Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Ümid Fərmanlı um***@gmail.com ID: 4361
Salam, mən özümə şirkət açmaq istəyirəm, xaricdən elektrik malları vurmaq istəyirəm. Şirkət açmaq üçün hansı sənədlər lazımdır və nələr qeyd olunur həmin sənəddə. Mən Gədəbəy rayon qeydiyyatındayam. Bakı şəhərində yaşayıram. Şirkət açmaq üçün hər hansı ərazi olaraq yaşadığım ünvanı göstərə bilərəmmi? Eyni zamanda da satış yeri kimi. Bunu üçün də nələr lazımdır. Ətraflı məlumat versəniz çox minnətdar olardım. Hansı sənədlər üçün haraya müraciət edəcəyimi və digər proseslərin mərhələ mərhələ necə olacağını?
14/03/2021 Прочитано: 83 Средняя стоимость: 0

Bildiririk ki, şəxs sahibkarlıq fəaliyyətini vergi orqanında vergi uçotuna alınmaqla fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilər. 
Vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), fərdi sahibkarlar yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır.

Eyni zamanda, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini mülkiyyətində və ya icarəsində olan təsərrüfat subyekti vasitəsilə həyata keçirdiyi halda həmin obyekt olduğu ünvan üzrə vergi orqanında uçota alınmalıdır. 

Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Nizami Şükürov Xaliq ni***@gmail.com ID: 4160
Salam, VÖEN-lə bağlı məlumat almaq istərdim sizdən. Qurbanova Səidə Elman qızı 1901902442. VÖEN-in bağlı olub-olmamağı haqda məlumat verə bilərsiz?
14/03/2021 Прочитано: 157 Средняя стоимость: 5

14 mart 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Qurbanova Səidə Elman qızının (VÖEN 1901902442) fəaliyyəti dayandırılmışdır.

5/5 (2 Средняя стоимость)
Оцените:
Nuran Mahmudov Vali ma***@outlook.com ID: 4360
24 yanvar 2021-ci ildə MG stordan aldığım məhsulun (Fiksal ID: **********) edv-si helede gözleme statusundadır və 30 gün keçməsinə baxmayaraq hələ də geri qaytarılmır. Səbəbini e-mail ünvanıma göndərməyinizi Sizdən xahiş edirəm.
13/03/2021 Прочитано: 66 Средняя стоимость: 3

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Sorğunuzda qeyd olunan NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ləğv oluna bilər. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Средняя стоимость)
Оцените:
Məcdi Nərgis 96***@gmail.com ID: 4359
Salam, mən AMEA-da işləyirəm. Bizə aylıq maaşdan əlavə milli bayramlarda mükafat ayrılır. Mükafatın miqdarı eyni vəzifəli fərqlilik göstərir. Bunun səbəbi nə ola bilər? Digər sualım isə budur ki, əmək haqqından tutulan vergi faizlərindən əlavə bayramlarda verilən mükafatlardan da vergi tutulurmu? Əvvəlcədən təşəkkürlər.
12/03/2021 Прочитано: 114 Средняя стоимость: 3

Birinci sualınızda qeyd olunan, işçilərə verilən mükafatın məbləğinin fərqli olmasının səbəbini, təşkilatın mühasibatlığına müraciət edərək aydınlaşdırmağınız tövsiyə olunur.

İkinci sualla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlər, habelə pul mükafatları Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş dərəcələrlə gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Kəmalə Nağıyeva Mustafa qızı ba***@icloud.com ID: 4358
04.03.2021 tarixində İdeal mağazasından alış-veriş zamanı verilən çeki ƏDV geri almaq üçün portala daxil etmişəm və 7 gün keçməsinə baxmayaraq hələ çek tapılmayıb və gözləmə mövqeyinə keçməyib. Çekin Fiscal İD 4fJncqBN8eVg
12/03/2021 Прочитано: 65 Средняя стоимость: 4

Sorğunuzda qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

4/5 (1 Средняя стоимость)
Оцените:
Əlibala Baxışlı Boris oğlu el***@gmail.com ID: 4357
Kuriyer işi üçün VÖEN açmaq istəyirəm . Zəhmət olmasa ətraflı məlumat verə birsiz? Əsas Faiz dərəcəsi?
12/03/2021 Прочитано: 131 Средняя стоимость: 4

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz halda,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

4/5 (1 Средняя стоимость)
Оцените:
Əhmədova Aybəniz Xalid qızı ah***@mail.ru ID: 3856
Riskli vergi ödəyiciləri barədə necə məlumat almaq olar?
11/03/2021 Прочитано: 260 Средняя стоимость: 5

Bildiririk ki, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər. 
 

5/5 (2 Средняя стоимость)
Оцените:
Fərid Göyüşov go***@gmail.com ID: 4074
“İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANIna əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir. Sual olunur, yuxarıda fərmandan belə nəticəyə gəlmək olar ki, qeyd edilən mallar və inventarların hərəkət dövriyyəsi elektron daşıyıcıda deyəndə yəni imzasız, möhürsüz excel faylında və ya daxili maliyyə proqram təminatında (1C məsələn) uçotu aparıla bilər və həmin aktların gündəlik uçotu və hərəkətinə (kağız variantında imzalı və ya möhürlü, eyni zamanda elektorn imzalı və möhürlü) ehtiyac yoxdur və belə bir uçot forması vergi orqanları səyyar yoxlama vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi və 58.8.3 maddəsinin tələblərini pozmuş sayılmayacaqdır. Qeyd edilən sual barədə xahiş olunur ərtaflı , net münasibətinizi bildirəsiniz.
11/03/2021 Прочитано: 319 Средняя стоимость: 5

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Belə ki, Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması)  həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.  

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin təsərrüfat daxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyindən təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsinə zərurət yaranmır.

Eyni zamanda, vergi orqanları tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlərin vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməsi təmin edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

5/5 (3 Средняя стоимость)
Оцените:
Mustafayev Mustafa Zəkəriyyə oğlu mu***@mail.ru ID: 4354
Dövlətimiz pandemiya ilə əlaqədar əmək haqqı yardımı vermişdir. Əmək haqqı yardımı MDSS haqlarına cəlb olunurmu?
11/03/2021 Прочитано: 87 Средняя стоимость: 0

Bildiririk ki, dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq işəgötürənin sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutmuşdur. Qeyd olunanlara əsasən, maliyyə dəstəyi  işçilərə əməkhaqqı kimi ödənildikdə, sosial sığorta haqqı hesablanmalıdır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Alyona Vorobyeva Qriqoryevna a2***@bk.ru ID: 4353
Aşağıdakı suala aydınlıq gətirməyinizi xahiş edirəm: "Mühasibat uçotu haqqında" Qanunun 9.1-ci maddəsinə uyğun olaraq mikro sahibkarlıq subyektlərinin uçot qaydaları hansılardır? Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qərarı Qəbul edildiyi 03.02.2016-ci il tarixli Q-03 sayli "Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları" nın təsdiq edilməsi barədə istifadəsi mümkündürmü?
11/03/2021 Прочитано: 72 Средняя стоимость: 5

Bildiririk ki, Mikro sahibkarlıq subyektləri mühasibat uçotunun aparılmasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-03 nömrəli 03 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması Qaydaları) uyğun olaraq təmin edirlər və ya öz seçimlərindən asılı olaraq, maliyyə hesabatlarını Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və ya Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun tərtib etmək hüququna malikdirlər. 

 

5/5 (1 Средняя стоимость)
Оцените:
Алджанова Наталья Борисовна n.***@italdizain.az ID: 4352
Добрый день. В нашей компании есть продажа Подарочных сертификатов, на которые потом можно обналичить товар. Скажите пожалуйста, в какой момент должен рассчитаться НДС? В момент продажи Подарочного сертификата, или в момент обналичивания товаров на Подарочный сертификат?
11/03/2021 Прочитано: 115 Средняя стоимость: 5

Bildiririk ki, təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 50-ci, 104-cü və 159-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
İntiqam Seyfulla Mirzəhüseyn si***@gmail.com ID: 3884
Salam. 16.12.2020-ci il tarixli (İD 3536) suala verilmiş cavab məsələyə aydınlıq gətirmədiyinə görə sualı misal üzərində təqdim etmək istəyirəm. Mikro sahibkarın 2019-cu ilin 12 ayında işçilərinin sayı uyğun olaraq yanvar, fevral, mart, may, iyul, avqust, oktyabr və noyabr aylarının hər birində 10 nəfər, aprel ayında 15 nəfər, iyun ayında 11 nəfər, sentyabr ayında 9 nəfər və dekabr ayında 5 nəfər olmaqla cəmi il ərzində cəmi 120 nəfər , eləcə də illik gəliri 200 000 manatdan az olmuşdur. Belə olan halda həmin sahibkar mikro sahibkar meyarlarına uyğun gəlir, yoxsa o, kiçik sahibkar kateqoriyasına aid edilməlidir?
11/03/2021 Прочитано: 257 Средняя стоимость: 5

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir.

Həmin meyarların “Qeydlər” bölməsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Bildiririk ki, işçilərin orta aylıq siyahı sayı müəyyən edilərkən işçilərin siyahı sayına daimi, müvəqqəti və ya mövsümi işə qəbul edilmiş, istər faktiki olaraq işləyən, istərsə də hər hansı bir səbəbdən müvəqqəti olaraq işdə olmayan (növbəti, əlavə və tədris məzuniyyətlərində olan, xəstəlik üzündən işə gəlməyən, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə məzuniyyətdə olan qadınlar və s.) əmək müqavilələri qüvvədə olan ümumi işçilərinin sayı aid edilir. Bu zaman vergi ödəyicisinin əvəzçilik üzrə işləyən işçiləri və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə yetirən şəxslər orta aylıq siyahı sayına daxil edilmir.

Hesablama qaydası: Siyahı tərkibində olan işçilərin orta sayı = Aydakı bütün günlər üçün siyahı saylarının cəmi/ Aydakı təqvim günlərinin sayı.

Ay ərzində vergi ödəyicisi tərəfindən işçilərin işdən çıxarılması və ya işə qəbulu halları olduğu halda işçilərin orta aylıq siyahı sayının müəyyən edilməsi;

Nümunə: Yanvar ayının 1-də müəssisənin siyahı tərkibində 205 nəfər olmuş, yanvar ayının 6-da 15 nəfər işə götürülmüş, yanvar ayının 16-da 5 nəfər işdən çıxarılmış və yanvar ayının 29-da 10 nəfər yenidən işə götürülmüşdür.

Hesablama qaydası: Yanvar ayı üçün siyahı tərkibində olan işçilərin orta sayı = (205 * 5 + 220 * 10 + 215 * 13 + 225 * 3) / 31 = 216 nəfər.

İşçilərin orta illik siyahı sayının müəyyən edilməsi zamanı sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi ayların sayından, yəni faktiki olaraq bütün il üzrə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq orta aylıq işçilərin sayı toplanaraq 12-yə bölünməlidir.

Əsas: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Əmək üzrə” 1-əmək №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 14/06 nömrəli və “İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında” 4-əmək №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” 25 fevral 2014-cü il tarixli 15/06 nömrəli Qərarları.

5/5 (1 Средняя стоимость)
Оцените:
Aynurə Is***@gmail.com ID: 4351
Salam, daşınmaz əmlakın bağışlanması zamanı vergi tutulur?
11/03/2021 Прочитано: 113 Средняя стоимость: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

Əmlakın digər şəxsə bağışlanması zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 3 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Əliyev Əbülfət Barat oğlu ru***@gmail.com ID: 4349
İmişli RİHB-nın Ölcələr KİƏD üzrə Nümayəndəliyində məhkəmə qətnaməsinə əsasən xadiməyə işburaxmaya görə 1 illik ( 12 ay ) əmək haqqı ödənilməlidir. Bilmək istərdik ki, həmin işburaxmaya görə nəzərdə tutulmuş 3547.04 manat vəsaitdən biz vergi tutulmasını işburaxdığı aylar üzrə tutmalıyıq yoxsa birdəfəlik ? Əgər aylar üzrə tutularsa biz bunu 2021-ci ilin I rübündə vergi hesabatında necə göstərməliyik ? 2021-ci ilin I rübündə həmin xadimənin vergi ödəməsini aylara görə necə qeyd etməliyik? Həmin ödənişin aylar üzrə vergi ödənildiyinə görə 2021-ci ilin I rübündə vergi hesabatında bizdə çətinliklər ola bilərmi, vergi borcu yarana bilərmi? Xahiş edirəm onun hansı birinin qanuna müvafiq olduğunu deyərdiz. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alıb, məsələnin qanuni çərçivədə həll olunmasında bizə yardımçı olub bu barədə ətraflı məlumat verib köməklik etməyinizi Sizdən xahiş edirik.
11/03/2021 Прочитано: 63 Средняя стоимость: 0

Bildiririk ki, məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqları məhkəmənin qətnaməsi əsasında sonradan hesablanaraq ödənildikdə gəlir vergisi həmin dövrdə qüvvədə olan dərəcələrlə hər bir ay üçün hesablanmış əmək haqqından ayrı-ayrılıqda tutulur. Bu zaman aylar üzrə hesablanmış əmək haqqı 2500 manatadək olduqda 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Bəyannamələrin forması, doldurulması qaydası ilə saytımızın "Bəyannamə" bölməsində tanış ola, sual yarandıqda isə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynli Anar Məmməd oğlu az***@mail.ru ID: 4348
Salam. Əvvəllər kooperativ binalar üzrə sakinlər tərəfindən seçilmiş sədr vasitəsilə kommunal xidmətlər və digər xərclər yığılmaqla xərclənirdi. Bildiyimiz kimi hal hazırda da bu hallar davam etməkdədir. Yığılmış vəsaitə görə çeklər verilmir və kommunal daşımalara görə ödənişlər nağd qaydada aparılır. Beləliklə də sakinlər xərclərin şəffaflığından şübhəli qalırlar. Sədr tərəfindən Qanunvericiliyin tələbləri pozulmaqla qanunsuzluq baş verir. Buna görə məsuliyyət varmı və nə məsləhət görürsünüz? Xahiş edirəm sualımı ətraflı cavablandırasınız.
10/03/2021 Прочитано: 107 Средняя стоимость: 0

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 3.4.5-ci maddəsinə əsasən kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir. Kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə Qanunun 3.4.5-ci maddəsinin tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

Göstərilənlərə əsasən Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu  və 58-ci maddələri, Mənzil Məcəlləsinin 136-cı maddəsi və “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanun. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Günel Əmirli Vüqar qızı am***@gmail.com ID: 4347
Salam. Müraciətim işə qəbulla bağlıdır. SABAH qruplarının məzunları üçün imtahan gözlənilirmi, gözlənilirsə hansı vaxt üçün planlaşdırılır bilmək istəyərdim. Bu barədə məlumat verərdiniz zəhmət olmasa.
10/03/2021 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməyiniz tövsiyə olunur,

0/5 (0 Средняя стоимость)
Оцените:
Elnur Məmmədov Yaşar oğlu el***@fmail.com ID: 4345
Salam. Bir marketdən 2 adda mal alanda, birinə ƏDV verilə, başqasına verilməyə bilər? Yəni hansı mallara ədv verilmir?
10/03/2021 Прочитано: 71 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların siyahısı Vergi Məcəlləsinin 164-cü maddəsində müəyyən edilmişdir.

İstehlakçı tərəfindən alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, həmin mallar üçün ƏDV-nin qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Aydan Əhmədova Arif ay***@mail.ru ID: 4344
Salam. Zəhmət olmasa məlumat verəsiniz, 5 faiz gəlir vergisini və dsmf ödənişimi hansı təsnifat kodlarına ödəməliyəm?
10/03/2021 Прочитано: 117 Средняя стоимость: 0

Bildiririk ki, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi 111121 büdcə təsnifat kodu ilə ödənilməlidir. 
Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar 121300 altbölməsində fəaliyyət sahələri üzrə aşağıdakı qaydada təsnifləşdirilmişdir.

121310      Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər üzrə ödənilən sosial ayırmalar
121320      Xüsusi notariuslar üzrə ödənilən sosial ayırmalar
121330      Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121340      Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121350      Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar
121360      Ailə kəndli təsərrüfatları üzrə ödənilən sosial ayırmalar
121370      Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) üzrə ödənilən sosial ayırmalar
121380      Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar

Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. 

Əsas: Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Zöhrə Demirtaş Adil z.***@gmail.com ID: 4346
Salam, mən 07.02.2021-ci il tarixində Sədərəkdə yerləşən Saxara Electronics mağazasından BirKart vasitəsi ilə 2700 manatlıq aləş-veriş etmişəm. Alış veriş nəticəsində mənə verilən çeki isə EDV geri al sistemi ilə qeydiyyatdan keçirmişəm. Bir ay sonra baxdığımda çekin ləğv olunduğunu və nəricədə vergi qayıdışının də ləğv edildiyinin şahidi oldum. Bu haqqda Sizdən məlumat almaq istəyirəm.
09/03/2021 Прочитано: 84 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynova Afət Kərim qızı af***@gmail.com ID: 4341
Onlayn satış - məişət mallarının pərakəndə satışı kodu hanısıdır?
09/03/2021 Прочитано: 56 Средняя стоимость: 0

Qeyd etdiyiniz fəaliyyəti 4791002 (POÇT VƏ YA İNTERNET İLƏ SİFARİŞ VASİTƏSİLƏ ALINAN BÜTÜN MALLARIN PƏRAKƏNDƏ SATIŞI (MALLAR ALICILARA GÖNDƏRİLİR VƏ ALICILAR ONLARI REKLAMLAR, ELANLAR, ƏSAS KATALOQLAR, NÜMUNƏLƏR VƏ YAXUD DİGƏR REKLAM NÖVLƏRİNƏ GÖRƏ SEÇİRLƏR)) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.


 
 

0/5 (0 Средняя стоимость)
Оцените: