Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elsevər Əsədov Nadir el***@gmail.com ID: 2202
Salam. 15.05.2020-ci il tarixdə KONTAKT HOME mağazalar şəbəkəsindən 2990 manatlıq kartla məişət avadanlığı aldım. 13.06.2020 -ci il tarixdə edvgerial.az sistemində həmin cek ləğv olunub. Səbəbini bilmək olar niye edv ləğv olunub. Fiskal İD:**********
16/06/2020 Read: 58 Average count: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin geri qaytarılması üçün müraciət qeydə alınmışdır. Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəmova Gulnara.Yaqub gu***@gmail.com ID: 2201
Fiskal kod yüklənmir, nə edim?
16/06/2020 Read: 40 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. 

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan”edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rzayev Rizvan Əliheydər rr***@gmail.com ID: 2199
Mən VÖEN-imi müvəqqəti bağlamışdım, həm də itirmişdim təzəsini aldım kopya. Amma ƏDV göstərir mən də kicik sahibkarlıqla məşğul olacam. Kimə və necə müraciət edim ki, ƏDV-dən çıxım?
16/06/2020 Read: 92 Average count: 0

Bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyatın qüvvəyə minməsi və qeydiyyatın ləğv edilməsi Vergi Məcəlləsinin XI fəsli ilə tənzimlənir.

ƏDV məqsədləri üçün qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

Məcburi qeydiyyat zamanı - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDVyə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək.
Könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq ƏDV qeydiyyatı ləğv edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Sultanov Cəbrayıl Ciqatay dr***@gmail.com ID: 2197
Salam sualım EDV nin geri qaytarılması ilə əlaqədardı 14 May 2020-ci ildə avtomobil satış mağazasından avtomobil alışını edib rəsmi qəbz əldə etmişəm. 22 May 2020-ci ildə edvgerial.az saytı vasitəsilə qəbzi qeydiyyatdan keçirmişəm, bu gün 16 İyun 2020-ci il tarixində edvgerial.az saytında həmin qəbzin statusuna baxdıqda ləğv olunmuş statusunu aşkarladım. 195 Çağrı Mərkəzi , Kapital Bank ilə və Mağaza ilə əlaqə saxladım heç biri mənə hansı səbəbdən baş verdiyini izah edə bilmədilər. Mən hara və necə müraciət edə bilərəm ki, bu məsələ araşdırılsın ki, niyə ƏDV geri qaytarılmayıb?
16/06/2020 Read: 56 Average count: 0

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mirzəyeva Süsənbər Şakir su***@mail.ru ID: 2196
Salam. Mən Bravo super marketindən alış veriş etdim 13.06.2020-de edvgerial.az saytından ədv-ni geri qaytarmaq üçün elavə etmək istədim, lakin fiskal id səhvdir deyir. Ancaq baxıram, heç bir hərfi rəqəmi səhv yazmıram. Mən necə edə bilərəm, köməklik göstərərdiniz.
16/06/2020 Read: 49 Average count: 5

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

 

5/5 (1 Average count)
Qiymət ver:
Dadaşov Daşqın da***@gmail.com ID: 2195
Pandemiyadan zərər çəkmiş mikro sahibkarlara olunan dəstəyin ikinci hissəsi niyə köçmür? Bu haqda mənə məlumat verin.
16/06/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu mlaiyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kazımova İlhamə İsrafil qızı 05***@gmail.com ID: 2194
Salam, zəhmət olmasa yoxlaya bilərsiniz, mənim adıma pul köçüb, yoxsa yox?
15/06/2020 Read: 45 Average count: 0

Kazımova İlhamə İsrafil Qızı (VÖEN 6100222782) maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısında qeyd olunmuşdur. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Смоловая Екатерина es***@okko.tv ID: 2193
Российская компания оказывает услуги в Азербайджане, чтобы налог в размере 10% от с доходов от услуг в Азербайджане не удерживался и для целей применения ст. 7 Соглашения об избежании двойного налогообложения между РФ и Азербайджаном, необходимо подать форму DTA 03 в налоговые органы Азербайджана. Просим вас, пожалуйста, уточнить, процедуру подачи заявления посредством сайта.
15/06/2020 Read: 64 Average count: 0

Если международным соглашением предусмотрено освобождение от налогов или низкое налогообложение любого дохода, полученного нерезидентом из азербайджанского источника, нерезидент должен представить заполненную форму DTA-03 в электронном или бумажном виде в налоговый орган, в котором зарегистрирован плательщик дохода, может подать заявку на это освобождение или применение более низкой налоговой ставки.

Форму DTA-03 и процедуру ее заполнения можно найти здесь.

Обоснование ответа: Правила «Управления международными соглашениями об устранении двойного налогообложения между Азербайджанской Республикой и другими государствами», утвержденные Постановлением Министерства налогов Азербайджана от 12 июня 2017 года № 1717050000009300.

0/5 (0 Average count)
Qiymət ver:
Nərmin Məmmədova Rəşadət na***@inbox.ru ID: 2192
Salam. edvgerial.az saytından çeki əlavə edə bilmirəm, çek tapılmır. Çekin yarandığı tarix 13.06.2020 xahis edirəm, köməklik göstərəsiniz.
15/06/2020 Read: 34 Average count: 5

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
İlkin Mənsimli Əbil il***@gmail.com ID: 2191
Salam, mən sirkətimə təsərrüfat obyektini qeydiyyata salmaq istəyirəm, lakin qeydiyyat zamanı çətinlik çəkirəm. Belə ki, obyekti icarəyə götürmüşəm, lakin icarə müqaviləsi notarius təsdiqi ilə deyil, yeni öz aramızdadır. İndi qeydiyyat zamanı mən "icarəyə qötürən" xananı seçməliyəm yoxsa "ödəmə mənbəyindən" ? İkinci sualım isə əgər icarəyə götürən xananı seçərək qeydiyyatdan keçirməliyəmsə, onda orada obyektin kodu adlı xana var. Mən o kodu haradan əldə etməliyəm? Yox əgər ödəmə mənbəyindən seçərək keçməliyəmsə, onda mülkiyyət senedini veren orqanin vöen i və adı xanalarına ne yazmaliyam??
14/06/2020 Read: 75 Average count: 0

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 
 

0/5 (0 Average count)
Qiymət ver:
David Emilov da***@mail.ru ID: 2006
Salam. Şirkət iştirak payını natariusda təsdiq edilən müqavilə ilə satır. Müqavilə olduğu halda həm də bu satış əməliyyatı üçün elektron qaimə-faktura yazılmalıdırmı? Yazılmasa cəzası varmı?
14/06/2020 Read: 62 Average count: 0

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd etdiyiniz halda, iştirak payının sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Zeynalov a_***@yahoo.com ID: 2189
Salam. Mən edvgerial portalından 2000 azn-lik bir dəfəlik ödənişim, 40 manat mənə ödəniləsi məbləğ ləğv olundu, halbuki POS-terminaldan özümə aid kartdan ödəniş etmişəm. Çek də məndədir. Xahiş edirəm, bununla bağlı köməklik göstərəsiniz.
14/06/2020 Read: 51 Average count: 3

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) araşdırılması üçün səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Ceyhun Abdullayev ab***@gmail.com ID: 2185
Kassa çekində problem var onunla əlaqədar.
12/06/2020 Read: 36 Average count: 0

 Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova İlahə ma***@gmail.com ID: 2184
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilmiş vəsaitin məbləğini müəssisə gəlirdən çıxılan xərclərə daxil edə bilərmi?
12/06/2020 Read: 45 Average count: 0

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödənilən vəsaitin vergi ödəyicisinin gəlirlərindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Rövşən Aydın oğlu rr***@mail.ru ID: 2183
Sahibkaram, gəlir vergisi ödəyicisiyəm, dövriyyəm illik 200000 manata kimidir. Pərakəndə satış ilə məşğulam. Kompüter telefon aksesuarları və paltar. Pandemiya dövründə dəstək olaraq 2 000 manat almışam. 1 ay işə çıxmamışam. Mən sahibkar hansı güzəştlərdən faydalana bilərəm. Xahiş edirəm sualımı mümkün qədər sadə dildə cavablandırasınız.
11/06/2020 Read: 62 Average count: 0

Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi həcmində vergidən azad edilmişlər. Qeyd olunan  şəxslərə cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Həmçinin, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Mikro sahibkarlıq subyektləri gəlir vergisinin bəyannaməsinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılmış və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmişdir. 

Eyni zamanda, “Sosial sığorta haqqında” qanuna da dəyişikliklər edilmiş və ticarət fəaliyyəti ilə məşğul olan sahibkarların ödəməli olduqları sosial sığorta haqqı Bakı şəhətində iki dəfə azaldılmışdır, minimum əməkhaqqının 50 faizindən 25 faizə endirilmişdir.

 

0/5 (0 Average count)
Qiymət ver:
Qurban Qəhrəmanov Kamil qe***@inbox.ru ID: 2182
Mənə Pandemiyada sahibkarlara dəstək köməklik üçün yardım düşür?
11/06/2020 Read: 53 Average count: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Təhməzova Mələk Rəfail me***@ricon.az ID: 2176
Bakı şəhərində qeydiyyatda olan vergi ödəyiciləri məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün ödənişlər online ekargüzarlıqda göndərilmiş rekvizitlərə əsasən ödəniş edilib. 20 gün keçməsinə baxmayaraq ödənişlər şəxsi hesab vərəqəsində görsənmir. Bu məsələ ilə bağlı hara müraciət etməliyəm?
11/06/2020 Read: 42 Average count: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Paşayev Elçin Rüstəm oğlu ep***@gmail.com ID: 2175
Vergi orqanı tərəfindən vergi ödəyicilərinə ünvanlanmış 1939020603886700 nömrəli xidməti bildirişdə göstərilmişdir ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. Belə olan halda təqdim edilən DSMF hesabatında və eyni ay üzrə bu iki gəlirə (əmək haqqı və kompensasiya) güzəşt və tutulmalar necə əks olunacadır ?
10/06/2020 Read: 163 Average count: 0

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin “Muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat” adlanan 2 nömrəli bölməsi 3 hissədən ibarətdir. Bölmənin “Gəlirlər” adlanan 2-ci hissəsi “Gəlirlər, cəmi”, “Hesablanmış əmək haqqı və digər gəlirlər”, “o cümlədən əmək haqqının tərkibinə daxil olmayan gəlirlər”, “İstifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği” və “Həyatın yığım sığortasına cəlb olunmuş məbləğ (vaxtından əvvəl müqaviləyə xitam verildiyi halda)” adlanan sətirlərə bölünüb. Bəyannamənin 902.2 kodlu sətrində işçilərin istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanmış kompensasiya məbləği hər bir ay üzrə ayrılıqda göstərilir. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fuad Kərimov bm***@mail.ru ID: 2174
Salam. Müəssisə digər müssisədən uzunmüddətli əmlak icarəyə götürüb. Həmin əmlak üzrə amortizasiya və əmlak vergisi ödənişi icarəyə verənə aiddir. Müqavilə şərtinə uyğun olaraq icarəyə götürən həmin ərazidə tələbinə uyğun avadanlıqlar qurur, təmir tikinti işləri aparır. Aparılan təmir işləri icarəyə götürülən binaların üzərində aparılır. Müqavilə şərtinə görə təmir xərci icarəyə götürən tərəfindən ödənilir. İcarəyə götürənin 01.01.2020-ci il tarixdə binalar üzrə əsas vəsait qalığı olmadığı üçün həmin xərci təmir xərcinə aid edə bilmir. İcarəyə götürən həmin təmir xərcini hesabatında 2020-ci il əsas vəsait kimi balansına daxil edə bilərmi? Xahiş edirəm sualıma konkret cavab verəsiniz.
10/06/2020 Read: 222 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 -115.8-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Həmçinin tərəflər arasında bağlanan icarə müqaviləsində əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılması ilə bağlı məsələlər qanunvericiliyin – Mülki Məcəllənin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Mülki Məcəlləsinin 680-ci maddəsində nəzərdə tutulur ki, icarəyə verən icarəçi tərəfindən əmlakın yaxşılaşdırılmasına çəkdiyi xərclərin əvəzini ona ödəməyə borcludur. 

Vergi Məcəlləsi və Mülki Məcəllənin tələblərindən göründüyü kimi, balansda uçota alınmayan əsas vəsaitlərə çəkilən təmir xərci yalnız icarə haqqı ilə əvəzləşdirilir, bu zaman çəkilən xərc icarə haqqı şəklində gəlirdən çıxılır, yaxud icarəyə verəninin vəsaiti ilə həyata keçirilir ki, bu da əvəzi alınan pul olduğu üçün gəlirdən çıxılmır. Yəni çəkilən məsrəflər artıq kompensasiya edilmişdir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilən “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair” Qaydaların 5.5-ci bəndinin müddəalarına əsasən icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.  Alınma hüququ olmayan və icarəçinin mülkiyyətinə keçməyən obyektlər, icarəçinin əsas fondlarına aid edilmədiyi üçün onun tərəfindən uçota alınmır.

icarəyə götürülən əsas vəsaitlərin təmirinə çəkilən xərclər aşağıdakı qaydada gəlirdən çıxıla bilər:

İcarəyə götürənin balansında uçota alınan əsas vəsaitlər – Vergi Məcəlləsinin 115.1-ci maddəsində göstərilən faiz dərəcəsi ilə;

İcarəyə götürənin balansında uçota alınmayan əsas vəsaitlər - Vergi Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq icarə haqqı ilə əvəzləşdirilməklə. 

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi, Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı

4/5 (3 Average count)
Qiymət ver:
Haqverdiyeva Aynur Etibar ha***@mail.ru ID: 2170
Salam. Fiziki şəxs VÖEN-ini bağlamaq istəyir, lakin VÖEN-nini, kod parolunu itirib. Nə etməli ? Diqqətinizə görə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
10/06/2020 Read: 60 Average count: 5

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver: