yoxsa necə?
12/02/2021 Прочитано: 57 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mətanət Bəkirova Rəşad qızı me***@gmail.com ID: 4192
Salam. Cəmiyyət sadələşdirilmiş verginin ödəyicidir və pandemiya dövründə cəmiyyətin gəliri olmamışdır. Pandemiya ilə əlaqədar dövlətdən muzdlı işçilərə əmək haqqı yardımı almışdır. Həmin məbləğ cəmiyyət tərəfindən işçilərin əmək haqqına və MDSS, İşsizlikdən sığortaya cəlb olunaraq ödənilmişdir. Əlavə olaraq Pandemiya ilə bağlı dövlətdən cəmiyyətin hesabına köçürülmüş həmin əmək haqqı yardımı vergiyə cəlb olunmalıdırmı? Əgər olunmalıdırsa, bu hansı qanuna əsaslanır və sadələşdirilmiş vergi hesabatında necə əks olunur? Təşəkkür edirəm.
12/02/2021 Прочитано: 68 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır. Qeyd olunan maliyyə dəstəyi satışdankənar gəlirlər kimi sadələşdirilmiş vergiyə cəlb olunur və bəyannamənin müvafiq sətrində qeyd olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əsgərov irşad Elşad oğlu as***@gmail.com ID: 4190
Salam, hər vaxtınız xeyir olsun. İşə qəbulla bağlı sizə müraciət edirəm. Mən hal-hazırda "ASAN xidmət" mərkəzində işləyirəm və dövlət qulluqçusuyam. Bilmək istərdim ki, Vergi xidmətində işə qəbul prosesi necə aparılır? Eyni zamanda, hərbi xidmət keçməyən vətəndaşlar Vergi xidmətində işə qəbul edilə bilərmi?
12/02/2021 Прочитано: 59 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Həmçinin, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu və 15-ci bəndləri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nəsirov Hüseyn Fikrət oğlu hu***@gmail.com ID: 4188
Salam. Karqo şirkəti hansı vergiləri ödəyir?
11/02/2021 Прочитано: 162 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, müraciətdə göstərilən xidmətin tərəfləri, xarakteri və işin faktiki halları barədə məlumat təqdim etməklə tərəflər arasında bağlanmış müqavilələr, göstərilmiş daşıma xidmətlərinə görə tərtib olunmuş elektron qaimə-fakturalar və digər zəruri təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 156-cı və 218-ci maddələri

0/5 (0 Средняя стоимость)
Оцените:
Nihad Sərdarzadə Cahid ni***@gmail.com ID: 4187
Salam. Mən marketimlə bağlı VÖEN açdırmışam. Mənim VÖEN-im Dövlət Vergi Xidməti tərəfindən hansı hallarda qapadıla bilər?
11/02/2021 Прочитано: 60 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;

Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

Fiziki şəxs vəfat etdikdə.

Vergi orqanına təqdim edilən ərizələr yalnız fiziki şəxs, onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyət verilmiş şəxs) və ya varisi (himayəçisi və ya qəyyumu) tərəfindən imzalanaraq təqdim edilə bilər.

vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları çıxarılır və bu barədə ona məktub göndərilir.

 

5/5 (1 Средняя стоимость)
Оцените: