Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elvin Mustafayev el***@gmail.com ID: 7594
Salam. Fiziki şəxs (tütün əkini ilə məşğul olan şəxs) özü heç bir müəssisə yaratmadan yəni fiziki şəxs kimi işçi götürərək onlara əməkhaqqı ödəyə bilərmi? Əgər mümkündürsə, həmin şəxsin fəaliyyət kodunda və DSMF və digər ödəmələrində nə kimi dəyişiklik baş verəcək?
25/01/2023 Read: 138 Average count: 0

Bildiririk ki, fiziki şəxs hüquqi şəxs yaratmadan da Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edə bilər. Bu zaman vergi ödəyicisinin fəaliyyət kodunda dəyişiklik edilməsi tələb olunmur.

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Bundan savayı, işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları da ödəmə mənbəyində işəgötürən tərəfindən tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

0/5 (0 Average count)
Qiymət ver:
Elmar Ağayev Namiq oğlu ag***@mail.ru ID: 7593
Salam, mənə bir sualda aydınlıq gətiliməsində köməklik edin zəhmət olmasa. Əvəzləşdirilməli olan qaimənin əvəzləşdirilməsi unudulubsa və sonrdan əvəzləşirsə vergi organı məcəllənin 175.1-ci maddəsini əsas götürür və 58.1 ci maddəsinə əsasən cərimə tətbiq edir. Mən bu qədər kitabları oxumuşam, amma bir dəfə də olsun ki, bu barədə bir misal gətirilməyib. Düzdür, misallarda qeyd olunub ki, ödəmələr olan vaxt əvəzləşmə aparıla bilər. Məcəllədə dəqiq yazılmayıb ki, sonradan əvəzləşmə edilirsə, cərimə tətbiq olunmalıdır.
25/01/2023 Read: 222 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannaməsində ƏDV-nin bəyannamənin aid olduğu hesabat dövründə əvəzləşdirmə hüququ olmadan əvəzləşdirilməsi müəyyən edildikdə, əvəzləşdirilən məbləğ bərpa edilməklə büdcəyə çatası vergi məbləğinin azaldılmasına görə vergi ödəyicisinə azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

 

5/5 (3 Average count)
Qiymət ver:
Lamiya Gulamli la***@mail.ru ID: 7590
Salam, hörmətli Dövlət Vergi Xidməti əməkdaşları! Xahiş edirəm, aşağıdakı sualımı cavablandırasınız. Əvvəlcədən çox sağ olun. Fərdi sahibkar öz fərdi sahibkar hesabından (məsələn, banklar üçün Hesablar Planına əsasən 41040 balans hesabı) fiziki şəxs hesabına (məsələn, banklar üçün Hesablar Planına əsasən 41010 balans hesabı) köçürmə etməzdən əvvəl hansı öhdəlik və mükəlləfiyyətlərini icra etməlidir?
24/01/2023 Read: 167 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi hesabat rübündən sonrakı ayın 20-dək ödənilməli və bəyan edilməlidir.

Fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Gəlir vergisi isə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq ödənilməli və bəyan edilməlidir. 

Göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən bank əməliyyatlarından öncə vergi öhdəliyinin icra edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Həmçinin bildiririk ki, vergi ödəyiciləri nağd pul vəsaitlərinin bank hesablarından çıxarılması, digər şəxslərdən qəbulu, kassaya mədaxili və təyinatı üzrə istifadəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nda qeyd olunan tələblərə əmə etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 96-cı, 149-cu, 218-ci və 220-ci maddələri və Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Elşad Quliyev Rəfail oğlu el***@gmail.com ID: 7587
Salam. Mən Lerik rayonunda olan pay torpağıma çıxarış almadan, torpaq bölgüsü olarkən verilən sənədlərlə, VÖEN (SUN) açdırmaqla sosial yardım üçün müraciət edə bilərəmmi (ailə üzvləri hamısı sağdır), yəni sosial yardım sistemində (VEMTAS-da) torpaqdan olan gəlirim DVX tərəfindən təmin olunacaqmı?
24/01/2023 Read: 169 Average count: 5

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur. 

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

 

5/5 (2 Average count)
Qiymət ver:
Novruzov Həmid he***@mail.ru ID: 7584
2022-ci ilin son rübündə xarici logistika şirkəti Azərbaycana daşınma xidməti etdiyi üçün ona xidmət haqqı ödənişi etməliyəm. Lakin, 2023-cü il olsa da belə hələ ödəniş edilməyib. İlk sualım odur ki, müqavilədə konkret məbləğ qeyd olunmayıb və aylıq nə qədər ton mal satılırsa onun məbləğində, misal olaraq 500 000 USD invoys kəsilir. Mən həmin invoys qədər yazmalıyam ÖMV hesabatında yoxsa 0.94% gəlib (531 914.89 USD) yazmalıyam hesabatda? İkinci sualım isə ödənişi hələ etmədiyimə görə ÖMV hesabatı verilməlidir yoxsa yox?
23/01/2023 Read: 166 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Qeyd olunanlara əsasən, rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə qeyd olunmuş xidmətin dəyərindən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir və xidmətin dəyəri (sorğunuzda 500 000 ABŞ dolları) bəyannamədə qeyd olunur. 

Sorğuda qeyd olunan rezident şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Eyni zamanda bildiririk ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 69-cu, 125-ci, 150-ci və 169-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nemətov Qabil Şəmsəddin oğlu qa***@mail.ru ID: 7583
Salam. Mən MİDA Yasamal layihəsindən mənzil almışam və ödınişi 1 dəfəyə etməklə ümumilikdə 49300 manat etmişəm. ƏDV geri qaytar proqramında movcud olan məsələ ilə əlaqədar olaraq hara və hansı ünvana müraciət etməyim üçün mənə koməklik etməyinizi Sizdən xahiş edirəm.
23/01/2023 Read: 151 Average count: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı  xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Məmmədov Sərvər or***@gmail.com ID: 7572
Salam "Kristal Abşeron" MTK-dan 11.12.2020 tarixində ev almışam, bank vasitəsilə. Qanuna görə 01.12.2020 ev alanlara ƏDV düşür. Amma Kristal Abşeron MTK bizə deyirki sizə ƏDV düşmür, biz vergi verməmişik. Biz hara müraciət edək?
21/01/2023 Read: 152 Average count: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizəni müvafiq qaydada təqdim edə, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Average count)
Qiymət ver:
Mirələm Əlizadə Zahir me***@gmail.com ID: 7570
Salam. Bilmək istəyirəm ki, car il üçün vergi xidmətinin qəbul imtahanı keçiriləcək və nə zaman?
20/01/2023 Read: 80 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

0/5 (0 Average count)
Qiymət ver:
İmanov Heydər Mütalib oğlu im***@mail.ru ID: 7566
Salam. Elektron qaimələrin göndərilməsindən 5 gün keçdikdən sonra sistem avtomatik olaraq qaiməni təsdiq edirdi. İndi isə 11.01.2023-cü il tarixdə göndərilmiş elektron qaimələr hələ də müştərilər (malalanlar) tərəfindən hələ də təsdiq olunmayıb, həmçinin AVİS sistemi də qaimələri təsdiq etməyib. Bu halda müştəri həmin qaiməni təsdiq etməsə, məsələ aydındır, lakin sistem təsdiq etdiyi halda 5 gündən artıq müddətdən sonra bunu necə başa düşmək olar? Sabah qarşı tərəf iddia edə bilər ki, mən malı, işi və xidməti qəbul etməmişəm?
19/01/2023 Read: 167 Average count: 1

Bildiririk ki, "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları" (Bundan sonra Qaydalar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 

Qaydalara əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.

Həmçinin, Qaydaların 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

1/5 (1 Average count)
Qiymət ver:
Şamil Zeynalov Arif ze***@mail.ru ID: 7564
Salam "Play station klub" açmaq istəyirəm, ərzaq da satılacaq. Sahibkarlıq VÖEN-i olmalıdır və kassa aparatı qoymalıyam? Kassa aparatı olsa əlavə pul ödəməliyəm kassa aparatina görə? Təxmini aylıq vergi neçə ödəməliyəm ?
19/01/2023 Read: 138 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci, 155-ci və 220-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Asəf Haciyev Osman oğlu ha***@gmail.com ID: 7562
Salam. Mən fəaliyyətim olmadığı üçün, vergi ödəyə bilmədiyim üçün müvəqqəti olaraq fəaliyyətimi dayandırmaq istəyirəm.
18/01/2023 Read: 80 Average count: 5

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Əsgərov Azər aa***@yandex.ru ID: 7561
Salam. "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz"in alınması üçün ərizə formasını necə əldə etmək olar? Zəhmət olmazsa, linki göndərərdiniz.
18/01/2023 Read: 122 Average count: 0

Bildiririk ki, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz"in alınması üçün ərizə forması və tərtib olunması qaydasını “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları” altbölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Mirzəyev mi***@gmail.com ID: 7560
Salam. Respublikada fəaliyyət göstərən Həmkarlar İttifaqı komitəsi qurumları hansı vergi ödəyicisi qrupuna daxildirlər və hansı bəyannamələri təqdim etməlidirlər? Bildirmək istərdim ki, müəssisənin işçilərinin əməkhaqqından tutulan 2 faiz müəssisənin Həmkarlar İttifaqı komitəsinə köçürülür və hesabda yığılmış məbləğlər işçilərə ehtiyac yarandıqca maddi yardım kimi ödənilir.
18/01/2023 Read: 190 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. 

Əlavə olaraq bildiririk ki, həmkarlar ittifaqının işçiləri ilə təşkilat arasında qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsi bağlanmalı, yerinə yetirdiyi işlərə (xidmətlərə) görə ona əməkhaqqı hesablanmalı, aparılmış ödənişlərdən ödəmə mənbəyində gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları tutulmalı, müvafiq bəyannamə vergi orqanına təqdim edilməlidir.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Qeyd edilənlərə əsasən dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda xüsusi mülkiyyətdə olan həmkarlar ittifaqları qeyri-dövlət sektoruna aid edilir və həmin ittifaqlarda işləyən şəxslərin əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə, yəni  Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə uyğun hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 106-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

3/5 (2 Average count)
Qiymət ver:
Tural Əliyev Alisa Al***@icloud.com ID: 7557
Salam, hüquqi şəxsin adına daşınmaz əmlak var (çıxarışda hüquqi şəxs göstərilir), təsisçi bir nəfərdir və ailə üzvünə və ya digər şəxsə bağışlama etmək istəyir. Bu qanunla, notarius qaydasında mümkündür? Əgər mümkündürsə, prosedur haqqında məlumat verərdiniz, zəhmət olmasa.
17/01/2023 Read: 194 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin mülkiyyətində olan daşınmaz əmlakın hər hansı fiziki və ya hüquqi şəxsə bağışlanılması ilə bağlı vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır. 

Həmçinin bildiririk ki, müəssisənin adından təsisçi tərəfindən bağışlama müqaviləsi əsasında müəssisəyə məxsus daşınmaz əmlakın üçüncü şəxsə bağışlanması aktivlərin əvəzsiz əsasla təqdim edilməsi hesab edilməklə mənfəət vergisinin və ƏDV-nin vergitutma obyektini yaradır. 

Belə ki, aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri təqdim edilən aktivin bazar qiyməti və onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən ibarətdir.

Qeyd olunan əməliyyatın sənədləşdirilməsi haqda məlumatı aidiyyəti üzrə notariat ofislərinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 142-ci, 143-cü və 159-cu maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Şəmsiyev Nüsrət oğlu el***@mail.ru ID: 7540
Salam. Kotirovka sorğusunda iştirak etmək üçün hansı sənədlər lazımdır?
17/01/2023 Read: 53 Average count: 0

Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Mahmudova Nərgiz Firəddin qızı ma***@mail.ru ID: 7538
Salam. Mən adıma olan 1100019972 saylı VÖEN 27.12.2017-ci il tarixdən 27.12.2022-ci il tarixədək olan müddətdə fəaliyyətimi dondürmuşdum. 10 yanvar tarixində ASAN xidmətində növbəti 5 ilə fəaliyyətimi dondurmaq istədim, amma kodumu yadımdan çıxartdığım üçün bunu edə bilmədik. Bununla bağlı Sizdən xahiş edirəm ki, ümumi bazadan mənim VÖEN-imə uyğun kodu mənə göndərəsiniz və ya məsləhət verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
17/01/2023 Read: 111 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidməti ilə elektron məlumat mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi) üçün qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərinə “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə müraciət etməlisiniz. Yeni istifadəçi kodu, parol və şifrə (qapalı zərfdə) emal müddəti nəzərə alınmaqla müraciət zamanı vergi ödəyicisinə təqdim edilir.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Paşayev Teymur el***@gmail.com ID: 7535
Salam. Mənzildə 3 ildən artıq qeydiyyatda olan arvada son bir il ərzində əri tərəfindən həmin daşınmaz əmlak bağışlanıb. Belə halda satış zamanı sadələşdirilmiş vergi ödənilir yoxsa yox?
16/01/2023 Read: 135 Average count: 4

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

Fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Həmçinin yaşayış sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır. 

Sorğunuzda qeyd olunan halda, mənzilin mülkiyyətçisi 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün, qeyd olunan mənzilin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Əsas: Vergi Məcəlləsinin 218-ci və 218-1-ci maddələri. 

4/5 (4 Average count)
Qiymət ver:
Elçin Elizade el***@gmail.com ID: 7532
Salam, mən fiziki şəxsin uçotu haqda vergi nömrəsi almışam. Hazırda xarici ölkədə oluram və borcumu telefon vasitəsilə kapital mobil proqram vasitəsilə ödəmək istəyirəm, amma orada vergi bölümündə çoxsaylı seçimlər var. Hansı seçimi etməklə mən borcumu ödəyə bilərəm?
15/01/2023 Read: 129 Average count: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Average count)
Qiymət ver:
Ezemcan Xelilov İbrahim ez***@gmail.com ID: 7520
Salam. Mən vergi ödəyicisi deyiləm. Öyrənmək istəyirəm ki, vergi ödəmədiyimə dair arayış ala bilərəm?
13/01/2023 Read: 120 Average count: 0

Bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Tamilla Əsgərova Məhərrəm As***@mail.ru ID: 7519
Salam. Oğlum Əsgərzadə Məhəmmədkazım Nemət oğlu 11.07.2022-ci il tarixindən həqiqi hərbi xidmətdədir, bu müddət ərzində VÖEN-i bağlatdırmamış, borc yazılmışdır. VÖEN-i necə bağltdıra bilərik?
13/01/2023 Read: 125 Average count: 0

Vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim oluna bilər.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

 

0/5 (0 Average count)
Qiymət ver: