Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, kommersiya və ya publlik hüquqi şəxsin nizamnamə kapitalının artırılması üçün, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya  “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”, “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə” və/və ya “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə”, nizamnamə kapitalının artırılması və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi, idarəçiliyində olmayan lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy, qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil,  bank və s. fəaliyyətlər üzrə),  nizamnamə kapitalının artırılmasını təsdiq edən sənəd (qəbz, kassa mədaxil orderi, auditor rəyi və s.),  ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin-nin 34-cü maddəsi, Mülki Məcəllənin 43-113-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun, Vergilər nazirinin 14.03.2019-cu il tarixli 1917040100291100  nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının  aparılmasına dair Metodiki Göstəriş”
 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, 28 dekabr 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın kağız daşıyıcıda qeydiyyat orqanı tərəfindən verilməsi zərurəti aradan qaldırılmışdır.

Həmin qanunun 18.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnamənin, nizamnamənin və dövlət reyestrindən çıxarışın qeydiyyat orqanı tərəfindən  kağız daşıyıcıda verilməsi zərurətinin aradan qaldırılması, vergi ödəyicisini həmin sənədləri əldə etmək hüququndan məhrum etmir.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədlərin (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) banklar tərəfindən elektron əldə edilməsi üçün texniki imkan yaradılmışdır.

Bu məqsədlə bankın əməkdaşı İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinə daxil olaraq “Reyestr məlumatlarına baxış” bölməsində hüquqi şəxsin VÖEN-ni və şəhadətnamə-dublikatın nömrəsini yığmaqla hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənədləri (nizamnamə, şəhadətnamə, reyestrdən çıxarış) öz kompüterinə yükləyə bilər.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

Bu səbəbdən sorğunuzda qeyd olunan halda, hüquqi şəxs tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Əmək qanunvericiliyinin tətbiqi, o cümlədən tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi kimi uçota alındığınız halda, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq müraciət ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilir.
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət və reklam xidmətlərinin və digər analoji xidmətlərin göstərilməsi, habelə kompüter, internet və digər elektron şəbəkələr vasitəsilə xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Buna əsasən hüquqi şəxs reklam yayıcısı kimi xidmət göstərdiyi halda qeyri-rezident reklamvericinin təqdim etdiyi informasiya məhsullarının reklam yayıcısına məxsus internet informasiya resursu ilə vasitəsilə yayımlanması tərəflər arasında bağlanmış müqavilə və reklam xidmətlərinin göstərilməsinə dair təhvil-təslim aktları ilə rəsmiləşdirildiyi halda Cəmiyyət tərəfindən göstərilən həmin reklam xidmətləri ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilə bilər.

Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. 

Eyni zamanda həmin Qanunun 2-ci maddəsinin müddəalarına əsasən reklamverici reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxsdir. Reklam yayıcısı reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı ƏDV tutulan əməliyyat sayılır. 

Sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla, bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, habelə tərəflər arasında bağlanmış müqavilələr və ödəniş şərtləri barədə məlumatları qeydiyyatda olduğunuz vergi orqanına təqdim edərək, yaranan vergi öhdəlikləri haqda məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165-ci və 168-ci maddələri və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

Общая цена: 0/50
Оцените:

Cavab 1 - 2 .Bildiririk ki, işəgötürən tərəfindən ezamiyyəyə göndərilən işçinin ezamiyyə xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə 30 yanvar .2012-ci il tarixdə 15201201180001 nömrə ilə daxil edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” ilə tənzimlənir.

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı ilə müəyyən edilmişdir. 

Eyni zamanda Azərbaycan Respublikasının ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi halda Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş 1 günlük normanın mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ezamiyyə xərci nəzərdə tutulur, qalan məbləğ üzrə ödənilmiş vəsait işçinin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirlərinə aid edilərək ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Həmçinin nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir və vergi ödəyicisinin gəlirlərindən çıxılır.

Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Eyni zamanda Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Əlavə olaraq bildiririk ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi qaydası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 108-ci, 109-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2012-cı il tarixli Q-01 nömrəli Qərarı. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi  qaydada müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.  

Eyni zamanda Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Qeyd olunanlara əsasən debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər. 

Əsas: Vergi Məcəlləsinin 111-ci və Mülki Məcəllənin 373-cü maddələri ilə tənzimlənir.
 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

Общая цена: 1/51
Оцените:

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır. Buna əsasən ƏDV-dən azad edilən malların təqdim edilməsini həyata keçirən şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır. 

Vergi qanunvericiliyinə əsasən sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edilir. 

Sorğunuzda qeyd olunanlara əsasən, müəssisənin təqdim etdiyi məhsullar vergi qanunvericiliyinə uyğun olaraq, özünü istehsal etdiyi kənd təsərrüfatı məhsulları olduğu halda, ƏDV qeydiyyatına durmaq öhdəliyi yaranmır. 

Bununla yanaşı, müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilməklə, vergi azadolmalarının və güzəştlərin tətbiqi ilə bağlı ətraflı münasibətin bildirilməsi üçün vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirindən vergiyə cəlb olunmayan 500 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Общая цена: 0/50
Оцените:

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Общая цена: 0/50
Оцените:

Уважаемая Ольга,

Ваше обращение в Государственную налоговую службу при Министерстве экономики Азербайджанской Республики по поводу предоставления информации касательно возврата нерезиденту уплаченной суммы налога было рассмотрено. В ответ на Ваш запрос сообщаем следующее:

  1. Форма Заявления DTA-05 заполняется нерезидентом с целью возврата излишне уплаченных в Азербайджанской Республике или излишне удержанных у источника выплаты налогов с данного нерезидента в случае, если ограниченное налогообложение или освобождение предусмотрено международным соглашением об избежании двойного налогообложения, заключенным между Азербайджанской Республикой и иностранным государством, и представляется в налоговый орган по месту учета лица, выплачивающего доход в Азербайджанской Республике.

  2. Утвержденные формы DTA были составлены на азербайджанском и английском языках, следовательно предполагается заполнение формы на одном из этих двух языков.

  3. Подача формы DTA-05 может быть осуществлена как в электронной форме, так и на бумажном носителе. В случае обращения в электронной форме подтверждающие документы могут быть загружены посредством налогового интернет управления Министерства по налогам только тогда, когда заявитель имеет средства соответствующей аутентификации для входа в налоговое интернет управление (шифр, пароль, имя пользователя, усиленная электронная подпись и т.д.).  

  4. Форма DTA-05 может быть подана как самим нерезидентом, так и налоговым агентом от имени данного нерезидента. В случае обращения в электронной форме подтверждающие документы могут быть загружены посредством налогового интернет управления Министерства по налогам только тогда, когда заявитель имеет средства соответствующей аутентификации для входа в налоговое интернет управление (шифр, пароль, имя пользователя, усиленная электронная подпись и т.д.).  

  5. В случае, если форму DTA-05 подписывает генеральный директор юридического лица-нерезидента, то нотариальное заверение подписи не требуется. Однако, форма DTA-05 также может быть подписана полномочным представителем или налоговым агентом нерезидента.

  6. В случае, если сертификат резидентства иностранного государства может быть верифицирован на официальном сайте этого иностранного государства, то нет необходимости в его переводе, либо нотариальном заверении. При представлении сертификата резидентства Российской Федерации (выданного в электронной форме) в налоговый орган Азербайджанской Республики перевод и его нотариальное заверение не требуются.

  7. Форма DTA-05 может быть заполнена и представлена в налоговый орган как самим нерезидентом, так и его полномочным представителем или налоговым агентом, выплачивающим доход. В случае, если форма DTA-05 заполнена и представлена налоговым агентом, доверенность не требуется.

В случае возникновения вопросов, связанных с возвратом нерезиденту излишне уплаченных сумм, лицо может обращаться в налоговый орган по месту представления формы DTA-05.

Общая цена: 5/53
Оцените:

Уважаемая Наталья,

Ваше обращение в Государственную налоговую службу при Министерстве экономики Азербайджанской Республики относительно применения Правил “администрирования международных соглашений об избежании двойного налогообложения, заключенных между Азербайджанской Республикой и другими государствами” было рассмотрено. В ответ на Ваш запрос сообщаем следующее:

 Если в отношении нерезидента должно применяться необходимое освобождение или привлечение по сниженной ставке, то в электронной информационной системе Государственной налоговой службы составляется разрешительное письмо и, после согласования с уполномоченным лицом структурного подразделения, подписанное в электронной форме, высылается одновременно заявителю и лицу, выплачивающему доход (налоговому агенту). 

Лицо, выплачивающее доход (налоговый агент), при осуществлении выплаты нерезиденту, может применить освобождение или привлечение по сниженной ставке, предусмотренные в международном соглашении, только после получения от налогового органа по месту учета разрешительного письма. Не допускается применение освобождения или привлечения по сниженной ставке в отношении выплат, осуществляемых нерезиденту, до момента получения вышеупомянутого разрешительного письма.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etməlidir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

ƏDV ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən təqdim olunan malların (iş və xidmətə) dəyərinə ƏDV tətbiq olunmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu və ödənişləriniz haqda məlumat ala bilərsiniz.

Общая цена: 0/50
Оцените: