Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Zaur Məmmədov Ələsgər qa***@gmail.com ID: 2277
Salam. Mən taksi fəaliyyəti ilə məşğulam. Mənə niyə fərdi sahibkar kimi kömək olunmayıb?
23/06/2020 Read: 76 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. Göründüyü kimi, taksi fəaliyyətini həyata keçirən şəxslər qeyd olunan tələblərə cavab verdiyi halda maliyyə dəstəyi üçün müraciət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 2273
ƏDV ödəyicisi olan müəssisənin gömrükdə malların idxalı zamanı DGK-nin "AZƏRTERMİNALKOMPLEKS" Birliyinə ödədiyi gömrük xərcləri YGB-də öz əksini tapır və bu gömrük xərcinə görə ödəyimiz (ödəniş gömrükdə müəssisənin hesabına bağlı bank kartı vasitəsilə posterminalla və ya onlayn qaydada Hökumət Ödəniş Portalı vasitəsilə ödənilir) ƏDV məbləğini Vergi Məcəlləsinin 75.10. (Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir) maddəsinə əsasən əvəzləşdirmək hüququmuz varmı?
23/06/2020 Read: 122 Average count: 5

Bildiririk ki, idxal və ixrac edilmiş mallar üzrə göstərilmiş elektron gömrük xidmətlərinə görə elektron qaimə-faktura təqdim edildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilə bilər. Gömrük xidmətlərinə görə elektron qaimə-faktura təqdim edilmədiyi halda isə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və ödənilmiş ƏDV məbləği malların dəyərinə aid edilməklə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-c il tarixli 168 nömrəli Qərarı

5/5 (2 Average count)
Qiymət ver:
Vəliyev İlham Yaşar oğlu av***@live.ru ID: 2272
Salam. Taksi dispeçer xidməti göstərən şirkət əmək müqaviləsi bağlamadan fiziki şəxs olan sürücülərlə xidməti və ya hüquqi-mülki müqavilə (partnyorluq, tərəfdaşlıq, əməkdaşlıq müqavilələri) bağlayıb sürücülərə xidmət göstərə bilərmi?
23/06/2020 Read: 82 Average count: 0

Bildiririk ki, tərəflər arasında münasibətlər əmək münasibətləri deyilsə, bir tərəf digər tərəfə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq və müvafiq qaydada gəlirlərini və xərclərini rəsmiləşdirməklə xidmət göstərilməsini həyata keçirə bilər. Sorğunuzda taksi xidməti göstərən şəxslərə hər hansı xidmət göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu, 218.6.2-ci maddələri. 
 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Afaq Şükür qızı a.***@mail.ru ID: 2270
Mən, Quliyeva Afaq Şükür qızı "Reklamda Özünü Tənzimləmə Agentliyi" MMC-nin (VÖEN:1403196411) direktoruyam. Direktoru olduğum MMC-nin 3 təsisçisi var idi. Hazırda onlardan biri dünyasını dəyişib. Mən hazırki durumda necə hərəkət etməliyəm? Xahiş edirəm, ətraflı məlumat verəsiniz ki, bir daha narahatlıq yaratmayım. Dünyasını dəyişən təsisçinin vərəsəliyi notariat kontorunda həyat yoldaşının adına təsdiqlənib. Təşəkkürlər.
23/06/2020 Read: 79 Average count: 4

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əsas: Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

4/5 (2 Average count)
Qiymət ver:
Kamilə Əliyeva Kamil ka***@mail.ru ID: 2269
Salam. Mənim sualım "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunu ilə bağlıdır. Sualım bundan ibarətdir ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, normadan artıq ezamiyyə xərcləri, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin və işəgötürənin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilirmi? Bildiyim qədəri ilə bu cür gəlirlər işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirinə aid olmamalıdır. Lakin, əsas sualım işəgötürən üçün də bu məbləğ işsizlik sığorta haqqından azaddırmı? Çünki, qanunda yalnız əməyin ödənişi fondundan tutulduğu bildirilir, lakin bildiyiniz kimi, yuxarıda qeyd etdiyim gəlirlər qanun ilə əmək haqqı fondunun tərkib hissəsinə aid deyildir. Əgər cəlb olunursa xahiş edirəm cavabı maddə ilə bildirərdiniz.
22/06/2020 Read: 153 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir. Bundan əlavə Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.      

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Bu səbəbdən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı ilə sığortaolunanın ödədiyi sığorta haqqı məbləğləri fərqli məbləğlər ola bilər.

Əsas: Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun 9-cu, Vergi Məcəlləsinin 98-ci, Əmək Məcəlləsinin 154-cü və 157-ci maddələri

0/5 (0 Average count)
Qiymət ver:
Allahverdiyev Natiq Əmrah Vu***@mail.ru ID: 2268
Salam. Mən 08.05.2020 “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 1.4.5.1-1.4. na əsasən fərdi sahibkar olaraq minimum əməkhaqqının 3% məbləğində sosial sığorta ödənişləri etməliyəm. Bu qanunun 2.2 bəndinə əsasən bu odənişlər 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixinə qədər müəyyən edilir. Bununla əlaqədar olaraq bilmək istərdim ki, cari hesabat dövrünün aprel və may aylarında mən sosial sığorta məbləğini hansı miqdarda ödəməliyəm.
22/06/2020 Read: 49 Average count: 5

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, sabit qəbz əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqları regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanır.

Müraciətinizdə qeyd olunanlara əsasən tərəfinizdən  minimum aylıq əməkhaqqının (250 manat) 3 faizinə (7.5 manat) Goranboy rayonu üçün 1.0 əmsalı tətbiq edilərək 1 aprel 2020-ci il tarixdən hesablanaraq ödənilməlidir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 89-VIQD nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Xəqani Məmmədov kh***@gmail.com ID: 2267
Salam. Satış çeki üzrə məbləğ 7.42 azn dir. ƏDV neçə azn olmalıdır? Məndə çekdə 0.39 azn-dir. Bu nə qədər doğrudur? ƏDV 18% deyil ki?
22/06/2020 Read: 36 Average count: 0

Bildiririk ki, ƏDV dolayı vergi növü olub, məhsulun dəyərinə daxil edilir. Həmçinin, bir sıra məhsullar var ki, onlar ƏDV-dən azad edilmişdir. Aldığınız malın müəyyən hissəsi ƏDV-dən azad olunan mallar olduqda (bu haqda çekdə məlumat qeyd olunur) həmin mallara ƏDV hesablanmadığı üçün, ƏDV-nin geri qaytarılması nəzərdə tutulmur. 

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Тахмазов Эльшад Али оглы ho***@gmail.com ID: 2266
Здравствуйте. Я закрыл свой вен(номер) 1402304432 26.03.2020 г.Есть соответствующий документ. Но в системе до сих пор вен открыт. Почему так происходит? Я на протяжении 2,5 месяцев звонил к работникам налоговой инспекции Бинагодинского района, они мне говорят, что система не исправна, такое бывает. Как это может быть возможно? Я остался без работы,у меня двое детей.Наш Господин Президент выделил помощь по 190 азн.,а я не могу их получить. Прошу Вас разобраться в этой ситуации. С уважением Тахмазов Э.А.
22/06/2020 Read: 39 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır. 

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir. 

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, müraciətinizdə qeyd olunan Təhməzov Elşad Əli oğlu (VÖEN 1402304432) vergi ödəyicisi kimi Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində uçotdadır və Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Timur Temirxanov ti***@gmail.com ID: 2265
Salam. Mən mebel ustasıyam. Vergi ödəmək istəyirəm.
22/06/2020 Read: 44 Average count: 0

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33-cü, 34-cü, 218-ci, 220-ci, 222-ci, 224-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əsəd Hüseynov Yavər Es***@mail.ru ID: 2264
Salam! Mən VÖEN almaq istəyirəm. Bakıda yasayıram, amma rayon qeydiyyatıyam. Pandemiya ilə əlaqədar rayona gedib gəlməyim asan olmayacaq deyə getmirəm. Mən VÖEN-i Bakı şəhərindən ala bilmək üçün nə etməliyəm? Zəhmət olmasa, mənə köməklik edərdiz.
22/06/2020 Read: 40 Average count: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar,  vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Aliyev Sahgeldi ni***@gmail.com ID: 2263
Salam. Sizə verilən sualları nə qədər vaxta cavablandırırsınız?
22/06/2020 Read: 42 Average count: 2

Bildiririk ki, "Fiziki və hüquqi şəxslərlə sual-cavab" elektron xidməti üzrə istifadəçilərdən daxil olmuş müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament. 

2/5 (1 Average count)
Qiymət ver:
Flora İsgəndərli Abdulxaliq is***@gmail.com ID: 2262
Salam, edvgeria.az da qeydiyyatdan keçərək Fiskal İD olan çekləri yükləyərək faizləri hesabıma geri alsam da, bir çek ləğv edilərək hesaba yatmadı. Bunun səbəbini haradan və necə öyrənə bilərəm? Məbləğ kifayət qədər yüksək idi və faizin qaytarılmaması səbəbini bilmək istərdim.
22/06/2020 Read: 26 Average count: 0

Müraciətinizin araşdırılması üçün müraciətinizi səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nihad Məmmədli Zəfər ni***@gmail.com ID: 2261
Mən 12 iyun tarixində music galeri mağazasından (smart mobil şirkəti) 399.10 Azn məbləğində birkart vasitəsi ilə telefon almışam. Fiksal ID. *********** Onu edvgerial saytı vasitəsi ilə qeydiyyatdan keçirirəm, bu qəbz tapılmadı yazır. Qeyd edim ki, e-kassa.az dan da, yoxlanış etmişəm orada da, qəbz tapılmır qeyd olunur. Xahiş edirəm bunu araşdırıb mənə məlumat verəsiniz.
22/06/2020 Read: 56 Average count: 3

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Müraciətinizin araşd ırılması üçün elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Kamran Qadirov Mahir am***@mail.ru ID: 2260
Salam, ƏDV ilə əlaqədar sizə sualım var. Baku electronicsdən məişət avadanlığı almışam, çeki qeydiyyatdan keçirmişəm, sadəcə olaraq portalda çekin ləğv olunduğunu göstərir. Bununla əlaqədar dükana müraciət elədim, onlar tərəfden ləğv olunmadığını bildirdilər. 196 ilə əlaqə saxladım sizə müraciət etməmi məsləhət gördülər. Zəhmət olmasa, məlumat verərdiz. Çekin nomresi N171, Fiskal ID:***********
22/06/2020 Read: 35 Average count: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Gündüz Həsənov Qurban gu***@gmail.com ID: 2259
Salam, necəsiniz? Bilmək istərdim ki, sahibkarlara mikro dəstək proqramı üzrə köçürülən pullar 2-ci dəfə də köçürüləcəkmi? Yoxsa yalnız 1 dəfə üçün nəzərdə tutulub?
22/06/2020 Read: 44 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Aliyev Şahgeldi ni***@gmail.com ID: 2258
Salam mən mağazadan aldığım mallara görə verilən çəkin fiskalini oxutmusam, 1 ay sonra ləğv edilib. Eyni mağazaya aid bir neçə cek fiskali daxil etmişəm edvgeriala, lakin böyük məbləğlər ləğv edilib. Fiskal:********** Fiskal:********** Zəhmət olmasa araşdırıb niyə ləğv edildiyini və yaxud düzəliş etməyinizi xahiş edirəm.
22/06/2020 Read: 38 Average count: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin Məmmədov Qüdrət el***@gmail.com ID: 2257
Salam Mən Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyirəm. Azərbaycan Texniki Universiteti Mühəndis Biznesi və Menecment Fakültəsinin Menecment ixtisası üzrə bakalavr dərəcəsini bitirmişəm. İmtahanda iştirak etməyimə ixtisasım uyğundurmu? Vergilər Nazirliyinin rəsmi saytında verilmiş ixtisasların arasında ixtisasım göstərilməyib ancaq komissiya tərəfindən qərar əsasında digər ixtisasların uyğunluğunun yoxlanılması barədə məlumat var. İxtisasım iqtisadiyyat yönümlüdür və iqtisadi fənlər tədris edilib. Zəhmət olmasa mənə bu barədə məlumat verərdiz.
22/06/2020 Read: 37 Average count: 3

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Vüqar Məmmədli Əhməd oğlu ma***@mail.ru ID: 2052
1. Mühasibat və vergi məsləhəti xidməti göstərən hüquqi şəxs vergi ödəyicilərinə xidmət göstərdiyi üçün Vergi Məcəlləsinin 218.5.10 cu maddəsinə görə sadələşdirilmiş vergi ödəyicisi ola bilməz, ancaq dövriyyəsi (göstərdiyi xidmətin dəyəri) ayda təqribən 600 manat olarsa və 1 işçisi olduğu üçün mikro sahibkarlıq subyekti kimi Vergi Məcəlləsinin 106.1.20 ci maddəsinə görə mənfəət vergisi üzrə 75% güzəşt əldə edə bilər. Bunların doğru olmasını aydınlaşdırmağı Sizdən xahiş edirəm. 2. Mühasibat və vergi məsləhəti göstərən həmin hüquqi şəxs 3 vergi ödəyicisinə xidmət göstərir və xidməti elektron qaimə-faktura ilə rəsmiləşdirir. Xidmət göstərilən vergi ödəyiciləri hərəsi aylıq 200 manat xidmət haqqını nağd qaydada ödəyirsə hər hansı qanun pozuntusu baş verirmi. Çünki "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda xidmət haqqlarının mütləq nağdsız qaydada (limiti aşmamaqla) ödənilməsi nəzərdə tutulmamışdır. 3. Mühasibat və vergi məsləhəti göstərən həmin hüquqi şəxsin 1 işçisi varsa və ayda 300 manat əmək haqqı alırsa, onun əmək haqqısını nağd qaydada ödəmək olarmı. Çünki "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.4.4 cü maddəsində göstərilir ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatadək olan pəragəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla digər vergi ödəyiciləri məcburi qaydada işçilərin əmək haqqını nağgdsız qaydada ödəməlidirlər. Yəni bu hüquqi şəxs mühasibat xidməti göstərdiyi və aylıq gəliri 600 manat olduğu üçün 1 işçinin əmək haqqısını nağd ödəyə bilərmi.
22/06/2020 Read: 141 Average count: 5

Cavab 1. Bildiririk ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. 
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Qeyd etdiyiniz müəssisə mikro sahibkarlıq subyekti hesab olunduğu üçün, müvafiq güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

Cavab 2. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qeyd olunan hədd daxilndə hesablaşmaların nağad qaydada aparılmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Cavab 3. Qeyd etdiyiniz kimi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Göründüyü kimi, xidmət sahəsində fəaliyyət göstərən və məliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan şəxslər tərəfindən ödənilən əməkhaqqı nağd qaydada həyata keçirilə bilər.

5/5 (1 Average count)
Qiymət ver:
Nihat Quliyev Faiq ni***@gmail.com ID: 2254
Salam, yazıb sizdən xahiş etmək istəyirəm ki, mənim adımda vöen varımdır. Yalnız sənədləri itirmişəm, loginimi parolumu. Mənə onu bərpa etməyə köməklik edərdiniz. VÖEN 3401436042.
21/06/2020 Read: 36 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
VÜqar Xıdırov Mansur oğlu vg***@gmail.com ID: 2253
02.07.2012- ci ildə VÖEN əldə etmişdim. Sonradan, poçt vasitəsilə VÖEN tərəfimdən ləğv edilmişdir. VÖEN-i yenidən bərpa etmək ücün nə etmək lazımdır? Öncədən təsəkkür edirəm.
21/06/2020 Read: 42 Average count: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver: