Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
İmaməli Köçəriyev Yaşar ko***@gmail.com ID: 7474
Salam. Yazıb sizə bildirmək istəyirəm ki, orta ixtisas təhsilim var. Vergi və vergitutma bilmek istəyirdim ki, dövlət vergi orqanlarında xidmət edə bilərəm?
06/01/2023 Read: 68 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Telman Bayramov Nurəli oğlu te***@mail.ru ID: 7473
Salam! Mən mühasib işləyirəm. Bilmək istəyirəm ki, mannı yarması, kişmiş, arpa yarması, düyü uzun, düyü yumru, bulğur, mərci qırmızı, mərci yaşıl, noxud, noxud ləpə məhsulları kənd təsərrüfatı məhsulları sayılır? Çünki üzərində işləmlər olunub, bu səbəbdən soruşuram. Və əgər Müəssisə ƏDV ödəyicisidirsə bu məhsulları satış edərkən ticarət əlavəsinin üzərinə ƏDV gəlib satış etməlidir? Ya bütün əsas məbləğin üzərinə ƏDV gəlib satış edilməlidir. Öncədən təşəkkür edirəm!
06/01/2023 Read: 355 Average count: 5

Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Sorğunuzda qeyd olunan fəaliyyət kənd təsərrüfatı məhsullarının satışına aid edilmədiyi üçün ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci, 218.5.8-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Abdullayev Nadir oğlu ab***@yahoo.com ID: 7469
Birinci misal: Hüquqi şəxs VÖEN-i olmayan fiziki şəxsdən yaşayış sahəsini icarəyə götürərək ödəmə mənbəyindən icarə haqqına görə vergi verir. Ödənilən ödəmə mənbəyindən vergi gəlirdən çıxılan xərcə aiddir? İkinci misal: Hüquqi şəxs VÖEN-i olan fiziki şəxsdən yaşayış sahəsini icarəyə götürərək ödəmə mənbəyindən icarə haqqına görə vergi verir. Lakin, qarşı tərəf (fiziki şəxs) e-qaimə təqdim etmir. Ödənilən ödəmə mənbəyindən vergi gəlirdən çıxılan xərcə aiddir?
06/01/2023 Read: 141 Average count: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait  icarəyə verən şəxsə ödənilməlidir.

Odur ki, mahiyyət etibarı ilə icarı haqqının tərkib hissəsi olan ödəmə mənbəyində tutulan vergi də daxil olmaqla icarə haqqının məbləği Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yəni gəlirin əldə olunması ilə bağlı olduğu halda gəlirdən çıxıla bilər.

Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Sorğunuzda qeyd olunan fiziki şəxs vergi uçotunda olduğundan, onun tərəfindən müvafiq icarə xidmətləri göstərildiyindən, həmin şəxs tərəfindən icarəyə götürən hüquqi şəxsə elektron qaimə-faktura verilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 99.3-cü, 108-ci və 124-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Aytac Məsimova Rizvan q ay***@gmail.com ID: 7464
Salam. Mən həvəskar rəssamam və bundan gəlir əldə etmək istəyirəm. Gəliri aşağıdakı üsullarla əldə edəcəyəm. 1. onlayn iş/ frilanser fəaliyyəti və ya fərdi sifarişlərin qəbulu ( "Freelancer", "Fiver" və s. kimi beynəlxalq platformalarda və sosial mediada təklif olunan işlər/sifarişlər üzrə) 2. hazır rəsm əsərlərimin satışı. Yuxarıda sadaladıqlarımı fərdi qaydada, hüquqi şəxs yaratmadan etməyi planlaşdırıram və təqribi illik gəlirimin 200 min manatdan çox olmayacağını nəzərə alsaq aşağıdakı suallarım var: 1. Mən sadələşdirilmiş vergi yoxsa gəlir vergisi ödəyici olacam və ya ümumiyyətlə vergi ödəməliyəm? 2. Mən mikro sahibkar sayılmış olacam? 3. Mənə hər hansı güzəşt və ya azadolma tətbiq olunacaq? 4. Hər vergi ili/rüb üzrə neçə faiz və hansı növ vergi ödəməliyəm?
05/01/2023 Read: 258 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənzadə Gülçin Veysəl il***@gmail.com ID: 7651
Mən Həsənzadə Gülçin Veysəl qızı Odlar Yurdu Kollecinin 2-ci kurs tələbəsiyəm. Vergi işi ixtisasında təhsil alıram. Yazıb sizdən xahiş edirəm ki, praktika təhsilimi sizin müəssisədə keçməyimə icazə verəsiniz.
02/01/2023 Read: 64 Average count: 0

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Revan Qeribli 19***@gmail.com ID: 7645
Salam. Ədvgerial.az saytından qeydiyyatdan keçmişəm lakin şifrəmi unutmuşam və bərpa etmək istəsəm də buna nail ola bilmirəm. Bu barədə kömək etməyinizi xahiş edirəm.
01/01/2023 Read: 47 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Cəfərov Azər Ağakişi oğlu az***@gmail.com ID: 7456
Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.16, 125-ci maddələrinə əsasən ödəmə mənbəyindən vergi ödəmələri haqqında məlumatlar verilmişdir. Lakin bəzən praktikada elə hallar mövcud olur ki, vergi ödəyiciləri çətinliklərlə üzləşirlər. Xahiş edirəm qeyd edəcəyim məsələ ilə bağlı VM-nin müddəaları barədə məlumat verərdiniz. Rezident hüquqi şəxs (sifarişçi) digər rezident hüquqi şəxslə (icraçı), Azərbaycan Respublikası hüdudlarından kənarda hər hansı bir layihənin icrası üçün müqavilə bağlayır. Layihəni icra edən rezident hüquqi şəxs (icraçı) Azərbaycan Respublikası hüdudlarından kənarda bu işi yerinə yetirmək üçün qeyri-rezident şəxslə podrat müqaviləsi bağlayır, müqaviənin dəyəri Azərbaycan Respublikasının rezident bankları tərəfindən göndərilir. Bu zaman layihəni icra edən rezident hüquqi şəxsin (icraçı) hansı vergi öhdəlikləri yaranır? 1. ƏDV üçün öhdəlik yaranmır (çünki VM 169 maddəyə əsasən görülən işlər qeyri rezident podratçı tərəfindən xarici ölkədə yerinə yetirilir) 2. ÖMV öhdəliyi yaranırmı? (subpodratçı qeyri-rezidentdir və eyni zamanda layihə xaricdə icra olunur)
29/12/2022 Read: 298 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda ƏDV-nin məqsədləri üçün vergi tutulan gəlirin müəyyən edilməsi üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə və qeyri-rezidentin gəlirlərinin ƏDV-yə cəlb edilməsi Vergi Məcəlləsinin 169-cu maddəsi ilə tənzimlənir.

Həmçinin bildiririk ki, sorğuda qeyri-rezident şəxsin göstərdiyi xidmətlər haqda əsaslı məlumatlar qeyd edilməmişdir. Bu səbəbdən, sorğuda qeyd edilən məsələ ilə bağlı əməliyyatların xarakteri tam açıqlanmaqla bu əməliyyatlar üzrə müvafiq təsdiqedici sənədlər qeydiyyatda olduğunuz vergi orqanına  təqdim edilməklə müraciət edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 168-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Rauf İbrahimov es***@gmail.com ID: 7455
Salam! Əvvəlki vergi illərində, 2001-ci ildən başlayaraq, vergi sual-cavab bazasında olan sual-cavabların axtarışını necə həyata keçirmək olar? Hörmətlə, Rauf İbrahimov
29/12/2022 Read: 134 Average count: 4

Bildiririk ki, qeyd olunan dövrlər üzrə sual-cavab bölməsində yerləşdirilən məlumatlar aktuallığını itirdiyi və saytın versiyası yeniləndiyi üçün, həmin məlumatların əldə olunması imkan xaricindədir. 

4/5 (3 Average count)
Qiymət ver:
Togrul to***@gmail.com ID: 7454
Mən VÖEN-i (fiziki şəxs, sadələşmiş vergi) aktivləşdirmək istəyirəm. Lakin iş günlərımı və qrafikimi nəzərə alsaq, idarənizə həftənin 5 iş günü ərzində yaxınlaşa bilmirəm. Aktivləşməni elektron vasitəsilə etmək olar (ASAN imza yoxdur)?
29/12/2022 Read: 143 Average count: 0

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərinə şəxsən və ya müvafiq etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə müraciət edərək xidmətlərdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

0/5 (0 Average count)
Qiymət ver:
Mustafayev Tələt Rəşid oğlu fe***@gmail.com ID: 7445
Salam! Bildirirəm ki, 2017-2019-cu illər arası "MİKOYL" MMC (VÖEN: 5400129361) şirkətində icraçı direktor vəzifəsində işləmişəm. 26.09.2019-cu il tarixindən öz istəyimlə həmin şirkətlə müqaviləmə xitam verilib. Həmin vaxtdan indiyədək digər bir yerdə işləyirəm. Şirkətin təsisçisi və təmsilçisi mən olmadığım halda vergi borcları indiyədək mənim adıma göndərilir və xəbərdarlıq edilir. Dəfələrlə 10 Saylı Ərazi Vergilər İdarəsinə bu barədə rəsmi müraciətlər edilməsinə baxmayaraq bu məsələ öz həllini tapmamışdır. Bunun üçün nə edə bilərəm? Təmsilçisi olmadığım halda bildirişlər niyə mənə göndərilir? Xahiş edirəm, cavablandırasınız.
27/12/2022 Read: 149 Average count: 0

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim edilən ərizədəki əlaqə məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirildiyindən yeni məlumat müvafiq xanada qeyd etməklə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında Ərizə” təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyat elektron qaydada yerinə yetirilə bilər. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Eyni zamanda, elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün internet səhifəmizin  "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”.

 

 

0/5 (0 Average count)
Qiymət ver:
Rafiq Məmmədov İsmayıl mm***@gmail.com ID: 7443
Müəssisədə işçiyə verilən maddi yardım pulundan hər hansı vergi tutulurmu?
26/12/2022 Read: 329 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən sorğunuzda qeyd olunan, işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

4/5 (10 Average count)
Qiymət ver:
Röyal İsmayılov Ferrux r_***@mail.ru ID: 7440
Salam, mən məlumat almaq istiyirəm. Məcburi köçkünəm. Məskunlaşdığım kənddə mənə əkin üçün 2 ha. torpaq sahəsi verilib. Mən onun üçün hər hansı vergi və ya "torpaq haqqı" ödəməliyəm? Əgər ödəməliyəmsə, nə qədər olmalıdır? Təşəkkür.
26/12/2022 Read: 203 Average count: 3

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Bundan əlavə kənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır:

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır (şərti ballar ilə http://www.e-qanun.az/framework/233 internet ünvanı üzrə tanış ola bilərsiniz). Bir şərti bal üçün müəyyən edilmiş qiymət 6 qəpikdir. Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi istisna olmaqla digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.

Torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 206-cı maddəsi və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

3/5 (2 Average count)
Qiymət ver:
Zakir Qurbanov Əli Əkbər oğlu za***@gmail.com ID: 7427
Salam, bilmək istərdim ki, bir A adlı şirkət təmir işi həyata keçirərkən, digər bir B adlı şirkətin əmlakına zərər vurarsa və o digər B adlı şirkət bu barədə məhkəməyə müraciət edib ziyana görə 8000 manat tələb edərsə, Məhkəmə də B adlı şirkətin lehinə qərar verib, A adlı şirkətin B adlı şirkətə 8000 manat ödəməsini tələb edərsə, A adlı şirkət bu məbləği ödədikdən sonra, bu 8000 manatı gəlirdən çıxılan xərcə sala bilərmi?
23/12/2022 Read: 187 Average count: 4

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

4/5 (3 Average count)
Qiymət ver:
Süleyman Rzayev Aslan oğlu Da***@mail.ru ID: 7425
Hüquqi şəxs və ya fərdi sahibkar sadələşdirilmiş vergini ödəməkdən imtina etməklə ƏDV-nin ödəyicisi olmaq üçün hansı hərəkətləri və hansı qaydada həyata keçirilməlidir (prosedur)? Hansı sənədlərlə və hara müraciət etmək olar?
23/12/2022 Read: 150 Average count: 0

Vergi Məcəlləsinin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı ƏDV məqsədləri üçün qeydiyyat - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir:

ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarix sayılır.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə və onun doldurulma qaydası ilə Buradan tanış ola bilərsiniz. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

0/5 (0 Average count)
Qiymət ver:
Ağaşirinov Rəşad Oruc re***@mail.ru ID: 7423
Salam mən dənizdə işləyirəm neft-qaz sektorunda fəhlə. Özümə xəbər saytı açmaq istəyirəm. Hüquqi şəxs kimi aça bilərəmmi? Yeni açılmış saytların 90%-nin iki il ən azı gəliri olmur. Yəni mən xərcləri cibimdən qarşılayıram. Bu halda mənim saytdan gəlirim yoxdursa vergi və DSMF xərclərini ödəməliyəm? Axı gəlirim yoxdur. Bildiyim qədər ayda 57 manat DMSF-yə ödəniş etməliyəm.
22/12/2022 Read: 116 Average count: 0

Bildiririk ki, onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər. 

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 33-cü maddələri və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Bayramov Rasim Vidadi oğlu ba***@gmail.com ID: 7416
ƏDV ödəyicisi olmayan mənfəət və ya gəlir vergisinin ödəyicisi, hansı halda və Vergi Məcəlləsinin hansı maddələrinə əsasən sadələşdirilmiş vergi ödəyicisi ola bilər?
22/12/2022 Read: 199 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. 

Həmçinin, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Şamiyev Rəsul il***@gmail.com ID: 7413
Mənim atam rəhmətə gedib. Atam 30 min manat vergi verib, amma atam öləndən sonra heç bir yardım ödənməyib. Xahiş olunur, bu məsələyə baxasınız.
22/12/2022 Read: 254 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

Eyni zamanda, Vergi Məcəlləsinin 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin vəfat etməsi ilə bağlı hər hansı yardımın göstərilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla yanaşı, sosial müavinətlər üzrə məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Asif Əmirov Firidun oğlu a.***@prac.az ID: 7045
Salam. Müəssisə incəsənət əsərlərinin sərgisi ilə məşğuldur və əldə etdiyi gəlirlərdən incəsənət əsərlərinin (rəsmlərin) müəlliflərinə müəyyən haqq ödəyir. Sualım ondan ibarətdir ki, müəllifə ödənilən haqq royalti kimi ödəmə mənbəyindən vergiyə cəlb edilməlidirmi və həmçinin ödənilən haqdan ödəmə mənbəyində MDSS (İşsizlikdən sığorta, icbari tibbi sığorta) tutulmalıdırmı? Bundan başqa əgər müəllif vergi orqanında qeydiyyatdan keçmişsə və ona ödənilən haqdan ödəmə mənbəyində MDSS tutulmuşdursa, fərdi sahibkar olaraq Vahid bəyannamə təqdim edərkən təkrar sahibkarlıq fəaliyyəti üzrə minimum əmək haqqının 25 faizi məbləğində MDSS öhdəliyi yaranırmı? Xahiş edirəm ətraflı cavablandırasınız. Öncədən təşəkkür edirəm.
21/12/2022 Read: 250 Average count: 5

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin müddəalarına əsasən “müəllif” dedikdə əsərin yaradıcısı olan fiziki şəxs başa düşülür. Adıçəkilən Qanunun 4-cü maddəsinə əsasən müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilər haqlardan (müəlliflik qonararlarından) müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.

Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, incəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (2 Average count)
Qiymət ver:
Əli Oruclu Ağasəf el***@gmail.com ID: 7101
Mediasiya təşkilatının gəlirləri ədv yə və mənfəətə cəlb edilirmi?
21/12/2022 Read: 272 Average count: 5

Bildiririk ki, mediasiya təşkilatına dair tələblər, habelə mediasiya təşkilatı tərəfindən mediasiya fəaliyyətinin həyata keçirilməsinin əsasları “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir.

Qeyd olunanlara əsasən mediasiya təşkilatının göstərdiyi mediasiya xidmətlərinə görə alınmış haqlar təşkilatın gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Bununla yanaşı, mediasiya təşkilatı tərəfindən mediasiya xidmətlərinin göstərilməsi qeyri-kommersiya fəaliyyəti olduğundan bu fəaliyyət üzrə aparılan əməliyyatlar ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 159-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Emin İlyasov Nürəddin oğlu Em***@gmail.com ID: 7411
Salam. Mənim adımda hüquqi şəxs olaraq qeydə alınıb. Mən dövlətdə işləmişəm, lakin işdən çıxmışam. Amma hüquqi şəxs olaraq niyə qeydiyyatdayam?
21/12/2022 Read: 72 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət etməyiniz məsədəuyğundur. 

 

0/5 (0 Average count)
Qiymət ver: