Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Zamin Nağıyev Şamo aa***@mail.ru ID: 4257
Kriptovalyuta mayning etmək və ondan pul qazanmaq qanuna ziddirmi, qadağandırmı?
23/02/2021 Прочитано: 204 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz.

Eyni zamanda bildiririk ki, fiziki şəxsin əldə etdiyi kriptovalyutanın pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirlər onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramil Ağayev r.***@gmail.com ID: 4256
Azərbaycanın rezidenti olan ölkə Gürcüstanda yerləşən şirkətə mal satır. Satış tranzit ticarətlə həyata keçiriləcək, yəni mal Çindən birbaşa Gürcüstana göndəriləcək. Bu zaman yerli şirkətin hansı vergi öhdəlikləri yaranacaqdır.
23/02/2021 Прочитано: 114 Средняя стоимость: 0

Rezident hüquqi şəxs tərəfindən Çindən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə Gürcüstan Respublikasına satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dərişov Zaxar Zakir oğlu ta***@mail.ru ID: 4255
Bununla yazıb sizdən xahiş edirəm, idxal olunmuş malların maya dəyəri necə hesablanır və VM-nin hansı maddəsi ilə tənzimlənir
23/02/2021 Прочитано: 150 Средняя стоимость: 5

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
İlqar Tanırverdiyev Sayyatovic il***@gmail.com ID: 4253
Salam. Mən Türkiyədən sifariş gətirmək ücün bəyamnamə doldurmaq üçün sizin saytınıza müraciət etdim. Saytda mənim adımda külli miqdarda pul göstərdi. Sizdən xahiş edirəm ki, məlumatları yenidən yoxlayıb sistemdə düzəliş edəsiniz. Adlarda səhv var.
22/02/2021 Прочитано: 91 Средняя стоимость: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüsal Mustafayev Sabir Vu***@rambler.ru ID: 4252
Salam. Zəngilan rayon qeydiyyatıyam. VÖEN açdırmalıyam, kiçik biznes (alğı-satqı) üçün. Hara müraciət eləməliyəm?
22/02/2021 Прочитано: 63 Средняя стоимость: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar,  vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədova Aygün Nəsimi qızı an***@gmail.com ID: 4251
Onlayn növbə almaqa daxil oluram sonda nömrə öz adıma olmadığı bildirilir.Lakin 20.02.2021 ci ildə azerceldən almışam və *680# vasitisilədə yoxlayanda mesajda bildirilirki Məmmədova Aygün Nəsimi qızının adınadır. Xahiş edirik köməklik göstərəsiniz.
22/02/2021 Прочитано: 53 Средняя стоимость: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dağlar Məsimov Fərhad me***@gmail.com ID: 4249
Asan imza ilə taxes.gov.az saytından qeydiyyatdan keçərkən, səhvən faktiki ünvana yalniş məlumat doldurdum və qeydiyatdan elə keçdim. İndi isə şəxsi məlumatlarda dəyişiklik edə bilmirəm. Fiziki şəxislərin onlayn vergi ucotuna alınması üçün müraciət etmək istəyirəm. Bilmək istərdim ki, hüquqi ünvanı əsas götürərək ərizəni göndərdikdə faktiki ünvanda olan səhvlik problem yaradacaqmı? Və ya faktiki ünvanı şəxsi kabinetimdən necə çıxara bilərəm?
22/02/2021 Прочитано: 92 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.  Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin "Fiziki şəxslər üçün” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Asif Əliyev Murad xa***@mail.ru ID: 4248
Salam, mən vergi ödəyicisiyəm. Sosial yardıma görə vergi ödəyirəm, pandemiyadan əvvəl 64 manat DSMF-na ödə0yirdim. Pandemiya olduğu üçün 32 manat ödəyirdim. İndi nə qədər ödəməliyəm? Xahiş edirəm suala cavab verəsiniz.
22/02/2021 Прочитано: 61 Средняя стоимость: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə 1 yanvar 2021-ci il tarixdən etibarən minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Əlavə olaraq bildirirk ki, 1 sentyabr 2019-cu il tarixdən ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının miqdarı 250 manat təşkil edir.

Əsas: Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nahid Hacızadə Azər na***@gmail.com ID: 4247
Leyla Medical Center-də ödəniş edilmiş ancaq fiscal İD : AJ3jA5DptryN çek təqdim edilmişdir. Təqdim olunnan çekin QR kodu oxunmur, fiscal İD ilə daxil etsəm də ibar.az tərəfindən qəbul edilməi və əlavə edilən çeklərin siyahısnından silindi. Leyla MC-tərəfindən həmin çeklərin oxunmadığını bildirdilər. Zəhmət olmasa hansı səbəbdən çekin nəzərə alınmadığı haqqında məlumat verəsiniz. Yaxın vaxtda xəstəxanaya əməliyyat üçün böyük məbləğ ödəniş ediləcək. Vətəndaş kimi məndə ƏDV geri al xidmətindən faydalanmaq istəyirəm.
21/02/2021 Прочитано: 77 Средняя стоимость: 4

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

4/5 (1 Средняя стоимость)
Оцените:
Sədahir Əliyev Nizami el***@gmail.com ID: 4246
Salam. Bilmək istəyirəm vergi orqanlarında işləmək üçün hansı ixtisası bitirmək lazımdır? Hər-hansı fakültəni bitirib imtahan vermək olar?
21/02/2021 Прочитано: 55 Средняя стоимость: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Vüsalə Sarıyeva Yusif qizi vu***@gmail.com ID: 4245
Mən Sarıyeva Vüsalə Yusif qızı 04.11.2019-06.01.2020 həmçinin 06.01.2020-06.03.2020 tarixində Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsində könüllü kimi fəaliyyət göstərmişəm. Xahiş edirəm, könüllülük nəticələrimə əsasən könüllülük sertifikatımın verilməsində mənə köməklik edərdiniz .
21/02/2021 Прочитано: 56 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Könüllü fəaliyyəti ilə bağlı sertifikatın təqdim edilməsi haqda ətraflı məlumat üçün səhifəmizin "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rövşən ro***@gmail.com ID: 4244
Bir nəfər adam var. Demək olar ki, ayda 4000-5000 manata qədər qazanc əldə edir. Ancaq neçə illərdir ki, o insan nə vergi vermir nə də ki işçilərini qanunu işlətmir.
21/02/2021 Прочитано: 88 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur.

Qanunla müəyyən edilmiş vergiləri ödəmək, gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, büdcəyə çatacaq vergiləri və digər icbari ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

Eyni zamanda bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Emirxanov Orxan Firudin em***@gmail.com ID: 4242
Salam. Medera hospital çek verir, ƏDV-si də var, vurursan deyir ki, bu çek bazaya aid deyil və s. Bu nə deməkdir, çekdə ƏDV faizi də var.
20/02/2021 Прочитано: 79 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Niyaz Aslanzade Ilham ni***@mail.ru ID: 4239
Yazmısınız bundan əvvəlki müraciətim cavablandırılıb. Amma mən niyəsə görmürəm saytınızda həmin cavabı, axırıncı cavablandırdığınız suallı artıq üçüncü dəfə ard-arda yazmışdım. Nəhayət cavab gəldi, ondan əvvəl eyni sualı iki dəfə yazmışdım heç bir cavab gəlmədi. Oktyabr ayında bir dəfə yarımçıq cavab vermisiniz basqa bir sualıma bu qədər. İkincisi də, mən sualımda nə soruşmuşam siz nə cavab vermisiniz. Baxın zəhmət olmasa. Mənim verdiyim sual bu idi ki, vergi orqanlarinda iqtisadiyyat sahəsində işlə təmin olunduqda ilk aylar əmək haqqı təxminən hansı aralıqda olur? Amma siz mənə vergi orqanlarının işçilərinə aylıq verilən xüsusi rütbəyə görə əlavə pul mükafatlarını yazmısınız. Onlar mənə maraqlı deyil. Mənə sırf lazımdır ki, işə qəbul olunandan sonra ilk aylar əmək haqqı təxminən hansı aralıqda olur? Nazirlər Kabinetinin qərarında yazılıb deməyin, orada vəzifələr oxdur, qarisiqdir. Üçüncü də qoyduğunuz İnsan resursları Şöbəsinə aid telefona cavab verən yoxdur. Vergi orqanlarında işlə bağlıi rayon vergi orqanlarına qəbul olsam, orada qalmaq üçün dövlət tərəfindən müvəqqəti olaraq ev verilir və ya kirayə haqqı ödənilir. Bu iki sualıma ətraflı cavab verin zəhmət olmasa. Ən axırda da, e-mail ünvanınız boş-boşuna yaradılmayıb Vaxtı-vaxtında email ünvanınıza baxın və müraciətlərə cavab yazın, həmçinin qoyduğunuz telefon nömrələrinə cavab verin. İnşallah bu müraciətimə cavab gələr.
20/02/2021 Прочитано: 116 Средняя стоимость: 3

Bildiririk ki, dövlət vergi orqanı əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir və həmin qərarda işçilərin tutduqları vəzifədən və çalışdıqları ərazidən asılı olaraq məbləğlər fərqlənir.

Həmin cavaba əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli Qərarına əsasən vergi xidməti əməkdaşlarının vəzifə maaşı - Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mühasib vəzifəsi üçün Bakı şəhəri üzrə 505 manat, Gəncə, Sumqayıt şəhərləri üzrə 495 manat, digər şəhər və rayonlar üzrə 490 manat,  Rayon vergilər şöbələri üzrə 475 manat müəyyənləşdirilmişdir.

Həmçinin, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay (vəzifə maaşının 5 faizindən 30 faizinədək aralıqda) məbləğdə əlavə haqq və xüsusi rütbələrindən asılı olaraq xüsusi rütbələr üzrə maaşlar (30 manatdan 60 manata qədər) müəyyən edilir. 

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul olan şəxslərin yaşayış yeri və digər təminatları haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarinda xidmət haqqinda Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr tarixli 421 nömrəli Qərarı.

3/5 (2 Средняя стоимость)
Оцените:
Nuridə Rəhimova Səfər mu***@gmail.com ID: 4237
Otellərə kassa aparatı qoyulurmu?
19/02/2021 Прочитано: 108 Средняя стоимость: 5

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sara Əhmədova Nadir sa***@gmail.com ID: 4236
Birbank vasitəsilə ƏDV geri alda 89.31 AZN dəyərində çeki oxutmağa çalışdım lakin artıq oxunduğu yazıldı. N7333 nomreli cekin araşdırılması üçün yardımçı olardınız zəhmət olmasa.
19/02/2021 Прочитано: 95 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  ""Onlayn müraciətlər"" bölməsinin  ""Dövlət Vergi Xidmətinə müraciət"" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
ilgar Mirzəyev Mürsəl oglu il***@mail.ru ID: 4235
Mən VÖEN 3100445492 ləğv elətdirmişəm. Amma mənə mesaj gəlir ki elektron poçtumda məktub var. Xahiş edirəm izah edin.
19/02/2021 Прочитано: 87 Средняя стоимость: 0

Bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. Sorğunuzda qeyd olunan VÖEN ləğv edilməmişdir. Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dünyamalı Musazadə, Alı du***@gmail.com ID: 3961
Vergi orqanlarına imtahan nə vaxt olacaq?
19/02/2021 Прочитано: 179 Средняя стоимость: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi 13.03.2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir.

Ətraflı məlumatla internet səhifəmizin "İşə qəbul" bölməsində tanış ola bilərsiniz.

5/5 (7 Средняя стоимость)
Оцените:
Hasil Əliyev dq***@mail.ru ID: 3960
Muessise terefinden xarici ölkədə istehsal edilmiş mühasibat üzrə proqram təminatı xarici şirkətdən alınarkən vergitutma ilə bağlı 2 sualım var: 1. Proqram təminatı qeyri-maddi aktiv hesab edilməklə, ona görə xarici dövlətə ödənilən vəsaitdən ƏDV-nin hesablanırmı? 2. Proqram təminatı qeyri-maddi aktiv hesab edilməklə, ona görə xarici dövlətə ödənilən vəsaitdən ödəmə mənbəyində vergi tutulurmu? Qeyd edək ki, qeyri-maddi aktivlər Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən əlavə dəyər vergisinin məqsədləri üçün mal sayılmır. Bununla belə, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi xidmət sayılmasına baxmayaraq adından da göründüyü kimi qeyri-maddi aktivlər satılarkən xidmət sayıla bilməz, çünki aktiv xidmət hesab edilmir. Həmçinin qeyd edək ki, qeyri-maddi aktivlərin satışı Vergi Məcəlləsinin 13.2.23-cü maddəsində göstərilən royalti anlayışı ilə də əhatə edilmir. Çünki royalti istifadə hüququnun verilməsinə görə alınan haqq hesab edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq suallarıma əsaslı cavab verməyinizi Sizdən xahiş edirəm.
19/02/2021 Прочитано: 417 Средняя стоимость: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Eyni zamanda, proqram təminatının alğı-satqısı üzrə qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 159-cu, 168-ci və 169-cu maddələri.

4/5 (13 Средняя стоимость)
Оцените:
Əli Əsədov Məhərrəm Al***@gmail.com ID: 4234
Salam. "Edvgerial" QR kodunu daxil etdikdə pərakəndə və ictimai iaşə obyektlərinə uyğun deyil yazılır. Mən bilmək istərdim ki, həqiqətənmi uyğun deyil ya vergiden yayınırlar? "Edv geri al" çekini mənə "Bakı clinic" ödəniş əsasında təqdim edib. Zəhmət olmasa, bir məlumat verərsiz.
19/02/2021 Прочитано: 73 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените: